Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə8/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   4   5   6   7   8   9   10   11   ...   67

Digər tərəfdən, 2001-ci ilin  11  sentyabr hadisələri göstərdi 

ki, terrorizmlə mübarizə üçün beynəlxalq əlaqələndirməni 

gücləndirmək  lazımdır,  çünki  müasir  dövrdə  o,  milli 

sərhədlərdən  kənara  çıxmışdır.  Beynəlxalq  terrorizmlə 

mübarizə  üçün  yalnız  ayrıca  dövlət  səviyyəsində  səylər 

kifayət  deyildir,  buna  görə  də  bu  prosesə  keyfiyyətcə 

başqa  mexanizmləri  cəlb  etmək  məqsədəuyğundur  ki, 

beynəlxalq  birliyin  sərəncamında  olan  vasitələrin  tam 

arsenalından  istifadə  edilsin.  Belə  qurumlar  beynəlxalq 

hökumətlərarası  təşkilatlardır  ki,  NATO  onların  arasında, 

fikrimizcə, ən səmərəlisidir.

30

5-ci fəsil



NATO-nun siyasətində Aralıq dənizi 

vektorunun yaranması səbəbləri

NATO-nun  Aralıq  dənizi  regionuna  böyük  marağının 

səbəbləri  baş  katibin  müavininin  Romadakı  konfransda 

çıxışında  daha  ətraflı  ifadə  olunmuşdur.  O,  Aralıq  dənizi 

ölkələrindən  gələn  həyəcan  nidalarını  və problemləri  beş 

qrupa bölmüşdür.

Ə w əla bu, Avropa ilə Şimali  Afrika arasında iqtisadi və 

demoqrafik  uyğunsuzluqlardır.  Əhalinin  sürətlə  artması 

(ildə təxminən 2,5  faiz) ilə yanaşı Yaxın Şərqdə və Şimali 

Afrikada  hər  il  əhalinin  bir  nəfərinə  düşən  ümumdaxili 

məhsulun  aşağı  düşməsi  (1986-cı  ildən  başlayaraq 

təxminən ildə 2 faiz) müşahidə olunur.

Bu disproporsiya inkişaf etmiş Şimal ilə inkişaf etməkdə 

olan Cənub arasındakı problemin xüsusi halıdır. Acınacaqlı 

iqtisadi  vəziyyətlə  yanaşı  demoqrafik  partlayış  işsizliyin 

artmasına  və  Avropaya  gedən  leqal  və  qeyri-leqal 

mühacirlərin  çoxalmasına  səbəb  olur.  Hazırda  təkcə 

Məğrib ölkələrindən Avropaya gəlmiş  mühacirlərin sayı  6 

mln. nəfərdən çoxdur.

NATO-nun  iştirakını  tələb  edən  ikinci  Aralıq  dənizi 

problemi 

regionda 

dövlətlər 

arasında 

ərazi 

mübahisələrinin  və  qarşılıqlı  iddiaların  mövcudluğudur. 



Burada  baş  katibin  müavini  Qərbi  Saxara,  Kipr  və  Yaxın 

Şərq  böhranlarını  xüsusi  qeyd  etmişdir.  Görünür  ki,  ən 

kəskin münaqişə Fələstinlə İsrail arasındadır və digər ərəb 

ölkələri  buna  cəlb  olunarlarsa,  o,  regional  səviyyədən 

qlobal miqyasa keçə bilər.  Buna görə də, NATO-nun onun 

həllinə  qoşulması  ümumi  işə  ancaq  kömək  edə  bilər.

31



Bütövlükdə,  Qərb  və  o  cümlədən  NATO  Fələstin 

rəhbərliyinin 

danışıqlar 

prosesindən 

imtina 

edib, 


təxribatçılıqla  məşğul  olmasında  (beynəlxalq  terrorizmin 

fəallaşması  fonunda  bu  məsələ  çox  aktualdır)  maraqlı 

deyildir.

Aralıq  dənizi  ilə  bağlı  üçüncü  problem  resurslann 

məhdudluğu və onların qeyri-bərabər bölüşdürülməsidir.

Bu region üçün əsas problem  şirin su çatışmazlığıdır ki, 

bu  səbəbdən  münaqişələr  mümkündür.  Belə  ki,  hazırda 

qum  iqlimi  olan  ölkələrə  içməli  suyun  verilməsinin  leqal 

beynəlxalq  normaları  yoxdur.  Bununla  yanaşı  torpaqların 

səhralara çevrilməsi problemi get-gedə daha böyük miqyas 

alır  və  gələcəkdə  su  resurslanna  olan  tələbat  durmadan 

artacaqdır.  Bu  da  dövlətlər  arasında  məhəlli  ziddiyyətlərə 

gətirib  çıxaracaqdır  ki,  bundan  beynəlxalq  münasibətlər 

sisteminə də təhlükə yarana bilər.

Dördüncü  amil  regionda  nüvə  silahının  yayılması 

imkanlarıdır.  Artıq  indi  Aralıq  dənizi  sahilindəki  bəzi 

ölkələr ya atom bombasının hazırlanmasına yaxındırlar, ya 

da  kütləvi  qırğın  silahma  de-fakto  malikdirlər.  Belə 

situasiya  zəncirvari  reaksiya  doğura  bilər  və  regionun 

qeyri-nüvə  dövlətləri  öz  nüvə  sınaqlarına  başlaya  bilərlər 

ki,  bu  da  kütləvi  qırğın  silahının  nəzarətsiz  yayılmasına 

gətirib  çıxara  bilər.  Regional  sabitliyin  və  nüvə  silahının 

yayılmaması  rejiminin  qomnub  saxlanması  üçün  NATO­

nun bölgənin işlərində yaxından iştirakı faydalı ola bilər.

Regiondan daxil olan bu və  ya digər həyəcanlı  siqnallar 

Avropaya  qeyri-leqal  mühacirətin  qarşısının  alınması,  neft 

və  təbii  qazla  sabit  təchizatın  təmin  olunması,  həmçinin 

terrorizm  probleminin  həlli  üçün  NATO  ölkələrinin 

birbaşa  və  vaxtında  bu  işlərə  cəlb  olunmasım  tələb  edir.

Göründüyü  kimi,  bu  regionda  klassik  mənada  hərbi 

təhlükəsizliklə bağlı risklər minimumdur və burada Şimali 

Atlantika  İttifaqı  yuxanda  sadalanan  bütün  problemlərin 

həlli  üçün  qeyri-hərbi  üsullardan  istifadə  etməklə  daha 

çevik  siyasət  yeritməlidir.  Aydındır  ki,  NATO  Şimali 

Afrika 

ölkələrinə 



balanslaşmış 

demoqrafik 

siyasət 

yeritməkdə  köməklik  göstərməli  və  zəruri  hallarda 

məşğulluq,  mənzil,  ərzaq  problemlərinin  həllində  və 

infrastrukturun 

yaxşılaşdırılmasında 

iqtisadi 

yardım 

etməlidir.



Nəhayət,  əhəmiyyətinə  görə  heç  də  sonuncu  olmayan 

problem  Aralıq  dənizi  regionunda  haqqında  yuxanda 

danışdığımız  beynəlxalq  terrorizmdir.  Elə  buradaca  qeyd 

etmək  lazımdır  ki,  Aralıq  dənizi  sahillərinin  bəzi 

ölkələrindəki  qapalılıq,  siyasi  və  iqtisadi  islahatlann 

apanlmaması,  əsas  insan  hüquq  və  azadlıqlannın  yoxluğu 

beynəlxalq  terrorizm  üçün  əlverişli  şərait  yaradır.  Bu 

problemin  həlli  üçün  bütün  beynəlxalq  birliyin,  o 

cümlədən 

Şimali 


Atlantika 

İttifaqının 

səylərinin 

əlaqələndirilməsi 

tələb 

olunur. 


NATO-nun 

region 


ölkələrinə  böyük  marağının  baş  katibin  müavininin 

çıxışlarında ifadə olunan əsas səbəbləri bunlardır.

Aralıq  dənizi  dialoquna  həvəs  və  maraq  oyadan 

amillərdən biri  də  Şimali  Afrika ilə Aralıq dənizinin şimal 

sahilindəki  NATO  üzvü  olan  dövlətlər  arasındakı  coğrafi 

yaxınlıqdır.  Əgər  NATO  bu  problemlərdən  uzaqda 

dayanarsa, o, baş verən hadisələrə özünə sərf edən şəkildə 

müdaxilə  edə  bilməz  və  bununla  da  regional  böhranın 

yaranmasına  şərait  yaradar  ki,  inkişaf  etmiş  ölkələr  də 

bundan  zərər  çəkə  bilərlər.  Bu,  əsasən,  Aralıq  dənizinə 

çıxışı  olan  İtaliya,  İspaniya  və  Fransa  kimi  dövlətlərə



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə