Atu-da “Düzgün kliniki Praktika” seminarı keçirilib



Yüklə 319,53 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix02.01.2018
ölçüsü319,53 Kb.
#19074
1   2   3   4   5   6   7

30 noyabr   2016-cı il

http://www.amu.edu.az

3

D

ini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 

sifarişi ilə hazırlanan, dini ekstremizmin 

və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” 

sənədli filmi noyabrın 22- də Azərbaycan Tibb 

Universitetində  təqdim olunub.

Filmin  nümayişindən  əvvəl 

ATU–nun  rektoru,  professor 

Gəray  Gəraybəyli  qeyd  edib 

ki,  hazırda  terrorçuluq  nəinki 

Azərbaycanda,  eləcə  də  bü-

tün  regionda  və  dünyada  aktu-

al problemlərdən birinə çevrilib: 

“20 il bundan əvvəl ekstremizm 

və  terrorizm  ifadələrindən  çox 

nadir  hallarda  istifadə  olunur-

du.  Ancaq  son  illərdə    hər  gün 

bu  sözləri  eşidirik.  Hətta  eks-

tremizmin  dini,  siyasi  və  digər 

növləri də yaranıb. İndi dünyada 

elə bir ölkə yoxdur ki, özünü ekstremizmdən 

və  terrorçuluqdan  sığortalanmış  hesab  et-

sin. Təəssüf ki, Azərbaycan hələ 20 il əvvəl 

beynəlxalq miqyaslı terrorizmlə üzləşib”. 

Sözünə  davam  edən    rektor  vurğula-

dı  ki,  ölkəmizin  hər  yerində  olduğu  kimi 

universitetimizdə də  Prezident İlham Əliyevin 

2016­cı ilin Azərbaycanda “Multikulturalizm 

ili” elan edilməsi ilə bağlı Sərəncamından irəli 

gələn vəzifələrin icrası, həmçinin Azərbaycan 

xalqının  zəngin  multikultural  və  tolerantlıq 

ənənələrinin təbliği, eyni zamanda, dini radi-

kalizm və ekstremizmlə mübarizə məqsədilə 

silsilə tədbirlər təşkil edilir. 

G.Gəraybəyli  müasir  dövrdə  daha  çox 

gənclərin  dini  ekstremizmə  cəlb  olun-

duğunu,  onların  müxtəlif  vədlərlə  alda-

dılıb  terrorçuluğa    çəkildiyini  bildirib.  O, 

xüsusilə  gənclərin  radikal  dini  cərəyanların 

təsiri  altına  düşməməsi  və  bu  istiqamətdə 

məlumatlandırılması üçün “Fitnə” sənədli fil-

minin  böyük əhəmiyyət daşıdığını söyləyib. 

Onun  sözlərinə  görə,  radikal  dini  qruplara 

qoşulan gənclərə yalnız maarifləndirmə yolu 

ilə kömək etmək mümkündür.

Tədbirdə  çıxış  edən    Dini  Qurumlarla  İş 

üzrə Dövlət Komitəsinin sədri Mübariz Qur-

banlı qeyd edib ki, bu gün dünyada bir sıra 

maraqlı güclər öz istəklərini yerinə yetirmək 

üçün dindən alət kimi istifadə edirlər. Məhz 

bu  məqsədlə  radikal  dini  qruplar  yaradı-

lır, xüsusilə də sülh dini olan İslamın adın-

dan  istifadə  olunur.  M.Qubranlı  komitə 

tərəfindən  radikal  dini  cərəyanların 

yaratdığı  qruplaşmalara  qarşı  hüqu-

qi,  iqtisadi  və  ideoloji  formada  aparı-

lan  tədbirlər  barədə  geniş  məlumat  ve-

rib. Komitə sədri əlavə edib ki, xüsusilə 

gənclərin  radikal  dini  cərəyanların  təsiri 

altına  düşməməsi  və  bu  istiqamətdə 

maarifləndirmənin  gücləndirilməsi  üçün 

müxtəlif  tipli  tədbirlərin  keçirilməsi  va-

cibdir.    Dini  radikalizmlə  mübarizə 

çərçivəsində həyata keçirilən tədbirlərdən 

danışan komitə sədri bildirib ki, bununla 

bağlı  respublikanın  bütün  bölgələrində 

çoxsaylı  seminarlar,  görüşlər  keçirilir, 

həmçinin  müxtəlif  kitab  və  digər  çap  ma-

terialları  nəşr  edilərək  yayılır.  Bu  səbəbdən 

də  Dövlət  Komitəsinin  təşəbbüsü  ilə 

radikalizmlə  mübarizənin  dini,  psixoloji, 

hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlan-

dırıldığı “Fitnə” adlı sənədli filmi hazırlanıb. 

  Sonra filmin nümayişi olub.     

Adından  da  göründüyü  kimi  film    dini 

radikalizmə qarşı mübarizənin psixoloji, hü-

quqi, siyasi və mənəvi aspektlərindən bəhs 

edir. Filmdə  dini radikalizmin qurbanı olmuş 

insanların,  eləcə  də  cinayət  məsuliyyətinə 

cəlb edilmiş şəxslərin timsalında bu proble-

min həm cəmiyyət, həm də dövlətimiz üçün 

nə  qədər  təhlükəli  olduğu  bir  daha  dolğun 

şəkildə açıqlanır.

Tədbirin sonunda  mövzu ilə bağlı tələbələri 

maraqlandıran suallar cavablandırılıb. Çıxış-

larda    dövlət­din  münasibətlərinin  əsasının 

ümummilli  lider  Heydər  Əliyev  tərəfindən 

qoyulduğu  diqqətə  çatdırılıb.  Ölkəmizdə 

dövlət­din  münasibətlərinin  inkişafı  üçün 

hər cür şəraitin yaradıldığı və respublikamı-

zın    tolerantlıq  mərkəzi  kimi  tanındığı  bil-

dirilib.

 

Mənsur ƏLƏKBƏRLİ



Ü

mumdünya Səhiyyə Təş ki-

latının (ÜST) İctimai Sağ-

lamlıq  Departamentinin  Di rek  -

toru xanım Maria Neira tərə  findən 

Azərbaycan  Tibb  Uni  versitetinə   

ünvanlanan  mək tubunda ATU-

nun ÜST-ün Kimyəvi Risklərinin 

Qiy mətləndirilmə 

Şəbəkəsinin 

üzvü olması barədə rəsmi 

açıqlama verilib.

Azərbaycan  Tibb  Universitetinin 

ÜST  Şəbəkəsi  ilə  əlaqə  koordinatoru, 

dosent  İsmayıl  Əfəndiyevin  verdiyi 

məlumata görə, kimyəvi təhlükəsizlik 

–  XXI  əsrin  qlobal  problemlərindən 

biridir.  10  milyona  qədər  müxtəlif 

kimyəvi  maddələrin  ətraf  mühitdə 

toplanması  nəticəsində  son  onillikdə 

bütün  dünyada  kəskin  və  xroniki 

zəhərlənmə  problemi  xüsusi  aktu-

allıq  kəsb  edib.  Bu  maddələrin  çoxu 

sənayedə,  kənd  təsərrüfatında  və 

məişətdə,  başqa  sözlə,  biləvasitə  in-

sanlarla  kontakt  sferasında  istifadə 

olunur.


  Ümumdünya  Səhiyyə  Təşkilatının 

məlumatına görə, təxirəsalınmaz yar-

dıma görə stasionara təcili daxil olan-

ların  15­20%­ni  kimyəvi  etiologiyalı 

kəskin  zəhərlənmələrə  məruz  qalan 

şəxslər təşkil edir. İl ərzində 350.000­

dən  artıq  insan  isə  ancaq  təsadüfi 

zəhərlənmədən  ölür.  Bundan  başqa, 

hər  il  dünyada  ölümlə  nəticələnən 

1.000.000  suiqəsdlərin  təqribən  ¼­i 

müxtəlif  kimyəvi  maddələrin  qəbulu 

ilə əlaqədardır.

ÜST­ün  təyininə  uyğun  olaraq 

zəhərlənməyə    nəzarət  anlayışına 

potensial  təhlükəli  maddələrin  aş-

kar  olunması,  onların  qeydiyyatı, 

öyrənilməsi,  kimyəvi  maddələrin  in-

san orqanizminə toksiki təsir riskinin 

azaldılması, həmçinin kəskin kimyəvi 

zəhərlənmənin  profilaktikası,  diaq-

nostikası,  müalicəsi,  onların  statistik 

uçotu və proqnozlaşması daxildir.

  Hal­hazırda  ÜST­ün    Kimyəvi 

Risklərin Qiymətləndirilmə Şəbəkəsinə 

59 ölkənin 100­dən artıq təhsil, elmi­

tədqiqat  və  tibb  müəssisələri  daxil-

dir.  Azərbaycan  Tibb  Universitetinin  

bu Şəbəkənin üzvlüyünə qəbul olun-

ması  ali  təhsil  ocağının  beynəlxalq 

nüfuzunun  atmasının  göstəricisidir 

və  gələcəkdə  Ümumdünya  Səhiyyə 

Təşkilatının  geniş  potensialından 

istifadə edilərkən, şübhəsiz ki, bütün 

bunlar Azərbaycan əhalisinin kimyəvi 

risklərlə  üzləşmələrinin  azalmasına 

imkan verəcəkdir.



Azərbaycan Tibb Universiteti Ümumdünya Səhiyyə 

Təşkilatı Beynəlxalq Şəbəkəsinin üzvü oldu

Azərbaycan Tibb Universitetində 

“Fitnə” sənədli filmi nümayiş olunub

Noyabrın 24­dən 27­dək 



Qırğızıstanın Bişkək şəhərində Türk 

Universitetler  Birliyi  Tələbə  Şurası-

nın ilk iclası keçirilib. İclas Türk Uni-

versitetler Birliyinə hazırda rəhbərlik 

edən  Qırğızıstan­Türkiyə  Manas 

Universitetinin  ev  sahibliyi  ilə  baş 

tutub.

İclasa  4  türk  dövlətində 



fəaliyyət göstərən 16 uni ver si tetdən 

nümayəndə  qatılıb.  Azərbaycan 

Tibb  Universitetini  bu  toplantıda 

Tələbə  Gənclər  Təşkilatının  sədri 

Tural  Əzizov  təmsil  edib.  O,  şura 

iclasında  Azərbaycan  Tibb  Univer-

sitetinin tarixi, tədris prosesi, klini-

kaları,  yataqxanaları  və  s.  haqqın-

da  geniş  məlumat  verib.  T.Əzizov 

toplantı  iştirakçılarına  ATU­nu  əks 

etdirən slayd təqdim edib.

ATU Tələbə Gənclər Təşkilatının sədri Bişkəkdə 

Tələbə Şurasının ilk iclasında çıxış edib

Təsadüfi  deyil  ki,  2016-cı  il 

Azərbaycan  Respublikasının  Prezi-

denti  cənab  İlham  Əliyev  tərəfindən 

“Multikulturalizm  ili”  elan  edilib. 

Bu  təşəbbüs  çərçivəsində  ölkəmizdə 

multikulturalizm  dəyərlərini  və  dini 

dözümlülüyünü  təbliğ  edən  çoxsaylı 

beynəlxalq tədbirlər təşkil olunub. 

Azərbaycan Tibb Universitetinin xari-

ci tələbələrlə iş üzrə dekanı, dosent İs-

mayıl Əfəndiyev bildirib ki, ATU da bu 

təşəbbüsə  qoşularaq  Bakı  Beynəlxalq 

Tələbə  Klubunun  “Azərbaycan  tole-

rantlıq modeli kimi” layihəsində iştirak 

edib.  Qeyd  edilən  layihə  çərçivəsində 

Azərbaycanın dünya üçün bir tolerant-

lıq  nümunəsi  olduğunu  Azərbaycan 

Tibb Universitetində təhsil alan əcnəbi 

tələbə  və  gənclər  vasitəsilə  dünyaya 

çatdırılması  və  ölkəmizin  beynəlxalq 

aləmdə təbliğ olunmasına böyük dəstək 

verilib.  Noyabrın  26-da  Azərbaycan 

Tibb  Universitetinin  əcnəbi  tələbələri 

üçün  Bakı  şəhərində  yerləşən  bir  sıra 

dini  obyektlərə,  o  cümlədən  Heydər 

Məscidinə,  Jen  Mironosits  Pravoslar 

Kafedral  Kilsəsinə,  Bakirə  Müqəddəs 

Məryəm  Katolik  Kilsəsinə,  Bakı  Kriş-

na  Şüuru  Dini  İcmasına,  Bakı  Dağ 

Yəhudiləri  Sinaqoquna  səfərlər  təşkil 

edilib.  Tələbələr  həmin  dini  abidələrlə 

yaxından  tanış  olub,  onlara  multikul-

turalizm  dəyərlərinin  qorunması  və 

təbliği sahəsində Azərbaycanda görül-

müş işlər barədə ətraflı məlumat veri-

lib və bununla bağlı canlı müzakirələr 

aparılıb.

Qeyd 

edilən 


ekskursiya 

və 


müzakirələr  universitetimizdə  təhsil 

alan  əcnəbi  tələbələrin  böyük  marağı-

na səbəb olub.

ATU-nun əcnəbi tələbələri “Multikulturalizm 

ili”nə həsr olunmuş tədbirlərdə iştirak ediblər

Müxtəlif etnik köklərə, 



dinlərə malik insanlar əsrlər boyu 

Azərbaycanda sülh, əmin-amanlıq 

şəraitində yaşamış və müstəqillik 

illlərində də bu müsbət meyl daha 

da güclənib. Ölkəmizdə müxtəlif 

mədəniyyətlərə mənsub olan dini 

abidələr qorunub saxlanılıb, mul-

tikulturalizm və dini dözümlülük 

Azərbaycan dövlət siyasətinin bir 

istiqamətinə çevrilib. 

ATU-nun mətbuat xidməti


Yüklə 319,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə