Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə57/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   53   54   55   56   57   58   59   60   ...   64

115 
 
Avropanın  mərkəzi  şəhərlərində  yaşadıqdan  sonra  1908-ci  ildə  İstanbula  gələn 
Qarabəyov  “İttihad”  partiyasının  əsas  özəklərindən  biri  olan  “Səadət”  təşkilatını 
yaradır.  Həmin  il  hakimiyyəti  ələ  alan  “Gənc  türklər”  Qarabəyova  vəzifə  təklif 
etsələr də, o bundan imtina edir. 
1911-ci  ildə  Bakıya  qayıdan  kürəkəni  Qarabəyovun  ailəsi  üçün  Hacı 
Rzaqulu  bəy  Aşurbəyov  Vorontsov  (indiki  Əzizbəyov)  küçəsindəki  17  saylı 
(Məhəmməd  Əmin  Rəsulzadə  isə  qonşuluqdakı  15  saylı  evdə  yaşayırdı)  bir 
mərtəbəli  mülkü  alır.  Qarabəyin  həyat  yoldaşı  Məsumə  xanımın  dayısı  -  inşaatçı 
mühəndis,  şəhər  dumasının  üzvü,  Bakı  millionerlər  dumasının  sədri  Abbasqulu 
Rzayevin  podaratçılığı  ilə  mülkə  iki  mərtəbə  də  əlavə  olaraq  tikilir.  Ailə 
üçmərtəbəli  mülkün  üçüncü  mərtəbəsində  məskunlaşır,  ikinci  mərtəbə  kirayə 
verilir, birinci mərtəbə isə müalicəxanaya çevrilir və qəzet elanlarından göründüyü 
kimi  burada  doktor  Qarabəyov  hazırladığı  dərmanlarla  xəstələri  müalicə  etməklə 
yanaşı, rentgen, mədən suları və təbii otların imkanlarından da geniş istifadə edir. 
“Haqq  yolu”  adlı qəzet  nəşr  etmək  fikrinə  düşən Qarabəyovun 27 oktyabr 
1911-ci ildə Bakı bələdiyyə rəisinə ünvanladığı xahişnaməsindən (158) göründüyü 
kimi  həftədə  bir  dəfə  azərbaycan  dilində  çıxacağı  və  12  şöbədən  ibarət  olacağı 
nəzərdə  tutulan  qəzet  sırf  maarifçi  funksiya  daşıyacaqdı.  Lakin  sonradan 
Qarabəyov  fikrini  dəyişib  qəzet  deyil,  “Molla  Nəsrəddin”  ənənələrinə  sadiq  olan 
bir  jurnal  nəşr  etdirməyə  qərar  verir.  Həmin  dövrdə  “Nicat”  cəmiyyətinin  təsis 
etdiyi,  M.F.Axundovun  yüz  illik  yubiley  komissiyasının  sədri  seçilən  Qarabəyov 
klassik  dramaturgiyamızın  banisinin  ədəbi  irsinin  çapı  və  yerlərdə  təbliği  üçün 
əməli tədbirlər görməyə başlayır. 
4 dekabr 1911-ci il “Kaspi” qəzetinin 273-cü sayında yubiley tədbiri barədə 
oxuyuruq:  “Təntənəli  mərasimi açan  yubiley  komitəsinin  sədri doktor Qarabəyov 
məzmunlu nitq söylədi. “Bu gün biz xalqın qəlbində layiqli yer tutmuş bir insanın 
xatirəsini yad edirik. O, müsəlman aləminin qüsur və eybəcərliklərini göstərmiş bir 
sənətkar  olmaqla  yanaşı,  hər  bir  personajı  öz  dilində  danışmağa  məcbur  etmişdi. 
Axundovun  nəzəri  və  praktiki  fəaliyyətindəki  bu  qətiyyət  və  inam  şərq 
despotizminin  təzyiqinə  məruz  qalmış  xalqın  idrak  və  mənəviyyatında  nadir 
hadisədir  ki,  bizlər  ondan  nümunə  götürməliyik.  Anlamalıyıq  ki,  əqidə  olmadan 
ictimai fikri ələ almaq və cəmiyyət üçün faydalı olmaq qeyri-mümkündür. Təəssüf 
ki,  bizim  aramızda  Axundov  kimilərə  nadir  hallarda  rast  gəlinir.  Qara  kütləyə 
rəhbərlik  iddiasında  olan  biz  ziyalılar  əslində  öz  mənafeyimizə  və  şişirdilmiş  ad-
sanımıza  xidmət  edirik.  Biz  güc  sərf  etmədən  ön  cərgədə  olmaq  arzusunda  və 
həsrətindəyik.  Mədəni  xalqlarda  belə  hallar  çoxdan  keçmişdə  qaldığından  onlar 
gələcəyə doğru inkişaf edə bilmişdilər, biz isə yerimizdə donub qalmaqdayıq. Hələ 
ki,  biz  yüksək  ideyalar  uğrunda  çarpışmırıq,  hələ  ki,  Axundovlar  doğulmur  bu 
məsələ  həll  olunmamış  qalacaqdır.  Bizim  geriliyimizin  bütün  günahkarları  öz 


116 
 
marağını  güdərək  xalqın  şürunu  çaşdıran  bizlər  özümüzük.  Biz  özümüzü  tərbiyə 
edəndən  sonra  kütlə  ilə  məşğul  ola  bilərik.  Görkəmli  ədib,  eyni  zamanda  əsl 
vətəndaş  olan  Axundov  həyatı  boyu  ürəyində  bəslədiyi  ideyaya  sadiq  qalmaqla 
kifayətlənməmiş,  bütün  çətinliklərə  və  maneələrə  baxmayaraq  bu  ideyanı  həyata 
keçirməyi  bacarmışdır.  Məhz  bu  xüsusiyyəti  onu  son  dərəcə  nadir  və  yüksək 
şəxsiyyət kimi tanıtmışdır. Əsl ziyalı vətəndaş elə şəxsə deyilir ki, o, yalnız yüksək 
ideyaya  yox,  həm  də  bu  ideyanı  həyata  keçirmək  iqtidarına  və  əzminə  malik 
olsun.”  Sonra  onun  Qurandan  misallar  göstərməklə  maarifçinin  əhəmiyyətini 
vurğulaması  alqışlarla  qarşılanır.  Yubiley  komissiyasının  sədr  müavini  yazıçı-
dramaturuq Ə.Haqverdiyev “Mirzə Fətəli Axundov və onun əsərləri” mövzusunda 
məruzə  edir.  “Hacı  Qara”  komediyasından  2-ci  akt  göstərilir,  sonra  isə 
M.F.Axundovun şərəfinə nitqlər söylənilir.” (135). 
1911-ci  il  dekabr  ayının  14-də  həftəlik,  siyasi,  ədəbi,  iqtisadi  jurnal  olan 
“Haqq yolu”nun ilk nömrəsi çapdan çıxdı. 1911-1912-ci illərdə fəaliyyət göstərən 
nəşrin birinci nömrəsində Q.Qarabəyovun 1911-ci il dekabr ayının 2-də Tağıyevin 
teatrında  keçirilən  mərasimdəki nitqi tam halda  dərc  olunmuşdur. Qəzetdə  siyasi, 
ictimai, iqtisadi mövzularla yanaşı, maarifçi funksiya daşıyan xronika materialları, 
dünya ədəbiyyatından tərcümələr də verilirdi. 
1911-12-ci  illərdə  aparılan  İtaliya-Türkiyə  müharibəsində  iştirak  etmək 
üçün  gənclərimiz  könüllü  olaraq  döyüş  bölgələrinə  getməyə  can  atırdılar. 
Türkiyəni qorumaq naminə olsa da, problemlər yaradan bu kortəbii axının qarşısını 
almaq  məqsədilə  “Haqq  yolu”  qəzetinin  24  oktyabr  1912-ci  il  19-cu  sayında 
Qarabəyov  “Könüllülər  lazımdırmı?”  məqaləsi  ilə  çıxış  edir.  Məqalənin  mətni 
dövrün  mənzərəsini  aydın  şəkildə  göstərir:  “Ehtimal  ki,  bizim  cavanlarımız 
arasında  gedib  müharibə  meydanında  qan  tökmək  istəyənlər  olsun.  Bu  barədə  öz 
mülahizəmi  bəyan  etməyi  lazım  bilirəm.  Biz  müsəlmanların  vəzifəsi  mücahidə 
edən  qardaşlarımıza  kömək  etməkdir.  Nəinki  onlara  ziyan  vermək.  Əgər  burdan 
hər  kişi  40  manat  bulub  bununla  yola  qoyularsa,  gedib  orada  İstanbul  aclarının 
miqdarını artırmaqdan, osmanlıların boğazına sarılıb əkmək istəməkdən başqa heç 
bir xidmət edəməzlər. Ac adam orada daha çoxdur. Əlli manat yola sərf edilən pulu 
bu  adamlar  getməyib  ianə  etsələr  çox  məqluanə  (məqsədə  uyğun)  hərəkət  etmiş 
olurlar.  Bizim  adamlarımız  gedib  orada  əsgərlik  edəməzlər.  Yaralılara  baxmaq 
vəzifəsini ifa edəməzlər. Çünkü yaralıya baxmaq üçün yüz minlərlə əcəmi adamlar 
vardır. Deməli, bu adamları geri göndərmək üçün belə osmanlılar gərək ciblərindən 
pul versinlər, elə isə bu hümmiyyət olmayıb  müzərrət olur. Oraya gedən adam  ya 
əsgər olmalıdır ki, qayda üzrə gözəl müharibə edə bilsin. Ya doktor olmalıdır onda 
da  öz  pullarıyla,  öz  dərmanlarıyla,  öz  xərciylə  ki,  həqiqətən  müavinət  edə  bilsin. 
Yoxsa gedib orada aclığı artırmaq cinayətdir. Xristian könüllüləri bizlərə nisbətən 
qəbul  edərlər,  çünki  onların  əksəri  ya  əsgərlik  görmüş  adamlardır,  ya  zəngin 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə