Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə59/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   56   57   58   59   60   61   62   63   64

119 
 
əvvəllər  “İttihad”  partiyasının  üzvü  olmuş  İsa  Aşurbəyli  1923-cü  ilin  aprelində 
Moskvada  olarkən  ittifaq  üzrə  türk  (azərbaycan  -  A.Hüseynov)  dilində  buraxılan 
bütün  ədəbiyyatın  Bakıda  mərkəzləşməsi  barədə  məsələ  qaldırdı.  N.Nərimanov 
həmin təklifi rəğbətlə qarşılamış, Mərkəzi Şərq nəşriyyatına göndərilən məruzənin 
üzərində  “Bu  sənəd  Moskvada  Mərkəzi  Dövlət  Arxivində  saxlanılır”  yazmışdı: 
“Azərbaycan SSR Xalq Maarif Komissarının müvəkkili, nəşriyyat işində təcrübəli 
olan  Aşurbəyli  yoldaş  həqiqi  vəziyyətlə  əlaqədar  işgüzar  təklif  irəli  sürür. 
Məruzənin  gələcək  perspektivlər  haqqında  mülahizələrilə  tamamilə  razıyam.  Çox 
xahiş edirəm sürətləndirəsiz.” Lüğətin nəşri Azərbaycan Dövlət Nəşriyyatına təklif 
edilmiş,  lakin  tərtibçi  keçmişdə  ittihadçı  olduğuna  görə  rədd  edilmişdi.  Belə 
olduqda  Mərkəzi  Şərq  nəşriyyatının  təqdimatına  əsasən  1924-cü  ilin  fevralında 
N.Nərimanovun  təklifilə  SSRİ  Mərkəzi  İcraiyyə  Komitəsinin  Rəyasət  heyyəti 
Q.Qarabəyovun  “Rusca-Türkcə  lüğət”inin  nəşri  haqqında  xüsusi  qərar  qəbul  etdi. 
Bu  məqsədlə,  hətta  26  min  manat  məbləğində  vəsait  ayrıldı.  Məqalədə  tədqiqatçı 
A.Hüseynov lüğətin işıq üzü görməməsinin əsl səbəbkarının 1928-29-cu illərdə çap 
olunan iki cildli lüğətin müəllifi Ruhulla Axundovun olmasını hesab edir. 
Bir  neçə  dili  mükəmməl  bilən  Qarabəyov  1925-ci  ildə  ona  verilmiş 
şəhadətnamədən məlum olduğu kimi Xalq Komissarları Şurasının İşlər İdarəsində 
tərcüməçi  kimi  də  çalışır.  Lakin  Xanlarov  soyadlı  bir  nəfərin  göndərdiyi  şikayət  
məktubu əsasında uzun müddətli yoxlamalar başlanır. Son nəticədə günahsızlığını 
sübuta  yetirsə  də,  çək-çevirlərdən  zinhara  gəlmiş  Qarabəyov  paytaxtın  soyuq 
iqliminə  və  gərgin  siyasi  mühitinə  dözə  bilməyib  ailəsi  ilə  bərabər  1929-cu  ilin 
avqustunda Qırğızıstana köçür. Burada geniş tibbi fəaliyyətə başlayaraq 80 nəfərlik 
akuşer kursu yaradır və az vaxtda dinləyicilərin sayını 400 nəfərə çatdıraraq oranı 
tibb  texnikumuna  çevirməklə  yanaşı,  özü  də  histalogiya,  dəri-zöhrəvi  və  uroloji 
xəstəliklər  fənnlərindən  mühazirələr  oxuyur.  1932-ci  ildə  isə  o  dövr  üçün  müasir 
olan rentgenoloji kabinet təşkil edir. Burada təhsil alanların yarıdan çoxunun yerli 
əhalidən  ibarət  olması  ucqarlarda  tibbi  problemlərin  aradan  qaldırılmasına  təkan 
verir. 
1933-cü  ildə  Qarabəyov  Özbəkistanın  qədim  Səmərqənd  şəhərinə  köçüb 
xəstəxanada çalışaraq baş həkimin müavini vəzifəsinə qədər yüksəlir. 
1934-cü  ildə  gizli  olaraq  Bakıya  gələn  Q.Qarabəyov  İstiqlal  prospektində 
indiki  İqtisad  Universiteti  ilə  üzbəüz  bərbərxanada  vaxtilə  müştərisi  olduğu  usta 
Ağasəfərə  başını  qırxdırmaq  istəyir.  Onu  tanıyan  erməni  bərbər  Vartan  guya 
təsadüfən  Q.Qarabəyovun  masanın  üstündəki  qaragül  papağını  vurub  yerə  salır. 
Buna  dözməyən  Qarabəyov  ayağa  qalxıb  Vartana  bir  şapalaq  ilişdirir.  Milislər 
gəlincə  yerindən qalxmayan  Vartan Qarabəyovu hökumət  adamlarına  təhvil verir. 
Bir müddət həbsxanada qalan Qarabəy yenidən Səmərqəndə qaytarılır. 


120 
 
1  fevral  1936-cı  ildən  Səmərqənddəki  “Namazqa”  vərəm  sanatoriyasının 
baş həkimi işləsə də, 1937-ci ildə Abdullayev soyadlı bir həkimin şikayət məktubu 
əsasında Nərimanovun silahdaşı olan pantürkist kimi həbs edilir və 10 il müddətinə 
Kolımaya sürgün olunur. Həkimlik peşəsi burada da Qarabəyovun karına gəlir. 
1947-ci  ildə  sürgündən  Azərbaycana  qayıdan  Qara  bəy  Şəmkir  şəhərinin 
Roza  Lüksemburq  küçəsindəki  25  saylı  mənzildə  yaşayır.  Burada  iş  problemi  ilə 
üzləşdiyindən  3  oktyabrda  Bakıya  gəlsə  də,  qeydiyyat  problemini  həll  edə 
bilmədiyindən  yenidən  Səmərqəndə  qayıdır  və  ömrünün  sonuna  -  27  sentyabr 
1953-cü ilə qədər orada yaşayır. 
Behbud bəy Cavanşir:  Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın 
nəticəsi  Azad  xanın  oğlu  Behbud  bəy  Cavanşir  1977-ci  ildə  Qarabağın  Tərtər 
qəzasının Azad Qaraqoyunlu kəndində dünyaya gəlmişdir. 
1890-cı  ildə  Alman  dili  təmayüllü  Tiflis  Realnı  məktəbinə  daxil  olmuş  və 
Tiflis  mağazalarından  birinin  xidmətçisinin  oğlu  Stepan  Şaumyanla  səkkiz  il  bir 
sinifdə oxumuş Behbud bəy Cavanşir oradakı təhsilini müvəffəqiyyətlə başa vurur. 
23 iyun 1898-ci ildə Tiflis Realnı məktəbinin buraxılış mərasimində Qafqaz Təhsil 
Dairəsinin hamisi Yanovski, “Qafqaz” qəzetinin redaktoru Veliçko və digər rəsmi 
qonaqlar da iştirak edirdi. 
1902-ci ildə Almaniyaya gedib Frayberq Dağ-Mədən Akademiyasına qəbul 
olan Behbud bəy burada  mükəmməl təhsil alır. Akademiyanı fərqlənmə ilə bitirib 
mühəndis  ixtisası  ilə  yanaşı,  almancaya  da  mükəmməl  yiyələnmiş  Behbud  bəy 
ingilis dilini öyrənmək üçün Londona gedib bir il orada staj keçdikdən sonra 1907-
ci ildə vətənə qayıdıb Şibayevin neft sənayesində çalışmağa başlayır. 
1908-ci  ildə  Bakıda  “Daşnaksütun”  partiyasını  möhkəmləndirmək  məqsədi 
güdən Stepan Şaumyan Behbud bəyin sayəsində Xalq Evinin müdiri təyin olunsa 
da, bir müddət sonra şəhər rəisinin qərarı ilə bu vəzifədən uzaqlaşdırılır. Dostuna 
arxa duran Behbud bəy onu Şibayevin Balaxanıdakı neft kəmərləri idarəsinə müdir 
təyin  etdirir.  1909-cu  ilin  mayında  siyasi  fəaliyyətinə  görə  həbs  edilən  Şaumyanı 
yenə Behbud bəy yeddi yüz manat cərimə ödəməklə azad etdirir. 
1918-ci  ilin  mart  qırğınında  Behbud  bəyin  evinə  silahlı  basqın  edən 
daşnakların  lideri  keçmiş  yaxşılıqların  əvəzini  çıxaraq  dostunu  ailəsi  ilə  birgə  öz 
mənzilinə köçürür. 
17  iyun  1918-ci  ildə  Gəncədə  Fətəli  xan  Xoyskinin  yaratdığı  hökumət 
kabinəsində  daxili  işlər  naziri  vəzifəsini  tutan  Behbud  bəy  Cavanşir  həmin  ilin  6 
oktyabrından  sənaye  və  ticarət  nazirini  də  əvəz  edir.  Sonradan  vəzifədən 
uzaqlaşdırılsa  da,  parlamentdə  iştirak  etməklə  yanaşı,  18  iyul  1919-cu  ildən 
“Dəyanət”  kommersiya  şirkəti  açıb  xarici  ticarətlə  məşğul  olan  Behbud  bəy  bu 
sahədə görünməmiş müvəffəqiyyət qazanır. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə