Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə54/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   50   51   52   53   54   55   56   57   ...   64

109 
 
1957-ci  ildə  Alma-Atada  Qazaxıstan  yazıçılar  birliyinin  sədri  Muxtar 
Auezovun rəhbərliyilə tərcüməçilərin ümumittifaq tədbiri keçirilir. Burada 1954-cü 
ildə  Moskva  Dövlət  Universitetinin  jurnalistika  fakultəsini  bitirmiş,  Azərnəşrdə 
redaktor  kimi  çalışan  Cahangir  İldırımzadə  və  Şamil  Hacınskinin  yaxın  dostu, 
Azərnəşrin  direktoru  Adil  Əfəndiyev  də  iştirak  edirdilər.  Uzun  illərdən  sonra 
qohumları ilə görüşən Cahangir İldırımzadənin gəlişi Hacınskinin ailəsində iki qat 
toy-bayram yaratdı. Çünki həmin gün doğulmuş Şamilin oğluna babası Məhəmməd 
Həsənin adı verilmişdi. Bu görüşdə Cahangir bəylə Fatma xanım şahmat oynamağı 
da unutmamışdılar. 
9 fevral 1959-cu ildə, M.Hacınskinin ölüm günündə Tiflisə yollanan Səadət 
xanım  Axundovun  məzarının  ayaq  tərəfinə  bir  dəstə  gül  qoyub  həmin  gün  də 
geriyə qayıdır. 1960-cı ildə Bakıya köçən Səadət xanım qızları Minurə və Leyla ilə 
Süleyman  Rüstəm  küçəsindəki  mənzildə  yerləşir  və  9  yanvar  1972-ci  ildə 
dünyasını dəyişir. 
Bakıda  Sənaye  Texnikumunu,  Alma-Atada  İnstitutun  fizika-riyaziyyat 
fakultəsini bitirərək orada qalıb ali məktəbdə fizika müəllimi işləmiş Fatma xanım 
2000-ci ildə dünyasını dəyişmişdir. 
Sürgündən  qayıtdıqdan  sonra  Məhəmməd  Həsən  Hacınski  şəxsiyyətinə 
dərin  rəğbəti  olan  Neft  Kimya  İnstitutunun  prorektoru  professor  Rasim 
Məmmədovun  qayğısı  sayəsində  “Rus  dili  və  ədəbiyyatı”  kafedrasına  müəllim 
kimi  işə  düzələrək  26  il  pedaqoji  fəaliyyət  göstərmiş  Minurə  xanım  2004-cü  ildə 
dünyasını dəyişmişdir. 
Orta  təhsilli,  sürgün  dövründə  toxuculuq  peşəsinə  yiyələnmiş  Leyla  40  il 
Bakıda  Nərimanov  adına  toxuculuq  fabrikində  çalışmışdı.  Ailənin  son  və  yeganə 
sağ  qalan  övladı  Leyla  xanım  xəstədir,  hazırda  Süleyman  Rüstəm  küçəsindəki 
mənzildə tənha yaşayır. 
 
“DİFAİ” 
 
Çarizmin  fitvası  ilə  geniş  vüsət  alan  ermənilərin  törətdikləri  milli  qırğına 
qarşı  Avropada  filoloji  təhsil  görmüş  ilk  mütəxəssis  Əhməd  bəy  Ağaoğlunun 
(1869-1939)  yaratdığı  “iki  qılınc  və  bir  aypara  nişanlı”  möhürlü  “Difai”  gizli 
təşkilatının  ən  fəallarından  olan  Məhəmməd  Həsən  Hacınskinin  mühüm  vəzifə 
tutması millətsevərlər üçün olduqca vacib idi. 
1905-ci  ildən  milli  qırğına  qarşı  fəaliyyət  göstərən  “Difai”  təşkilatının 
rəhbərlərinin  kimliyi  1920-ci  ildə  çap  olunmuş  hələ  28  avqust  1907-ci  ildə 
Cavanşir  uyezdinin  rəisinin  Daxili  İşlər  Nazirliyinə  yazdığı  gizli  raportunda 
açıqlanır:  “Xeyriyyə  cəmiyyəti  pərdəsi  altında  gizli  fəaliyyət  göstərən  “Difai” 
antidövlət  komitəsinin  rəhbərləri  Əhməd  bəy  Ağayev,  Qarabəy  Qarabəyov, 


110 
 
Məhəmməd  Həsən  Hacınski,  İsa  bəy  Aşurbəyov,  Behbud  bəy  Cavanşirski  və 
Niftalı  bəy  Behbudovdur.”  (103.səh.25).  “Difai”nin  orqanı  olan  “İrşad”  qəzetinin 
13  oktyabr  1906-cı  il  241-ci  sayında  çap  olunmuş  Ə.Ağaoğlu  və  Q.Qarabəyovun 
tərtib etdiyi partiyanın proqramında deyildiyi kimi: “Hər hansı bir xalqın hüququna 
toxunmadan  xalqın  erməni-müsəlman  qarşıdurmasından  xilas  edilməsi, 
müsəlmanların geriliyinə səbəb olan qüsurlu cəhətlərin aradan qaldırılması” (126) 
əsas məqsədə çevrildi. 1907-ci ildə 1000-dən artıq üzvü olan bu qurum ən nüfuzlu 
partiyaya dönür. 
Əhməd bəy Ağaoğlu: 1869-cu ildə Qarabağda, keçmiş Qarabağ xanlığının 
mərkəzi  Şuşa  şəhərində  zadəgan  ailəsində  doğulub.  İlk  təhsilini  mollaxanada  alsa 
da,  sonradan  anası  və  dayısının  təkidilə  rus  gimnaziyasına  verilir.  Oranı 
müvəffəqiyyətlə  bitirən  Əhməd  bəy  Peterburqa  gedib  Texnologiya  İnstitutuna 
imtahan  verir,  lakin  sonuncu  fəndən  -  triqonometriyadan  lazımi  bal  toplaya 
bilmədiyindən  Peterburqdan  Parisə  yollanmaq  qərarına  gəlir.  Fransa  həyatı  onun 
fikri  inkişafına  dərin  təsir  göstərmişdi.  1888-ci  ildə  Paris  hüquq  məktəbinin 
tələbəsi  olur,  eyni  zamanda  Praktik  Ali  Tədqiqatlar  məktəbində  “Avesta”nın 
məşhur tədqiqatçısı C.Darmstaterin “Şərq xalqlarının tarixi”nə dair mühazirələrini 
dinləyir. Parisdə olarkən o, həmçinin, türk inqilabçılar ilə yaxınlaşır, siyasi həyatda 
hələ  ilk  addımlarını  atan  “İttihad  və  tərəqqi”  partiyasının  gələcək  liderlərilə  tanış 
olur.  1894-cü  ildə  atasının  ölümü  ilə  əlaqədar  vətənə  dönən  Ə.Ağaoğlu 
həmyerliləri  arasında  “Firəng  Əhməd”  ləqəbi  qazanır.  1881-ci  ildən  “Kaspi” 
qəzetində,  1905-ci  ildən  isə  Ə.Hüseynzadə  ilə  birlikdə  “Həyat”da  çalışmağa 
başlayır.  1905-07-ci  illərdə  Rusiya  müsəlmanlarının  Nijni-Novqorodda,  həmçinin 
Peterburqda  keçirilən  birinci  və  üçüncü  qurultaylarının  fəal  iştirakçısı  kimi  onun 
imperiyanın  türk-islam  toplumunun  mənafelərini  müdafiə  edən  qərarların  qəbul 
edilməsində mühüm xidmətləri olmuşdu. 
1905-ci ilin sonlarına qədər daha çox “söz adamı” kimi tanınan Ə.Ağaoğlu 
ermənilərin  öz  cinayətkar  əməllərindən  əl  çəkməmələri  səbəbindən  xalqı  zülmə, 
irticaya qarşı silahlandırmağı zəruri şərtlərdən hesab edir. Bu məqsədlə o, 1906-cı 
ildə  “Difai”  (Müdafiə)  partiyasının  təşkilinə  başlayır.  Özünü  “Qafqaz 
ümummüsəlman müdafiə komitəsi” adlandıran “Difai” proqramında xalqı düşdüyü 
ağır vəziyyətdən qurtarmağın  yolunu  maariflənmək  və  qüvvətlənməkdə  olduğunu 
göstərirdi.  Xalqı  silaha  əl  atmağa  çağırarkən  Əhməd  Ağaoğlu  qətiyyən  günahsız 
insanların  qanının  tökülməsi  və  total  terrorun  tərəfdarı  kimi  çıxış  etmirdi.  Bu 
partiyanın  proqramında  da  göstərilirdi  ki,  təşkilat  heç  vaxt  Qafqazdakı  digər 
xalqların  azadlığına  və  milli  ləyaqətinə  qarşı  çıxmayacaq,  onun  şüarı  Qafqaz 
xalqlarının birliyi olacaq. 
1905-07-ci  illərdə  etnik  konfliktlər  zamanı  sülhsevər  missiyanın  başında 
dayanmasına  baxmayaraq  Ə.Ağaoğlu  mürtəce  erməni  və  erməni-rus  mətbuatı 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə