Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə50/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   46   47   48   49   50   51   52   53   ...   64

101 
 
Müxtəlif  tarixi  mərhələlərdə  təkcə  şair-publisist,  ədəbiyyatşünas-alim  Əliabbas 
Müznibin  (Əhmədov)  başına  gətirilənləri  nəzərdən  keçirməklə  düşünən  ziyalılara 
qarşı  cəza  mexanizminin  dəyişmədiyini  göstərmək  mümkündür.  Professor 
İ.Ağayevin göstərdiyi kimi: “Ə.Müznib həyatı boyu öz ictimai ideallarına görə üç 
dəfə müxtəlif vaxtlarda cəzaya məhkum olunmuşdur. Birinci dəfə 1912-ci ildə çar 
hökuməti  onu  xalq  milli-azadlıq  qiyamına  çağıranlar  sırasında  Sibirə  ömürlük 
sürgün  etmişdir.  O,  1913-cü  ildə  Romanovlar  sülaləsinin  üç  yüz  illik  yubileyi 
münasibətilə əfvi-ümumiyəyə düşmüşdür. İkinci dəfə Ə.Müznib 1914-cü ildə dini-
fanatizmi  tənqid  etməsi  üstündə  Bakı  ruhanilərindən  şeyx  Qəninin  ölüm  fitvasına 
məruz  qalmışdır.  Ə.Müznib  üçüncü  ağır  cəza  hökmünə  1937-ci  ildə  düçar 
olmuşdur.”  (4.səh.4).  Əliabbas  Müznibə  qarşı  1936-cı  ilin  dekabrından  25  iyul 
1937-ci  ilə  qədər  davam  edən  istintaq  işini  təhlil  etmiş  tədqiqatçı  C.Qasımovun 
yazdığı  kimi:  “İttihamnamədə  göstərilirdi  ki,  Əliabbas  Əhmədov  burjua-millətçi 
qəzet  və  jurnallarda  panislamist  ideyalar  təbliğ  etmiş  və  bolşevizm  əleyhinə  iş 
aparmışdır.  Öz  əsərlərində  və  şerlərində  26  Bakı  komissarlarına,  xüsusilə  də, 
yoldaş  Şaumyana  böhtan  atmış,  türk-Osmanlı  qoşunlarının  Bakıya  soxulmasını, 
oranı  zəbt  etməsini  tərifləmiş  və  onları  Azərbaycan  xalqının  xilaskarı 
adlandırılmışdır.”  (45.səh.169).  1918-ci  ildə  Ə.Müznib  “Hürriyyət  qəhrəmanı, 
Ədirnə fatehi və Dardanel müdafei” epiqrafı ilə yazdığı “Qazi Ənvər paşa” şerində, 
Bakını daşnak-bolşevik qırğınına məruz qoymuş Şaumyanı qaçmağa məcbur etmiş 
“türk  elinin  qüvvəti”,  xilaskar  ordu  komandanı  şərəfinə  söylədiyi:  “Türkün  qolu, 
türkün gücü, türkün qılıncısan, Binlər yaşa bu şan ilə, ey sevgili Ənvər.” sözlərinə 
görə  cəzalandırılır.  Cəlal  Qasımov  özünün  “Repressiyadan  deportasiyaya  doğru” 
kitabında  yazır:  “Bu  əsərinə  görə  Ə.Müznibi  istintaq  zamanı  çox  sorğu-sual 
etmişdilər  və  burada  təəccüb  doğura  biləcək  bir  şey  yoxdur.  Həmin  illərdə  “türk 
qoxuyan”  hər  şeyə  görə  cavab  verməli  idin.  Burada  məqsəd  türk  anlayışını  və 
türklə  bağlı  olan  hər  şeyi  unutdurmaq  idi.  Heç  təsadüfi  deyildir  ki, 
azərbaycanlıların  yaddaşından  milliyyətcə  türk  olduqlarını  da  silməyə 
çalışmışdılar.  Ona  görə  də  30-cu  illərdə  “türk”  və  “islam”  qorxusu  gələn  hər  bir 
əsər məhv edilirdi.” (45.səh.176). 
Marksizm-leninizmin  sənət  ekvivalenti  kimi 
yaranmış  sosrealizm 
cərəyanının  əmək  fəaliyyətini  insani  münasibətlərdən  üstün  tutması  20-30-cu 
illərin ədəbiyyat və sənətində əks olunurdu. Kobud, fiziki əməyin mədh olunması, 
etalonlaşdırılması  bu  dövr  üçün  xarakterikdir.  Əmək  prosesində  adamların  real 
problemləri  heç  vaxt  göstərilmir,  əksinə,  onlar  çox  qayğısız  və  gümrah  təsvir 
olunurdular.  Sanki  yorulmayan  bu  insanlar  dəmir  yolu  çəkir,  körpülər  salır,  neft 
çıxarır, su elektrik stansiyaları tikir, nəhəng  sosialist obyektləri  yaradırdılar. Real 
həyatda  şəxsi  mənafeyə,  fərdi  təsərrüfata  yer  olmadığından  bədii  əsərlərdə  özləri 
deyil, cəmiyyət üçün çalışan bu adamlar zəhməti toy-bayram kimi qəbul edirdilər. 


102 
 
Və onların şəxsi mənafeyi ümumiliyin, kütlənin mənafeyinə qurban verilirdi. Ağır 
zəhmətin  müqabilində  adamlara  təqdim  olunan  mükafatlar  hər  hansı  bir  qiymətli 
bəzək  əşyası  və  yaxud  pul  deyil,  keçici  qırmızı  bayraqlar,  orden  və  medallardan 
ibarət  olurdu.  Siyasi  ideologiyanı,  iqtisadi  münasibətləri  əks  etdirən  sosrealizm 
cərəyanı özündən əvvəlki ədəbiyyatı və sənəti burjua-feodal damğası altında rədd 
edərək,  hər  hansı  bir  mənəvi  müxalifət  alternativinə  yer  qoymurdu.  Tədqiqatçı 
E.Dobrenkonun  qeyd  etdiyi  kimi:  “Bədii  obraz  artıq  gərək  deyildi,  (...) 
qəhrəmanlar  funksiya  yerinə  yetirirdilər,  (...)  sosial  gerçəklikdən  qoparılmış 
müəllif  sözü  ritorikaya  yuvarlanaraq  daha  bədii  söz  ola  bilmirdi,  obraz 
ifadəlilikdən  çıxırdı”  (102.səh.71).  Göründüyü  kimi  sosrealizmin  reallığı  ilə 
bədiilik arasındakı dərin uçurum müasir rus ədəbi tənqidinin də nəzərindən qaçmır. 
ÜİK(b)P-nın 1927-ci ilin dekabrında keçirilmiş XV qurultayı birinci beşillik 
və  “Kənddə  iş  haqqında”  qərar  qəbul  etmişdi.  Kənddə  sosial-siyasi  inkişafın  çox 
geridə  qaldığı  qeyd  olunaraq,  Leninin  kooperasiya  planı  əsasında  kolxozların 
yaradılması  partiya  qarşısında  vacib  vəzifə  kimi  qoyulmuşdu.  Varlı  kəndlilərin, 
qolçomaqların bir sinif kimi ləğv edilməsi kolxoz-kollektivləşmə  xəttinin mühüm 
tərkib  hissəsi  olduğundan  bu  insanların  kütləvi  şəkildə,  sinif  kimi  ləğv  olunması 
dövlət  miqyasında  rəsmi  şəkildə  həyata  keçirilirdi.  Partiyanın  mərkəzi  və 
yerlərdəki qəzetləri bu işdə yaxından iştirak edirdilər. “Qolçomaqları bir sinif kimi 
ləğv etmək günün vacib məsələsidir!” kimi başlıqlar iri hərflərlə birinci səhifələrdə 
çap olunurdu. Həmin başlıqlardan  ruhlanan inqilabçı  bolşeviklər həvəslə  yerlərdə 
qolçomaqlarla  mübarizə  aparırdılar.  Bu  illər  ərzində  saysız-hesabsız  ziyalılar, 
ruhanilər  və  digər  intellektual  qüvvələr  qolçomaq  damğası  ilə  məhv  edilmişdi. 
Kolxozların yaradılması prosesində dözülməz zorakılıq halları baş alıb gedirdi. 20 
mart  1930-cu  il  AKBP-nın  plenumunun  materiallarında  bu  prosesi  izləmək 
mümkündür.  21  aprel  1931-ci  il  110-cu  nömrəsində  “Vışka”  qəzeti  yazırdı: 
“Dairələrdən  aldığımız  məlumata  görə,  baş  kolxoz  idarəmiz  yerlərə  tapşırıq 
göndərərək  kəndlərdə  nə  varsa  -  xoruz, toyuq, arıların belə ictimailəşdirilməsi və 
kollektivləşdirilməsini  təklif  etmişdir.  Yerlərdə,  hətta  stəkan-nəlbəkilər  də 
kollektivləşdirilir.”  (139).  Partiyanın  ifratçı  qanun  və  qərarlarının  eybəcər  halda 
həyata  keçirilməsi  göz  qabağında  idi.  Yaratdığı  reallıqla  həyat  hadisələrini  öz 
arxasınca  çəkib  apara  bilməyən  ədəbiyyat  və  sənət  təbliğat  kompaniyasına  cəlb 
olunmuşdu. 
20-30-cu  illərin  sovet  dramaturgiyasında  hələ  ki,  konkret  insandan,  onun 
psixoloji  problemlərindən,  adamların  bir-birilə  və  cəmiyyətlə  münasibətlərindən 
söhbət  açılmırdı.  Sosializm  dövrü  insan  münasibətləri  baxımından  ibtidai  icma 
quruluşuna  yaxın  olduğundan  mövcud  siyasət  və  qanunlara  xidmət  edən  sənət 
şəxsiyyətlərin  deyil,  icmanın,  kolxozun,  briqadanın  mənafeyini  qoruyurdu. 
Konkret  adam  yox  idi,  kütlə  var  idi.  Hər  bir  adam  isə  sadəcə  olaraq  bu  kütlənin 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə