Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə146/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   142   143   144   145   146   147   148   149   ...   208

rəhbəri cənab Leon Rouça məktub yazdım və yenidən işə qəbul olundum.

Keçmişdə dolanışığım üçün pulu kənd və şəhər məktəblərinə kitab satmaqla

qazanırdım. Bundan iki il əvvəl, ərim xəstələnəndə avtomobilimi satmışdım.

Lakin mən ilkin ödənişi etməklə kreditə işlənmiş avtomobil almaq üçün kifayət

qədər pul tapa bildim və yenə də kitab satmağa başladım.

Fikirləşirdim ki, yenə də yola çıxaraq depressiyanı adlaya biləcəyəm. Lakin

təklikdə maşın sürmək və təklikdə yemək – buna mənim gücüm çatmadı. Bəzi

yerlərdə kifayət qədər qazana bilmirdim. Mənə hətta avtomobil üçün ödənişləri

də vaxtlı-vaxtında keçirmək çətin idi, halbuki bu ödənişlər elə də iri deyildi.

1938-ci ilin yazında Missuri ştatının Versal şəhərinin yaxınlığında işləyirdim.

Məktəblər yoxsul, yollar pis idi. Tənha həyatımdan elə məyus idim ki, bir müddət

beynimdə hətta intihar barədə də fikirlər dolaşırdı. Mənə belə gəlirdi ki,

müvəffəqiyyətə nail olmaq qeyri-mümkündür. Həyat mənim üçün mənasını

itirirdi. Dünyada hər şeydən qorxurdum. Məni qorxu bürüyürdü ki, avtomobil

üçün ödənişləri və balaca otaq üçün haqqı verə bilməyəcəyəm, yeməyə heç nə

tapmayacağam. Xəstələnməkdən qorxurdum, axı həkimin haqqını ödəmək üçün

pulum yox idi. Məni intihardan yalnız bacımın bundan bərk qüssələnəcəyi və

dəfn üçün xərcləri ödəməyə məndə kifayət qədər pulun olmaması ilə bağlı

fikirlər saxlayırdı.

Lakin bir dəfə ümidsizliyi adlamaqda, həyatı davam etdirməkdə mənə

kömək edən bir məqalə oxudum. Məqalənin müəllifinə məni çətinliklərlə

mübarizəyə ruhlandıran bir ifadəsinə görə bütün ömrüm boyu minnətdar

olacağam. Budur həmin ifadə: “Müdrik insan üçün hər gün yeni həyat açılır”. Mən

bu ifadəni çap etdirdim və onu avtomobilimin qabaq şüşəsinə yapışdırdım.

Beləcə, sükanın arxasında oturanda bu sözləri hər dəqiqə görürdüm. Demə,

yalnız bircə günü necə yaşamaqla bağlı qayğıların öhdəsindən gəlmək elə də

çətin deyilmiş. Mən əvvəlki günlər barədə unutmağı və sabahkı gün üçün narahat

olmamağı öyrəndim. Hər səhər özümə deyirdim: “Bu gün qarşımda yeni həyat

açılır”.

Tənhalıq qorxusunu və ehtiyac qorxusunu adlaya bildim. Mən xoşbəxtəm və

bütövlükdə işlərim yaxşıdır və indi entuziazm və həyata sevgi ilə doluyam. İndi

bilirəm ki, həyatda məni nə gözləməsə də, heç vaxt qorxu hiss etməyəcəyəm.

Mən gələcəkdən qorxmaq hissindən yaxamı qurtarmışam. İndi bilirəm ki, yalnız

bu gün haqqında fikirləşməliyəm və bilirəm ki, “müdrik insan üçün hər gün yeni

həyat açılır”.

Necə fikirləşirsiniz, aşağıda verilən şeiri kim yazıb?

Ətrafda ümid və qayğılar, qorxu və həyəcanların əhatəsində,

Hər günü sənin üçün açılan sonuncu gün bil;

Sevinc tapmayacaqsan o saatda ki,

Onun arzusunda olmayacaqsan.

Belə təsəvvür yaranır ki, bu sözlər müasirdir, elə deyilmi? Amma bunlar

bizim eramızdan otuz il əvvəl Roma şairi Horatsi

64

tərəfindən yazılmışdır.



İnsan təbiətinin ən faciəvi xüsusiyyətlərindən biri, mənə məlum olduğu

qədər, arzularımızın həyata keçirilməsini gələcəyə saxlamaq meylimizdir. Biz

hamımız – pəncərələrimizin altında bu gün yetişən qızılgüllərdən zövq almaq

downloaded from KitabYurdu.org




əvəzinə, hansısa sehrli, qızılgüllərlə dolu, harada isə üfüq xəttinin arxasında

görünən bağ haqqında xülyalara dalırıq.

Biz niyə bu qədər axmağıq – bu qədər dəhşətli axmaq?

“Həyatımız adlandırılan bu qısa zaman kəsiyini biz nə qədər qəribə keçiririk,

– yazır Stiven Likok. – Uşaq deyir: “Mən yeniyetmə olanda...” Bu axı nə deməkdir?

Yeniyetmə deyir: “Mən yaşa dolanda...” Və nəhayət, yaşlı olanda o deyir: “Mən

evlənəndə...” O, nəhayət, evlənir, lakin bundan çox az nəsə dəyişir. O fikirləşməyə

başlayır: “Mən təqaüdə çıxa biləndə...” Ardınca isə o, təqaüd yaşına çatanda

keçdiyi həyat yoluna boylanıb baxır; elə bil onun sifətinə soyuq külək vurur və

onun qarşısında amansız həqiqət açılır – o, həyatında nələri əldən buraxıb, hər

şey dönməz olaraq necə də gəlib-keçib. Biz həddən artıq gec başa düşürük ki,

həyatın mənası həyatın özündə, hər bir günün və saatın ritmindədir”.

Detroytdan olan mərhum Edvard S.Evans “həyatın mənasının həyatın

özündə, hər bir günün və saatın ritmində” olduğunu dərk edənə qədər bir vaxt

özünü az qala öldürmüşdü. Yoxsul ailədən olan Edvard Evans yaşamaq üçün

qazanmağa qəzet satmaqla başlamışdı: sonra o, baqqal dükanında klerk işlədi.

Sonralar kitabxanaçının köməkçisi işini aldı. O, yeddi nəfəri dolandırmalı idi.

Maaşı az olsa da, işdən çıxmağa qorxurdu. Hər şeyi təzədən başlamağa özündə

mərdlik tapana qədər səkkiz il ötdü. O, borca götürdüyü əlli beş dollar yatıraraq

müəssisə açdı və ildə iyirmi min dollar qazanc əldə etdi. Sonra ona öldürücü

zərbə dəydi. Dostundan iri məbləğə veksel aldı, dostu isə gözlənilmədən müflis

oldu. Tezliklə başqa zərbə gəldi: Evansın öz pullarını saxladığı bank müflis oldu.

O təkcə öz varidatını sonuncu sentə qədər itirmədi, həm də on altı min dollar

borclu qaldı. Onun əsəbi bu sarsıntıya tab gətirmədi.

“Mən nə yata bilirdim, nə də yeyə, – deyə o, mənə danışırdı. – Mən anlaşılmaz

xəstəliyə düçar olmuşdum. Narahatıq və yalnız narahatlıq doğururdu bu

xəstəliyi. Bir dəfə mən küçə ilə gedirdim və huşumu itirdim. Bundan sonra heç

hərəkət də edə bilmirdim. Yatağa pərçimlənmişdim və bədənimi yalnız xaricdən

deyil, həm də daxildən çibanlar basmışdı. Hətta yataqda uzana-uzana da qeyri-

insani ağrılar keçirirdim. Mən günbəgün zəifləyirdim. Nəhayət, həkim dedi ki, iki

həftə ömrüm qalıb. Mən sarsılmışdım, mən vəsiyyətimi yazdım, sonra isə axırın

gözləntisi ilə yenidən yatağa uzandım. Nə mübarizə aparmağın, nə də narahat

olmağın mənası yox idi artıq. Barışdım, bədənim süstləşdi və yuxuya getdim.

Həftələr idi ki, dalbadal iki saatdan çox yatmırdım, lakin indi bu dünyadakı

qayğılarım başa çatmaq üzrə olduğundan uşaq yuxusuna getdim. Tədricən

yorğunluq keçirdi. Məndə yenidən iştaha açıldı. Çəkim artmağa başladı.

Bir neçə həftədən sonra çəliklərlə gəzə bilirdim. Üstündən altı həftə

keçəndən sonra işləməyə başladım. Keçmişdə ildə iyirmi min dollar qazanırdım,

indi isə həftədə cəmi otuz dollar gətirən işlə qane olurdum. Avtomobillər

daşınanda onların təkərlərinin bərkidildiyi tormoz kolodkalarını satmağa

başladım. Mən, nəhayət ki, öz həyat təcrübəmi dərk etdim. Mənim üçün əsas

olanı – narahatlıqdan yaxa qurtarmaq, keçmişdə baş verənlə bağlı peşman

olmamaq və gələcək qarşısında qorxu duymamaq idi. Bütün vaxtımı, qüvvəmi və

enerjimi yeni peşəni mənimsəməyə həsr etdim”.

Edvard S.Evans qulluq nərdivanı ilə sürətlə irəliləməyə başladı. Bir neçə

ildən sonra o, kompaniyanın prezidenti oldu. Onun kompaniyası uzun illər

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə