Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə148/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   144   145   146   147   148   149   150   151   ...   208

uğursuzluq mənim reputasiyama ziyan vuracaq və nəticədə işimi itirə bilərəm;

lakin bu baş verərsə də, başqa iş yeri həmişə tapa bilərəm. Şərait bundan qat-qat

pis ola da bilərdi. İşəgötürənlərim, çox güman, başa düşürlər ki, biz qazın

təmizlənməsinin yeni metodu ilə eksperiment keçiririk və əgər bu iş iyirmi min

dollara dəyirsə, deməli, onlar bu xərcləri ödəmək iqtidarındadırlar. Onlar hesab

edə bilərlər ki, pulu elmi-tədqiqat məqsədilə xərcləyiblər.

Mövcud şəraitdə baş verə biləcək ən pisi dərk edəndən və bununla ba-

rışandan sonra başa düşdüm ki, çox vacib bir hadisə baş verib: mən dərhal

süstləşdim və özümdə xeyli vaxt ərzində duymadığım əmin-amanlıq hiss etdim.

III mərhələ. Həmin vaxtdan başlayaraq vaxtımı və enerjimi fikrimdə təsəvvür

etdiyim və fikrimdə onunla barışdığım ən pis vəziyyəti yaxşılaşdırmaq

cəhdlərinə həsr etdim.

İndi mən çalışırdım ki, bizi gözləyən iyirmi min dolların itirilməsinin

qarşısını almağa kömək edə biləcəyi mümkün hesab olunan yollar və vasitələr

işləyib hazırlayım.

Bir neçə hesablama apardım və nəhayət, bu qənaətə gəldim ki, əgər biz əlavə

avadanlığa daha beş min dollar xərcləyəriksə, onda problemimiz həll olunacaq.

Biz bunu həyata keçirdik və firmamız iyirmi min dolları itirmək əvəzinə, on beş

min dollar qazandı.

Mən panika vəziyyətində qalmaqda davam edərdimsə, ola bilsin, bunu heç

vaxt edə bilməzdim, çünki bu hal bizim diqqətimizi cəmləmək qabiliyyətimizi

məhv edir. Lakin biz fikrimizdə özümüzü ən pis olanı qəbul etməyə məcbur

edəndə yayğın qorxuları istisna edir və diqqətimizi problemlərin həlli üzərində

cəmləmək imkanı əldə edirik.

Haqqında danışdığım hadisə çox illər bundan əvvəl olub. O elə dərs oldu ki,

mən ondan bütün həyatım üçün ibrət götürməyi qət etdim. Nəticədə

narahatlıqdan tamamilə yaxa qurtardım”.

Əgər bu problemin psixoloji aspektindən danışsaq, onda Uillis H.Kerrierin

magik formulası niyə bu qədər qiymətli və praktikdir? Bu, onunla izah edilir ki, o,

bizi narahatlıqdan heç nə görməyən gözlərlə vurnuxduğumuz keçilməz

zülmətdən çıxarır. Bu formula bizə yerin üstündə dayanıqlı durmağa kömək edir.

Biz nə etmək və özümüzü necə aparmaq lazım olduğunu bilirik. Lakin

ayaqlarımızın altında möhkəm zəminə malik deyiliksə, bu halda biz nəsə barədə

fikirləşə və nəsə həll edə bilərikmi?

Tətbiqi psixologiyanın əsasını qoymuş professor Uilyam Ceyms otuz səkkiz il

əvvəl vəfat edib. Əgər o, indiki zamanda yaşasaydı və bizim ekstremal

situasiyalarda davranış formulamızı bilsəydi, onu ürəklə təqdir edərdi. Mən bunu

nədən bilirəm? Ondan bilirəm ki, o, tələbələrinə deyirdi: “Mövcud şəraitlə

barışın, ona görə ki... baş vermiş olanı qaçılmaz kimi qəbul etmək istənilən çətin

vəziyyətin nəticələrinin adlanmasında birinci mərhələdir”.

Eynilə həmin fikir Lin Yutan tərəfindən onun geniş tanınmış “Həyatın

vacibliyi” kitabında da deyilmişdir. “Əsl ruhi sakitlik, – deyib bu Çin filosofu, – ən

pis ola biləcəklə barışmaq sayəsində əldə olunur. Psixoloji cəhətdən bu,

düşünürəm ki, enerjinin azad olunması deməkdir”.

Həqiqətən də, söhbət enerjinin yeni azadolmasından gedir! Biz baş verə

biləcək ən pislə barışanda bizim itirməyə heç nəyimiz qalmır. Bu, beləliklə,

downloaded from KitabYurdu.org



avtomatik olaraq o deməkdir ki, biz əldə edə bilərik! “Ola biləcək ən pislə

barışaraq, – deyə Uillis H.Kerriyer xatırlayırdı, – mən dərhal süstləşdim və uzun

günlər ərzində ilk dəfə özümdə əmin-amanlıq hiss etdim. Həmin məqamdan

etibarən mən fikirləşmək qabiliyyətində idim”.

Bu, ağlabatandır, doğru deyilmi? Lakin milyonlarla insan ən pisi qəbul

etməkdən imtina etdikləri üçün öz həyatlarını şiddətli narazılıqla darmadağın

edib; nəyisə dəyişmək üçün fəaliyyət göstərməkdən imtina edib; qüvvələri çata

biləni darmadağın olmaqdan xilas etməkdən imtina edib. Öz həyatlarını

dəyişməyə cəhd etmək əvəzinə, onlar acı-acı “taleyin zərbəsindən” şikayət

etməklə məşğul olublar. Bu cür şikayətlər yalnız melanxoliya adlandırılan ağır

hala gətirə bilərdi.

İstəyirsiniz ki, mən Uillis H.Kerriyerin magik formulasının praktikada

istifadə olunması nümunəsini göstərim? Onu mənim kurslarımda təhsil alan,

Nyu-Yorkdan olan maye yanacaq taciri uğurla tətbiq etmişdi.

“Mən şantajın qurbanı olmuşdum! – deyə o, öz əhvalatını danışmağa başladı.

– İnanmazdım ki, bu, mümkün ola bilər. Fikirləşirdim ki, belə hadisələr yalnız

kinolarda olur, lakin məni, həqiqətən də, şantaj edirdilər. Hər şey belə baş

vermişdi.

Başçılıq etdiyim neft kompaniyasının sərəncamında müəyyən sayda yük

maşını var idi ki, onları bir neçə sürücü idarə edirdi. O vaxt Qiymətlərin

Nizamlanması üzrə İdarənin tələblərinə ciddi riayət olunurdu və bizə öz

müştərilərimizə verə biləcəyimiz benzin üçün məhdud həcm təyin olunmuşdu.

Baş verəndən mənim xəbərim yox idi, amma hər şeydən göründüyü kimi, bəzi

sürücülər daimi müştərilərimizi aldadır, onlara benzini tam yükləmir, sonra isə

qalıq benzini başqalarına satırdılar.

Mən bu maxinasiyalardan ilk dəfə özünü hökumət müfəttişi kimi qələmə

verən adam yanıma gələndə və bu əhvalatın ətrafında səs-küy qaldırmamaq üçün

məndən pul tələb edəndə xəbər tutdum. Onun əlində sürücülərimizin qeyri-

qanuni sövdələri ilə bağlı sənədlər var idi və o hədələyirdi ki, əgər pul kisəmin

ağzını açmasam, bunları rayon prokuroruna çatdıracaq.

Mən bilirdim ki, şəxsən özüm üçün heç bir təhlükə yoxdur. Lakin həm də

bunu bilirdim ki, firma öz əməkdaşlarının əməllərinə görə məsuliyyət daşıyır.

Üstəlik də özümə hesabat verirdim ki, əgər iş məhkəməyə verilərsə və bu haqda

xəbərlər qəzetlərdə çıxarsa, onda bəd şayiələr işimi məhv edəcəkdir. Mən isə

işimlə fəxr edirdim – bu işin əsasını atam iyirmi dörd il əvvəl qoymuşdu.

Elə bərk dilxor olmuşdum ki, özümü xəstəliyə saldım! Üç gün və üç gecə

ərzində nə yeyir, nə də yatırdım. Mən hansısa bir ovsunlanmış dairəyə

düşmüşdüm. Nə edim? Pulu – beş min dolları – ödəyim, yoxsa bu adama deyim

ki, öz qara əməlini eləsin? Mənə belə gəlirdi ki, hansı qərarı qəbul etsəm də, bu,

yaxşı nəticə verməyəcəkdir.

Sonra, bazar gününün axşamında Karneginin natiqlik sənəti üzrə sinfində

məşğələlərdə mənə verilən “Narahatlığa necə son qoymalı” broşürasını oxumağa

başladım. Mən onu oxuduğumuz zaman Uillis H.Kerriyerin “Özünüzü baş verə

biləcək ən pisə kökləyin” adlı hekayəsi ilə də rastlaşdım. Beləliklə, özümdən

soruşdum: “Əgər mən pul ödəməkdən imtina etsəm və bu şantajçılar öz

sənədlərini prokurora versələr, baş verə biləcək ən pis nə ola bilər?”

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə