Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə151/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   147   148   149   150   151   152   153   154   ...   208

Hesab edirəm ki, siqaret buraxılması üzrə firmanın sahibi öz milyonları ilə

Missuri ştatının fermerinin – cibində bir dollar belə olmadan səksən doqquz

yaşında vəfat etmiş atamın nail olduğu uğurun heç yarısına da çatmamışdı.

Məşhur Meyo qardaşları bildiriblər ki, ölkəmizdə xəstəxana çarpayılarının

yarısından çoxu əsəb xəstəliklərindən əziyyət çəkən adamlar tərəfindən tutulub.

Lakin həmin adamlar öləndən sonra onların əsəbləri güclü mikroskop altında

nəzərdən keçiriləndə aydın olur ki, əksər hallarda onların əsəbləri Cek

Dempsinin əsəbləri kimi sağlamdır. Deməli, bu adamlarda əsəb xəstəliklərini

əsəb sisteminin fiziki pozuntuları yox, ümidsizlik, frustrasiya, narahatlıq, qorxu,

məğlubiyyət, əlacsızlıq kimi emosiyalar doğurmuşdur. Platon demişdi ki,

“həkimlərin ən böyük səhvi onların insanın ruhunu müalicə etməyə cəhd belə

eləmədən onun bədənini müalicə etmələrindən ibarətdir; lakin ruh və bədən

özləri ilə vahid bütövü təcəssüm etdirirlər və onları ayrı-ayrılıqda müalicə etmək

qeyri-mümkündür”.

Bu böyük həqiqəti dərk etmək üçün tibb elminə iyirmi üç yüzillik tələb

olundu. Biz səhiyyənin psixosomatik təbabət adlanan yeni sahəsini yalnız indi

inkişaf etdiririk. Bu tibb sahəsi eyni vaxtda həm ruhu, həm də bədəni müalicə

edir. Biz bu elmin təkmilləşdirilməsiylə çoxdan məşğul olmalı idik. Səhiyyə çiçək,

xolera, sarılıq və onlarla digər bu kimi, milyonlarla insanı bivaxt məzara aparan

infeksion xəstəlikləri əsas etibarilə ləğv etmişdir. Lakin tibb elmi mikrobların

deyil, emosiyaların – narahatlıq, qorxu, nifrət, frustrasiya və əlacsızlıq

emosiyalarının meydana çıxardığı psixiki və fiziki pozuntuların öhdəsindən

indiyə qədər də gələ bilmir. Bu emosional pozuntuların qurbanlarının sayı faciəvi

sürətlə artır.

Həkimlərin hesablamalarına görə, hazırda yaşayan amerikalıların hər iyirmi

nəfərindən biri ömrünün bir hissəsini ruhi xəstələr üçün müəssisələrdə

keçirəcəkdir. İkinci Dünya müharibəsi dövründə orduya çağırılan cavan

insanların hər altı nəfərindən biri psixiki pozuntu səbəbindən orduda xidmətdən

azad edilmişdi.

Psixiki xəstəlikləri meydana çıxaran nədir? Bu suala qənaətbəxş cavabı heç

kim verə bilməz. Lakin əksər hallarda qorxu və narahatlıq buna şərait yaratmış

olur. Səksəkəli və küncə qısnanmış, real dünyaya uyğunlaşmağı bacarmayan

individ özünü əhatə edən mühitlə bütün əlaqələrini qırır və öz təxəyyülündəki

fərdi dünyasına çəkilir. Bu minvalla o, həyəcan və təlatümlərdən azad olmağa

çalışır.

Mən bu sətirləri yazarkən yazı stolumun üstündə doktor Edvard Podolskinin

“Narahat olmağa son qoyun və normal həyat yaşayın” adlı kitabı var. Aşağıda bu

kitabın bəzi fəsillərinin adları göstərilir:

“Narahat olmaq ürəyə necə təsir edir”, “Yüksək qan təzyiqi və onun

narahatlıqla əlaqəsi”, “Revmatizmi narahatlıq meydana çıxara bilər”. “Mədəniz

üçün az narahat olun”, “Narahat olmaq soyuqdəymə ağrılarını necə meydana

çıxara bilər”, “Narahatlıq və mədəaltı vəzi”, “Narahatlıq səbəbindən meydana

çıxan diabet”.

Narahatlıqla mübarizə problemlərinə başqa bir kitab da həsr olunub: “İnsan

özü özünə qarşı”. Bu kitab məşhur psixoloq Karl Menninher tərəfindən yazılıb.

Doktor Menninherin kitabı mənfi emosiyalara öz həyatımızda dominant təşkil

downloaded from KitabYurdu.org



etməyə imkan verəndə özümüzə nə qədər böyük ziyan vurduğumuzun

heyrətamiz kəşfini təcəssüm etdirir. Əgər siz öz həyatınızı dağıtmağa son

qoymaq istəyirsinizsə, bu kitabı alın. Onu oxuyun. Kitabın qiyməti dörd dollardır

və bu, sizin həyatınızda etdiyiniz ən yaxşı pul yatırımlarından biri olacaqdır.

Narahatlıq hətta ən fleqmatik adamı da xəstə edə bilər. General Qrant bunu

Vətəndaş müharibəsinin başa çatdığı mərhələdə hiss etmişdi. Baxın nə danışırlar.

Qrantın qoşunları Riçmondu doqquz ay idi mühasirə vəziyyətində saxlayırdı.

General Linin cır-cındır içində və ac dəstələri darmadağın edilmişdi. Bütöv

alaylar fərarilik etmişdi. Düşmənin digər əsgərləri öz çadırlarında kütləvi dua

mərasimləri keçirir, qışqırır, ağlayır və sayıqlayırdılar. Son yaxında idi. Linin

əsgərləri Riçmondda pambıq və tütün anbarlarını, cəbbəxananı yandırdılar və

alovun nərildədiyi şəhərdən gecə ikən qaçdılar. Qrantın ordusu düşməni daban-

dabana təqib edərək cənublulara hər iki cinahdan və arxadan həmlələr edir,

həmin vaxtda isə Şeridanın süvariləri qabaqdan zərbə endirərək öz yolları

üstündə dəmir yolu xətlərini partladır və hərbi yük dolu qatarları ələ keçirirdilər.

Dəhşətli baş ağrısından yarıkor vəziyyətdə olan Qrant öz ordusundan geri

qalmışdı və bir fermerin evində dayanmışdı. “Mən bütün gecəni, –

memuarlarında xatırlayır o, – ayaqlarımı isti vannaya sallayaraq və xardallı

sarğını biləklərimə və başıma bağlayaraq keçirdim. Ümid edirdim ki, səhərə sa-

ğalaram”.

Növbəti səhər üçün o ani olaraq sağaldı. Və onu xardal sarğısı yox, bütün

yolu dördayaq atı çaparaq gələn süvari əsgərin ona verdiyi sevinc xəbəri oldu.

Əsgər ona Linin göndərdiyi, generalın təslim olmaq istəyi ifadə olunmuş məktub

vermişdi.

“Zabit (mənə məktubu gətirən) mənə yaxınlaşanda, – yazır Qrant,

– hələ də başağrısından əziyyət çəkirdim, lakin məktubu oxuyan andaca

sağaldım”.

Tamamilə aşkardır ki, məhz narahatlıq, əsəb gərginliyi və emosiyalar idi

Qrantın xəstəliyini doğuran. O, özünə inam duyanda, əldə olunan uğurdan və

qələbədən sevinc keçirəndə emosiyalar fərqli çalar alan kimi general sağaldı.

Üstündən yetmiş il keçəndən sonra Franklin Ruzveltin administrasiyasında

maliyyə naziri Henri Morqentau-oğul aşkar etmişdi ki, narahatlıq onu

başgicəllənmə halına çatana qədər əldən salır. O, öz gündəliyində yazırdı ki,

prezident buğdanın qiymətini qaldırmaq üçün bir günün içində 4 400 000 buşel

buğda alanda o çox bərk narahat olmuşdu. Gündəliyində yazırdı ki, “bundan

xəbər tutanda, hərfi mənada, başım gicəlləndi. Evə getdim və lençdən sonra iki

saat yatdım”.

Narahatlığın insanları nəyə gətirib çıxardığını görmək üçün nə kitabxanaya,

nə də həkimə getmək lazım deyil. Mənə bu kitabı yazdığım otağın pəncərəsindən

baxmaq kifayətdir və narahatlığın əsəb pozuntusuna gətirib çıxardığı evi bir

kvartal həddində görəcəyəm – bir başqa evi də, hansında ki, adam özünü

narahatlıqla diabetə çatdırıb. Fond birjasının səhmlərinin qiyməti düşəndə onun

qanında və sidiyində şəkərin miqdarı artmışdı.

Məşhur fransız filosofu Monten öz doğma şəhəri Bordonun meri seçiləndə

həmşəhərlilərinə bu sözlərlə müraciət etmişdi: “Mən sizin işlərinizi öz əllərimə

almağa razıyam, amma qara və ağciyərlərimə yox”.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə