Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə153/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   149   150   151   152   153   154   155   156   ...   208

Qəddar çinli hərbi komandirlər öz əsirlərinə işgəncə verdikdən sonra onların

əl və ayaqlarını bağlatdırır və su ilə doldurulmuş – damcılayan... damcılayan...

gecə və gündüz damcılayan kisənin altına qoyurdular. Suyun bu damlaları əvvəl-

axır əsirlərə çəkic zərbələri kimi təsir edirdi. Eynilə bu cür metod ispan

inkvizisiyası, həmçinin də Hitlerin vaxtında alman konsentrasiya düşərgələrində

tətbiq olunurdu.

Narahatlıq aramsız olaraq düşən su damlalarını xatırladır və onun göstərdiyi

fasiləsiz təsir çox vaxt insanları havalanmaya və intihara çatdırır.

Mən kənd oğlanı olanda və Missuri ştatında yaşayanda Bill Sandinin o

dünyanın cəhənnəm alovları haqqında hekayələrindən ölümcül qorxuya

düşmüşdüm. Lakin o, daim narahatlıq içində olanların bəzən keçirdikləri fiziki

canvermənin cəhənnəm əzablarından heç vaxt danışmırdı. Məsələn, əgər siz

xroniki olaraq narahatlıq vəziyyətindəsinizsə, onda siz bir dəfə insanın nə vaxtsa

keçirə bildiyi ən ağrılı cəhənnəm əzabını yaşaya bilərsiniz: stenokardiya ağrısını.

Əgər siz nə vaxtsa bu halı yaşamalı olarsınızsa, qeyri-insani ağrılardan

qışqıracaqsınız. Dantenin “Cəhənnəm”ində eşidilən bağırtılar sizin qışqırıq-

larınızla müqayisədə uşaq mızıltısı kimi səslənəcək. Onda özünüzə deyəcəksiniz:

“Aman Tanrı, İlahi, əgər mən nə vaxtsa bundan salamat çıxsam, onda heç vaxt heç

nə üçün narahat olmayacağam. Heç vaxt” (Əgər nəyisə şişirtdiyimi

fikirləşirsinizsə, ailə həkiminizdən soruşun.).

Siz həyatı sevirsinizmi? Siz uzun ömür yaşamaq və sağlamlığınızı qorumaq

istəyirsinizmi? Bunu bax bu cür edə bilərsiniz. Mən yenə də doktor Aleksis

Karrelin sözlərini sitat gətirirəm. O deyib: “Müasir şəhərin vurnuxmasında ruhi

sakitliyini qoruyub saxlaya bilənlər əsəb xəstəliklərinə tutulmurlar”.

Siz müasir şəhərin vurhavurunda ruhi sakitliyinizi qoruyub saxlamağa

qabilsinizmi? Əgər siz normal adamsınızsa, cavab verəcəksiniz ki, “hə! Şübhəsiz

ki, hə”. Bizlərdən əksəriyyətimiz özümüzün düşündüyümüzdən qat-qat güclüyük.

Bizdə elə daxili qüvvələr vardır ki, biz onlara heç vaxt müraciət etmirik. Toronun

özünün ölməz “Uolden” kitabında dediyi kimi: “Mən insanın ali məqsədlərə öz

şüurlu səyləriylə irəliləmək qabiliyyətindən güclü ruhlandırıcı başqa bir şey

bilmirəm... Əgər siz məqsədinizin həyata keçirilməsinə doğru inamla can

atırsınızsa və haqqında arzuladığınız həmin həyatla yaşamağa cəhd edirsinizsə,

onda siz adi davranışda gözləməyin qeyri-mümkün olduğu uğuru

qazanacaqsınız”.

Oxucuların bir çoxu, heç şübhəsiz ki, Olqa K.Carvi kimi daxili qüvvəyə

malikdir. Bu xanım aşkar etdi ki, ən faciəvi hallarda belə narahatlığa son qoya

bilər. Mən əminəm ki, siz də, mən də bu kitabda nəzərdən keçirilən köhnə

həqiqətləri tətbiq etməklə bunu etmək qabiliyyətinə malikik. Olqa K.Carvi özü

haqqında mənə bax bunları yazıb: “Səkkiz il əvvəl mən yatağa pərçimlənməyə

məhkum olunmuşdum – xərçəngdən yavaş-yavaş, əzab-əziyyətlə ölməkdən ötrü.

Ölkənin ən yaxşı həkimləri, Meyo qardaşları bu hökmü təsdiq etmişdi. Mən

ənginliyin kənarında idim, qarşımda dərin uçurum açılırdı! Mən cavan idim. Mən

ölmək istəmirdim! Əlacsız qalaraq Kelloqq şəhərində yaşayan həkimimə zəng

etdim və parça-parça olmuş qəlbimin bütün ağrılarını ona hönkürtü ilə danışdım.

O, kifayət qədər səbirsizliklə məni danladı: “Nə olub, Olqa, məgər siz mübarizə

aparmağa qabil deyilsiniz? Əgər siz ağlayacaqsınızsa, əlbəttə, öləcəksiniz. Bəli,

downloaded from KitabYurdu.org



sizin başınıza ən pis olan gəlib. Əgər belədirsə, faktların üzünə dik baxın! Narahat

olmağa son qoyun. Sonra isə nəsə edin!” Elə həmin məqamdaca mən and içdim.

Bu anda qəlbimin gizlində olan bütün qüvvəsini qoydum; belə ki, dırnaqlarım

bədənimə dərin işlədi və kürəyimdən soyuq titrətmə keçdi. Mən özümə əmr

verdim: “Mən narahat olmayacağam! Mən ağlamayacağam! Və əgər nə isə edə

bilərəmsə, mən qalib gəlməliyəm! Mən YAŞAMAĞA hazırlaşıram!”

Beləcə, iş işdən keçəndən sonra hər gün rentgen şüalanması seansında

iştirak edirdim. Məni qırx doqquz gün ərzində hər gün 14,5 dəqiqə

şüalandırırdılar. Sümüklər mənim tükənmiş bədənimdə səhralıqdakı təpələr

kimi dikəlir və ayaqlarım sanki qurğuşundan tökülübmüş kimi təsir bağışlasa da,

özümə narahat olmağa izin vermirdim. Mən bir dəfə də olsun ağlamadım! Mən

gülümsəyirdim! Bəli, mən özümü gülümsəməyə, həqiqətən də, məcbur edirdim.

Mən o qədər də axmaq deyiləm ki, yalnız bircə gülümsəməklə xərçəngdən

sağalmağın mümkün olduğunu fikirləşəm. Lakin mən, həqiqətən də, inanıram ki,

şən ovqat orqanizmə xəstəliklə mübarizə aparmağa kömək edir. Hər halda, mən

xərçəngdən möcüzəvi sağalmanı yaşadım. Özümü son bir neçə ildə belə sağlam

hiss etməmişdim. Bu, doktor Makkafferinin sözləri sayəsində belə oldu: “Faktlara

dik baxın. Narahat olmağa son qoyun, sonra isə nəsə edin”.

Bu fəsli tamamlayaraq mən epiqrafı – Aleksis Karrelin sözlərini təkrar edim:

“Narahatlıqla mübarizə aparmağı bacarmayan işgüzar insanlar cavan

ölürlər”.

Məhəmməd Peyğəmbərin fanatik davamçıları çox vaxt öz sinələrində

Qurandan şeirlərin tatuajını döydürürdülər. Mən istəyərdim ki, bu fəslin

epiqrafının tatuajını bu kitabın hər bir oxucusunun sinəsinə döydürüm:

“Narahatlıqla mübarizə aparmağı bacarmayan işgüzar insanlar cavan ölürlər”.

Doktor Karrel sizin haqqınızda danışırdı?

Mümkündür.

Xülasə


Qayda 1: Əgər siz narahatlıqdan qaçmaq istəyirsinizsə, Uilyam Oslerin

məsləhət gördüyünü edin: “Bu günün “bölməsində” yaşayın”. Gələcək üçün

həyəcanlanmayın. Axşam yatağa uzanana qədər sakitcə yaşayın.

Qayda 2: Əgər Bəla – bəla, böyük hərflə – sizi izləyirsə və sizi küncə qıs-

nayırsa, Uillis H.Kerriyerin magik formulasını tətbiq edin:

a) özünüzdən soruşun: “Problemimi həll edə bilməsəm, ən pis nə baş verə

bilər?”

b) fikrən özünüzü ən pis olanı qəbul etməyə hazırlayın – zərurət meydana çı-



xacağı halda;

c) fikrən qaçılmaz olan kimi qəbul etdiyiniz və barışdığınız situasiyanın

yaxşılaşdırılması üçün tədbirləri sakitcə düşünüb-daşınmağa çalışın.

Qayda 3: Narahatlığın sağlamlığınıza vurduğu bərpaolunmaz ziyanı yaddan

çıxarmayın. “Narahatlıqla mübarizə aparmağı bacarmayan işgüzar adamlar

cavan ölürlər”.

64 “Послания”, kitablar 1, 4; tərc. Н.С.Гинцбург; bax: Kvint Horatsi Flakk.

Əsərlərinin tam külliyyatı. М., – Л., “Akademia”Ş 1935, səh. 293

65 Омар Хайям. Рубаят. Rus dilinə tərcümə Q.Plesitskinindir, M., “Nauka”,

1972, a, 9

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə