Az ərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə15/18
tarix21.04.2018
ölçüsü0,5 Mb.
#39777
1   ...   10   11   12   13   14   15   16   17   18

Palliativ qulluq üzr

ə  təhsilə  digər maneə  -  bu  mövzunun  kurrikuluma  inteqrasiya  olunması 

prosesinin mür

əkkəb  olduğunu  düşünməkdir. Palliativ qulluq üzrə  təlimin təkmilləşdirmə  zamanı 

keçilm

əsi təklifi alqışlanmadı. 



 

Az

ərbaycanda palliativ qulluq sahəsində həkimlərin və tibb işçilərinin rəsmi akreditə olunması və 



ya tanınması prosesi mövcud deyil. Bu sahədə təhsil üçün heç bir tanınmış diplom, ixtisas, ixtisas 

kursları və ya razılaşdırılmış kurrikulum yoxdur. Palliativ qulluq sahəsində işləyənlər əsasən QHT-

l

ərdir, onların da heç bir rəsmi təlimi yoxdur. 



 

D

ərmanların istifadəsinin mümkünlüyü  

Azərbaycan  Narkotik  Dərmanlar  Siyahısı  üzrə  1961-ci  il  Vahid  Konvensiyasını  imzalayıb. Bu o 

deməkdir ki, hökumət Beynəlxalq Narkotik Nəzarət Şurası (BNNŞ) ilə razılaşmaya imza atıb – bu 

şuranın əsas məqsədi üzv dövlətlərin narkotik (və psixotrop) kimi təsnif olunan dərmanların yalnız 

tibbi  və  elmi  məqsədlə,  1961,  1972  və  1988-ci  il  beynəlxalq  dərman  nəzarəti  müqavilələrinə 

(beynəlxalq hüquq) uyğun olaraq istifadəsinə əməl etməsini təmin etməkdir

.

  

Bu  müqavilələr  üzv  ölkələrdən  ölkə  üzrə  narkotik  vasitələrin  keçən  ilki  istifadəsi  üzrə  təfsilatlı 



məlumatın təmin olunmasını, növbəti ildə istifadənin həcmini müəyyən etməyi və eyni məlumatı 

könüllü olara

q  psixotrop  dərmanlar  üçün  də  verməyi  tələb  edir.  Azərbaycan  hər  il  ölkə  üzrə 

narkotik  vasitələri  həm  tənzimləyən,  həm  də  təchiz  edən  dövlət  şöbələrindən  istifadə  olunmuş 

dərmanlar barədə məlumatı toplamaq və gələcək istifadənin həcmini müəyyən etməklə bu məlumatı  

BNNŞ-yə verir. Növbəti ilə aid rəqəmlər keçən ilki istifadənin nəticələrinə əsasən müəyyən edilir.  

Resursların  az  olduğu  mühitdə  narkotik  vasitələrin  xroniki  olaraq  az  istifadəsini  göstərən  kifayət 

qədər məlumat var. Eyni zamanda hökumət narkotik vasitələrin qanuni tibbi və tədqiqat məqsədi ilə 

istifadə  olunması  öhdəliyini  yerinə  yetirmək  məqsədilə,  dərmanların  qeyri-qanuni  istifadəsindən 

yaxa qurtarmaq üçün 

narkotik vasitələrin istifadəsini məhdudlaşdırır

.

 11



 

 

Bu kateqoriyadan olan d



ərmanlar arasında  narkotik  vasitələr hərtərəfli  palliativ  qulluqda  ağrının 

müalic


əsində  əsas və  aparıcı  rol  oynayır,  ancaq  bunlar  çox  zaman  əldə  olunması  ən çətin olan 

d

ərmanlardır. Bu dərmanların istifadəsi üçün daha məhdudlaşdırıcı və bürokratik prosedurlar tətbiq 



edilir.

 12


 

 

 



2008-ci ild

ə aparılmış tədqiqatdan aşağıdakılar müəyyən edilmişdir. Qeyd edilməlidir ki, 8 il sonra 

aparılmış hazırki tədqiqat nəticəsində ciddi dəyişikliklər və vəziyyətin yaxşılaşması qeyd edilməyib.  

 



 

İynə  morfinin istifadəsi xərçəng xəstələri üçün xəstəxanalarda məhdud sayda mümkündür, 

ancaq  praktikada  onun  yazılması  yuxarıda  göstərildiyi kimi əlavə  məsuliyyət tələb edir. 

Tramadol tabletl

ərinin istifadəsi bu xəstəxanalarda həmçinin mümkündür. 

 



Fentanil trans-dermal

 

aplikatorlarından  istifadə  bəzi xəstəxanalarda mümkündür, ancaq 



onkoloq t

ərəfindən yazılmalıdır. 

 

Morfin tabletl



əri evdə istifadə məqsədi ilə xəstələrə verilə bilməz. 

 



Tramadol tabletl

əri evdə istifadə üçün xəstələrə verilə bilər. 

 

Kodein yalnız öskürək əleyhinə yazıla və verilə bilər. 



 

Asetaminofen (Tilenol) v



ə  aspirinin bütün xəstəxanalarda və  ambulator olaraq reseptsiz 

istifad


əsi mümkündür. 

34 



 

Metadon Az



ərbaycanda  ağrıkəsici dərman kimi istifadə  edilmir və  yalnız  Narkoloji 

Dispanserd

ə narkotik asılılıqdan müalicə üçün əvəzləyici terapiya vasitəsi kimi istifadə edilir. 

 



Karbamazepin, qabapentin v

ə  trisiklik  antidepressant  amitriptilin  ağrıkəsici  kimi  yalnız 

neyropatik ağrı üçün istifadə edilirlər. 

 



Benzodiazepin, alprazolam v

ə  diazepamın  xəstəxanalarda həb  formasında  istifadəsi 

mümkündür; klinikalarda v

ə  ya hökumət  qurumları  nümayəndələri ilə  sorğularda    bunların 

ambulator  şəkildə  istifadəsinin mümkün olub-olmaması  barədə  söyləmədilər. Diazepam və 

lorazepamın  iynə  formasında  istiafadəsi  mümkündür.    İki  pərakəndə  satış  kommersiya 

aptekind

ə əczaçılar bildirdilər ki, onlar dövri olaraq benzodiazepin preparatlarını verirlər ki, bu 

da ambulator x

əstələrə iki həftə müddəti üçün yazıla bilər. 

Azərbaycanda narkotik vasitələri yalnız həkimlər təyin edə bilər. Nəzəriyyəyə görə bütün həkimlər 

narkotik va

sitələri təyin edə bilər. Praktikada həkim qeyri-narkotik vasitələrdən fərqli olaraq, xüsusi 

resept  formasından  istiafadə  etməlidir.    Xəstəxanada  istifadə  üçün  narkotik  vasitələri  reseptlərinə 

müəssisənin  baş  həkiminin  imzası  ilə  əlavə  səlahiyyət  verən  sənəd  alınması  tələb  olunur.  Sorğu 

aparılan həkimlər göstərdilər ki, narkotikin stasionar istifadəsi üçün xüsusi resept formasının əldə 

edilməsi  yalnız  AİDS-lə  mübarizə  Mərkəzi  və  Onkoloji  Mərkəzdə  mümkündür,  məhdud  sayda 

xərçəng xəstələri üçün xəstəxanalardan təmin olunur. 

 

Əlavə 5. AZƏRBAYCANDA PALLİATİV YARDIMIN ƏSAS KONSEPSİYASI  

 

Palliativ yardımın əsas prinsip və standartları 

 

Palliativ yardımın təminatı palliativ təbabətdə qəbul edilmiş müasir prinsip və standartlara uyğun 



olaraq tibbi personal  t

ərəfindən vəzifə  və  öhdəliklərin yerinə  yetirilməsini nəzərdə  tutur. Bu 

m

əqsədlə, xəstələrin və  onların  ailələrinin  maraqlarının  aydın  şəkildə  nəzərdən keçirilməsi 



bütövlükd

ə  xəstənin həyat  (yaşam)  keyfiyyətinə  və  müalicə  prosesinə  müsbət təsir göstərəcək. 

Çoxsa

ylı araşdırmalara əsasən, xəstənin və onun ailə üzvlərinin palativ yardım üzrə əsas hüquq və 



ehtiyacları aşağıdakılardan ibarətdir: 

 



Fərdi ehtiyaclar və ailənin tələblərinə əsaslanan xüsusi plan üzrə uyğun yardım alınması; 

 



Xəstəyə və onun ailəsinə mütəxəssis tərəfindən əlaqələndirilən tibbi yardımın göstərilməsi və 

ailəyə  yardım  göstərən  digər  professionallarla  (social  işçi,  psixoloq,  hüquqşünas  və  s.) 

əlaqənin olması; 

 



Lazımi yardımın evdə qəbulu, ancaq eyni zamanda xəstəxanada müalicə olunmaq imkanının 

olma


sı, eləcə də məsləhət və palliativ yardım xidməti üzrə işləyən mütəxəssis komandalarının 

qəbulu, həmçinin bu komandaların göstərdiyi xidmətlər barədə məlumatın alınması; 

 

Xəstəliyin törətdiyi hər hansı mərhələ və hər hansı sağlamlıq durumunda göstərilən xidmətdə 



xəstənin əsas məqsəd olması şərti ilə lazımi yardımın qəbul edilməsi; 

 



Tibbi və psixo-sosial yardım daxil olmaqla müntəzəm dəstək və müşayiətin təmin olunması; 

 



Digər  ailə  üzvlərinin  ehtiyaclarını  nəzərə  almaqla  lazımi  yardımı  almaq  imkanına  malik 

olmaq  - 

xəstəliyin  gedişi  dövründə,  xəstənin  ölümündən  əvvəlki,  eləcə  də  sonrakı  dövrdə 

ailəyə dəstək daxil olmaqla; 

 

Tibb bacısı yardımı daxil olmaqla, müntəzəm tibbi-sosial yardımın göstərilməsi; 



 

Sosial dəstəyin (sosial işçinin fəaliyyəti daxil olmaqla) qəbul olunması. 



 

 

35 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə