Az ərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix21.04.2018
ölçüsü0,5 Mb.
#39777
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

230-dan çox ölk

ədə aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, ölkələrin 58%-də palliativ 

qayğı sisteminin bir və bir neçə növü mövcuddur. Digər araşdırmalarda isə göstərilib ki, palliativ 

qayğı  sahəsində  mütəxəssis  yardımı  yalnız  dünya  ölkələrinin 30-45%-də  mövcuddur. Ciddi 

narahatçılığa səbəb olan digər bir məqam isə opiat qrupu analgetiklərinin əlçatanlığı olub. Belə ki, 

dünya 


əhalisinin 83%-i opiat qrupu analgetiklərinin əlçatanlığı çox məhdud olan və ya ümumiyyətlə 

olmayan ölk

ələrdə yaşayır.  

 

Geniş yayılmış xəstəliklər 

 

Ümumdünya S



əhiyyə  Təşkilatı  tərəfindən böyüklər və  uşaqlar  üçün  palliativ  qayğıya  ən çox 

ehtiyac yaradan geniş yayılmış xəstəliklər və vəziyyətlərin siyahısı tərtib edilib.  

 

 

 



Böyükl

ər üçün: Alzhaymer və digər demensiyalar, xərçəng xəstəlikləri, ürək-damar xəstəlikləri 

(q

əfləti ölüm istisna olmaqla), qaraciyər sirrozu, xronik obstruktiv ağciyər xəstəliyi, diabet, 



İİV/QİÇS,  böyrək  çatışmazlığı,  dağınız  skleroz,  Parkinson  xəstəliyi, revmatoid artrit və 

d

ərmana davamlı vərəm.  



 

 

 



Uşaqlar  üçün:   xərçəng xəstəlikləri, ürək-damar xəstəlikləri (qəfləti ölüm istisna olmaqla), 

qaraciy


ər sirrozu, anadangəlmə anomaliyalar (ürək qüsurları istisna olmaqlq), qan və immun 

pozğunluqlar, meningit, böyrək xəstəlikləri, nevroloji xəstəliklər və neonatal xəstəliklər.  

 

Dünya ölk



ələrində palliativ qayğı xidmətlərinin əlçatanlığı ciddi şəkildə fərqlənir. Məsələn, Cənub 

Sakit Okean regionunda yerl

əşən ada-ölkə  olan Niyuidə  palliativ  qayğının  əhaliyə  olan nisbəyi 

1:1000 n


əfəridir. Lakin Pakistanda bu nisbət  1:90  milyonadır.  Təhlillər göstərir  ki,  insanların 

palliativ v

ə hospis xidmətlərinə çıxışı onların yaşadığı ölkənin aşağı-, orta və ya yüksək-gəlirli ölkə 

olub olmamasından, habelə onların sosial-iqtisadi durumundan asılıdır.  

 

Tarix 

 

Palliativ 

qayğı  hərəkatının  inkişafı  irəliləmiş  xərçəng xəstəliyindən  əziyyət çəkən xəstələrə 

göst


ərilən  qayğıdan  qaynaqlanıb.  İlk  müasir  hospis  xidməti  Böyük  Britaniya  Krallığında  1967-ci 

yaradılmışdır.  Həmin hospis həm xəstələrə  qayğı  göstərir, həm də  palliativ  və  hospis sahəsində 

araşdırmalar  aparırdı.  "Palliativ  qayğı"  termini  isə  1974-cü ildə  Balfour Mount tərəfindən 

Kanadada t

əklif  edilmiş  və  beynəlxalq səviyyədə  qəbul  edilmişdir.  1980-ci illərdə  Britaniyada 

palliativ 

qayğı  mütəxəssislərinin/müəssisələrinin  tibbi  assosiasiyası  və  elmi  jurnalı  təsis  edilmiş, 



palliativ 

qayğı  tibb  ixtisası  kimi  təsdiqlənmiş  və  ölkə  üzrə  palliativ  qayğı  xidmətlərinin  geniş 

yayılması başvermişdir.  

 

1980-ci ill



ərdə  palliativ  qayğı  xidmətləri, Niderland istisna olmaqla, Qərbi  Avropanın  bütün 

ölk


ələrində  yaranmağa  başlamışdır.  Niderlandda  ilk  palliativ  qayğı  xidməti 1991-ci ilə  təsis 

edilmişdir.  Hazırda  isə  Avropada minlərlə  palliativ  qayğı  və  hospis xidmətləri və  mərkəzləri 

mövcuddur v

ə hətta Avropa Palliativ Qayğı Assosiasiyası da fəaliyyət göstərir. Bu Assosiasiya bir 

çox t

ədqiqatlar və təhlillər aparır və sahənin inkişafına dəstək verir.  



 

2003-cü ild

ə Avropa Şurası palliativ qayğıya dair təlimatlar nəşr etmiş və palliativ qayğı ilə təmin 

olunmağı xəstələrin (xüsusilə də, ömür uzunluğu məhdud olanların) fundamental və vacib hüququ 

kimi t

əsvir etmişdir. Avropa Şurasının bu sənədi Şərqi Avropa və keçmiş SSRİ respublikalarında 



28 


palliativ 

qayğı  xidmətlərinin  yaradılması  və  inkişaf  etdirilməsində  əhəmiyyətli ictimai vəkillik 

instrumentidir. Avropa Palliativ 

Qayğı  Assosiasiyasının  2014-cü ildə  nəşr  etdiyi  təhlildə 

aşağıdakılar diqqəti çəkib:  

 



Ümumdünya  S

əhiyyə  Təşkilatının  Avropa  regionunda  olan  53  ölkənin 14-də  palliativ  qayğı 

ixtisas v

ə ya alt-ixtisas kimi tanınıb. 

 

Şərqi Avropada, xüsusilə  də,  Moldova,  Rumıniya  və  Polşada  palliativ  qayğı  xidmətləri 



əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.  

 

Latın Amerikası Palliativ Qayğı Assosiasiyası (ALCP) tərəfindən 2012-ci ildə Latın Amerikasında 



palliativ 

qayğının  atlasını  dərc edilib və  burada  Latın  Amerikası  və  Cənubi  Amerikanın  19 

ölk

əsində vəziyyət təhlil edilib. Atlasa görə dünyanın bu bölgəsində artıq 1.000-dən çox palliativ 



qayğı  xidmətləri fəaliyyət göstərir və  xidmətlərin böyük əksəriyyəti evdə  göstərilən xidmətlərlə 

əhatə olunur. Argentina və Çilidə olan palliativ qayğı xidmətlərinin sayı regionun digər ölkələri ilə 

müqayis

ədə  daha çoxdur. Lakin ən  yaxşı  əhatəlik Kosta-Rikadadır.  Latın  Amerikası  və  Cənubi 



Amerika ölk

ələrinin  yalnız  dördündə  (Meksika, Kolumbiya, Argentina və  Çili)  palliativ  qayğı 

akkreditasiya olunub v

ə  tibb  ixtisası  və  ya alt-ixtisası  kimi  tanınır.  Ölkələrin  altısında  palliativ 

qayğı sahəsində diplomadan sonrakı təhsil proqramı mövcuddur. Kuba və Uruqvayda bütün ali tibb 

m

əktəblərində palliativ qayğı ixtisası üzrə təhsil mövcuddur. Həmin ölkələrdə palliativ qayğı  ya 



ayrıcı kurs kimi, ya da digər proqramların tərkibində öyrənilir.  

 

Asiya regionunda ilk hospisl



ər Koreyada (1965) və Yaponiyada (1973) yaradılıb. Hindistanda isə 

ilk hospis 1986-

cı ildə təsis edilib. Afrikada ilk hospis Uqandada 1993-сü ildə yaradılıb, lakin bütöv 

kontinentd

ə  palliativ  qayğı  xidmətlərinin  yaradılması  çox  ləng gedir.  Cənubi Afrika, Keniya, 

Zimbabved

ə də müxtəlif palliativ qayğı sisteminin modelləri yaradılsa belə, onlar hələ ki, inkişaf 

m

ərhələsindədir.  



 

Palliativ 

qayğı ilə hospis xidmətlərinin milli səhiyyə xidmətləri sisteminə inteqrasiya edilməs ilə 

bağlı Ümumdünya Səhiyyə Təşkilatının qətnaməsi 2014-cü ildə Cenevrədə keçirilən 67-ci Dünya 

S

əhiyyə  Assambleyasında  qəbul edilib. Azərbaycan da daxil olmaqla bütün üzv dövlətlər 



q

ətnamənin qəbul edilməsinə səs verib. Bu qətnamənin qəbul edilməsi üzv dövlətlərə palliativ və 

hospis xidm

ətlərinin milli səhiyyə sistemlərinə inteqrasiya olunmasına, milli səhiyyə büdcəsinə və 

tibbi t

əhsil sisteminə daxil edilməsinə bir siqnaldır. 



 

 

Yüks



ək gəlirli ölkələr 

 

Yüks



ək gəlirli ölkələrdə  palliativ  qayğı  xidməti ümumi səhiyyə  xidmətləri sisteminə  inteqrasiya 

olunub. Ən yüksək dərəcəli inteqrasiya məsələn ABŞ-da mövcuddur. Bundan əlavə, bir çox yüksək 

g

əlirli ölkələrdə pediatrik palliatvi qayğı xidmətləri çox yaxşı inkişaf etdirilib və əlçatanlıq yüksək 



s

əviyyədədir.  

 

Ölk


ələrdə  palliativ  qayğı  xidmətlərinin  əlçatanlığı  və  keyfiyyətini qiymətləndirmək üçün bəzən 

Quality  of  Death  İndex  və  ya Ölüm prosesinin Keyfiyyəti  İndeksi  istifadə  edilir. Bu indeks 27 

indikatordan ibar

ətdir və bunlara orta ömür uzunluğu, ÜDM-dən səhiyyəyə ayrılan xərclərin faizi, 

h

əyatın  sonunda  göstərilən  qayğı  barədə  əhalinin məlumatlığı,  opiat  qrupu  ağrıkəsicilərinin 



əlçatanlığı  və  milli  palliativ  qayğı  strategiyası  və  ya  proqramının  mövcudluğu  və  s. bu kimi 

əhəmiyyətli indikatorlar daxildir. Və  bu indeksə  görə  Böyük  Britaniya  ən yüksək göstəricilərdən 

29 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə