Az ərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix21.04.2018
ölçüsü0,5 Mb.
#39777
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

çatışmazlığı  olan, pediatrik xəstələrə  və  s.) də  göstərilir. Bu isə  həmin sahələrdə  müvafiq 

müt


əxəssislərin  olmasını  və  palliativ xidmətlərin  çeşidi  və  əhatəliliyinin  genişləndirilməsini 

t

ələb edir.  



3.

 

Palliativ qayğı ilə bağlı standartlaşdırılmış yanaşma və qəbul edilmiş təlimatlar olmadığından, 



ehtiyacı  olan  xəstələrə  göstərilən  qayğının  həcmi və  keyfiyyətinin  şəhərdən  şəhərə  və  tibb 

ocaqlar


ı arasında ciddi fərqləndiyi düşünülür.  

4.

 



Palliativ qayğı ilə bağlı ilk tədris vəsaiti 7 il bundan əvvəl hazırlanmış olsa da, yeni dərsliklər və 

kitablar n

əşr  edilməmişdir.  Qeyd  edilmiş  tədris vəsaiti  əsasında  dərslər  yalnız  ATU-da 

onkologiya  kafedrasında  tədris alan tibb tələbələri üçün keçirilir. Müvafiq tədris  proqramı  və 

d

ərslər nə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ), nə 



d

ə  tibb  kollecləri səviyyəsində  keçirilmir.  Bakı  Dövlət Universitetində  social  işçilərin 

hazırlanması  zamanı  palliativ  qayğı  və  hospis məsələləri səthi və  məhdud həcmdə  olsa da

araşdırılır və tədris edilir.  

5.

 

8-10 il 



əvvəl Bakı və Sumqayıtda həm evdə, həm də stasionar şəraitdə və poliklinikada palliativ 

qayğı  xidmətləri  uğurla  sınaqdan  keçirilmişdir.  Bu  sınağın  əsasında  milli  palliativ  qayğı  və 

hospis xidm

ətləri modelinin hazırlanması tələb olunur.  

6.

 

Palliativ v



ə  hospis xidmətlərinin  yaradılması  üçün  lazım  olunan xərclərin  hesablanması  tələb 

olunur. Bura h

əm texniki, həm insan resursları ilə bağlı xərclər daxildir.  

7.

 



T

əxminən 10 ildən  çoxdur  palliativ  qayğı  ilə  bağlı  ölkədə  işin  aparılmasına  baxmayaraq, 

əhalinin mühüm bir hissəsi hələ də bu xidmətlərin nə olduğu və nəyə xidmət etdiyi barədə dəqiq 

bilgiy


ə və məlumata malik deyil.  

8.

 



Tibb işçilərinin palliativ qayğı və hospis xidmətləri, o cümlədən palliativ xəstələrin ehtiyacları 

bar


ədə məlumatlılığı yetərli deyildir. 

9.

 



H

əyatın  sonunda  olan  xəstələr, xüsusilə  də  onkoloji və  QİÇS  xəstələrinin  keçirdiyi xronik 

ağrının ciddiliyi və onların həyat keyfiyyətinə təsiri tibb işçiləri tərəfindən çox vaxt tanınmır, 

q

əbul edilmir və nəticədə düzgün tənzimlənmir. 



 

PALL

İATIV QAYĞI XİDMƏTLƏRİNİN YARADILMASINA DAİR ÜMUMİ TƏKLİFLƏR 

Mövcud s


ənədlərin/hesabatların  təhlili, eləcə  də  hazırkı  sorğunun  nəticələri göstərir ki, ilkin 

inkişaf  mərhələsində  və  əsasən də  pərakəndə  və  məhdud həcmdə  mövcud  olmasına  baxmayaraq, 

icma daxilind

ə və evdə, ambulator-poliklinika şəraitində və ixtisaslaşmış palliativ qayğı şöbələri və 

hospisl

ərin  yaradılması  ilə  inkişaf  etdirilməsi  üçün  milli  palliativ  qayğı  proqramının  qəbul 



edilm

əsinə ehtiyac vardır. Palliativ qayğı və hospis xidmətlərinin genişləndirilməsi və milli səhiyyə 

sisteminin  ayrılmaz  komponentinə  çevrilməsi, habelə  icbari  tibbi  sığorta  ödənişləri ilə  əhatə 

olunmasını təmin etmək ciddi əhəmiyyət kəsb edir.  

Aşağıda  tövsiyə  edilən tədbirlər  bu məqsədə  çatmaq, eləcə  də  hesabatda təsvir  edilmiş 

boşluqların  və  maneələrin  aradan  qaldırılması  üçün  birbaşa  yol  göstərə  bilər. Bu tövsiyələrin bir 

qisminin h

əyata keçirilməsinin maliyyə və insan resurslarından asılı olmasına baxmayaraq, digər bir 

çox f

əaliyyətlərin həyata keçirilməsi heç bir ciddi maliyyə və texniki sərmayələr tələb etmir. 



 

Palliativ qayğı sistemi və xidmətlərin yaradılması prosesinin qısa təsviri   

 

Milli Palliativ Qayğı və Hospis üzrə İşçi Qrupun yaradılması  



o

 

Az



ərbaycanda  palliativ  qayğı  sisteminin  inkişafını  planlaşdırmaq  və  bu məqsədlə 

aidiyy


əti  dövlət  qurumları  və  ictimai birliklərin mütəxəssislərindən ibarət  Milli 

Palliativ  Qayğı  və  Hospis üzrə  İşçi  Qrupun  yaradılması  ilk  addım  ola  bilər. Bu 

qrup pal


liativ  qayğı  və  hospis  modelinin  sınaqdan  keçirilməsi  işini  təşkil  edə, 

f

əaliyyətlərin ilkin və  yekun nəticələrini qiymətləndirə  və  tələb olunduqda, 



korreksiyalar  apardıqdan  sonra  onun  qurumlararası  qarşılıqlı  əlaqə  və  əməkdaşlıq 

şəraitində ölkə üzrə tətbiqinə nail ola bilər.  

 

24 



 

Respublikada 



palliativ  qayğı  və  hospis xidmətinin  inkişafına  dair  konsepsiya  və  modelin 

t

ərtib edilməsi  



 

Palliativ qayğının yaradılması və inkişaf etdirilməsi üzrə aidiyyəti nazirliklər və komitələr



habel

ə beynəlxalq və milli ictimai birliklərin iştirakı  

 

Palliativ  qayğı  məsələlərinin milli qanunvericilikdə  əks etdirilməsi məqsədilə  milli 



qanunvericiliyin t

əhlilini aparılması və müvafiq əlavə və ya dəyişikliklərin təklif edilməsi 

 

Palliativ  qayğı  xidmətlərinin  sınaqdan  keçirilməsi və  xüsusi tədris-təcrübə  mərkəzinin 



yaradılması  məqsədilə  Bakı  şəhərinin iri xəstəxanalarının  birində  5-10  çarpayılıq  pilot 

Palliativ q

ayğı  şöbəsinin təşkil  edilməsi  və  böyüklər üçün poliklinika və  ərazi üzrə  təcili 

tibbi yardım xidməti ilə müvafiq əməkdaşlığın qurulması 

 

Maliyy


ə 

 



Palliativ qayğı xidmətlərinin göstərilməsi üçün stasionar, poliklinika və ev şəraitində 

x

əstələrə qayğı üzrə standartlar və meyarların tərtib edilməsi və xərclərin hesablanması.  



 

T

əlim-tədris 



 

Az



ərbaycan Tibb Universitetinin nəzdində  tədris  edilən  palliativ  qayğı  dərslərinin 

əhatəliliyinin  genişləndirilməsi,  ADHTİ  və  2  nömrəli    Bakı  Baza Tibb Kolleci  nəzdində 

ixtisaslaşdırılmış  pallitiv  qayğı  üzrə  təkmilləşdirmə  kurslarının  yaradılmasının  təmin 

edilm


əsi.  

 



Palliativ qayğı məsələlərinin rezidentura və magistr təhsil səviyyələrinə inteqrasiya edilməsi. 

 

Xidm



ətlərin göstərilməsi 

 



Palliativ  qayğı  xidmətlərinin göstərilməsi üçün stasionar, poliklinika və  ev  şəraitində 

x

əstələrə qayğı üzrə protokollar və alqoritmlərin tərtib edilməsi. 



 

Keyfiyy



ətli  palliativ  qayğı  xidmətlərinin göstərilməsinə  təminat üçün monitorinq və 

qiym


ətləndirmə strategiyalarının yaradılması. 

 

D



ərmanların istifadəsinin mümkünlüyü 

 



Palliativ v

ə hospis qayğısında olan xəstələr arasında xronik ağrının idarə edilməsində baha 

olmayan per os narkotik analgetikl

ərin əlçatanlığının və düzgün istifadəsinin təmin edilməsi.  

 

Narkotik analgetikl



ər, habelə  opiatların  artıq  dozalanması  zamanı  istifadə  edilən nalokson 

preparatlarının  istehsalı,  idxalı,  təyin edilməsi və  reseptlərin  yazılması  məsələlərini 

t

ənzimləyən müvafiq qanun və normativ hüquqi aktların təkmilləşdirilməsi.  



 

25 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə