Az ərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix21.04.2018
ölçüsü0,5 Mb.
#39777
1   2   3   4   5   6   7   8   9   10   ...   18

 

 

Ağrıkəsicilərlə təminat və ya onların əlçatanlığı 

 

Bir  çox  aşağı  və  orta gəlirli ölkələrdə  analgetiklərin (opiat və  qeyri-opiat qrupu analgetiklər) 



əlçatanlığı aşağı səviyyədədir. Hesablanıb ki, dünyada istehsal olunan opiat qrupu preparatlarının 

94%-i dünya 

əhalisinin 15%-i tərəfindən istifadə  edilir.  Bu  əhalinin böyük hissəsi yüksək gəlirli 

ölk


ələrdə  yaşayır.  Digər təhlillər göstərib ki, ÜST-nin həyat  üçün  vacib  preparatları  siyahısında 

olmasına baxmayaraq, dünya əhalisinin 80%-nin morfinə çıxışı yoxdur.  

 

Tibbi Onkologiya  üzr



ə  Avropa Cəmiyyəti (ESMO) qlobal səviyyədə  ağrıkəsicilərə  olan 

əlçatanlığı araşdırmış və aşağıdakı nəticələrə gəlmişdir:  

1.

 

Əsas  opiat  qrupu  preparatlarının  əlçatanlığı  aşağı  səviyyədədir. ÜST-nin həyat üçün vacib 



d

ərman preparatları siyahısına 7 opiat qrupu analgetiki (kodein, per os qısa təsirli morfin, per os 

uzunmüdd

ətli morfin, əzələdaxili və  ya  venadaxili  morfin,  qısa  müddətli oksikodon, per os 

metadon v

ə transdermal fentanil) daxil edilib. Lakin əksər apteklərdə və tibb müəssisələrində 

bunların yalnız 3 və ya 2-si mövcud olur.  

2.

 



Köhn

əlmiş  səhiyyə  siyasəti opiat analgetiklərinin istifadəsindən çəkindirir.  Araşdırmalar 

göst

ərir ki, dünya ölkələrinin 80%-də  ağrıkəsicilərin dövriyyəsi və  istifadəsinə  ciddi 



m

əhdudiyyətlər və  nəzarət mövcuddur. Həmin ölkələrdə  olan mövcud  qanunvericilik və 

s

əhiyyə  siyasəti xəstələrin  ağrıkəsicilərə  çıxışını  məhdudlaşdırır.  Bəzi ölkələrdə  opiat qrupu 



analgetikl

ərinin  yalnız  müəyyən xəstəxanalarda istifadəsinə  icazə  verilir, digərlərində  təyin 

edil

ən opiat analgetiklərinin dozası və qəbulu tezliyində məhdudiyyətlər vardır. Ümumiyyətlə, 



1961-ci ild

ə BMT tərəfindən qəbul edilmiş Narkotik vasitələr haqqında Konvensiyaya əsasən 

narkotikl

ərin qeyri-qanuni dövriyyəsi və qanunsuz istifadəsinin qarşısının alınmasına daha çox 

üstünlüyün verilm

əsi, tibbi məqsədlər üçün opiat qrupu preparatlarının təyini praktik cəhətdən 

ç

ətinləşdirilib. Bu, həmçinin təxminən 5 mlrd insanın narkotik ağrıkəsicilərlə təmin edilməsinin 



qarşısını alır.  

3.

 



İnzibati maneələr. Opiat qrupu preparatlarının əlçatan olduğu ölkələrin bir qismində onların əldə 

edilm


əsində  çətinliklər mövcuddur. Belə  ki, opiat qrupu analgetiklərinin  əldə  edilməsi üçün 

t

ələb olunan icazələrin və ya təsdiqedici sənədlərin sayının çoxluğu, həmin dərmanların qiyməti 



v

ə təyin edilən dərmanların dozalarında məhdudiyyətlər xəstələr üçün ciddi maneələr törədir.  

17 



4.

 

Tibb  işçilərinin təhsili və  səlahiyyətlərinin  artırılması.  Ağrıkəsicilərin, xüsusilə  də  narkotik 



analgetikl

ərin təhlükəsiz təyin olunması ilə bağlı tibbi işçilərinin bilgiləri yetərli deyildir. Bu 

is

ə həmin preparatların təyin olunmasında əlavə çətinlik və ya maneədir.  



 

Bütün sadalanmış maneələrə və çətinliklərə baxmayaraq, bəzi ölkələrdə narkotik analgetiklərin 

əlçatan olması üçün müvafiq tədbirlər görülmüşdür. Belə ki, Kolumbiyanın bütün 32 ştatında opiat 

analgetikl

ərinin  əlçatanlığının  artırılması  üçün  hər  bir  ştatda  müvafiq  ehtiyat  yaradılıbdır.  Bunun 

n

əticəsində  Kolumbiyada opiat analgetiklərinin istifadəsində  çətinliklər  əhəmiyyətli dərəcədə 



aradan qalxmışdır.  

Opiat qrupu analgetikl

ərinin istifadəsi son 10 il ərzində (2001-2013) qlobal miqyasda artmışdır. 

Lakin onların istifadəsində artım əsasən Şimali Amerika, qərbi və mərkəzi Avropa və Avstraliya, 

Yeni  Zelandiyada 

müşahidə  edilib.  Dünyanın  digər  regionlarında,  o  cümlədən Asiya, Afrika, 

M

ərkəzi Amerika,  Şərq və  Cənub-Şərqi Avropada, Cənubi Amerikada əhəmiyyətli  artım  qeydə 



alınmamışdır. Opiat analgetiklərinin əlçatanlığının aşağı səviyyədə olmasına təsir edən amillər və 

s

əbəblər  əslində  ESMO-nun təsvir etdiyi səbəblərdən fərqlənmir.  Əksər hallarda opiat qrupu 



analgetikl

ərinin istifadəsində məhdudiyyətlər aşağıdakı səbəblərlə bağlı olub:  

 

asılılığın yaranması ilə bağlı qorxu, 



 

opiat analgetikl



ərinin importu ilə bağlı problemlər, 

 



tibb işçilərinin məlumatlılığı və bilgilərinin yetərsiz olması,  

 



m

əhdud maliyyə imkanları, 

 

ciddi n



əzarət. 

Maraqlıdır ki, BMT-nin hesabatında opiat qrupu analgetiklərinin istifadəsinə əsas maneə kimi 

qeyd  edilmiş  sərt qanunvericilik və  ciddi tənzimləmə/nəzarət mexanizmləri, habelə  asılılığın 

yaranmasına dair qorxu 1995-ci illə müqayisədə 2015-ci ildəki hesabatda daha az qeyd edilmişdir. 



 

Az

ərbaycanda narkotik analgetiklərin əlçatanlığı 

 

Heç kim



ə sirr deyil ki, terminal mərhələ, sağalmaz ağır xəstəliyi olan və ya həyatlarının sonunu 

yaşayan insanlar çox vaxt ağrıdan əziyyət çəkirlər. Tipik iltihab prosesi ilə bağlı və həmçinin bəzi 

növ k

əskin ağrının azaldılması və ya aradan götürülməsi üçün birinci sıra preparatlara QSİƏP-lər və 



asetaminofen aid olsa da, palliativ yardıma ehtiyacı olan xəstələrdə müşahidə edilən ağrının daha 

çox m


əhz opiat qrupu analgetikləri ilə tənzimlənməsi mümkün olur. Bu səbəbdən də, bütün dünya 

ölk


ələrində  palliativ  qayğı  sisteminin  qurulması  zamanı  həll edilməsi tələb olunan əsas 

probleml


ərdən biri də məhz narkotik analgetiklərin əlçatanlığıdır.  

Palliativ qay

ğı sisteminin yaradılması zamanı ən çox çətinlik yaradan məsələ də məhz xəstələrin 

narkotik v

ə ya opiat qrupundan olan analgetiklərlə təmin edilməsidir. 2008-2009-cu illərdə ACİ-YF 

t

ərəfindən Azərbaycanda, habelə  müxtəlif illərdə  Rusiya  Federasiyası,  Qazaxıstan, Gürcüstan və 



dig

ər  keçmiş  Sovetlər  İttifaqının  süqutundan  sonra  yaranmış  müstəqil ölkələrdə  aparılmış 

araşdırmalar  bir  daha təsdiq edir ki, məhz narkotik analgetiklərlə  təminat palliativ xidmətlərin 

yaradılmasına  ən böyük əngəl törədən amildir. Belə  ki, narkotik analgetiklərlə  təminat məsələsi 

günd

əmə gəldikdə, daha çox diqqəti xəstələrin ağrısı deyil, məhz narkotik asılılıq və narkotiklərin 



qeyri-qanuni dövriyy

əsinin  azaldılması  və  ya  qarşısının  alınması  çəkir.  Narkotik  preparatların 

dövriyy

əsinə  ciddi nəzarəti təşviq  edən  şəxslər öz fikirlərini digər  inkişaf  etmiş  ölkələrdə 



narkotikl

ərdən  asılı  olan  şəxslərin  sayının  artması,  artıq  doza  ilə  yüklənmə  hallarının  çoxalması 

riski il

ə bağlı olması ilə müdafiə edirlər. Lakin dünyanın bir çox ölkələrində aparılmış tədqiqatlar 

göst

ərib ki, palliativ qayğıya ehtiyacı olan şəxslərin narkotik analgetiklərdən asılılığının yaranması 



riski çox aşağıdır, artıq dozalanmaya isə daha az hallarda rast gəlinir.  

Az

ərbaycanda narkotik analgetiklərin daha əlçatan olması üçün görülməsi tələb olunan işlərin 



əyyən edilməsi məqsədilə tibb işçilərinə müvafiq sual ünvanlanmışdır. Tibb işçilərinin 49.3%-i 

18 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə