Az ərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix21.04.2018
ölçüsü0,5 Mb.
#39777
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

ÜMUMİLƏŞDİRMƏ 

 

Аzərbaycanda  palliativ  qayğı  xidmətlərinin  yaradılmasında  imkanlar  və  çətinliklərin 



öyr

ənilməsi və potensial xidmətlərin xəritələşdirilməsi üzrə hazırkı tədqiqatın əsas məqsədi ölkədə 

palliativ  qayğı  xidmətlərinin  planlaşdırılması  və  təmin edilməsi ilə  bağlı  yetərli  sübutlu  bazanın 

toplanması  olub.  Araşdırma  Azərbaycanda  palliativ  qayğı  xidmətlərinə  olan  ehtiyacların 

d

əyərləndirilməsinə  və  bu  qayğıdan  yararlana  biləcək  xəstələrin və  onların  əziyyət çəkdiyi 



x

əstəliklərin, onların yaşlarının, coqrafi yerləşməsinin müəyyən edilməsinə  yönəlmişdir. Tədqiqat 

h

əmçinin palliativ qayğı sisteminin formalaşması və inkişafını əngəlləyən amilləri müəyyən etməyi, 



bu sah

ədə  tibb  işçilərinin  yanaşmasını  və  məlumatlılığını  öyrənməyi, müxtəlif  yaşlı  xəstə 

qruplarının,  onların  ailə  üzvlərinin psixoloji, sosial və  tibbi  ehtiyaclarını  dəyərləndirməyi də  öz 

qarşısında məqsəd kimi qoymuşdur.  

Bu hesabatda t

əqdim edilmiş əhali və tibb işçiləri arasında aparılmış sorğunun nəticələri, habelə 

mövcud qanunvericilik v

ə  normativ-hüquqi  aktların,  əvvəllər bu sahədə  aparılmış  tədqiqatların 

n

əticələrinin təhlili Azərbaycanda  palliativ  qayğı  sisteminin  qurulması  üçün  müvafiq  dövlət 



qurumlarına tələb olunan əhəmiyyətli məlumat mənbəyi olacağı ümid edilir.  

 

H

əyatın sonunda qayğı ilə bağlı düşüncələr. 

Palliativ qayğı sisteminin yaradılmasında ölkə əhalisinin ölüm və ağır, sağalmaz xəstəliyə olan 

yanaşması,  dini  inancları  və  mədəni tarixi ciddi əhəmiyyət kəsb  edir.  Palliativ  qayğı  və  onun 

m

əqsəd və  vəzifələri barədə  əhali  arasında  məlumatlılıq  çox  aşağı  olsa  da,  bu  tip  xidmətlərin 



əhəmiyyəti əhalinin bütün qrupları tərəfindən tanınıb. Lakin əhalinin əhəmiyyətli dərəcədə böyük 

bir hiss


əsi (34%) ümumiyyətlə palliativ yardımın (burada “palliativ qayğı” və ya “palliativ yardım” 

v

ə  ya “hospis” terminlərinin  əhali tərəfindən  tanınması  və  başa  düşülməsindən söhbət gedir) nə 



olduğunu  bilməyib. Düzdür,  palliativ  qayğı  barədə  məlumatı  olanların  25%-i  palliativ  qayğının 

sa

ğalmaz xəstəyə göstərilən yardım, 22%-i isə ağır xəstəliyi olan və  ya həyatlarının son dövrünü 



yaşayan insanlara tibbi, sosial, psixoloji və s. yardım olduğunu qeyd edib.   

T

ədqiqatdan öyrənilmişdir  ki,  əhalinin  böyük  əksəriyyəti vəziyyəti  ağır  və  ya ölüm ayağında 



olan x

əstənin  əlavə  köməyə  ehtiyac  duyduğunu  vurğulamışdır.  Təəccüblü deyil ki, xəstələrin 

87.6%-i m

əhz həkimə və 55.3%-i orta tibb personalının (tibb bacısı) yardımına ehtiyac duyduğunu 

bildiribl

ər.  Palliativ  qayğı  hərtərəfli  kompleks  yanaşma  olaraq, özündə  tibbi, sosial, psixoloji və 

dig

ər məsələlərin həllini nəzərdə  tutur.  Əhalinin  verdiyi  cavablar  isə  palliativ  qayğının  daha  çox 



m

əhz  tibbi  qayğı  ilə  bağlı  olduğunu  göstərir.  Bununla  yanaşı,  həmin xəstələrin  qayğısında  ailə 

üzvl

ərinin rolunu danmaq mümkün deyil. Bu da respondentlərin cavablarında öz məntiqi nəticəsini 



tapıb.  Belə  ki,  respondentlərin  64%-i xəstənin  ağır  xəstəliyi və  ölümə  yaxın  anlarında  məhz ailə 

üzvl


ərinə ehtiyac duyduğunu bildirib. Psixoloji yardımın vacibliyi rəyi soruşulan əhalinin 39.8%-i 

t

ərəfindən vurğulanıb. Həm tibb işçiləri, həm də ictimai səhiyyə mütəxəssisləri ilə aparılan fokus 



qrup müzakir

ələrində  Əmək və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin və  onun müvafiq 

qurumlarında çalışan sosial işçilərin də palliativ qayğı sistemindəki rolu tez-tez dilə gətirilib. Rəyi 

soruşulan əhali arasında sosial işçilərə ehtiyac olduğu 27.3% hallarda qeyd edilib.  

Hazırda mövcud olan palliativ qayğı xidmətləri, onlarış çeşidi, əhatəliliyi və keyfiyyəti ilə razı 

olmadığını  bildirən respondentlərin  34%-i  bunun  palliativ  yardım  göstərən xüsusi müəssisələrin, 

18%-i is

ə  mütəxəssislərin  olmaması  ilə  əlaqələndirib,  lakin  19%-i  palliativ  qayğıya  ehtiyacı  olan 

x

əstələrin tibb müəssisələri (xəstəxanalar) tərəfindən qəbul edilməməsi ilə izah etmişdir. 



  

Ail

ə üzvləri və qayğıgöstərənlərin iştirakı. 

Yuxarıda göstərildiyi kimi rəyi soruşulan əhali ağır, sağlamaz və ya ölümə yaxın olan xəstələrin 

qayğısında onların yaxınlarının, xüsusilə də ailə üzvlərinin iştirakının vacibliyini və əksər hallarda 

is

ə  qaçılmaz  olduğunu  bildirib.  Belə  ki, respondentlərin  45.3%-i  əsasən xəstələrin  ehtiyaclarına 



uyğun  qayğı  və  qulluğun  göstərilməsinə  dair  ailə  üzvlərinin (xəstə  və  xəstənin  yaxınlarının) 

müvafiq bilik v

ə bacarıqlar barədə məlumata malik olmasının vacib olduğunu bildirmişdir. 64.6%-i 

is

ə evdə ağır və ya ölüm ayağında olan xəstələrə qulluq üçün səriştəli (müvafiq bacarıqlara malik) 



köm

əkçinin olmasının vacibliyini qeyd edib. Göründüyü kimi xəstələrin yaxınları "ölüm ayağında" 

olanlara yardım etmək üçün daha dərin məlumata, habelə müvafiq bacarıqlara malik olmağa və ya 

bu sah


ədə  daha təcrübəli  birinin  olmasına  üstünlük  verirlər.  Beləliklə,  palliativ  yardım  zamanı 

22 



x

əstənin  yaxınları  mühüm  tərəfdaşa  çevrilə  bilərlər  və  xəstəyə  göstərilən  qayğının  dayanıqlılığı 

t

əmin olunar. Bu səbəbdən də xəstənin yaxınlarını (ailə üzvlərini) xəstəyə qulluqla bağlı müvafiq 



bilik v

ə bacarıqlarla təchiz etmək olduqca vacibdir. Tibb işçilərinin də 46.7%-i məhz əhalinin, o 

cüml

ədən ailə üzvlərinin palliativ yardım barədə məlumatlandırılmasının vacibliyini bildirib.  



 

Palliativ q

ayğının göstərildiyi yer.   

Respondentl

ərin  fikrinə  görə,  palliativ  yardımın  çoxşaxəli və  multidissiplinar komanda və 

xidm


ətlərdən ibarət  olduğuna  baxmayaraq,  tibbi  qayğı  və  xəstəyə  qulluq onun əhəmiyyətli bir 

hiss


əsini təşkil edir. Bu səbəbdən də rəyi soruşulanların 35%-i palliativ xidmətlər üçün şəhər/rayon 

x

əstəxanasında  müvafiq  şöbələrin  yaradılması,  27%-i böyüklər üçün poliklinikalarda gündəlik 



palliativ xidm

ət kabinetlərinin təşkilinin vacibliyini bildiriblər.  Maraqlıdır  ki,  poliklinikalarda 

palliativ  yardım  kabinetlərinin  yaradılması  həm xəstələr  üçün  bu  növ  yardımın  daha  əlçatan və 

yaşayış  yerinə  yaxın  olmaqla  göstərilməsini təmin edəcək, həm də  xüsusi  səyyar  briqadaların 

yaradılması ilə (26%) evdə də müxtəlif xidmətlərin göstərilməsinə imkan verəcəkdir.  

Tibb işçilərinin fikrincə (cəmi 53%) hazırda palliativ yardım xəstəxana və ya poliklinikalarda 

göst

ərilir. Bununla yanaşı, tibb işçilərinin yalnız 45%-i bu növ xidmətlərin məhz şəhər/rayonun iri 



x

əstəxanasında (27%) və ya böyüklər üçün poliklinikalarında (18%) təşkil edilməsinə tərəfdar çıxıb. 

Tibb işçilərinin 17%-i hesab edir ki, daha  yaxşı palliativ xidmətlər gündəlik tibbi qayğı  göstərən 

xüsusi kiçik tibb mü

əssisələrində  göstərilə  bilər. Respondentlərin 38%-i xidmətlərin evdə 

göst


ərilməsinə və bu məqsədlə səyyar tibbi yardım briqadalarının cəlb edilməsinə üstünlük verib.   

 

Ağrısızlaşdırma

Ağrısızlaşdırma dünyada palliativ yardım çərçivəsində ən çox tələb olunan xidmətlərdən biridir. 

Palliativ yardıma ehtiyacı olanların böyük bir qismi müxtəlif zamanlarda ağrıdan əziyyət çəkir və 

analgetikl

ərin, o cümlədən narkotik analgetiklərin istifadəsi tələb olunur. Buna baxmayaraq, 

sorğuda  iştirak  edən  tibb  işçilərinin  yalnız  18%-i  ağrısızlaşdırmanın  mühüm  məsələ  olduğunu 

vurğulayıb.  Ehitmal  olunur  ki,  palliativ  yardıma  ehtiyacı  olan  xəstələrin  əsasən evdə  ailə  üzvləri 

t

ərəfindən  qayğıya  cəlb  olunduğu,  ağrı  hallarında  əsasən  103  TTY  briqadalarının  çağrıldığı 



s

əbəbindən tibb işçilərinin böyük bir qismi xəstələrdə müşahidə edilən ağrı barədə məlumatsızdır. 

Dig

ər tərəfdən tibb işçiləri arasında analgeziyanın düzgün aparılmasına dair bilik səviyyəsinin aşağı 



olması  və  opiat  qrupu  preparatların  istifadəsinin  yalnız  “xüsusi  hallarda”  tələb  olunduğuna  dair 

düşüncələri palliativ yardıma ehtiyacı olan xəstələrdə ağrının düzgün dəyərləndirilməməsinə gətirib 

çıxarır.  Tibb  işçilərinin kəskin və  xronik  ağrının  tənzimlənməsi, xüsusilə  də  həyatın  sonunda 

müşahidə edilən ağrının aradan qaldırılmasında bilik və təcrübəsi bu tədqiqatın bir başa predmeti 

olmasa da, fokus qrup müzakir

ələrindən belə qənaətə gəlinib ki, bu sahədə ciddi boşluqlar vardır. 

Opiat qrupuna aid preparatların təyin edilməsi ilə bağlı tibb işçiləri çox tərəddüd keçirirlər və bu 

h

əm opiatların dövriyyəsinə ciddi nəzarətin olması, həm də bir çox hallarda əsassız olaraq həmin 



preparatların  artıq  dozalanması  və/və  ya aludəçiliyin  tez  inkişaf  etməsi  fikirləri  ilə  bağlıdır.  Bu 

s

əbəbdən də hazırda narkotik analgetiklərin əsasən yalnız onkoloji xəstələrə təyin edilməsi (53%), 



tib

b işçilərinin 35%-i isə bu preparatların yalnız məhdud qaydada verildyi fikri bildirilib.  

 

 

Müvafiq s

ənədlərin təhlilinin nəticələri. 

Müvafiq s

ənədlərin və hesabatların təhlili palliativ qayğının göstərilməsi ilə bağlı Azərbaycanda 

mövcud  olan  aşağıdakı  problemlərin həlli üzrə  müvafiq konsepsiya, model və  digər normativ 

s

ənədlərin işlənib hazırlanması və müvafiq tədbirlərin görülməsini göstərdi:  



1.

 

Palliativ  qayğı  və  hospis xidmətlərinin  yaradılması  və  inkişaf  etdirilməsi həm “Azərbaycan 



Respublikasında  qeyri-infeksion xəstəliklərlə  mübarizəyə  dair 2015-2020-ci illər üçün 

Strategiya” v

ə həm də“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin  2014-2020-ci illər üzrə 

Strateji Planı”nda qeyd edilsə də, bir başa palliativ xidmətlərin qurulması üçün tədbirlər planı və 

ya milli konsepsiya v

ə model, yaxud xüsusi dövlət proqramı mövcud deyil. 

2.

 

Az



ərbaycanda palliativ qayğı və hospisin çox dar çərçivədə başa düşülməsi problemi var. Lakin, 

hazırda palliativ qayğı və hospis xidmətləri tək onkoloji xəstələrə deyil, terminal xəstəliyi olan 

v

ə  ya ölümə  yaxın  olan  xəstələrə  (Alzeymer  demensiyası,  İİV/QİÇS,  qaraciyər və  ürək 



23 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə