Az ərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi


Əlavə 1. PALLİATİV YARDIMIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix21.04.2018
ölçüsü0,5 Mb.
#39777
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

Əlavə 1. PALLİATİV YARDIMIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ 

 

Palliativ yardım:  



 

 



Ağrı və distresə səbəb olan simptomların aradan qaldırılması; 

 



H

əyata dəyər verir və ölümü normal proses kimi qəbul edir

 

Ölümü sür



ətləndirməyə və ya gecikdirməyə yönəlməyib; 

 



Psixoloji v

ə mənəvi-dini aspektləri xəstənin qayğısına inteqrasiya edir; 

 

Ölümün baş verməsinədək xəstələrin aktiv həyat yaşaması üçün onları müvafiq dəstək sistemi 



 

il

ə təmin edir; 



 

Ağır  xəstəlik  zamanı  xəstənin ailəsinə  dəstək və  ailə  xəstəni  itirdiyi  zaman  psixoloji  yardım 



 

t

əklif edir; 



 

X



əstənin həyat keyfiyyətinin yaxşılaşmasına xidmət edir və xəstəliyin ümumi gedişatına müsbət 

 

t



əsir göstərir; 

 



X

əstənin  ömür  uzunluğunun  uzadılmasına  xidmət edən digər müalicə  tədbirləri, o cümlədən, 

 

kimya terapiyası və ya şüa terapiyası ilə yanaşı xəstəliyin hətta erkən dövrlərində də tətbiq oluna 



 

bil


ər. 

 

M



əqsəd. 

Palliativ  yardımın  məqsədi həyat üçün təhlükəli olan xəstəliklərə  bağlı  olaraq  ortaya  çıxan 

probleml

ərlə  qarşılaşan  xəstələrdə  ağrı  və  digər  simptomları  əvvəlcədən təyin etmək və 

qiym

ətləndirmək,  bu  şəxslərə  və  onların  ailə  üzvlərinə  tibbi, psixoloji, sosial və  mənəvi dəstək 



ver

ərək ağrılarını yüngülləşdirmək və ya qarşısını almaq, həyat keyfiyyətini inkişaf etdirmək üçün 

f

əaliyyət göstərmək üzrə  palliativ  yardım  şöbələri, hospislər  yaratmaq,  bunların  fəaliyyətini, 



funksiyalarını, saxlanılması üçün lazım olan vasitə, vəsait və heyətin minimum standartını, işçilərin 

v

əzifə səlahiyyət və məsuliyyətlərinə dair üsul və əsasları təyin etməkdir. 



 

Ağır  xəstəlikdən  əziyyət çəkən  şəxslərin həyat keyfiyyətinin  yaxşılaşdırılması  beləliklə, palliativ 

yardımın əsas məqsədidir.  

 



Palliativ yardım xəstənin qayğısı üçün çox geniş dəstək imkanları verir. 

 



Palliativ yardım dərhal diaqnoz qoyulandan sonra xəstəyə təklif edilə bilər. 

 



Palliativ yardım tibbi-müalicə tədbirləri ilə yanaşı tətbiq oluna bilər, yəni xəstənin farmakoloji 

 

v



ə  qeyri-farmakoloji, cərrahi və  s. müalicə  alması,  palliativ  qayğıya  cəlb edilməsinə  maneə 

 

hesab edilmir. 



 

H



ər iki növ yardımın əsasını xəstəliklə və ya ahıl yaşı ilə bağlı simptomların ağırlıq dərəcəsini 

 

azaltmaq f



əlsəfəsi təşkil edir. 

 



Heç d

ə bütün ölkələrdə bu iki yardım növü arasında fərq qoyulur. 

 

Palliativ xidm

ətlərin əsas xüsusiyyətləri 

 

1.

 



palliativ xidm

ətlər pasiyentlərin və onların ailə üzvlərinin hüquqlarına hörmət olunaraq və bütün 

 

m

ənəvi-etik normalara qeyd-şərtsiz riayət edilməklə pulsuz reallaşdırılır; 



2.

 

dinind



ən,  əqidəsindən, cinsindən, irqindən,  milliyyətindən, dilindən,  yaşayış  yerindən,  əmlak 

 

v



əziyyətindən, ictimai-  sosial mənşəyindən,  yaşından, ailə  vəziyyətindən,  siyasi  baxışlarından 

 

v



ə təhsilindən asılı olmayaraq, bütün ölkə vətəndaşları üçün əlçatandır; 

26 



3.

 

pasiyentin v



ə  ya onun qanuni nümayəndəsinin diaqnoz barədə, xəstəliyin proqnozu və  təklif 

 

edil



ən palliativ xidmət 


 tədbirlərinin  planı  barədə  bütün hüquqi və  etik normalara riayət 

 

olunmaqla, düzgün v



ə vaxtında məlumatlandırılmasını nəzərdə tutur. 

 

Palliativ qayğı xidmətləri aşağıdakıları əhatə etməlidir:  



 

1.

 



Ağrının menecmenti xəstənin əzab əziyyətinin azaldılması üçün xüsusi əhəmiyyət kəsb edir. 

 

Tibb  işçiləri və  ailələr birgə  çalışaraq  ağrının  əsas mənbəyini müəyyənləşdirməli və  müxtəlif 



 

farmakoterapiya v

ə  digər qeyri-farmakoloji vasitələrlə  onun  aradan  qaldırılmasına  və  ya 

 

azaldılmasına yardım etməlidir  



2.

 

Simptomların menecmenti xəstədə ağrıdan başqa müşahidə edilən simptomların, o cümlədən, 

 

ür

ək  bulanması,  zəiflik,  bağırsaqların  boşaldılması  və  sidik  ifrazatı,  huşun  keyləşməsi, 



 

yorğunluq və tənəffüsün çətinləşməsi kimi problemlərin aradan qaldırılmasına yönəlməlidir.  

3.

 

Emosional v



ə  mənəvi-dini dəstək  əslində  ağır  xəstəlikdən  əziyyət çəkən və  ya onunla 

 

mübariz



ə aparan xəstə və onun yaxınları üçün çox önəmlidir.  

 

 



Əlavə 2. MÜASİR DÜNYADA PALLİATİV YARDIMIN KONSEPSİYASI 

 

Palliativ 

qayğı  ağır  xəstəliyi olan xəstələr və  onların  ailələrinin mümkün həyat keyfiyyətinin 

d

əstəklənməsi və  əzab-əziyyətin  profilaktikası  və  azaldılmasına  yönəlmiş  multidissiplinar  tibbi 



ixtisasdır.  Palliativ  qayğının  əsasını  simptomların  menecmenti  təşkil  edir.  Bu  növ  qayğı  zamanı 

diqq


ətin cəlb olunduğu  məsələlərə aşağıdakılar  aiddir: xəstənin önəm verdiyi mənəvi dəyərlər və 

ist


əklər  əsasında  qayğının  məqsəd və  vəzifələrinin müəyyənləşdirilməsi; xəstə  və  ona göstərilən 

qayğıda iştirak edən bütün şəxslər arasında davamlı ünsiyyətin təmin edilməsi; xəstələrə və onların 

ail

ələrinə psixososial, mənəvi, dini və praktik dəstəyin göstərilməsi; və bütün spektr üzrə qayğının 



koordinasiyası.  

 

Hospis v



ə  Palliativ  Təbabət  ABŞ-da,  Kanadada,  İngiltərədə, Avstraliyada və  bir çox digər 

ölk


ələrdə rəsmi tanınan  tibb sahəsidir və ixtisasıdır. Əksər Avropa ölkələrində palliativ qayğının 

sertifikasiyası və lisenziyalaşdırılması prosesi xeyli müddətdir ki, başlayıb.  Lakin dünyanın digər 

ölk

ələrində palliativ  qayğı  sistemi  ya  mövcud  deyil,  ya  da  onun  keyfiyyəti və  əhatəliyi çox 



m

əhduddur. Tədqiqatların  birindən müəyyən  edilmişdir  ki,  palliativ  qayğı  xidmətlərinə  ehtiyacı 

olan x

əstələrin yalnız 8%-ı bu xidmətlərdən bəhrələnir.  



 

Epidemiologiya  

 

Palliativ 

qayğı xidmətləri dünyada ölümün ən çox hallarına səbəb olan qeyri-infeksion xəstəliklərin 

menecmentind

ə  daha çox istifadə  edilir.  Palliativ  qayğıya  ehtiyacı  olan  böyük  yaşlı  xəstələrin 

böyük 

əksəriyyəti bədxassəli olmayan yəni qeyri-maliqnant proqressiv xəstəlikləri olanlardır. İkinci 



yerd

ə xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrdir. Afrika qitəsi burada bir istisnadır. Belə ki, 

Afrika qit

əsində palliativ yardıma ehtiyacı olan xəstələr sırasında İİV\QİÇS-li xəstələr çoxluq təşkil 

edir. Ümumdünya S

əhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə palliativ yardıma ehtiyacı olan 

böyükl

ərin 78%-i  aşağı-  və  orta-gəlirli ölkələrin  payına  düşür.  Eyni  ilə  palliativ  qayğıya  ehtiyac 



duyan  uşaqların  böyük  əksəriyyəti  (98%)  aşağı-  və  orta-gəlirli ölkələrin  payına  düşür.  Buna 

baxmayaraq,  palliativ 

qayğı xidmətləri ilə əhatə olunmuş böyüklərin böyük hissəsi yüksək-gəlirli 

ölk


ələrdədir.  

27 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə