Az ərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə17/18
tarix21.04.2018
ölçüsü0,5 Mb.
#39777
1   ...   10   11   12   13   14   15   16   17   18

duyğularını  açıq-aşkar  bildirməsinə,  rahatlamasına,  qorxusunun  azaldılmasına  və  diqqətini 

başqa yerə yönəltməsinə kömək olur. 

 

Psixoloq, x



əstəliyin öhdəsindən gəlməsində; depressiya və qorxu vəziyyətlərinin müalicəsində 

x

əstəyə kömək olur və xəstə yaxınlarını, tibbi komanda üzvlərini dəstəkləyir. 



 

Dietoloq, kiçik porsiyalarda v

ə  iştah  açan  formada  xəstənin istədiyi yeməklərin 

hazırlanmasında dəstək verir, ailə üzvlərini təlimatlandırır. 

 

Könüllül



ər,  könüllü  olaraq  qayğı  göstərən  komandanın  işinə  dəstək verir; köməyini evdə, 

poliklinikada,  stasionar  şöbədə  göstərir; xəstəyə  birbaşa  (xəstəylə/xəstə  yaxını  söhbət, kitab 

oxuma, g

əzmə, gecələri xəstəyə müşayiət etmə kimi) gündəlik həyatda kömək edir. 

 

 

Əlavə 6. PALLİATİV QAYĞIDA SPESİFİK MƏSƏLƏLƏR 



 

Spesifik m

əsələlər 

 

Dünyanın müxtəlif ölkələrində palliativ qayğı xidmətlərinin inkişafına təsir göstərən bir çox amillər 



var.  

 

H

əyatın sonuna dair düşüncələr 

 

Dünyanın  bir  çox  yerində, o cümlədən, Azərbaycanda ölüm və  ölüm prosesi barədə  açıq 



müzakir

ələrin aparılması qadağan olmasa da, heç də yaxşı qarşılanmır. Bəzi mədəniyyətlərdə ölüm 

haqqında danışmaq hörmətsizlik hesab edilir. Qərbdə və Şərqdə ölüm o dərəcədə emosional sarsıntı 

yaşadır ki, bir çox insanlar onun barəsində danışmaqdan çəkinir və ya həmin mövzuda müzakirədən 

qaçır. Məhz bu cür yanaşma palliativ yardıma olan müraciətlərin gecikməsinə və ya ümumiyyətlə 

insanların  müraciət etməməsinə  gətirib  çıxara  bilir.  Məsələn, Çində  palliativ  qayğı  xidmətləri 

əlçatan olsa da, ölüm prosesi ilə bağlı edilən müraciətlərin sayı aşağıdır. Geniş ictimaiyyət arasında 

h

əyatın  sonu  ilə  bağlı  müzakirələrin  aparılması  baxımından ÜST-nın  hesabatında  Çin  ən  aşağı 



yerl

ərdən birini tutub.  



 

Ağrıkəsicilərlə təminat və ya onlara əlçatanlıq 

 

Bir  çox  aşağı  və  orta gəlirli ölkələrdə  analgetiklərin (opiat və  qeyri-opiat qrupu analgetiklər) 



əlçatanlığı aşağı səviyyədədir. Hesablanıb ki, dünyada istehsal olunan opiat qrupu preparatlarının 

94%-i dünya 

əhalisinin 15%-i tərəfindən istifadə edilir. Və bu əhalinin böyük hissəsi yüksək gəlirli 

ölk


ələrdə  yaşayır.  Digər təhlillər göstərib ki, ÜST-nın  həyat  üçün  vacib  preparatları  siyahısında 

olmas


ına baxmayaraq, dünya əhalisinin 80%-nin morfinə çıxışı yoxdur.  

Tibbi Onkologiya üzr

ə Avropa Cəmiyyəti (ESMO) tərəfindən qlobal səviyyədə ağrıkəsicilərə olan 

əlçatanlığı araşdırmış və aşağıdakı nəticələrə gəlmişdir:  

 

Əsas  opiat  qrupu  preparatlarının  əlçatanlığı  aşağı  səviyyədədir. ÜST-nın  həyat üçün vacib 



d

ərman preparatları siyahısına 7 opiat qrupu analgetikləri (kodein, per os qısa təsirli morfin, per os 

uzunmüdd

ətli morfin, əzələdaxili və ya venadaxili morfin, qısa müddətli oksikodon, per os metadon 

v

ə transdermal fentanil) daxil edilib. Lakin əksər apteklərdə və tibb müəssisələrində bunların yalnız 



3 v

ə ya 2 mövcud olur.  

 

Köhn


əlmiş  səhiyyə  siyasəti opiat analgetiklərinin istifadəsindən çəkindirir.  Araşdırmalar 

göst


ərir ki, dünya ölkələrinin 80%-də  ağrıkəsicilərin dövriyyəsi və  istifadəsinə  ciddi 

m

əhdudiyyətlər və  nəzarət mövcuddur. Həmin ölkələrdə  olan mövcud qanunvericilik və  səhiyyə 



38 


siyas

əti xəstələrin ağrıkəsicilərə çıxışını məhdudlaşdırır. Bəzi ölkələrdə opiat qrupu analgetiklərinin 

yalnız  müəyyən xəstəxanalarda istifadəsinə  icazə  verilir, digərlərində  təyin edilən opiat 

analgetikl

ərinin  dozası  və  qəbulu tezliyində  məhdudiyyətlər  vardır.  Ümumiyyətlə, 1961-ci ildə 

BMT t


ərəfindən qəbul  edilmiş  Narkotik  vasitələr  haqqında Konvensiyaya  əsasən narkotiklərin 

qeyri-qanuni dövriyy

əsi və  qanunsuz istifadəsinin  qarşısının  alınmasına  daha  çox  üstünlüyün 

verilm


əsi, tibbi məqsədlər üçün opiat qrupu preparatlarının təyini praktik cəhətdən çətinləşdirilib. 

Bu h


əmçinin təxminən 5 mlrd insanın narkotik ağrıkəsicilərlə təmin edilməsinin qarşısını alır.  

 

İnzibati maneələr. Opiat qrupu preparatlarının əlçatan olduğu ölkələrin bir qismində onların əldə 



edilm

əsində çətinliklər mövcuddur. Belə ki, opiat qrupu analgetiklərinin əldə edilməsi üçün tələb 

olunan icaz

ələrin və ya təsdiqedici sənədlərin sayının çoxluğu, həmin dərmanların qiyməti və təyin 

edil

ən dərmanların dozalarında məhdudiyyətlər xəstələr üçün ciddi maneələr törədir.  



 

Tibb  işçilərinin təhsili və  səlahiyyətlərinin  artırılması.  Ağrıkəsicilərin, xüsusilə  də, narkotik 

analgetikl

ərin təhlükəsiz təyin  olunması  ilə  bağlı  tibbi  işçilərinin bilikləri yetərli deyildir. Bu isə 

h

əmin preparatların təyin olunmasında əlavə çətinlik və ya maneədir.  



 

Bütün  sadalanmış  maneələrə  və  çətinliklərə  baxmayaraq, bəzi ölkələrdə  narkotik analgetiklərin 

əlçatan olması üçün müvafiq tədbirlər görülmüşdür. Belə ki, Kolumbiyanın bütün 32 ştatında opiat 

analgetikl

ərinin əlçatanlığının artırılması üçün hər bir ştatda müvafiq ehtiyyat yaradılıbdır. Bunun 

n

əticəsində  Kolumbiyada opiat analgetiklərinin istifadəsində  çətinliklər  əhəmiyyətli dərəcədə 



aradan qalxmışdır.  

Opiat qrupu analgetikl

ərinin istifadəsi son 10 il ərzində  (2001-2013)  qlobal  miqyasda  artmışdır. 

Lakin onların istifadəsində artım əsasən Şimali Amerika, qərbi və mərkəzi Avropa və Avstraliya, 

Yeni  Zellandiyada  müşahidə  edilib.  Dünyanın  digər  regionlarında,  o  cümlədən, Asiya, Afrika, 

M

ərkəzi  Amerika,  Şərq və  Cənub-Şərqi Avropada, Cənubi Amerikada əhəmiyyətli  artım  qeydə 



alınmamışdır. Opiat analgetiklərinin əlçatanlığının aşağı səviyyədə olmasına təsir edən amillər və 

s

əbəblər  əslində  ESMO-nun təsvir etdiyi səbəblərdən fərqlənmir.  Əksər hallarda opiat qrupu 



analgetikl

ərinin istifadəsində məhdudiyyətlər aşağıdakı səbəblərlə bağlı olub:  

 

asılılığın yaranması ilə bağlı qorxu, 



 

opiat analgetikl



ərin importu ilə bağlı problemlər, 

 



tibb işçilərinin məlumatlığı və biliklərinin yetərsiz olması,  

 



m

əhdud maliyyə imkanları, 

 

ciddi n



əzarət. 

 

Maraqlıdır ki, BMT-nin hesabatında opiat qrupu analgetiklərinin istifadəsinə əsas maneə kimi qeyd 



edilmiş sərt qanunvericilik və ciddi tənzimləmə/nəzarət mexanizmləri, habelə asılılığın yaranmasına 

dair qorxu 1995-ci ill

ə müqayisədə 2015-ci ildəki hesabatda daha az qeyd edilmişdir. 

 

Peşəkar təhsil 

 

Dünyada  palliativ 



qayğıya dair 120-dən çox peşəkar təlim proqramlarının olmasına baxmayaraq, 

klinik tibb işçilərinin böyük əksəriyyətinin palliativ qayğının prinsipləri və reallaşdırılmasına dair 

bilik v

ə məlumatlığı  ya aşağı səviyyədədir, ya da heç yoxdur. Palliativ qayğıya dair tibb işçiləri 



(h

əkimlər və  orta  tibb  personalı)  üçün nəzərdə  tutulmuş  təlim  proqramları  aşağıdakı  ölkələrdə 

keçirilir  - 

Böyük  Britaniya,  İrlandiya,  Yeni  Zellandiya,  Avstraliya,  ABŞ,  Tayvan  və  Kanada. 

Bununla  yanaşı  Polşa,  Rumıniya,  Fransa,  Slovakiya  və  Almaniyada  palliativ  qayğı  üzrə 

sertifikatlaşdırma proqramları mövcuddur. Lakin əksər orta və aşağı gəlirli ölkələrdə palliativ qayğı 

il

ə bağlı qısa və uzunmüddətli təlim kursları və ya tədris proqramları mövcud deyil. Maraqlıdır ki, 



39 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə