Azad Mətbuatın Ölüm-Dirim Mübarizəsi



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə7/13
tarix12.10.2018
ölçüsü1,16 Mb.
#73714
1   2   3   4   5   6   7   8   9   10   ...   13

2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

14 

Amma  sonra  fotoaparatda  pozulmamış  şəkillərin  qalmasını  əsas  gətirərək,  onu    yenidən  saxlayıblar  və 



fotoşəkillər pozulduqdan sonra o sərbəst buraxılıb. 

 

Oktyabrın 17-də müstəqil jurnalist Zümrüd Məmmədova respublika hərbi prokurorluğu qarşısında peşə 



fəaliyyətini  yerinə  yetirərkən  təzyiqə  məruz  qalıb.  Jurnalistin  dediklərinə  görə,  hərbi  xidmət  zamanı 

qeyri-döyüş  şəraitində  vəfat  etmiş  əsgər  İsmayıl  İbayevin  anası  İradə  İbayeva  hərbi  prokuror  Xanlar 

Vəliyevin  qəbuluna  düşmək  üçün  müraciət  edib,  amma  ona  icazə  verilməyib,  nəticədə  əsgər  anası 

kobudluqla  üzləşib.  Jurnalist  bildirib  ki,  o,  baş  verən  hadisəni  telefonla  çəkməyə  başlayan  zaman 

prokurorluğun binasından çıxan bir əsgər onun üstünə şığıyaraq ona zərbələr endirib və telefonu əlindən 

almağa çalışıb. Hücum edən şəxs jurnalisti təpiklə vurmağa başlayanda oradan keçən şəxslər və əsgərin 

valideynləri köməyə gəliblər və nəticədə əsgər qaçıb binaya daxil olub. Z. Məmmədova məsələ ilə bağlı 

DİN qaynar xəti olan  “102” xidmətinə də məlumat verildiyini, sonradan isə hadisə ilə bağlı ərizəsinin 

alınması və tibbi ekspertizadan keçməsi üçün polisə dəvət olunduğunu bildirib.  

 

Noyabrın  17-də  (Milli  Dirçəliş  Günündə)  Bakının  mərkəzində  icazəsiz  aksiyalar  zamanı  tətbiq  edilən 



cərimələrin  artırılmasına  etiraz  olaraq  müxalifətin  təşkil  etdiyi  aksiya  polis  tərəfindən  zorakılıqla 

dağıdıldı.  Polis  jurnalistlərə  qarşı  da  kobud  rəftar  etdi.  Aksiya  zamanı  “Yeni  Müsavat”  qəzetinin 

əməkdaşı  Fərahim  İlqaroğlu,  “Turan”  informasiya  agentliyinin  əməkdaşı  Etimad  Budaqov,  “Media 

forum” saytının əməkdaşı Amid Süleymanov və RATİ əməkdaşı Rasim Əliyev aksiyanı işıqlandırarkən 

polis  təzyiqinə  məruz  qalıb.  Polis  əməkdaşları  əyinlərində    ”PRESS”  yazılmış  gödəkcələrin  olmağına 

baxmayaraq  jurnalistlərə  təpik  və  yumruq  zərbələri  endiriblər.  Polis  digər  jurnalistlərin  də  işləməsinə 

ciddi  maneçilik törədib, onlara qarşı kobudluq edib. 

 

 



2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

15 

 

Fəsil 2: Qanundan istifadə etməklə ifadə 



azadlığının boğulması  

 

 



İnsan  hüquqları  ilə  bağlı  olan  beynəlxalq  müqavilələrə  qoşularkən  Azərbaycan  dövlətinin  üzərinə 

götürdüyü öhdəliklərdə, həmçinin yerli qanunvericilikdə ifadə azadlığını qorumaq və ona hörmət etmək 

nəzərdə  tutulsa  da,  əməldə  ölkə  hakimiyyəti  bu  hüquqa  hörmət  etmir.  Əksinə,  hökumət  qanundan 

tənqidçiləri və dissidentləri susdurmaq üçün istifadə edir. Bəzi qanunlar, məsələn diffamasiyanın cinayət 

əməli  hesab  olunması  haqqında  müddəalar  media  ictimaiyyəti  arasında  qorxu  hissi  yaratmaqla  ölkədə 

özünü senzura hallarının artmasına səbəb olur. Digər qanunlardan da tənqidçi jurnalistləri, bloggerləri və 

fəalları cəzalandırmaq üçün siyasi üsulla istifadə olunur- bununla bağlı həbslər barədə hesabatın üçüncü 

fəslində geniş məlumat verilir.  

 

Azərbaycanın  hüquq  sistemi  kontinental  Avropa  hüquq  sisteminin  sovet  kommunist  hüquq  sistemindən 



qalma  müəyyən  elementlərlə  sintez  olunmuş  formasıdır.  Post  kommunist  dönəmdə  Azərbaycanın  azad 

iqtisadiyyata,  plüralist  siyasi  sistemə,  insan  haqlarının  qorunmasına  yönəlik  addımların  atılmasına 

baxmayaraq  bu  hüquq  sistemi  köhnə  ənənələrini  qoruyub  saxlamaqda  davam  etməkdədir.  Qanunun 

aliliyinin  olmaması  səbəbindən  vətəndaşların  siyasi  və  mülki  hüquqlarını  sərbəst  şəkildə  həyata 

keçirmələrini təmin edən effektiv mexanizmlər yoxdur. 

 

Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul edilib. Ona sonrakı dövrlərdə (2002-ci və 



2009-cu  illərdə)  iki  dəfə  referendum  yolu  ilə  dəyişikliklər  edilib.

1

  Konstitusiya  vətəndaşların  insan 



haqlarını  və  fundamental  azadlıqları, o  cümlədən fikir  və  söz  azadlığını (maddə  47),  sərbəst  toplaşmaq 

azadlığını  (maddə  49),  informasiya  əldə  etmək  hüququnu  (maddə  50),  və  birləşmək  azadlığını  (58) 

qoruyur. 

 

Konstitusiyanın 12-ci maddəsi insan hüquqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu bəyan 



edir  və  əlavə  edir  ki,  “Bu  Konstitusiyada  sadalanan  insan  və  vətəndaş  hüquqları  və  azadlıqları 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.” 

 

2012-ci  ildə  qanunvericiliyə  ifadə  və  məlumat  azadlığı  məhdudlaşdıran  dəyişikliklər  edilmişdir.  Sərbəst 



toplaşma haqqında qanunvericiliyə də ifadə azadlığına təsir edəcək mürtəce dəyişikliklər edilmişdir.  

 

İnformasiya azadlığının məhdudlaşdırılması 

 

2005-ci  ildə  Azərbaycan  BMT-nin  Korrupsiyaya  qarşı  Konvensiyasını



2

  ratifikasiya  etmiş,  bununla  da 

dövlət idarəçiliyində şəffaflığın artırılması üçün tədbirlər görmək öhdəliyini qəbul etmişdir.  

 

Azərbaycan Açıq Hökumət Tərəfdaşlığına (AHT) üzv dövlətdir- 2012-ci ilin sentyabrında AHT üzrə milli 



fəaliyyət planı qəbul edilmişdir

3

. Bu kontekstdə öhdəliklərinə əməl etmək əvəzinə, Azərbaycan hökuməti 



“İnformasiya Əldə Etmək haqqında”, “Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Dövlət reyestri  haqqında” 

və “Kommersiya Sirri haqqında” qanunlara bir sıra dəyişikliklər qəbul etmişdir.  

İyulun 6-da prezident İlham Əliyev parlamentin 12 iyun tarixində qəbul etdiyi hüquqi şəxslər barəsində 

informasiyaya çatımlılığı məhdudlaşdıran qanunvericilik dəyişikliklərini imzaladı. Şəffaflıq tərəfdarı olan 

şəxslər  tərəfindən  ciddi  tənqidlə    qarşılanan  bu  dəyişikliklər  kommersiya  hüquqi  şəxslərin  rəhbərləri, 

onların  nizamnamə  kapitalındakı  payı  və  digər  oxşar  məlumatlara  cəmiyyətin  çatımlılığını 

məhdudlaşdırdı. Əlavələr oktyabr ayında qüvvəyə mindi. 

“İnformasiya  əldə  etmək  haqqında”  qanuna  edilmiş  dəyişikliklərə  görə  isə,  informasiyanın  əldə 

edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit 

                                                 

1

http://bit.ly/Ya42Ta



  

2

http://bit.ly/129qvDx



   

3

http://bit.ly/SG9l97



 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə