Azad Mətbuatın Ölüm-Dirim Mübarizəsi



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix12.10.2018
ölçüsü1,16 Mb.
#73714
1   ...   5   6   7   8   9   10   11   12   13

2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

20 

 

Fəsil 3: Jurnalistlərin, bloqçuların və hüquq 

müdafiəçilərinin həbsi    

Azərbaycan  hakimiyyətinin  müxalifəti  susdurmaq  və  etirazları  boğmaq  üçün  təzyiq  vasitəsi  kimi  həbs 

metodundan  istifadədə  böyük  təcrübəsi  vardır.  Son  illərdə  jurnalistlərin,  bloggerlərin  və  fəalların  peşə 

fəaliyyətləri ilə bağlı olaraq (məs, diffamasiya ittihamı əsasında) həbs olunması tendensiyası onların yeni 

ittihamlar  (xuliqanlıq,  odlu  silah  saxlama,  narkotik  vasitə  əldə  etmə  və  saxlama,  ədavəti  qızışdırma, 

terrorizmə  dəstək  vermə,  vergidən  yayınma,  hədə-qorxu  ilə  tələb  etmə,  kütləvi  iğtişaşa  çağırma,  və  s.) 

əsasında həbs olunması tendensiyası ilə əvəz olunmuşdur. 

 

2012-ci ilin sonunda Azərbaycanda ifadə azadlığı ilə bağlı olaraq siyasi motivli ittihamlar əsasında həbs 



olunmuş səkkiz jurnalist olmuşdur: 

 

1.



 

Nicat Əliyev, azadxeber.az saytının baş redaktoru 

2.

 



Vüqar Qonaqov, Xəyal TV müxbiri 

3.

 



Araz Quliyev, xeber44.com saytının baş redaktoru  

4.

 



Zaur Quliyev, Xəyal TV müxbiri 

5.

 



Fuad Hüseynov, müstəqil jurnalist 

6.

 



Hilal Məmmədov, “Tolışi Sədo” qəzetinin baş redaktoru 

7.

 



Fərəməz Novruzoğlu, müstəqil jurnalist 

8.

 



Əvəz Zeynallı, “Xural” qəzetinin baş redaktoru 

 

Jurnalistlərə əlavə olaraq, 2012-ci ilin sonunda Kür Vətəndaş cəmiyyətinin fəalı hüquq müdafiəçisi İlham 



Əmiraslanov da ifadə azadlığı ilə bağlı olaraq siyasi motivli ittihamlar əsasında həbsdə qalmışdır. İlham 

Əmiraslanov yerli məmurları 2010-cu il Kür daşqınlarından əziyyət çəkən ailələr üçün nəzərdə tutulmuş 

pulların mənimsənilməsində ittiham etdikdən sonra odlu silah əldə etmə və saxlama ittihamları ilə həbs 

olunmuş və 2 il həbs cəzasına məhkum olunmuşdur. 

 

 

Jurnalistlərin cari tutulma və həbs halları (2012-ci il 31 dekabra qədər) 



 

“Azadxeber.az”  saytının  baş  redaktoru  Nicat  Əliyev  2012-ci  ilin  mayın  20-də  “Memar  Əcəmi”  metro 

stansiyası  yaxınlığında  yerləşən  "Killer"  kişi  geyimləri  mağazasının  qarşısında  saxlanılaraq  Yasamal 

rayonu  Polis  İdarəsinin  27-ci  Polis  Bölməsinə  aparılıb.  Daha  sonra  baş  redaktora  qarşı    Cinayət 

Məcəlləsinin  (CM)  234.1-ci  maddəsi  (qanunsuz  olaraq  narkotik  vasitələri,  psixotrop  maddələri  və  ya 

prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli 

sürülüb  və  barəsində  2  ay  müddətində    həbs  qətimkan  tədbiri  seçilib.  Hesab  olunur  ki,  N.Əliyev 

hökumətin  dini,  LGBT  hüquqları  və  digər  məsələlərlə  bağlı  siyasətini,  habelə  Avroviziya  Mahnı 

Müsabiqəsinə böyük xərc çəkməsini tənqid etdikdən sonra həbs olunmuşdur. Əliyevin barəsində seçilmiş 

həbs qətimkan müddəti bir neçə dəfə uzadılmış, müstəntiq ona qarşı yeni ittihamların irəli sürüləcəyini 

bildirmişdi.  Lakin  bu  ittihamlar  ilin  sonuna  qədər  elan  olunmamış,  və  Əliyev  istintaqı  davam  etməklə 

Kürdəxanı təcridxanasında qalmışdır. Narkotik ittihamı ilə günahkar elan olunarsa Nicat Əliyev 3 il həbs 

cəzasına məhkum oluna bilər.  

Qubanın  Xəyal  TV  kanalının  icraçı  direktoru  və  baş  redaktoru,  Vüqar  Qonaqov  və  Zaur  Quliyev

martın 13-də həbs olunublar. Hər iki jurnalist martın 1-də Qubada baş vermiş kütləvi etiraz aksiyasının 

baş  verməsinə  və  icra  hakiminin  istefaya  göndərilməsinə  səbəb  olmuş  videonu  (keçmiş  icra  hakiminin 

Qubalıları təhqir etdiyi sujeti) YouTube video portalına yerləşdirməklə iğtişaşları qızışdırmaqda ittiham 

olunurlar.  Xatırladaq  ki,  baş  verən  hadisələrdən  sonra  icra  başçısı  Rauf  Həbibov  prezident  tərəfindən 

vəzifəsindən  uzaqlaşdırılmışdı.  Qonaqov  və  Quliyev  Cinayət  Məcəlləsinin  233-cü  (İctimai  qaydanın 

pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil  etmə  və  ya  bu  cür  hərəkətlərdə  fəal  iştirak  etmə)  və  309-cu 

(Vəzifə  səlahiyyətlərini  aşma)  maddələri  ilə  ittiham  olunur.  İstintaqın  gedişində  jurnalistlərin  həbs 

qətimkan  müddəti  bir  neçə  dəfə  uzadılmış,  habelə  müstəntiq  V.Qonaqovu  öz  vəkili  Elçin  Sadıqovun 

xidmətlərindən  imtina  etməyə  məcbur  etmişdi.  Qonaqov  və  Quliyev  də  istintaqı  davam  etməklə 



2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

21 

Kürdəxanı  təcridxanasında  qalmaqdadırlar.  Məhkəmə  tərəfindən  günahkar  elan olunarlarsa, jurnalistləri 



10 il həbs cəzası gözləyir. 

 

 



 

Xeber44.com  saytının  redaktoru  Araz  Quliyev  Masallıda  keçirilmiş  beynəlxalq  folklor  festivalını 

pozmağa cəhd etməkdə, iki vətəndaşa və polisə xəsarət yetirməkdə  və avtomobilin şüşələrini qırmaqda 

ittiham  olunaraq  sentyabrın  8-də  həbs  olunmuşdur.  Jurnalistin  qardaşı  Azər  Quliyev  bu  iddiaları  rədd 

edərək qardaşının rayonda hicab qadağasına qarşı etirazları işıqlandırdığı üçün həbs olunduğunu bildirib. 

Azər həmçinin qardaşının həbsdə olarkən polis zorakılığına məruz qaldığını iddia edib. Dekabrın 11-də 

jurnalistə  qarşı  Cinayət  Məcəlləsinin  (CM)    228.1  (Qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt 

hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 233 

(İctimai  qaydanın pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil  etmə  və  ya  bu  cür hərəkətlərdə fəal iştirak 

etmə),  283.1  (Milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və  düşmənçiliyin  salınmasına,  milli  ləyaqətin 

alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini  mənsubiyyətindən  asılı  olaraq  vətəndaşların  hüquqlarının 

məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya 

kütləvi  informasiya  vasitələrindən  istifadə  olunmaqla  törədildikdə),  315.2  (Hakimiyyət  nümayəndəsinə 

qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya 

Azərbaycan  Respublikasının  Dövlət  gerbi  barədə  təhqiredici  hərəkətlər)  maddələrində  nəzərdə  tutulan 

ittihamlar irəli sürülüb. İlin sonunda Araz Quliyev də istintaqı davam etməklə Kürdəxanı təcridxanasında 

qalıb



 



Müstəqil jurnalist Fuad Hüseynov Ucarda polis əməkdaşlarının qanunsuz əməllərini (narkotik və insan 

alveri) ifşa etdikdən sonra 2010-cu ilin oktyabrında xuliqanlıq ittihamları ilə həbs olunmuşdur. Hüseynov 

26 sentyabr 2011-ci ildə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 6.5 il müddətinə azadlıqdan məhrum 

edildi. Hüseynovun əleyhinə ifadə verən “şahid”lərdən biri sonradan etiraf etdi ki, ifadəsini yerli mafia 

qrupunun  təzyiqi  altında  verib.  Hüseynov  bundan  əvvəl  də  Ucar  polisinin  rəisini  narkotik  cinayətində 

ittiham etdikdən sonra xuliqanlıq ittihamı ilə həbs olunaraq 3.5 il azadlıqdan məhrum edilmiş, və cəzanın 

2 ilini çəkmişdi. Hesabat hazırlanarkən Fuad Hüseynov cəza müddətini 12 saylı cəzaçəkmə müəssisəsində 

çəkməyə davam edib

.

 

 



 

"Talışi sədo” qəzetinin baş redaktoru və Talış Mədəniyyət Mərkəzinin sədr müavini Hilal Məmmədov 21 

iyunda həbs olunmuş və növbəti gün Nizami Rayon  Məhkəməsinin qərarı ilə barəsində narkotik vasitə 

əldə etmə və saxlama və dövlətə xəyanət ittihamları ilə 3 ay həbs qətimkan tədbiri seçilib. Məmmədova 

qarşı sonradan milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik salma ittihamı da irəli sürülüb.  

 

Jurnalist  İranın  gizli  xidmət  agentlikləri  ilə  əlbir  olaraq  Azərbaycanın  ərazi  bütövlüyünə  və 



təhlükəsizliyinə qarşı fəaliyyətdə günahlandırılıb. "Talışi sədo” qəzetinin keçmiş baş redaktoru Novruzəli 

Məmmədov da 2008-ci ildə oxşar ittihamlarla həbs olunmuş və  2009-cu ildə həbsxanada vəfat etmişdi.  

 

Hilal  Məmmədovun  həbs  qətimkan  müddəti  bir  neçə  dəfə  uzadılmış  və  jurnalist  2012-ci  ili  Kürdəxanı 



istintaq təcridxanasında  başa  vurmuşdu.  Məhkəmə  jurnalisti  ona  qarşı  qaldırılmış ittihamlarla  günahkar 

hesab etsə, o, 12 ilə qədər həbs cəzası ala bilər.  

 

Müstəqil  jurnalist  Fərəməz  Novruzoğlu  avqustun  22-də  Cinayət  Məcəlləsinin  220.2-ci  (Kütləvi 



iğtişaşlara,  habelə  vətəndaşlara  qarşı  zorakılıq  etməyə  çağırışlar  etmə  -  guya  F.Novruzoğlu  gənclərin 

2011-ci ildə təşkil etdikləri “11 mart böyük xalq günü” aksiyası ərəfəsində Facebook sosial şəbəkəsində 

Elçin  İlqaroğlu  təxəllüsü  ilə  xalqı  kütləvi  iğtişaşa  dəvət  edib,  özünü  isə  aksiya  zamanı  yandıracağını 

bildirib)  və  318.1-ci  (Azərbaycan  Respublikasının  mühafizə  olunan  dövlət  sərhədini  müəyyən  edilmiş 

sənədlər  olmadan  və  ya  dövlət  sərhədinin  nəzarət-buraxılış  məntəqələrindən  kənarda  keçmə  -  guya 

F.Novruzoğlu  2010-cu  ilin  noyabrından    2011-ci  ilin  oktyabr  ayına  qədər  qanunsuz  olaraq  Azərbaycan 

Türkiyə sərhədini keçib və orada qanunsuz yaşayıb) maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum 

edildi. Novruzoğlu ona qarşı irəli sürülmüş ittihamları rədd edərək, Azərbaycanın idxal-ixrac siyasəti ilə 

bağlı tənqidi məqalələr yazdığına görə həbs olunduğunu bildirib. 2012-ci ilin sonunda Novruzoğlu 1 saylı 

cəzaçəkmə müəssisəsində qalıb.   

 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə