Azərb ay can miLLİ elmlər akademiy asi folklor institutu cəlal bəYDİLİ (MƏMMƏdov)



Yüklə 162,84 Kb.
Pdf görüntüsü
səhifə41/102
tarix14.06.2018
ölçüsü162,84 Kb.
#48775
1   ...   37   38   39   40   41   42   43   44   ...   102

səciyyəlonir  [362,  s.214].  Aləmdə  hər  şey  O-nunla  bağlıdır  və  O-nun 
ayrılmaz parçasıdır. Bu, əlbəttə ki, bir panteizm də deyildir. Görünən aləmin 
suları, dağlan, ağaclan özlərinin simvolik özəllikbrinin və deməli, Tannnın 
funksiyalarmın  ifadəçibridir.  Dünyanın  kosmoloji  modeli  ilə  çox  six 
bağlanan  «Tanrı»  anlayışmın  hərfən  həm  də  «göy,  səma»  anlamı 
bildirməsiııə əsaslanan  bir çox müəllifbr onun «Göy-Tanrı» demək olduğu 
mülahizəsini  ortaya  atmışlar.  Əski  türk  düşüncəsində  «ucalardan  uca» 
Tannmn ululuğunu anladan bir çox vəsfləri vardı.
Türk  etnik-mədəni  ənənəsində  Tannnı  rəmzləndirən  anlayışlardan 
biri  olaraq  «Uqan»  anlayışı  diqqəti  çəkir.  Araşdıncılara  görə,  «qadir, 
müqtədir»  anlamlı  «Uğ»  kökündən  gəbn  bu  ada  XI  asr  abidəsi  «Qutadqu 
biliq»də təsadüf olunur:  «Oğan bir Allahdır,  о hamıdan əvvəldir» -  deyilir. 
M.Kaşqarh  «Divanü  lüqatit-türk»də  «hər  şeyə  qadir,  güclü,  qüdrətli» 
mənalannda «Uğan Tenqri» ıfadəsini  işlədir ki,  bu da türk Tanrı anlayışmm 
öz  ölçüləri  olduğunu  bildirməkb  yanaşı,  «Oğan»ı  ulu  varlıq  olaraq  yalmz 
giiclülük, hər şeyə qadir qüvvət baxımmdan vəsf edib səciyyabndirir.
«Uğan»  adı Xarəzminin «Məhəbbətnamə»sində (XI1I-XIV  əsrlər) də 
eyni  anlamda  işlədilmişdır.  Həmçinin  XIV  əsr  müəllifi  İbn  Mühənna 
tüıkbrdə  «Uğan»ın  «Allah»  mənası  daşıdığmı  yazır.  Çox  sayda  digər 
sonıakı  qaynaqlarda  bu  sözün  qarşılığı  «Allah»  olaraq  verilmişdir. 
V.Radlovun qeydinə görə, «Oğan» uyğur və cığatay söziidür. О da digər bir 
sııa tədqiqatçılar kimi sözü «Allah» deyə tərcümə etmişdir. Z.Göyalp isə bir 
vaxtlar  Altay  türklərinin  dini  sistemindən  danışan  zaman  ayrıca  «Uqan» 
admda tanrıdan bəhs etmişdi. Lakin sonrakı dövrün tədqiqatları, о cümbdən 
Altay  türkbrinin  dini  sisteminə  dair  araşdırmalan  bu  fıkrin  doğru 
olmadığını  — «altayların  tanrılar  panteonunda  «Uqan»  deyibn  bir tannnm 
təsbit olunmadığı gerçəyini ortaya çıxardı [133, s.171].
Altaylarm  Tann  anlayışında rast gəlinməməsi  və  bir sıra digər faktlar 
«Hayat»  və  ya  «Ülgen»  qədəı-  «Uğan»ı  da  bir  Tann  adı  saymağm  yanlış 
olduğunu,  onun  yalnız  Tannmn  bir  vəsfı  kirni  işləndiyini  söyləməyə  əsas 
verir. M.Kaşqarlının xatırlanan qeydi «Uğan»m məhz «qadir, güclü, qüdrətli» 
anlamları  olduğunu,  bu  vəsflərin  isə  Qadir  Tannnı  səciyyəbndirdiyini 
göstərir.
«Divanü  lüqatit-tiirk»də  «Bayat»  sözlinün  Oğuz  boylarmdan  birinin 
adı  olduğunu  qeyd  etməkb  yanaşı,  onun  arğu  dilində  «Ulu  Tanrının  adı» 
mənası da verdiyini yazırdı. Y.Balasaqunlu «Kutadğu biliq»ində Tann,  İdi, 
Uqan və ara-sıra da ərəbin «Rəbb» sözləri  ib  yanaşı, «Bayat tanrı» ifadəsini 
işbdir.  «Bayat»  da  əskidən  çox  sayda  digər  türk  xalqlan  ilə  yanaşı,
Azərbaycan  türklərinin  də  tapmıb  iman  gətirdikləri  Ulu  Tanrmm 
«Kayrakan»,  «Uqan»,  «İzi»  və  b.  kirtıi  əski  vəsflərindən  biri  olmuşdur. 
Adın  semantıkası  da onun mifoloji  simvolikasınm məhz Tanrı  vəsfloriııdən 
biri olduğunu göstərir.
Altay türkbrinin Tenqri-Kayraqan dedikləri varlıq da ulu Tanndır vo 
buradakı «Kayraqan//Kayrakan» sözü «qorumaq, saxlamaq, himayə etmək» 
mənasında  olub  türk  dilbrində  geniş  yayılmış  «kayramab>  felindən 
yaranmışdır  ki,  həmin  vəsf  müsəlmanlığm  qəbulundan  sonra  da  Yaradan 
Allah-a  aid  olunmuşdur.  Yaradılış  dastamnda  «Tanrı  Karaxan»  deyibn  və 
yer  üzünün  yaradıcısı  sayılan  Tanrı  Ülgenb  eyııibşdiribn  ilkin  yaradılış 
çağmdakı dini-mifoloji varlığm da əslində «Tenqıi  Kayıakan»m özü olduğu 
düşünülə bibr.
Altay türkbrinin  «Tenqeri-Kayraqan»ınm  admdakı  «kayraqan»  sözü 
ib də Yaradan Tanrınm bir atributu -  vəsfi  olaraq O-nun qoı uyucu  giiciinə, 
lıifzedici  qüdrətinə  işaro  edilməkdədir.  Şamanist  dünyagörüşü  ib   yaşayaıı 
Altay  türkbrinin  mifoloji  təfəkküründə  Kaarqan  (Kaqır-qan)  deyibn  bir 
varlıq  yer  almaqdadır;  on  yeddi  yolun  ayrıcmda  yaşayır  və  Ülgenb  Eıiik 
arasında  vasitəçi  oian  da  odur.  Tanrınm  miijdəçisi  olan  Kayrakaıı  -   Kayıa 
xan  ib   bağlı  Tuba  türkbrinin  dualannda:  «Tannmm  yaxını!..  Gök  börü 
ərənim  Kayraxaıı!..  Boz  QurdumL»  -   deyilir.  Araşdıııcılara  görə  isə, 
yakutlarda  Göy-Tannmn  izi  olan  Tanqara  Kayrakan  ib   şamanm  arasmda 
birelə əlaqə yoxdur [136,  s.309].
Qazaxlar  arasında  Kayırxan  baksı  deyibn  və  soıısuzluğa  çarə  edəıı 
şamanm  «Kayrakan»  adı  da  diqqəti  çəkir.  Çünki  AI  baxşı  və  b.  adlar kimi 
«Kayrakan»  adını  da baxşımn  daşıması  şamanların  ruh  adlarım  daşımaları 
kontekstində  özünü  sistem  daxilində  göstorir.  Bununla  yanaşı,  qazaxlarda 
Novruz  bayramı  ib   bağlı  mətnbrdo  Kayrakan  deyibn  bir  rulıun  adının 
çəkilməsi  də  mənalıdır.  Yeri  gəlmişkən,  Erlik  özü  Altay  şaman  dualarında 
«Kayra  xan» adı  ib  amlır  [136, s.20J.  Hami  ruh,  övliya  Umay ananm  Sibir 
şaman dualarmdakı bir adı isə «Imay içe xayraxan»dır [189, s.97].
Qədim  tuvalılar  ən  böyük  yaradıcı,  ulu  qüvvət  olaraq  bilinən  göyə 
tapımr, onun ululuğunu «xayırakan» deyə vəsf edirdilər. Xakasların ənənəvi 
görüşbrindəki  «kayrakan»  anlayışı  bütün  göy  ruhlannın  adlanna  qoşulan 
bir epitet  idi.  Bu mənada Kayrakan ruhlann,  ulu müqəddəs varlıqlann vəsfi 
olub  onlara  veribn  adlar  və  ya  bu  adiann  təyinbrindən  idi.  Bu,  İslamda 
Qadir  Allahın  «Rəhman»,  «Rəhim»,  «Xaliq»  vəsflərinə  uyğuıı  gəlir,  bir 
fikra görə isə «təala» anlayışına yaxm bir məııa da ifadə edir.


Tonyukuk yazısmda millilik vəsfi də olan bir «Türk Tanrısı» anlayışı 
var.  Mənşə  etibarilə  türk  yaradılış  miflərinə  bağlanılan  bu  teonimin32  əski 
türklərdəki  adına  «Kök  menqi  Tenqir»  (əbədi  Göy-Tanrı)  şəklində  də  rast 
gəlinir. Göytiirk yazılannda «tenqri teq Tenqri» sözləri «göyə bənzər Tann» 
inanışmm  ıfadosi  olaraq  yozulur.  Yenisey  yazılannda  isə  «tenqri  el» 
deyilmişdir  ki,  buradakı  «tenqri»  Ulu  Tanrınm  bir  vəsfı  olan  «əbədi» 
atılamma uyğun gəlir.
«Tenqri  xan»  adı  onun  qərb  türkbrindo  ən  ulu  varlıq  olaraq 
bilindiyini  göstərir.  Xəzərlər  эп  böyük  ilahlanna  Tenqri  xan  deyirdilər. 
Lakin  bunun  heç  də,  bir  çox  araşdırmalardan  da  göründüyü  kimi,  tanrılar 
panteonunda hakim mövqe tutmaq kimi bir anlayışla bağlılığı yoxdur.33
İbn  Fədlana  görə,  hər  hansı bir  zorakıhğa  və  incikliyə  qarşı  oğuzlar 
başlarını  göys  qaldınb:  «Bir Tənqri»  -   deyirdilər.  Sonrakı  dövrlərin yazılı 
qaynaqlannda da hər zaman  ilk öncə  «Uluq Tənqri»nin -  Ulu Tannnm adı 
anıldıqdan  sonra  sözə  başlanılmışdır.  M.Kaşqarlı  «Tenğri»  sözünü  təbii 
olaıaq  «Ulu  Tanrı»  kimi  mənalandınr  və  miisəlman  olmayan  türklərin  din 
xadiminin  Tanrıya  (Tenğri’yə)  tapınsa  da,  onun  bu  işindən  ulu  Tannnın 
(Tonğri’nin)  məmnun  olmadığmı  anladan  bir  sav  örnək  gətirdikdən  sonra 
yazırdı ki, «Başı batmış kafirbr göyə «Təıığri» deyirlər. Bu adamlar yüksək 
bir dağ,  böyük bir ağacdan  nə  görsələr adma  «Tənğri»  deyərlər.  Bu üzdən 
də  belə  bu  kimi  nəsnələrə  səcdə  edərlər.  Bunlar  bilikli  adamlara
32  «Protoazər  teonim bri»  yazısında  F.Ağasıoğlu  Göy  Tanrm ın  protoazər  tayfalannın 
dilində  kulta  çevrilmiş  vasflərini  aks  etdirən  müqəddəs  varlıqlar  və  anlam larla bağlı  qeyd 
edir  ki,  hamin  «teonim br tarixi  marıbələrdə,  yer-yurd  adlarında,  dildəki  derivatlannda, bir 
də  xalqm  mifoloji  yaddaşında qalmışdır»  [12,  s.239-240].  Teonim   deyərkən  Göy  Tanrımn 
atributlarını  əks  etdiran  müqəddəs  varlıq  və  anlamların  düşünülməli  olduğunu  söylayən 
miiallifin  haqlı  qənaətinə  görə,  mifoloji  dünyagörüşün  mahiyyətindən  xəbər  verən  bu 
teonimlərin  т э п а   dəyişm əbri  bəlli  qanunauyğunluq  çərçivəsində  baş  vermiş,  sistemlilik 
təşkil  etmişdir,  bu  baximdan  e.ə.  m inilliklərdə  Kür-Araz  mədəniyyətini  yaradan  boylar 
baradə məlumat əldə etmək üçün onların tapm dığı tanrı  adları maraqlı  faktlar verir.
33  Вэгэп  «tenqrilər»  deyilməsi  bu m anada çoxallahlılığı deyil,  bu  ad  altında düşünülən mi­
foloji  varlıqların  göy ruhlarından bir kateqoriya təşkil etdiyini bildirir.  Monqol  inanışlarma 
göra  tenqri  deyilan  həmin  varlıqlar  başda  xanları  olm aqla  göyün  on  yeddinci  qatmda 
yaşayardılar.  M onqol  şamanizminda  həmçinin  Xan  Monxe-tenqri  (əbədi  Göy-Tanrı), 
Ataqa-tenqri  va  b.  am orf obrazlar  qorunmuşdur.  Bəzi  variantlarda  isə  Tenqrinin  Etugen 
ana  ilə  dənizdən  meydana  gəldiyindən  danışılır  və  s.  «Tənqri»  orta  əsrlərdə  monqolların 
dilində  «Monxe  Tenqri»  (əbədi  g'ly)  şakliylə  də  işbnm işdir.  Əslində  monqolcadakı  Teqri 
də  aski  çağlarda,  balkə  Altay  dil  birliyi  çağm da törkcədən  almmış  olan  kult  səciyyaü  bir 
anlayışdır.
«Tenğrigen»  deyirlər.  Bunlarm  azğınhqlarmdan  Tannya  sığmanq»  [120, 
s.377].
Heç bir zaman şəxsləndirilməyəıı görklü türk Tannsmm yalnız özünə 
bəıızəri  vardı.  Göytürk  yazılarındakı  «Tenqri  teq  Tenqri»don  anlaşılan  da 
budur.  Tanrınm  görünüşü,  şəkli,  biçimi  olduğu  haqda  əski  ttirkbrin  dini 
düşüncəiərindən  qalma  heç  hansı  bir  iz  yoxdur.  Çünki  türk  Tanrısı 
başlanğıcdan mənəvi  bir ruh  anlamı  qazanmışdı.  «Dədə  Qorqud kıtabı»nda 
da  məhz  həmin  inanışın  izi  olaraq:  «Yucalardan  yucasan!  Kimsə  bilməz 
necəsən!  Görklü Tanğn!» -  deyilir [54, s.81, 83]. Tanrmın yeri göybrdədir. 
Hər zaman tək bir Tanrıya inanmış türkbr bu üzdən göyə də «tenqri» (və ya 
«tenri») deyirdibr.  «Kök tenqri»  mavi  göydü.  Maddi  bir varlıq olan  göy və 
«yeri, göyü yaradan Tanrı» haqda buna görə də bəzoıı eyııi deyim  işbdilirdi. 
Əski  türkbrin  nə  zaman  yaradıcı  Tanrı,  пэ  zamansa  «mavi  göy»  demək 
istədikbrini  anlamaq  bu  üzdən  araşdıncılar  üçün  тйэууэп  çətinlikbr  də 
törətmişdir.
And içibn zaman əski türklərdə göyə də, yere də and  içilirdi.  Bıı yeri, 
bu  göyü  yaradan  olaraqsa  tək  Taıın  düşüniilürdü.  Тэк  Tanrıya  iııanıldığı 
üçün  inane  УЭ  diişüncədə  də  birlik  vardı.  Göytiirk  yazılarmm  sirrinin 
açılması  da  «Tann»  (Təııqri)  sözünün  oxunmast  ib   mümkün  olmuşdur  ki, 
bu  e b   bəlka  Taıırı  inayətidir.  Türk  mifoloji  düşüncəsində  sonsuzluq  və 
ölümsüzlük  yalnız  Tanrıya  yaraşdırılırdı.  Bu  düşüncəyə  görə  O-ııda 
yaradılmışlara xas olan doğmaq-doğulmaq kimi bir özəllik do yoxdur; Tanrı 
пэ  doğmuş,  пэ  doğulmuşdur.  Türk  Tanrısı  yaradılış  etibarib,  məsələn,  bir 
hind  mifologiyasmdaki  Brahmaya  da  bu  baximdan  əsla  bənzədib  bilməz. 
Əski  tiirk  mətnlərindən  göründüyü  kimi,  Tanrı  gözb  görönməzdir  və 
insanların  günlük  həyatmın  adi  məsəblərinə  də  heç  bir  halda  qanşacağı 
yoxdur. Adına «Qadir Tanrı»,  «Ulu Tanrı» və s. do deyibn Taıınya tiirk din 
düşiincəsiııdo aııcaq sevgi  var.  Tanrıçılıqda Ulu Yaradana  üsyan cləmokdon 
osor-əlamot beb yoxdur.
Bəzi  tədqiqatlarda  Üç  Kurbustaıı,  Yol  tenqri,  Od  ana  və  Yer-su 
ruhlannm  Tanrı  övladları  olduğu  fikrinə  gəünco,  bu,  türk  dini-mifoloji 
sisteminin ölçübrinə uymur və ona görə də пэ  mifoloji yozuına gəlir, пэ də 
ki hər hansı etnoqrafik faktlarla tosdiqini tapır. «Kün Tenqri», «Ay Teııqri», 
«Kün-Ay  Tenqri»  tipində  deyimbrə  isə  yalmz  Mani  dinini  qəbul  ebyən 
uyğurlarda  rast  goliııir  [130,  s. 123-127]  ki,  həmin  ifadələrin  ənənəvi  türk 
dini-mifoloji düşüncəsində aydm yeri, yozumu yoxdur. Türkbrin günəş, ay, 
ulduz,  ildınm  və  b.  ib   bağlı  inanclan  isə,  əlbəttə  Tann  kultu  ib   əlaqolidir. 
Bəlkə  bu  üzdəndir  ki,  bir  çox  müəlliflər  Tann  kultunun  başlanğıcda  tobiot


Yüklə 162,84 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə