Azərb ay can miLLİ elmlər akademiy asi folklor institutu cəlal bəYDİLİ (MƏMMƏdov)



Yüklə 162,84 Kb.
Pdf görüntüsü
səhifə46/102
tarix14.06.2018
ölçüsü162,84 Kb.
#48775
1   ...   42   43   44   45   46   47   48   49   ...   102

dəqiqləşdirilmədiyi  halda  onun  yerli-yersiz  işlədilməsi  bu  anlayış  altmda 
nəyiıı başa düşiilməsində də qanşıqlığa yol açıbdır.
Şamanizm probleminin  ilk araşdıncılanndan  bir çoxu  onu aynca  dini 
sistem  olaraq  səciyyələndirmiş,  türk xalqlarmın mənəvi  həyatında böyük yer 
tutan  bir  hadisə  kimi  onu  hətta  Ural-Altay  (Turatı)  dini  adlandırmışlar.  XX 
yüzillikdə şamanizm, eləcə də tipoloji və funksional baximdan ona yaxın olan 
fenomenlər  Cənub-Şərqi  Asiyada,  Şimali  və  Cənubi  Amerikada,  Avstraliya 
və  Okeaniyada  da  üzə  çıxanldı.  Ancaq  əldo  yetəcək  qədər  qaynaq 
olmadığından, türk dininin qarşılaşdırmalı tarixi yazılmadığından və bu tarixə 
dair simvollann təsvirini verəcək araşdırma apanlmadığmdan qədim türklərin 
dini  inanışlar sistemindən danışılarkən vaxtaşırı totemizm, şamanizm və türk 
dini,  mifologiyası  və  etnoqrafıyası  ilə  bağlı  araşdırmalarda  artıq  kifayət 
qədor geniş yayılan başqa «izm»lərdən söz açılmışdır ki, bu iddialann da öz 
kökləri  vardı.  Belə ki, XIX  yüzillikdə Avropada materializmin  siirətlə yayıl- 
mağmın  ardından hər  bir din  hadisəsini  animizm  və  fetişizm37,  totemizm  və 
şamanizm adlan  altmda izah etməyə çalışırdılar. Qədim türk din tarixinə dair 
əsərlərə  hazır  qəlib  şəklində  köçürülməklə  şamanizm  də  əski  türk  dini  -  
tanrıçıhğm  yerinə  keçirilmiş,  bu  inanc  sisteminin  osasları  şamanizmlə 
eyniləşdirilmişdir.
«Din»  dedikdə  nəyin  ııəzərdə  tutulduğu  belə  anlaşılmayan  bir  sıra 
«araşdırmalar»da  şamanizmə  «din»  adını  verilir,  türk  dmi  düşüncə 
sisteminin  alt  qatında  -   əsasında  «şamanizm»  adlı  dinin  varlığından 
danışılmışdır.  Buna V.Radlov və b.  müəlliflərin şamanizmlə bağlı verdıklori 
bilgilər  də  birbaşa,  ya  dolaylı  olsun,  yol  açmışdır.  Həmin  bilgilərdə  isə 
şamanizmin  məlız  XIX  əsrdəki  şəkli  öz  əksini  tapırdı.  Q.V.Ksenofontov 
hələ  1920-ci  iltardə  «Ural-Altay  şamanizmində  divanəlik  kultu»  əsərində 
yazırdı  ki,  müasir  yakut  şamanlığı  xalqın  dini  etiqadı  deyil  və  özlüyündə 
xalq təbabatinin qədim mövhumi üsullannın təsvirini verir»  [255, s.259].
Türk  mədəniyyətinin  öz  ölçüləri  olduğunu  qətiyyən  hesaba 
almadıqlarından  tarixçilərin,  sosioloqlarm  türk  dini-mifoloji  görüşlarində 
şarranizmin yeri ilə bağlı yol  verdikləri yanlışlıqlar getdikcə daha dərin kök 
salmışdır.
37  Qeyd  etmək  ycrinə düşər  ki,  ıızun  müddətdən  bəridir d in b r  tarixiııdə  animizmin  varlığı 
da  inkar  olunur  [254,  с.206].  Son  dövrlərsə  fetişizmdən  də  dinin  ayrıca  forması  kimi, 
demək  olar,  danışılmır.  Çiinki  fetişizm,  magiya  vn  animizm  elemcntləri  keçdiyi  bütün 
tarixi m ərhəblər boyu dini mtlşayiət etmişdir [321].
Şaman  dünyagörüşü  tipinə  görə  müxtəlif dini  sistemlərlə  bir  arada 
yaşamağa  qabildir.  Elə  bu,  şamanizmin  ayrılıqda  bir  din  olmadığınm 
sübutudur  [384,  s.100].  Lakin  ayrı-ayn  tədqiqatlarda  şamanizm  ilkin 
mənasmda  anlaşıhr,  üstəlik  din  düşüncəsi  tarixin  bəlli  bir  çağı  ilə 
sərhədləndirilir.  Bu  isə  din  düştincəsi  fenomeni  üçün  yolverilməzdir.  Bir 
çox  aıaşdırmalarda  isə  «şamanlıq»  adı  ilə  olsa-olsa  Altay  və  Yakut 
şamanizmi anlaşılır ki, onun da bütövlükdə qədim türk inanışlan deyə qəbul 
edilib əski türk dini sistemi ilə eyniləşdirilməsi doğru deyil. Uzun zamandan 
bəri  dini  birlik  içərisində  yaşamayan  türk  topluluqlanndan  birində  ya  bir 
neçəsində  mövcud  olaıı  və  özü  də  digər  dini  sistemlərin  təsiılərinə  ınəruz 
qalan  inanclan tarixin  türk adıyla  tanıyıb  bildiyi  digər türk topluluqlannm 
da hər birinin və biitünlükdə hamısmm arxaik inamşlan kimi təqdim eləmək 
yanlış  yoldur.  «Türk milli  mədəniyyəti»nin  müəllifı  İ.Qəfəsoğlu  da  vaxtilə 
şamanizmi,  ümumiyyətlə,  türk  inanış  sistemi  saymır,  onu  «türklərin  öz 
düşüncəbrinin  məhsulu  olmayıb  ayrı-ayrı  dinlərdən  gələn  təsirlərin  bir- 
birmə  qanşmasmdan  meydana  çıxmış  təsəwürlər  sistemi»  adlandırırdı. 
Həqiqətən,  mənşədə  пэ  olur olsun,  şamanizm  funksional-semantik özəlliyi 
etibarilə  türk  dini  sistemi  olan  tannçılıqdan  fərqli  bir  hadisədir.  Türk  din 
tarixinə dair araşdırmalarda qeyd olunduğu kimi, ənənəvi türk dini  dtişiincə 
sistemi  Göy-Tanrı  adı  çevrəsində  təşəkkül  tapmış  orijinal  sistemdir  [129, 
s. 126], Yəni bu din sistemi Göy-Tanrı anlayışı üzərində qurulmuşdur.
Aralarında  dərinlərdən  gələn  bağlılıq  olması  üzündən  dünyagörüşü 
sistemləri  kimi  tanrıçılıqla  şamanizmin  sərhədlərini  bəzən  dəqiqliyi  ilə 
müəyyən  etmək  ınümkün  olmasa  belə,  bu  anlayışları  eyniloşdirməyin  də 
doğru  olmayan  nəticələrə  gətirəcəyi  qaçılmazdtr.  Çünki  gerçəkdə  türk 
mentalitetinin  əsasında  şamanizm  dayanmır.  Ənəııəvi  bir  comiyyatdə  iki 
fərqli  etnokonfessional  эпэпэ,  ayrı  köklərdən  gələn  iki  dini-mifoloji  inanc 
sistemi  açıqca  yan-yana  yaşaya  bilməzdi.  Şamanizm  türk  xalq  sufıliyinə 
ciddi  şəkildə  təsir  göstərə  bilmişdirsa  də,  türk  tannçılığına  o,  sonradan 
qanşaraq  bu  din  sisteminin  praktik  yöniinü  təşkil  etmiş,  bu  yolla  tiirk 
mədəniyyətinin  az  qala  bütün  qatlanna  təsir  göstərmişdir.  Yeri  gəlmişkən, 
etnoqrafik materiallann verdiyi belə bir bilgi də diqqəti çəkir ki, bir çox türk 
topluluqlannda  tanrıçıhqla 
bağlı 
keçirilən 
mərasimlərə 
şamanlar 
buraxılmırdılar;  şaman  mədəniyyətiylə  yaşayan  cəmiyyətlərdə  adətən  belə 
təsəwür  värdı  ki,  yuxan  dünyanm  ilahi  varlıqlarına,  hami  ruhlara  şaman 
yox,  topluluğun  daha  çox  sayılıb-seçilən  nümayəndəsi  və  ya  başçısı  üz 
tutmalıdır [384, s.105]. Bu isə şamanlann Tann ilə, əlbəttə, heç hansı  təmas


Yüklə 162,84 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə