Azərb ay can miLLİ elmlər akademiy asi folklor institutu cəlal bəYDİLİ (MƏMMƏdov)



Yüklə 162,84 Kb.
Pdf görüntüsü
səhifə9/102
tarix14.06.2018
ölçüsü162,84 Kb.
#48775
1   ...   5   6   7   8   9   10   11   12   ...   102

olmaqdan  qalan  m if  istonibn  halda  уепэ  do  tam  yox  olmur,  şüuraltı 
strukturlarda  arxetiplər  şəklində  yaşamaqda  davam  edir.  Bu  isə  dünyanm 
mifoloji  dərkinin  insan psixikası  və  bəşər  mədəniyyətinin  ayrılmaz parçası 
oldtığımdan  gəlir  [395,  s.83].  Miflər,  bu  mənada  təkcə  yazısız  ənənəbrin 
uzaq  keçmişdəıı  bu  günlərə  qalan  adi  bir  mirası,  quru  yadigarı  deyil.  0, 
mənəvi  fıəyatın  sadocə  bir parçası  olmayıb,  modəniyyotin  bütövlüklə  canı- 
na,  qanına  hopmuşdıır.  Türk  mifoloji  düşüncəsinin  də  тэп а  vahidi 
anlayışlar  deyil,  hətta  etnik  sistemi  yaşadan  mövcud  ənənələrdə  belə 
bütünliiklə  yoxa  çıxmamış  olan  kollektiv  təsəvvürlərdir.  Yetıi  mədəni 
formalara  пэ  qədər  uyğunlaşsa  belə,  mifoloji  düşüncə  sonacan  yox  olub 
gedə bilməz [395, s.80].
Mifoloji  düşüncə,  Tartu-Moskva  semiotik  məktəbinin  lüğətində  də 
qeyd  olıınduğu  kimi,  mifoloji  təsvirləri  doğuran,  onu  özündə  əks  etdirən 
diişüncədir [357].  Həmin təsvirbr gizlin tobiət qüwələri və onlarla ünsiyyət 
saxlamaq  mənasında  etiqad  kimi  mistik  bir  məzmun  daşıyır  və  bıırada 
cisimlə  cismin  özü  haqda  təsəvvürlər  fərqbndirilmir.  Etnoqraflyaya  dair 
araşdırmalar  bu  qənaətə  gətirmişdir  ki,  mərasim  və  folklor  ononəsinin 
yaxmlığıyla  seçilən  arxaik  cəmiyyətbrdəıı  başlayaraq  bütün  etnoslar,  о 
cümlodən  də tiirklər diinyam эп əw əl mifoloji modellər əsasmda düşünmüş 
və  yaşamışlar.  Həmin  mifoloji  dünya  modelinin  özəyini  kosmos  vo  xaos 
haqqmda təsəwürlər təşkil edir.
Mifm daim fəal  olması  sayəsində mifoloji  düşüncə  indiki  insanm  da 
günlük həyatında öz varlığmı hiss etdirir və ona təsir göstərə bilir. Mücərrəd 
anlayışlann  az qala yox  dərəcəsində  olmağı  ilə  səciyyələnən  türk  mifoloji 
düşiincəsinin bir başqa səciyyəvi cəhəti də zamanın dövrəvi qəbul olunması 
ilə  bağhdır.  Ölüb  dirilməyə  inamın  osasında  zamana  məhz  belə  bir 
münasibət dayanır.
Maddi  aləmdə  olan  dağ,  çay,  ağac  və  b.  təbii  obyektlər türk  mifoloji 
düşiincəsinin qanunauygunluqları baxımmdan öz simvolik özəlliklərinin  də 
maddi  ifadəçisinə  çevrib  bilirbr.  Bu  mənada  ətraf aləmdə  olan  hər  hansı 
ağacm Dünya  ağacı  və  ya hər axar suyun  ilkin  su  simvolikası daşımağımn 
bəlli şərtlər daxilində gerçək ola bilməsi məsələsi də mifoloji araşdırmaların 
predmetini təşkil etmişdir.
Mifoloji  diışüncədə gerçəkliyə özünəməxsus yanaşma torzi  var vo bu 
düşüncə  dünyamn  təsnifındə  həmin  gerçəklik  faktlannın  keyfıyyət 
səciyyəsiııə  əsaslanır.  Türk  mifoloji  düşüncəsində  türk  cəmiyyətinin 
psixologiyası,  təcrübəsi,  duyğu  və  düşüncəsi  əksini  tapmışdır.  Bu  mənada
türk  mifoloji  ənənəsi  əsla  fərdi  duyğuların,  düşüncə  vo  təsəvviirbrin 
ifadəçisi deyil.
Arxaik  cəmiyyət  başqa  cəmiyyətlərb  münasibət  baxımından  yox, 
özünün daxili strukturu etibarib bizi gözbııilməz monzərə qarşısmda qoyur: 
həmin  struktur  uyğunsuzluq  və  ziddiyyətbrlə  doludur  [258,  s.102]. 
Başlanğıcı  bilinməyənə  bir məna venmyən  və onu  məhvə  məhkum  sayan 
mifoloji  düşüncədən  ötrü  özlüyündə  hər  hansı  bir  nəsııə  və  ya  hadisə 
deyil,  onlann  yaranma  şəkli  və  dəyişməsi  prosesi  əsasdır.  Özünün  daxili 
məııtiqi  olan  mifoloji düşüncənin  tobiotinin  araşdırılması bu düşüncə tərzi 
ib   yaşayan  insanm  dünyanı  anlamaqda  bu  günün  insanmdaıı  bir  çox 
baxımdan  daha  üstün  olduğu  qənaətini  doğurur.  İbtidai  mədəniyyətin 
araşdırılması yönündə  isə  elm  dərinbrə  işbdikcə  daha çox  aydın  görünür 
ki,  ibtidai  insan  əvvəlbr  güman  edildiyindən  də  aıtıq  mirasa  malik 
olmuşdur  [382,  s .l 8].  Bu  baxımdan  Levi-Strosun:  «Ola  bilsin,  gözol 
günbrin  birində  biz  başa  düşəcəyik  ki,  mifoloji  təfəkkürdə  do  elmi 
təfokkürdəki  məntiq  işbmişdir  və  insaıı  həmişə  eyııi  dərəcədə  yaxşı 
düşünmüşdür» [258, s.207]  sözbri də olduqca mənalıdır.
Çağdaş  dünyagörüşündən  fərqli  olaraq,  dinin  və  elnıin,  mıısiqinin, 
poeziyanın,  rəqsin,  mifin  vo  tarixin,  adət-ənənəylə  əxlaqm  qaynayıb 
qarışmış  olduğu  oski  türk  mifoloji  düşüncəsinə  görə  dünyada  siikunət 
halında  olan  heç  nə  yoxdur.  Hər  ııə  varsa  -   başlanğıcdan  ta  sonacan  və 
yenidəıı  başlanğıca  doğru  -   hamısı  hərəkət  hahndadır  ki,  onlaıın  da  lıər 
birinin  biri-birinə və bir о qədər dünyaya bənzəri var [229, s.40-44].
Mifologiya  isə  dünya  modelinin  yaranması,  strukturu  və  yaşama 
mexanizmini  əks  etdirir,  açıqlayır,  nizamlayır.  Milli  mentalitetin 
mahiyyətini  həm  ifadə edəıı  vo həm  də şəkilbndirən dünya  modeli,  diinya 
düzümü  həmişə  lıər  yerdə  tamamib  millidir  və  kənardan  ona  əsaslı  təsir 
göstərib bilınir [10].
Bəlli  etnik-mədəni  эпэпэ  daxilində  insanlann  dünya  haqqındakı 
intuitiv  təsovviirbrinin  toplıısu  olan  dünya  modeli  [386]  dünyanı 
obrazlaşdırma  yoluyla  monimsoyərək  işarəbr  sisteminə  çevirən  mifoloji 
düşüncə  tipi  ilə  bağlı  hadisədir.  Bütün  əski  mədəniyyətlər,  о  cümbdən  də 
türk  mədəııiyyəti  molız beb  bir dünya  modeli  prinsipinə  uyğun  «quı ulmuş 
və boya-başa çatmışdır».
Ayrı-ayrı  tarixi  morhələlərdo  hər  hansı  bəlli  bir  etnosa  xas  olan 
dünya  mənzərəsinin  dəyişməz  ana  xəttini  «xeyir  qüvvəbr»b  «şərir 
qüvvəbr»  arasındakı  nisbot  təşkil  edir.  Həmin  nisbətdir  ki,  əksərən  etnik 
dünya mənzərəsiniıı do «xəritəsi»ni toyiıı edir [276].


Mifopoetik  dünya  modeli4  özlüyündə  dünyamn  obrazı  kimi  bir 
işarələr sistemidir.  Ənənə daşıyıcısı antropoloqlardan belə  geri  qalmayacaq 
qədər  mənsııb  olduğu  etnik  dünya  mənzərəsinin  məntiqi  izahını  vermək 
gücünə  sahibdirsə  də,  müəyyən  əsaslan  bünövrədən  yaddaşlarda  yer  almış 
olan həmin işarolər sisteminin farqinə bəzən bütünlüyü ilə varmaya da bilir.
Mifoloji  dünya  modelinin  universal  və  ya  bəlli  bir  эпэпэуэ  bağlı 
mümkün  əhatəli  təsvirləri  ayn-ayn  tədqiqatlarda  yer  almaqdadır.  Bununla 
belə,  dünya  modeli  folklor-mifoloji  mətnləriıı  təhlili  prosesində  kifayət 
qədər  effektiv  də  işlədilməyən  bir  konseptdir.  Məsala  bundadır  ki, 
gündəlik  həyatda  dünya  modeli5  izaha  və  əsaslaııdırmaya  ehtiyac  hiss 
etdirmayarak  yolverilən  qaydalarla  yolverilməz  olanlar  arasmdakı 
münasibət  şəklində  özünü  göstərir  [386].  Mifoloji  diinya  modelinin 
özülündə ikili qarşıdurmalar (binar oppozisiyalar) sistemi dayanır ki, kifayət 
sayda  olan  həmin  qarşıdurmalar  da  əsas  etibarilə  məkan  və  zamanla 
bağlıdır.
Sistemliliyi  ila  səciyyələnən  dünya  modeli  etnik-mədəni  sistemin 
ətraf  aləmlə  hər  hansı  əlaqəsini  tənzim  edir.  Mifoloji  motn  süjetlərinin 
əsasında  dayanan  həmin  dünya  modeli  həmçinin  dünyanm  obrazınm 
düşüncədəki  inikasıdır.  Ən  üımırni  cizgiləriylə  diinya  modeli  bəlli  əııənə 
daxilində  dünya  haqda  təsəvvürlər  toplusudur  [371,  s.161].  Praktik  olaraq 
bu və ya digər xalqa xas dünya obrazınm təsvirini verən bütün tədqiqatçılar 
da  elə  əslində  xalqlann  dünyanı  necə  dark  etdiyini  deyil,  bu  dərkin 
nəticələri olan kosmoloji, ontoloji, esxatoloji sistemləri araşdınrlar [275].
Mifologiya  deyilən  zaman  müasir  elmi-nəzəri  fıkirdə  də  bəlli  bir 
mifoloji  diişüncə  sistemi  və  həmin  sistemlə  təmsil  olunan  dünya  modeli 
başa  düşülür  [10,  s.l].  Diaxroniya  və  sinxroniyanm  qırılmaz  vəhdəti  isə 
mifopoetik dünya modelinin daimi özəlliyidir. Mifopoetik dünya modelində 
makıokosm  və  mikrokosm,  təbiət  və  insan  biri-biriylə  ən  azı  qarşılıqlı 
bağhhqdadır.  Burada  hər  şey  kosmosla  əlaqələnir.  Bu  baxımdan  hər  bir 
mədəniyyətdə  diinya  modeli  bir-biriylə  qarşılıqlı  bağlılıqda  olan  zaman, 
məkan,  insan və təbiət,  hissənin  tama münasibəti  və  b.  universal  anlayışlar
4  Ona görə  «mifopoetik»  deyilir ki,  arxaik çağın  düşüncə tipi  m ənasında xüsusi  bədii  şüur 
tipinin  mövcudluğundan  deyil,  ictinıai  şüurun  daha  çox  təhtəlşüur-bədii,  mifopoetik 
səciyyəli olmasından danışmaq lazım gəlir [290, c.55].
s  «Dünya  modeli»  anlayışı  strukturalizmdən,  struktur  antropologiyadan  alınmadır.  Bir 
çoxları  tərəfındən  «ruhsuz  strukturalizm»in  xüsusən  də  folklor  kimi  canlı  və  zangin  bir 
hadisəni  özünün uydurm a qəliblərinə oturtmaq  cahdi  kimi qiym ətləndirildiyi  iiçün  ənənəvi 
olaraq qınaqla qarşılanıbdır [386].
məcmusıından  ibarətdir  ki,  buradakı  dünya  mənzərəsi  də  konkret semiotik 
sistemlərdə gerçəkləşir  [278]. Hər bir insan topluluğu özünün dünya haqda 
tasavvürlər sisteminə malik olur ki,  bu da ifadəsini həmin diinya modeliııda 
tapır.  Dünya modelinin bərpası  anlayışı  har hansı mifoloji sistema  xas  olan 
daxili  struktura,  eləcə  də  lıamin  strukturu  təşkil  edən  tarkib  elementləri 
arasındakı  funksional-semantik  bağlılığa  aydmlıq  gətirilməsini  bildirir. 
Mifik dünya modeli bütün bunlarla yanaşı,  öz tam ifadəsini,  mifşünaslıqda 
dafalərla qeyd olunduğu kimi, heç də hansısa ayrıca bir mətndə təbii  olaraq 
tapa  bilmir.  Ona  görə  də  bu  modelin  həmin  ayn-ayrı  mətnlər  asasmda 
yalnız  sonradan  bərpası  mümkündür  [10].  Çünki  mifologiya  özlüyündə 
bərpası  sonradan da mümkün görünən  bir sistemdir.  Ənənəvi  bilgilərin  özü 
sayılan  folklor  mədaııiyyati  mifologiya  ilə  tam  bir  bağlılıq  içərisində 
olduğundan mifoloji dünya modelinin elementləri açıq va ya gizli şəkildə də 
olsa,  çeşidli  folklor  janrlarında,  marasimlardo,  maddi  madaııiyyat 
nümunələrində qorunur.
Mifoloji  dünya  modelini  şərtləndirən  təfəkktir  tipi  elmi  ədəbiy- 
yatlarda  «məntiqəqədərki»6  (Levi-Brül),  «mifopoetik»7,  «kosmoloji»  (To- 
porov) və başqa adlar altında qeyd olunur. Qəbul olıınmuş fıkra görə, dünya 
modelinin  etnik-mədəııi  sistem  baxımından  nisbətən  vahid  və  stabil 
mənzərə nümayiş etdirdiyi dövr kosmoloji və ya mifopoetik çağ adlandırılır 
[299, s.161]. Hər hansı milli mifologiyaya məxsus dünya modeliııin bərpası 
bir sistem kimi həmin  mifologiyanin  struktur əsasını taşkıl  edaıı  clementlar 
arasındakı  funksional-semantik  bağhlıqlara  da  aydmlıq  gətirilınəsini  bir 
zarurot olaraq ortaya çıxarır. N.Mehditıin etnoqrafık ataşdımıalara ıstinadla 
sciybdiyi  kimi,  demək  olar ki,  arxaik sosiumdan  başlayaraq biitün  etnoslar
6 L.Levi-Briil  ibtidai tafəkkürdə fövqəltəbii olanla  bağlı  klassik tndqiqatında qeyd edirdi  ki, 
məntiqəqədərki  (pralogik)  təfəkkür  biziın  əqlimizin  heç  vəchlə  qəbul  ebmədiyi  əksliklərə 
biisbütün  etinasızdır,..  mistikdir  və  bu  yönilmüyb  də  bizim  təfəkkiir  tərzimizdən  seçilir.  O, 
tez-tez  ııəsnəbrə  xas  obyektiv  xüsusiyyətlərə  tam  laqeydliklə  yanaşır  va,  oksinə,  onların 
əsrarangiz,  sirli-sehirli  ö zəllik b riy b  maraqlanır [257,  c.8,  161].  Buradakı  «ibtidai» terınininə 
gəldikdə  isə  Levi-Stros  bu  miinasibətlə  söybyirdi  ki,  bütünlilkb  alayarımçıq  olmağma  və 
haqlı  tənqidbrə maruz qalmağına baxmayaraq, daha yaxşı  tərifi  olmaması  üzündən  «ibtidai» 
anlayışı  müasir etnoloji və sosioloji lüğətbrə birdəfəlik daxil olmuşdur [258,  s.9 1].
7  Arxaik  folklor mifoloji  tasəvvürlərin  daşıyıcısıdır ki,  mifopoetik düşüncə  bu  təsavviirbrə 
söykonir.  Digər  tərəfdən,  mifoloji  sistem  müəyyən  mənada  bədii  folkloru  «özündə  əks 
etdirən  çevrə»dir.  Bədii  obrazlarla  uyğun  mifoloji  təsəvvürbr  arasında  birbşdirici  həlqə 
var  ki,  о  da  mifopoetik  şüur  və  ya  düşüncədir.  O,  mifoloji  təfəkkilrb  müqayisəyə  gətirilə 
b ib r,  ancaq ona tən deyil  [306, c.65-66].


Yüklə 162,84 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə