25
quruculuğu barədə öz baxıĢlarını Ģərh etmiĢdi. O, Azərbaycanda sovet
dekretlərini həyata keçirərkən yerli Ģəra iti, a zə rbaycanlı əhalinin adətlərini və
məiĢətini, habelə onun dini baxıĢlarını nəzərə almağın zəruriliy ini vurğula mıĢdı.
N.N.Nərimanov mətbuat nümayəndəsinə verdiyi müsahibəsində demiĢdi: " Lenin
yoldaĢ bütün bunlarla razı idi"
44
.
N.N.Nərimanov 1921-ci ilin fevralında V.Ġ.Leninə məktubunda bir daha
yazırdı: "Mən qabaqcadan dəhĢətli vaxt görürəm, ona görə də Sizdən heç nəyi
gizlətməməy i zəruri hesab edirəm. Mənə inanırlar və hamısını deyirlər: mən
bütün ucqar mu xtar respublikaların vəziyyəti və Sizə münasibəti haqqında Ģifahi
və yazılı məruzələrə malikəm. Bütün məruzələrdə Sovet Rusiyasının müstəmləkə
siyasətindən danıĢırlar..."
45
. Azərbaycan sovet respublikası quruculuğunda yerli
xüsusiyyətləri, dövlətçiliy i və müstəqilliyin i nəzərə almaq Ģərti ilə siyasət
yeridilməsinin elə ilk günlərindən, tədricən, addımbaaddım üzə çıxan
diktatorluq, müstəmlə kəçilik meyilləri gözə çarpırdı.
Bunlar RK(b) P M K Qafqa z Bürosunun rəhbəri Q.K.Orconikidzen in,
Bakı partiya təĢkilatının, Bakı Ġcraiyyə Ko mitəsinin, onu dəstəkləyən liderlərinin
fəaliyyətində özünü xüsusilə göstərirdi. Ko mmunistlərin bir ço xu Moskvaya
göndərdikləri müraciətlərdə, məktublarda Q.K.Orconikidzeni açıq-aĢkar
müstəmləkəçi ad landırırd ılar.
N.N.Nərimanov Zaqafqaziya
ko mmunist
təĢkilatların ın II qurultayında (1923-cü il mart) Q.K.Orconikidzenin düzgün
olmayan hərəkətləri barədə RK(b)P MK-ya yazdığ ı məktubunda və sonra, onu
bir dəfə "Stalinin yanındakı general-qubernator" adlandırdığını xatırlayaraq
yazmıĢdı: "Ġndi Orconikidze Zaqafqaziyada Mərkəzin açıq müstəmləkə siyasəti
yeridən nümayəndəsi kimi məĢhurdur"
46
.
Azərbaycanda sovet hakimiyyətin in üçüncü ayında Q.K.Orconikidze
Azərbaycan Respublikasının RSFSR ilə birləĢ məsi haqqında məsələ qaldırdı.
Mərkəzi Ko mitənin üzvü olan ermənilər, ruslar onu dəstəklədilər, digər
partiyalardan ko mmunist partiyasına keçmiĢ cavan azərbaycanlı partiya üzvlə ri
də onlara qoĢuldular. N.N.Nərimanov və onun həmfikirləri birləĢmən in əleyhinə
çıxd ılar. Respublikanın müstəqilliyinin qorunub saxlan masına tərəfdar çıxanları
"millətçi təmayülçülü kdə" günahlandırırdılar. Beləliklə, partiya təĢkilatında fikir
ayrılığ ı, rəhbərlər, məsul partiya iĢçiləri arasında çəkiĢ mələr baĢlandı.
Azərbaycanda hakim Mərkəzin hansı siyasətini yeritmək prinsiplərinə
münasibətdə qütbləĢmə dərinləĢir, orta təbəqədə, dəstədə hakimiyyət uğrunda
mübarizə güclənirdi. Partiya üzv ləri arasında bir-b irini izləmək, təqib etmək,
çuğulluq, intriqa sistemi yaranır və bəzən kəskin, açıq ixtilaflara çevrilirdi.
Partiya təĢkilatındakı belə vəziyyət gənc Azərbaycan respublikasının
taleyi üçün böyük təhlükə doğururdu. N.N.Nərimanov deyirdi: "Mən hələ yayda
(1923-cü ildə - məsul red.) Mərkəzi Ko mitəyə yazmıĢdım ki, partiya günbəgün
26
deyil, saatbasaat parçalanır: o vaxt mən Azərbaycanda partiyadakı vəziyyət
haqqında yazmıĢdım. Görünür, MK Serqodan məlu mat alaraq arxay ınlaĢıb,
çünki heç bir tədbir görülməyib. Ancaq indi bütün Zaqafqaziyada partiyanın
vəziyyəti haqqında düĢünmək lazım gəlir... Mən bəyan edirəm... hazırda
Zaqafqaziyada bizim hakimiyyətimiz yalnız süngü gücünə yaĢayır. Lakin belə
məsuliyyətli dövrdə onu süngü gücünə çoxmu saxlamaq o lar"
47
.
Bakı sənaye mərkəzi tərəqqi edib regionda seçilməyə baĢladığı vaxt
rəsmi Rusiyada, onun hakim elitasında Bakının A zərbaycanın bütün qalan
hissəsindən ayrı olması barədə qəti fikir formalaĢdırılmıĢdı. Bu da Bakını və
onun neft rayonunu Rusiya imperiyasının ərazisi elan etmək üçün əsas olmuĢdu.
Bakı daĢnak-bolĢevik ö zəyi də 1918-ci ildə Bakıya, ü mu mən Azərbaycana
münasibətdə eyni siyasəti yeridirdi. Bu o vaxt Bakı Xalq Ko missarları Sovetinin
yaradılması və A zərbaycanm Ģərq hissəsinin ələ keç irilməsi, onun əslində Sovet
Rusiyasının təsir dairəsinə düĢməsi ilə nəticələn miĢdi. Hətta müstəqil
Azərbaycan Demokratik Respublikası elan ed ild ikdən sonra və onun müvəqqəti
olaraq Gəncədə yerləĢən hökuməti Bakın ın azad edilməsi uğrunda mübarizəyə
baĢlayanda da Sovet Rusiyası hökumətin in rəs mi sənədlərində Bakı və onun
mədən rayonları "Rusiyan m ərazisi" kimi vurğulanırd ı. Həmin siyasət
Azərbaycan SSR elan olunandan sonra da, lakin daha incə formad a davam
etdirilirdi.
1920-c i illə rdə Ba kıda idarəç ilik əsasən Bakı partiya təĢkilat ının və Bakı
Soveti Ġcraiyyə Ko mitəsinin daĢnak-bolĢevik rəhbərlərinin əlində idi. Onlar
AK(b)P Mərkəzi Ko mitəsini, A zərbaycan SSR Xalq Ko missarları Sovetini
əslində tanımırdılar. Hətta ilk vaxtlar qərara alın mıĢdı ki, Azərbaycan Sovet
hökumətin in üzvləri Bakı Soveti, Ġcraiyyə Ko mitəsi qarĢısında hesabat versinlər.
Bakın ın hakimiyyət orqanları partiya Mərkəzi Ko mitəsinin bəzi üzv lərinin -
ermənilərin, habelə XI Qızıl ordunun xüsusi Ģöbəsindən olan hakim millətçi
Ģovinistlərin dəstəyi ilə sovet hakimiyyətinin elə ilk günlərind ən etibarən,
azərbaycanlı əhali arasında qızğ ın təqib və müsadirə fəaliyyətinə baĢladılar.
Onlar qanunsuzluq, soyğunçuluq törədir, varlı ailələrin evlərin ə soxulur, burjua
qadınların ın qulaqlarından sırğaları çıxarır, ev əĢyalarını aparır, müsəlman
ailələrinin adətlərin i, məiĢət ənənələrini ələ salırd ılar. N.N.Nərimanov
Azərbaycanda "inqilabi hakimiyyət" bayrağı altında, partiyanın adından
törədilən biabırç ılıqlara qarĢı dəfələrlə və qətiyyətlə çıxıĢ etmiĢdi. Azərbaycan
Ġnqilab Ko mitəsi avqustun 19-da müsadirə iĢinin nizama salmması haqqında
dekret dərc etdirərək, hakimiyyət orqanlarına tapĢırdı ki, " müsadirə
zəh mətkeĢlərin mənafeyinə mü mkün qədər az toxunsun". 1921 -ci il fevralın 22-
də isə özbaĢına axtarıĢlar keçirilməsinin və ev əmlakın ın müsadirəsinin qarĢısını
almaq tədbirləri haqqında N.N.Nərimanovun imzası ilə əmr verildi
48
.