Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə152/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   148   149   150   151   152   153   154   155   ...   223

310 

 

N.Aseyev,  A.Bezımenski,  V.ViĢnevski,  V.KirĢon,  A.Lunaçarski  və  b.  müxtəlif 



vaxtlarda Bakıda olmuĢdular. 

QonĢu  xalqların  görkəmli  ədəbiyyat  nümayəndələrinin  yubileylərini 

təntənəli  qeyd  etmək  ənənəvi  hal  almıĢdı.  1928-ci  ildə  Bakıda  L.N.Tolstoyun 

anadan olmasının 100 illiyi, özbək Ģairi ƏliĢir Nəvainin anadan olmasının 500 illiyi, 

həmçinin M.F.Axundov və M.Ə.Sabirin yubileyləri Azərbaycan mədəniyyətinin əsil 

bayramına çevrild i. 

QarĢılıqlı  ədəbi  tərcümələr  mü xtəlif  xalqların  yazıçıları  arasında  dostluq 

əlaqələrini  möhkəmləndirirdi.  "Na  rubeje  Vostoka"  jurnalında  və  ayrıca  kitab 

Ģəklində  müntəzəm  olaraq  Azərbaycan,  gürcü,  özbək  və  proletar  yazıçılarının  ən 

yaxĢı əsərlərinin tərcümələri çap edilird i. 

Zaqafqaziya  yazıçılarının  əlaqələrin i  gücləndirmək  məqsədilə  1929-cu  

ildə  qarĢılıqlı  yaradıcılıq  səfərlərini  nəzərdə  tutan  xüsusi  aylıqlar  təĢkil  olunurdu. 

1929-cu ildə həmç inin tatar yazıçılarının bir qrupu Ba kıya gəlmiĢdi.  

Azərbaycan  yazıçıların ın  xarici  ölkələrin  ədəbiyyat  nümayəndələri  ilə 

əlaqələri yaran mıĢdı. A.Barbüs, Ġ.Bexer, Ġ.Vayyan-Qutırye, R.Veyskonf, M.Zalka, 

B.ĠlleĢ,  məĢhur  yazıçı  və  Ģairlər  və  b.  mü xtəlif  dövrlərdə  Bakıda  olmuĢdular. 

Türkiyənin görkəmli Ģair oğlu Nazim Hikmət ilk dəfə Bakıya gəlmiĢdi. 

ÜĠK(b)P  MK-nın  qərarına  (1932-ci  il  23  aprel)  müvafıq  ədəbi-bədii 

təĢkilatların yenidən qurulması pərdəsi altında bütün mövcud ədəbi-bədii təĢkilat və 

qruplar  buraxıldılar

178

.  Azərbaycanda  da  bütün  yaradıcı  təĢkilat  və  birliklər  ləğv 



olundu, onların əvəzinə "sovet" yazıçı, bəstəkar, rəssam və memarlar  ittifaqlarının 

təĢkilat komitələri yaradıldı. Yaradıcılıq təĢkilatlarının mərkəzləĢdirilməsi partiyaya 

bu  təĢkilatların  fəaliyyətini  ciddi  nəzarət  altında  saxla mağa,  onların  iĢini  lazımi 

məcraya  istiqamətləndirməyə  imkan  verdi.  Bu  "yenidənqurma"  ədəbiyyat  və 

incəsənət iĢinə partiya müdaxiləsini gücləndirmək, onlara ideoloji təsir göstərmək 

məqsədi güdürdü. 

1934-cü  ilin  iyununda  Bakıda  Azərbaycan  sovet  yazıçılarının  birinci 

qurultayı  oldu

179

.  Qurultayda  Azərbaycan  nəsri  və  poeziyasının  vəzifələri  müzakirə 



edildi

180


. Qurultayda S.Vurğun, S.Hüseyn, Y.V.Çəmənzəminli, C.Cabbarlı, Mir Cəlal, 

R.Rza və b. çıxıĢ etdilər. 

1934-cü il 17 avqust - 1 sentyabrda M. Qorkinin təĢəbbüsü ilə Moskvada 

sovet  yazıçılarının  I  Ümumittifaq  qurultayı  toplandı

181

.  Qurultayda  qəbul  edilmiĢ 



Ġttifaqın Nizamnaməsində ilk dəfə olaraq sosialist realizmi  metodu rəsmi olaraq əsas 

yaradıcılıq  metodu  kimi  qəbul  edildi.  Qurultayda  C.Cabbarlı  parlaq  nitqlə  çıxıĢ 

edərək, Azərbaycan ədəbiyyatının nailiyyətlərindən danıĢdı. 

Ġttifaqda  birləĢəndən  sonra  Azərbaycan  yazıçılarının  yaradıcılığınd a 

partiya  orqanlarının  direktiv  göstəriĢlərinə  uyğun  olaraq  "sovet  gerçəkliyi" 

problemlərinə, ən mühüm inqilabi-tarixi mövzulara diqqət gücləndirildi. Partiya bu 




311 

 

dövr  ədəbiyyatı  qarĢısında  "sosializm  quruculuğu  ruhunu"  daha  parlaq  əks 



etdirmək,  yeni  cəmiyyət  qurucuları  olan  insanları  tərbiyə  etmək  vəzifəsini 

qoymuĢdu. 

30-cu  illə rdə  Azərbaycan  poeziyasının  ön  cərgələrinda  S.Rüstəm, 

S.Vurğun,  M.MüĢfiq,  M.Rahim,  R.Rza  və  b.  dururdular  S.Vurğun  pambıq  ustası 

Bəsti Bağırovaya xüsusi poema ("Bəsti"ı həsr etmiĢ, məĢhur "Komsomol poeması" 

əsərinin bir çox hissələrini yazmıĢdı. S.Rüstəmin "Bakı misraları", R.Rzanın "Bakı" 

M.Rahimin  "Neft",  M.MüĢfiqin  "Cəbi  dayı"  Ģeirləri  sovet  yeniliklərinə  həsr 

olunmuĢdu. 

Bu  illərdə gənc Ģairlər O.Sarıvəlli, Z.Xəlil,  Ə.Cəmil, Ģairə  M.Dilbazi və 

N.Rəfibəyli Azərbaycan yazıçıları sırasına qoĢuldular. Azərbaycanda yaĢayan rus və 

baĢqa millətlərin nümayəndələri olan yazıçılar da məhsuldar çalıĢırdılar. 

1938-ci  ildə  Bakıda  Azərbaycan  aĢıqlarının  ikinci  qurultayı  keçirildi. 

Qurultayda görkəmli  mədəniyyət xadimləri  Ü.Hacıbəyov, M.Ġbrahimov, M.Bülbül 

və  O.Sarıvəlli  əsas  məruzələrlə  çıxıĢ  etdilər  və  aĢıq  yaradıcılığ ı  haqqında  böyük 

məhəbbətlə danıĢdılar. 

Həmin  dövrdə  bədii  nəsr  xeyli  in kiĢaf  etmiĢdi.  Azərbaycan  yazıçıları  öz 

əsərlərində  xalqın  həyatını,  məiĢətini  əks  etdirir,  respublikada  baĢ  verən  sosial-

iqtisadi  dəyiĢiklikləri  göstərirdilər.  30-cu  illərdə  Ə.Əbülhəsən  "Dünya  qopur", 

M.Hüseyn "Tərlan", Mir Cəlal "Bir gəncin manifesti", A.ġaiq "Araz", M.S.Ordubadi 

"Dumanlı  Təbriz"  romanları  ilə  həm  müasir,  həm  də  tarixi  mövzulara  müraciət 

etmiĢdilər. 

M.Ġbrahimovun  1935-ci  ildə  yazdığı, o dövrdə öz tarixinin  mürəkkəb və ağır 

dövrlərindən  birini  yaĢayan  Azərbaycan  kəndində  kolxoz  həyatına  həsr  etdiyi 

"Həyat"  pyesi  çox  məĢhur  idi.  Müəllif  Həyat  surəti  ilə  kənddə  yeni  quruluĢ 

uğrunda  mübariz  kimi  "azərbaycanlı sovet qadınını" göstərmiĢdi.  O  vaxt  hökumət 

bu pyesi "Azərbaycan sovet ədəbiyyatının böyük nailiyyəti" kimi qeyd etmiĢdi. 

C.Cabbarlı  ənənələri  ilə  yetkinləĢmiĢ  Azərbaycan  sovet  dramaturgiyası 

S.Vurğun  yaradıcılığı  ilə  yeni  pilləyə  qalxdı  və  onun  ―Vaqif‖  (1939),  "Xanlar" 

(1939), "Fərhad və ġirin" (1941) pyesləri ilə zənginləĢdi. 

H.Cavid orijinal, dərin ictimai, fəlsəfi mənalı əsərlərlə çıxıĢ edirdi. Böyük söz 

ustası  öz  əsərlərində  feodal  özbaĢınalığını,  zorakılığı,  nadanlığı,  mövhumatçılığı, 

zülmkar, vicdansız, istismarçı adamları tənqid edirdi. Bu cəhətdən onun "SəyavuĢ" 

(1933)  və  "Ġblisin  intiqamı"  (1936)  pyesləri  səciyyəvidir.  H.Cav id  "Xəyyam" 

(1935) dramına görə Xalq Komissarları ġurasının qərarı ilə mükafata layiq görülmüĢdü. 

S.Rüstəm  özünün  XIX  əsrdə  Azərbaycanda  qaçaq  hərəkatının  

qəhrəmanına həsr olunmuĢ "Qaçaq Nəbi" (1941) dramı ilə Ģöhrət qazanmıĢdı. 

Sabit  Rəhmanın  "Toy",  "XoĢbəxtlər"  və  b.  diqqətəlayiq  komediyaları 

Azərbaycan teatrlarının səhnəsində müvəffəqiyyətlə nümayiĢ etdirilirdi. 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə