Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə156/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   152   153   154   155   156   157   158   159   ...   223

318 

 

Bu  illərdə  Azərbaycanın  musiqi  həyatı  xüsusilə  Bakıda  mü xtəlifliyi  və 



coĢqunluğu ilə seçilirdi. 1923-cü ildə yaradılmıĢ "ġəhərin kəndlə rabitəsi cəmiyyəti" 

(ġKRC)  əlaqələndirici  konsert  mərkəzi  rolunu  oynayırdı.  O,  xüsusilə  müntəzəm 

olaraq  fəhlə  rayonlarında  yay  simfonik  mövsümləri,  simfonik  konsertlər  təĢkil 

edərək simfonik musiqini təbliğ edirdi. Bakıda A.Pavlov, Arbenin, Suk, Qolovanov, 

fransız  Rene  Batopa  və  digər  məĢhur  sovet  və  xarici  dirijorların  rəhbərliyi  altında 

Haydn,  Motsart,  ġubert,  Bethoven,  Qlinka,  Rimski-Korsakov,  Çaykovski,  Rixard 

ġtraus, Stravinski, Prokofyev, Vasilenko, Myaskovskinin əsərləri səsləndirilirdi. 

Eyni  zamanda  milli  bəstəkar  yaradıcılığı  da  inkiĢaf edirdi.  Ü.Hacıbəyov  və 

M.Maqomayev  Azərbaycan  mahnılarının  geniĢ  yayılmasının  bünövrəsini  qoydular. 

Bunlar  əsasən  qəhrəmanlıq-vətənpərvərlik  mahnı-marĢları  (Ü.Hacıbəyov  "Qızıl 

əsgər",  "Süvari  əsgər",  A.Zeynallı  "Qızıl  bayraq")  və sovet  adamlarının  əməyini 

tərənnüm  edən  mahnılar  (M.Maqomayev "Kəndimiz")  idi.  Ancaq  Ü.Hacıbəyovun 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazdığı musiqi əsərlərinin  ifası qadağan 

edilmiĢdi. 

Azərbaycanın  birinci  tam  ali  musiqi  təhsili  almıĢ  bəstəkarı,  qısa  ömür 

yaĢamıĢ  Asəf    Zeynallı  (1909-1932-ci  il)  ilk  Azərbaycan  romanslarını  yaratdı,  öz 

əsərlərində milli və Avropa incəsənətinin qarĢılıqlı əlaqələrini dərinləĢdirdi. Onun 

"Ölkəm",  "Çadra",  "Sərhədçi"  romanslarına  yüksək  vətənpərvərlik  ruhu 

aĢılanmıĢdır.  A.

 

Zeynallı  instrumental  kamera  musiqisi  sahəsində çıxıĢ  edən  ilk 



Azərbaycan bəstəkarlarından idi.  

Xalq  musiqi  yaradıcılığı  və  ifaçılığı  geniĢ  vüsət  aldı.  Bu  sahədə  xalqın 

böyük nüfuzunu,  məhəbbətini qazanmıĢ xanəndələr Cabbar Qaryağdı, Seyid ġuĢinski, 

tarzənlər  Qurban  Primov,  Bəhram  Mansurov  öz  fəaliyyətləri  ilə  xüsusən 

fərqlənirdilər. 

Musiqi  sənətinin  inkiĢafında  1932-ci  ildə  müasir  A zərbaycan 

professional  vokal  sənətinin  banisi  Bülbülün  təĢəbbüsü  ilə  yaradıl mıĢ  elmi-

tədqiqat musiqi kabineti  mühüm  rol oynadı

206

. O, respublikada Azərbaycan  xalq  



musiqisin in  demək  olar  ki,  bütün  janrları  üzrə  zəngin  material  toplayan  elmi-

tədqiqat qurumu idi. 

1933-cü  ildə  Azərbaycan  Dövlət  Konservatoriyasında  musiqi  qabiliyyətli 

uĢaqlar  üçün  xüsusi  qrup  açılmıĢdı.  Bu  qrupdakı  uĢaqlarla təcrübəli  pedaqoqlar və 

Konservatoriyanın istedadlı məzunları məĢğul olurdular. 1937-1938-ci  illə rdə gənc 

istedadlar  qrupu  o  dövrdə  təĢkil  olunmuĢ  musiqi  məktəbinə,  sonra  isə  təcrübəli 

pianoçu-pedaqoq  K.X.Səfərəliyevanın  uzun  illər  rəhbərlik  etdiyi  xüsusi  uĢaq  musiqi 

məktəbinə daxil oldular 

207



30-cu  illərin  sonunda  Azərbaycan  Dövlət  Konservatoriyasında  Bakının 



teatr-musiqi həyatına çox tez daxil olmuĢ opera sinfi açıldı. 1937-ci  ildə  opera sinfi 


319 

 

Dzerjinskinin "Sakit Don", Rossinin "Siviliya bərbəri", həmçinin Draqomıjskinin "Su 



pərisi" operasının birinci pərdəsini tamaĢaya qoymuĢdu. 

1934-cü  ildə  musiqi  mədəniyyətinin  görkəmli  nümayəndələrini  - 

bəstəkarların ı,  tanın mıĢ  musiqi  xadimlərin i  birləĢdirən  A zərbaycan  Bəstəkarlar 

Ġttifaqı yaradıldı 

208



Həmin  ildə  R.M.Qliyerin  C.Cabbarlının  librettosu  əsasında  "ġah  Sənəm" 



operasının  yeni  redaksiyada  səslənməsi  musiqi  aləmində  mühüm  hadisə  oldu. 

Azərbaycan  opera  yaradıcılığının  təkamülünü  sübut  edən  M.Maqomayevin  yeni, 

inkiĢaf  etmiĢ  opera  formaları  -xor,  ariya,  arioza  və  reçitativlərdən  geniĢ  istifadə 

olunmuĢ "Nərgiz" operası ilk dəfə 1935-ci ildə tamaĢaya qoyuldu. 

Ü.Hacıbəyovun  "Koroğlu"  operası  (1937)  A zərbaycan  opera  musiqisinin 

ən  uca  zirvəsi,  milli  opera  sənətinin  klassik  nümunəsi,  bəstəkarın  böyük  və 

mürəkkəb yaradıcılıq yolunun kulminasiya  nöqtəsi oldu. Ü.Hacıbəyov bu əsəri ilə 

xa lqın  ölməz  qəhrəmanlıq  ruhunu  tərənnüm  edən  dahiyanə  musiqi  epopeyası 

yaratmıĢdır.  Azərbaycan  bəstəkarlarının  musiqi  yaradıcılığ ı  da  hakim 

"ideologiya"nın  təsir  dairəsindən  kənarda  qala  bilməzdi.  Ü.Hacıbəyovun 

"Kolxo z  tarlalarında"  kantatası,  M.Maqomayevin  əsərləri,  gənc  bəstəkar 

Niya zinin  simfon ik  orkestr  üçün  "Azərbaycan  tarlala rında",  "Azad  Azərbaycan 

qadınının rəqsi", "Zaqatala süitası" yaradıldı. 

1936-c ı  ildə  Azə rbaycan  Dövlət  Fila rmoniyasının  əsası  qoyuldu 

Azərbaycan Dövlət xoru və xalq rəqsləri ansamblı fəaliyyətə baĢladı. 

Həmin  dövrdə  ilk  A zərbaycan  musiqili  ko mediyaları  meydana  gəldi. 

S.Rüstəmovun  "BeĢ  manatlıq  gəlin"  (M.S.Ordubadinin  lib rettosu  əsasında), 

S.Hacıbəyovun  ―Qızılgü l‖  (1940)  musiqili  ko med iyaları  uğurla  göstərild i. 

Ə.Bədəlbəylinin klassik balet və xalq rəqslərinin sintezi zəmin ində yazılmıĢ "Qız 

qalası" əsərinin tamaĢası milli baletin əsasını qoydu. 

1938-c i  ildə  Moskvada  Azərbaycan  incəsənəti  ongünlüyü  xalqın  

çoxsahəli  zəngin  mədəniyyətinin,  o  cü mlədən  musiqisinin  yeni  nailiyyətlərinə 

baxıĢ  oldu.  Ongünlük  dövründə  moskvalılar  "ġah  Sənəm",  "Nərgiz"  və 

"Koroğlu"  operaları,  "ArĢın  mal  alan"  musiqili  ko mediyası  ilə  tanıĢ  oldular. 

SSRĠ  Böyük  Teatrında  yekun  konsertində gənc bəstəkar  Qara  Qarayevin  "Ürək 

mahnısı"  kantatası  ifa  olundu.  Paytaxt  ictimaiyyəti  "Azərbaycan  incəsənətinin 

böyük  yaradıcı  yüksəliĢini"  ehtiramla  qeyd  etdi.  Azərbaycan  Dövlət  Opera  və 

Balet Teatrı  Lenin ordeni  ilə təltif o lundu. Ü.Hacıbəyov, R.M .Qliyer,  Bü lbül və 

ġ.Məmmədova SSRĠ  xalq artisti fəxri adına layiq görüldülər. Azərbaycan musiqi 

ifaçıların ın  böyük  bir  qrupu  orden  və  medallarla  təltif  o lundu 

209

.  1940-cı  ildə 



Ü.Hacıbəyovun "Koroğlu" operasına SSRĠ Dövlət mükafatı verildi.  

Bu  illərdə  C.Hacıyev  "Sosialist  Azərbaycanı"  və  "Sibirə  məktub" 

(A.S.PuĢkinin  motivləri  əsasında)  simfonik  süitasını,  Q.Qarayev  " Azərbaycan 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə