Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə159/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   155   156   157   158   159   160   161   162   ...   223

324 

 

eskizi  üzrə  toxun muĢ  "Firdovsinin  portreti"  xalçası  idi.  Bu  xalça  1937-ci  ildə 



Parisdə Ümu mdünya sərgisində müvəffəqiyyətlə nümay iĢ etdirilmiĢdi. 

Azərbaycanın,  demək  olar,  hər  yerində  ənənəvi  həvəskar  xalq  ustaları 

bədii  tikmə,  ağac  ü zərində  oyma,  zərgərlik,  xalçaçılıq  və  s.  nü munələri 

yaradırdılar. Milli naxıĢlarla bəzədilmiĢ maraqlı bədii tikmə əĢyaları - kiçik divar 

xalçası, süfrə, yastıq,  mütəkkə və araqçınlar  meydana gəlirdi. Usta A.Lətifovun 

tambur  tikmə  texn ikasında  yaradılmıĢ  ən  yaxĢı  iĢləri  mu zey ləri  bəzəyird i. 

Ġstedadlı  zərgərlər  H.Quliyev,  H.AĢurov  gözəl  qadın  bəzəkləri  -  sırğa,  ü zük 

bilərzik hazırlay ırd ılar. 

1936-cı ildə Azərbaycan Dövlət Muzeyi nəzdində müstəqil incəsənət Muzeyi 

yaradıldı.  Muzey  kütlələr  içərisində  Ġncəsənətin  populyarlaĢması,  onların 

zövqlərinin  formalaĢdırılması  sahəsində  geniĢ  konkret  iĢ  aparırdı.  1937-ci  ilin 

oktyabrında dövlət muzeyində azərbaycanlı rəssamların sərgisi açıldı. Orada mindən 

çox eksponat (təsviri, döy mə, naxıĢlı to xuculuq) vard ı

228


Müharibəyə qədərki illərdə qadın rəssamların əsərlərindən ibarət sərgilərin  

təĢkil  edilməsi  mədəni  həyatda  diqqətəlayiq  hadisə  idi.  Bu  sərgilərdə 

Z.Məmmədovanın  heykəltəraĢlıq,  Q.Mustafayeva,  R.TopçubaĢova,  Q.Salamova, 

M.Əfəndinin  rəsm  əsərləri,  M.Rəhmanzadənin  qrafik  iĢləri,  Ġ.Seyidovanın  teatr 

eskizləri xüsusi ilə fərqlənirdi. 

Bakı  rəssamlıq  məktəbinin  istedadlı  yetirmələri  öz  təhsillərini  Moskva, 

Sankt-Peterburq,  Tbilisinin  ali  rəssamlıq  məktəblərində  müvəffəqiyyətlə  davam 

etdirir, onların bir çoxu təkcə Sovet Ġttifaqında deyil, xaricdə də məĢhurlaĢırd ılar. 

Nizami  Gəncəvinin  800  illik  yubileyinə  hazırlıq  görülməsi  təsviri  və 

dekorativ-tətbiqi  sənətin  çiçəklənməsi  üçün  mühüm  amil  o ldu.  1940-c ı  ildə  

Nizami  Gəncəvinin portret-surətini yaratmaq üzrə  müsabiqədə Ģairin H.Xalıqovun 

çəkdiyi  məĢhur  portreti  birinci  mükafata  layiq  görüldü.  Rəssamlar  S.ġərifzadə, 

B.Əliyev,  M.Abdullayev,  B.Mirzəzadə,  K.X.Xanlarov,  A.B.Kazımov  Nizami 

muzeyinin ekspozisiyaları üçün rəsm tablolarını yaratdılar.  

Qocaman  xalq  rəssamı  Ə.Əzimzadə  müxtəlif  janrlarda  qrafik  əsərlər, 

satirik  rəsmlər,  boyaqlı  akvarellər,  səhnə  geyimi  eskizləri  çəkmiĢdi.  Azərbaycan 

SSR  Xalq  Komissarlar  Soveti  1936-cı  yanvarın  26-da  rəssam  Ə.Əzimzadənin  iĢ 

Ģəraitini yaxĢılaĢdırmaq üçün emalatxana tikilməsi barədə xüsusi qərar qəbul etdi 

229


Ə.Əzimzadə  Azərbaycanda  yeni  rəssam  kadrların  hazırlanmasına  böyük 

qayğı  göstərirdi.  1940-cı  il  iyunun  27-də  onun  tövsiyəsilə  Azərbaycan  Dövlət 

Rəssamlıq  Texniku munun  yetirmələrindən  bir  çoxu  Moskva,  Leninqrad,  Kiyev, 

Tbilisi  ali  məktəblərində  oxumağa  göndərildi.  Onların  sırasında  sonralar 

Azərbaycanın  tanınmıĢ  rəssamları  olan  Tağı  Tağıyev,  Kazım  Kazımzadə,  Həsən 

Haqverdiyev, Kamil Xanlarov, Mürsəl Nəcəfov və b. var idi 

230





325 

 

Ə.Əzimzadə  1939-cu  ildə  SSRĠ  Rəssamlar  Ġttifaqı  təĢkilat  komitəsi 



tərkibinə  daxil  edildi

231


.  1941-ci  ildə  Bakıda  Ə.Əzimzadənin  ço xillik  yaradıc ılıq  

fəaliyyətini əks etdirən sərgi təĢkil olundu. Sərgidə onun min iki yüz  iĢi nümayiĢ 

etdirilird i. Həmin sərgi elə həmin il Moskvada da göstərilmiĢdi 

232


Azərbaycan  heykəltəraĢları  bir  sıra  monumental  əsərlər  yaratdılar. 

HeykəltəraĢ F.Əbdürrəhmanov Nizaminin abidəsinin yaradılması üzrə 1940-cı ildə 

elan  edilmiĢ  Ümu mittifaq  müsabiqəsində  birinci  yeri  tutdu.  Nizami  muzeyinin 

fasadını  bəzəyən  altı  heykəlin  də,  Füzuli  abidəsinin  də  müəllifı  odur.  HeykəltəraĢ 

C.Qaryağdı  1939-cu  ildə  Samur-Dəvəçi  kanalı  üçün  "Kolxozçu  qadın"  heykəlini 

yaratdı.Vaqifin  Nizami  muzeyinin  fasadında  qoyulmuĢ  heykəli  də  onun 

müvəffəqiyyətli iĢlərindəndir. 

Rəssam  R.Mustafayev  teatr  dekorasiyası  sənətini  inkiĢaf  etdirirdi. 

Ü.Hacıbəyovun  Moskvada  birinci  Azərbaycan  incəsənəti  ongünlüyündə  göstərilmiĢ 

"Koroğlu"  operasının  milli  incəsənətin  ənənələrindən  istifadə  olunmaqla  yerinə 

yetirilmiĢ,  musiqi  obrazları  ilə  səsləĢən  dekorasiyanın  tərtibatı  böyük  yaradıcılıq 

uğuru idi. Operaya layiq səhnə geyimlərini rəssam H.Xalıqov hazırlamıĢdı. 

Azərbaycan  xalq  yaradıcılığında  qədimdən  xalçaçılıq  aparıcı  yer  tuturdu. 

Xalçaçılıq  məhsulları  istehsalı  Azərxalçabirliyi  (Azərbaycan  xalçaçılıq  ittifaqı) 

sistemində  cəmləĢmiĢdi.  Nadir  xalçaların  yaradılmasında  peĢəkar  rəssamlar  iĢtirak 

edirdilər. Belə əməkdaĢlıq sayəsində yeni orijinal portret və süjetli xalçalar meydana 

gəldi.  Nizaminin  "Xəmsə"sinə  rəssamlar  qrupunun  eskizləri  üzrə  yaradılmıĢ 

beĢmövzulu xalça həsr olunmuĢdu. Azərbaycanın ən yaxĢı naxıĢlı və süjetli xalçaları 

Moskvada  Ümu mittifaq  bədii  sərgisində  və  Nyu-Yorkda  Ümu mdünya  sərgisində 

(1938-c i il) nümayiĢ etdirilmiĢdi 

233


MəĢhur  ġəki  ustası  R.Tağızadənin  naxıĢlı  xalçası  (1939-cu  il)  bədii 

tikmənin  gözəl  nümunəsi  oldu.  Xalq  ustası  Əbdülhüseyn  Babayev  ağac  üzərində 

"ġəbəkə"  naxıĢları  ilə  yonma  sənəti  ənənələrinin  dirçəldilməsinə  böyük  təkan 

verdi. 

1938-c i  ildə  Azərbaycan  zərgərlərinin  məhsulları  Paris  və  Nyu -York 



sərgilərində  nümayiĢ  etdirildi.  Azərbaycan  dekorativ-tətbiqi  sənəti  öz  milli 

koloritini saxlayaraq daim yeni bəzək motivləri ilə  zənginləĢirdi. Bununla bərabər, 

o,  "siyasiləĢmə",  "ideologiyalaĢdırma"  təsirinə  məru z  qalır,  dövrün  rəsmi 

atributları  ilə  səsləĢən  yeni  naxıĢ,  emblem,  simvolik  motivlər  yaradılırdı. 

L.Kərimovun  eskizləri  üzrə  1939-cu  ildə  yaradılmıĢ,  Lenin  ordeni  və  Azərbaycan 

SSR-in gerbi ilə bəzəd ilmiĢ qoĢa vazalar gözə l sənət əsəridir. 

Bu illərdə keçirilən rəssam sərgilərinin böyük əhəmiyyəti var idi. 1938 -

ci  ildə  Bakıda  ko msomo lun  20  illiyinə,  1940-cı  ildə  Azərbaycan  SSR-in  20 

illiyinə həsr olun muĢ yubiley sərgiləri o lmuĢdu 

234





Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə