Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə21/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   17   18   19   20   21   22   23   24   ...   223

46 

 

1920-ci il oktyabrın 30-da Ġ.V.Stalin Bakıya yola düĢdü və burada noyabrın 



4-də AK(b)P M K Siyasi Bürosu, RK(b)P MK  Qafqa z  bürosu üzvlərinin iĢtirakı ilə 

Gürcüstanla danıĢıqlar və Ermənistanda vəziyyət haqqında məsələləri  müzakirə etdi. 

Ermənistan,  Azərbaycan  və  kamalçı  Türkiyənin  qarĢılıqlı  münasibətləri 

məsələlərin in  həllində  Ġ.V.Stalin  Rusiyanın  mənafelərindən  çıxıĢ  edərək  həmiĢə 

Ermənistanm  mövqeyini  müdafiə  edirdi.  O  deyirdi:  "Əgər  bilmək  istəyirlərsə  ki, 

Zəngəzur  və  Naxçıvan  kimə  məxsus  olmalıdır,  onları  Ermənistanın  indiki 

hökumətinə vermək olmaz, sovet hökuməti olanda vermək o lar"

69



Noyabrın 8-də AK(b)P MK-nın,  RK(b)P MK  Qafqaz bürosu və  AK(b)P 

Bakı  Komitəsinin  üzvləri  ilə  birgə,  Ġ.V.Stalinin  iĢtirakı  ilə  plenumu  keçirildi. 

Plenumda  əsasən  haqqında  fikir  ayırlığı  olan  məsələlər  müzakirə  edilmiĢdi. 

Məsələn, iri və  xırda burjuaziyanın  mülkiyyətdən məhru m olun ması  məsələsində 

iki  xətt  nəzərə  çarpırdı.  "Sol"  xəttin  tərəfdarları  iri  və  xırda  burjuaziyanın 

mülkiyyətdən dərhal  məhru m  olun masını  tələb  edirdi,  "sağ"  xətt  isə  yerli  milli 

xüsusiyyətlər  nəzərə  alın maqla  xırda  burjuaziya  barəsində  mülayim  siyasət 

yeritməyi  təklif  edirdi.  Plenumda  kənddə  aparılan  "sərt  siyasət"  tənqid  olundu. 

Mənzillərin  müsadirəsi, azad ticarət haqqında məsələlər ətraf mda da mübahisələr 

getdi. 


Ertəsi  gün  AK(b)P  MK,  AK(b)P  Bakı  Ko mitəsi,  RK(b)P  MK  Qafqaz 

bürosu,  Azərbaycan  Ġnqilab  Komitəsi,  Bakı  Ģəhər  Ġcraiyyə  Komitəsi,  xalq  

ko missarları,  rayon  icraiyyə  komitələri  və  rəyasət  heyətləri  üzvlərinin  birləĢmiĢ 

iclası keçirildi. "Azərbaycanda yaxın dövrdə partiya və sovet iĢi haqqında" məruzə 

söyləyən  Ġ.V.Stalin  qeyd  etdi  ki,  indi  bu  məsələni  qaldırarkən,  aĢağıdakı  ümdə 

amilləri  əsas  götürmək  lazımdır  -  birincisi:  "Qafqazın  baĢı  üstünü  qara  buludlar 

almıĢdır.  Antanta  hərbi  əməliyyatlar  meydanını  Qafqazın  cənubuna  keçirməyə 

çalıĢır...  Ola  bilsin,  Azərbaycan  öz  azadlığın ı  silahla  müdafiə  etmək  faktı 

qarĢısında durur";  Ġkincisi  -  gözəl  ifadələrə  uyulması,  iĢgüzarlığın  olmamasıd ır; 

üçüncüsü  isə  -  proletariatla  kəndlilər  arasında  ittifaq ı  möhkəmləndirmək  üçün 

real surətdə çox az iĢ görülmüĢdür"

70



Həmin  iclasda  sovet  Azərbaycanının  müstəqilliyi  haqqında  məsələ  barədə 

Stalin  açıq  demiĢdi:  "Mən  Azərbaycanın  müstəqilliyinə  tərəfdar  deyiləm. 

Kommunistlərin bir hissəsinin digərindən müstəqilliyi ola bilməz". O, tezisini belə 

əsaslandırırdı:  "Sovet  Rusiyası  Bakının  yanacağı  olmadan  keçinə  bilməz.  Sovet 

Rusiyasının  köməyi,  mütəĢəkkilliyi,  ordusu  və  s.  olmadan  Azərbaycan  da  məhv 

olar.  Burada  tam  ittifaq  labüddür.  Bütün  dövlətlər  ya  sov et  Rusiyasına,  ya  da 

Antantaya tay olmalıdırlar, üçüncü vəziyyət yoxdur. Zənnimcə, yoldaĢların hamısı 

-  müsəlmanlar  da,  ruslar  da  bunu  bilirlər.  Bununla  belə ,  burjuaziyanın  agentləri 

dedi-qodu  yayırlar  ki,  rus  gəldi  və  Azərbaycanı  uddu,  onlar  ziyalıları  bizim 

əleyhimizə qaldırırlar"

71




47 

 

Ziyalıları  bu "silahdan"  məhrum  etmək  üçün  Stalin utanmadan,  məsləhət 



görürdü ki, "biz deməliyik  ki, Azərbaycan müstəqil ölkədir,  xoĢ  məramla  Rusiya 

ilə  ittifaqa girmiĢdir.  Bu ittifaq olmadan Rusiya zəifləyər, Azərbaycan Antantanın 

hakimiyyəti  altına  düĢər.  Zahiri  müstəqillik  bizim  strateji  siyasətimizin 

məsələsidir"

72

. Burada Ģərhə ehtiyac yoxdur! 



Stalinin  1920-c i  ilin  noyabrında  Bakıda  olarkən,  məsul  partiya  və sovet 

iĢçilərinin  fəallar  yığıncağında  çıxıĢında  iĢtirakçıları  narahat  edən  suallara  verdiyi 

cavablar  maraqlıdır.  Ordu  və  donanmanın  xüsusi  Ģöbələri,  habelə  repressiyalar 

haqqında  suallara  cavabında  o  etiraf  etmiĢdi  ki,  ordunun  "Xüsusi  Ģöbə"si 

Azərbaycanda  öz  səlahiyyətini  almıĢdır,  halbuki  partiya  təĢkilatları  " xüsusi 

Ģöbə"dən  yüksəkdə  dayanmalıdır.  "Xüsusi  Ģöbələr,  FK  partiyadan  qidalanırlar; 

onlar  partiyaya yox,  partiya  onlara  nəzarət  edir".  Stalin  bildirmiĢdi  ki,  vəziyyəti 

yumĢaltmaq  üçün  "xüsusi  Ģöbə"lərə  yeni  rəis  təyin  olunmuĢdur.  Ġ.V.Stalin  

Azərbaycanda  "Xüsusi  Ģöbələrin  və  FK-nın  yolverilməz  ifratçılığ ı"  haqqında 

V.Ġ.Leninə  də  yazmıĢ  və  bu barədə  "ətraflı  məlu matı  Ģəxsən"  çatdıracağını  vəd 

etmiĢdi.  Sovet  Azərbaycanının  vəziyyəti  ilə  maraqlanan  V.Ġ.Lenin  Qafqazda  olan 

Ġ.V.Stalindən 1920-ci  il noyabrın 13-də teleqramla yenidən soruĢmuĢdu: "Bakının 

ətrafını möhkəmləndirmək üçün tam ciddiyyətlə iĢ görülmü r?"

73



Stalin in  1920-c i  il  noyabrın  16-da  göndərdiyi  cavab  mə ktubunda 

deyilirdi:  "Bakının  fəal  müdafiə  yolu  ilə  təsadüflərdən  qorunmasını  təmin  etmək 

üçün  ən  azı  beĢ  diviziya  lazımdır.  "ġübhəsiz,  düĢmən  elə  ilk  hücumdaca 

Yelizavetpolu  (Gəncəni  -  məsul  red.) tutacaq,  bu  isə  ona  on  səkkizinci  ildəkinə 

bənzər Azərbaycan burjua hökuməti yaratmağa və Bakının ələ keçirilməsini təmin 

etməyə imkan verəcək"

74



V.Ġ.Lenin  Ġ.V.Stalinə  cavabında  Siyasi  Büronu  çağırmadan  hcç bir  cavab 



verə bilməyəcəyini deyir və ona məsləhət görürdü ki, ya dərhal konkret təklif  irəli 

sürüb  yubanmadan  Siyasi  Büroya  bildirsin,  ya  da  dəqiq  surətdə öz  səlahiyyətləri 

daxilində  hərəkət  etsin,  yaxud  bütünlükdə  Qafqaz  məsələsini  həll  etmək  üçün 

Moskvaya  qayıtmasını  tezləĢdirsin.  V.Ġ.Lenin  bildirirdi  ki,  hər  halda  əlavə 

qüvvələrin hazırlan ması iĢini gücləndirmək və sürətləndirmək la zımd ır.  V.Ġ.Lenin  

məktubun  axırında  Stalindən  xah iĢ  edirdi  ki,  məhz  öz  qərarının  nədən  ibarət 

olduğunu  bildirsin

75

.  Ġ.V.Stalin  V.I.Leninə  cavab  göndərmiĢdi  ki,  o  bu  gecə 



Moskvaya yola düĢür 

 

və Q. K. Orconikidzeyo tapĢırıq verilib ki, hazırlıq iĢi görsün 



və Moskvadan göstəriĢlər gözləsin"

76



Ġ.V.Stalin  Qafqazdan  qayıtdıqdan  sonra  1920-ci  il  noyabrın  27-də 

V.Ġ.Leninin sədrliyi  ilə  keçirilən  RK(b)P MK  Siyasi  Bürosu  iclasında "Qafqaz  iĢləri 

haqqında"  onun  məruzəsini  dinləyərək  xüsusi  qərar  qəbul  etdi.  V.Ġ.Lenin  

tərəfındən yazılmıĢ və cüzi əlavələr ed ilmiĢ həmin qərarda Ġ.V.Stalinə tapĢırılırdı 

ki,  Q.K.Orconikidzedən  istifadə  olunmaqla  Qafqazla  həmsərhəd  dövlətlərlə  daha 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə