Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə20/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   16   17   18   19   20   21   22   23   ...   223

44 

 

Ġ.V.Stalin  N.  Ġ.  Solovyovun  məruzəsi  ilə  tanıĢ olduqdan sonra  1920-ci  il 



sentyabrın  17-də  V.Ġ.Leninə  qaytararkən  ona  yazmıĢdı  ki,  xarakteristika 

"(zənnimcə) ü mu mən düzdür"

60



Azərbaycan  SSR-in  müdafiəsi  tədbirləri.  1920-ci  il  iyulun  26-da 



Moskvaya  gələn  Azərbaycan  SSR-in  xalq  xarici  iĢlər  komissarı  M.D.Hüseynovu 

Azərbaycan SSR-in daimi nümayəndəsi B.A.ġahtaxtınski ilə birlikdə  V.Ġ.Lenin və 

G.V.Çiçerin  qəbul  etdilər.  Azərbaycan  Respublikası  hökumətinin  səlahiyyətli 

nümayəndəsi B.A.ġahtaxtınskinin sovet Azərbaycanın vəziyyəti haqqında gətirdiyi 

materiallarla ətraflı tanıĢlıqdan sonra G.V.Çiçerin 1920-ci il avqustun 4-də RK(b)P 

MK  Siyasi  Bürosuna  məktubla  müraciət  etdi.  Məktubda  "Bizim  Qızıl  ordu 

hissələrinin  yerli  komandirləri  Azərbaycan  hökuməti  ilə  əsla  hesablaĢmırlar...  və 

onların  himayədarlığı  altında  sırf  müstəmləkəç ilik  siyasəti  yeridilir"  -  yazan 

G.V.Çiçerin "müstəmləkəçiləri cilovlamaq  məqsədi ilə" təcili tədbirlər görməkdən 

ötrü bu məsələni öyrənmək üçün xüsusi komis siya yaratmağ ı təklif etmiĢdi. 

1920-c i  il  sentyabrın  20-də  B.A.ġahta xt ınski  b ilavasitə  V.Ġ.Leninin 

adına  Azərbaycan  haqqında  və  bununla  əlaqədar  Qafqazda,  Türkiyə  və  Ġranda 

vəziyyət barədə ətraflı  məruzə təqdim etdi. B.A.ġahtaxtınski məru zədə yazırdı ki, 

"ilk vaxtlar Qızıl ordu özünü əla aparırd ı, indi isə mürtəce aparır". 

Çətinlikləri  aradan qaldırmaq,  sovet hakimiyyətini  möhkəmləndirmək  və 

yerlərdə  milli  siyasəti  dəqiq  aparmaq  məqsədilə  1920-ci  ilin  oktyabrında  RK(b)P 

MK "Cənub partiya təĢkilatlarına məktub" göndərdi. Burjuaziyanın mülkiyyətindən 

məhrum  olunmasında  bir  sıra  cənub  Ģəhərlərinin,  o  cümlədən  Bakının  partiya  və 

sovet orqanlarının lənglik və qətiyyətsizlik göstərdiyini qeyd edən RK(b)P MK 

 

eyni 



zamanda bildirirdi ki, "bu iĢin həyata keçirilməsində maksiumu m mütəĢəkkilliyə və 

ma ksimu m  qayda-qanuna  əməl  olun ma lıdır".  Məktubda  deyilirdi:  "Mərkəzi 

Komitə  təkid  edir  ki,  əhalinin  milli  tərkibi  qarıĢıq  olan  Ģəhərlərdə  bu  iĢ  son 

dərəcə"  ehtiyatlı  həyata keçirilsin. ÇalıĢmaq lazımdır ki,  müsəlman burjuaziyasını 

müsəlman  fəh lələri,  ermən i  burjuaziyasını  erməni  fəh lələri  mü lkiyyətdən 

məhru m etsinlər və s. BaĢqa sözlə, hər cür səy gös tərmək lazımd ır ki, bu iĢin sinfi 

mənası  aydın  olsun,  milli  cəhətlə  kölgələnməsin  və  heç  bir  halda  milli 

münaqiĢələrə və toqquĢmalara səbəb olmasın"

61



Məktub vəziyyətin normal  hala  salınmasında  müsbət  rol  oynadı,  bununla 



belə  yol  verilmiĢ  antiazərbaycan  hərəkətləri  Azərbaycanda  ilk 

sosialist 

dəyiĢikliklərinin  həyata  keçirilməsini 

xeyli  çətinləĢdirdi.  Bu  çətinlikləri 

mürəkkəbləĢdirən  bir  də  o  idi  ki,  Antanta  imperialistlərinin  Azərbaycana  qarĢı 

yenidən silahlı  müdaxiləyə baĢlamaq cəhdləri ilə əlaqədar Azərbaycanın beynəlxalq 

və daxili vəziyyəti yenə də olduqca mürəkkəb id i. 

ġərq  xalqları  Fəaliyyət  və  Təbliğat  ġurası  Rəyasət  Heyətinin  1920-ci  il 

17 sentyabr tarixli  rəyində də göstərilirdi: "Aydındır ki,  Ġngiltərə hökuməti ingilis-



45 

 

Ġran qoĢunlarının, Ermənistanın, ola bilsin, həm də Gürcüstanın birləĢmiĢ qüvvələri 



ilə  Azərbaycanı  "bolĢevik  əsarətindən  azad  etmək"  adı  altında  sovet 

Azərbaycanına qarĢı zərbə hazırlayır"

62



Bu baxımdan Ġngiltərənin "Deyli Herald" qəzetinin  1920-ci il 13 noyabr 



tarixli  nömrəsindəki  etiraf  maraq  doğurur:  "Ġlkin  plan  (Antantanın  -  məsul  red.) 

Bakının  iĢğalı  üçün  Gürcüstan  və  Ermənistandan  istifadə  etməkdən  ibarət  idi"

63



Dekabrda  isə  Fransanın  Gürcüstandakı  ali  komissarı  A.  ġevalye  bəyan  etmiĢdi  ki, 



"sülhün  mənafeyi  Azərbaycanda  və  Ermənistanda  sovet  hakimiyyətinin 

devrilməsin i tələb ed ir". O, Gürcüstanın menĢevik höku mətinə silahlı yardım vəd 

etmiĢdi. 

RSFSR-in  Ġran  və  Türkiyədəki  fövqəladə  və  səlahiyyətli  nümayəndəsi 

ġ.Z.Eliava 1920-ci  il sentyabrın 18-də V.Ġ.Leninə, RK(b) P MK-ya,  G.V.Çiçerinə 

teleqram  göndərmiĢdi.  Əsas  müddəaları  RK(b)P  MK-nın  Qafqaz  bürosu  və 

AK(b)P  MK  tərəfindən  bəyənilmiĢ  teleqramda  deyilirdi  ki,  Ġngiltərə  ən  yaxın  

vaxtda sovet ölkəsinə qarĢı Qafqazdan ta Türküstana qədər yeni cəbhə təĢkil etmək 

istəyir.  "Ġndiki  anda  Ġngiltərənin  bütün  diqqəti  Anadoluya   və  onun  Ġranla, 

Ermənistanla,  sovet  Azərbaycanı  ilə  qovuĢuğuna  yönəlmiĢdir.  Məqsəd  Bakını 

tutmaq,  bizi  Qafqazdan ayırmaqdır...  Azərbaycanda Antantanın, xəlifənin agentləri 

dolaĢır,  qiyamlar  ara  vermir,  Gü rcüstan  və  Vrangel  Dağıstan  əksinqilabını  təchiz 

edir, qiya mlara  təhrik edirlər"

64



Antanta  imperialistlərinin  təhrikilə  1920-ci  ilin  payızında  daĢnak 

Ermənistanı  ilə  kamalçı  Türkiyə  arasında  müharibənin  baĢlanması  da 

Zaqafqaziyada vəziyyəti mürəkkəbləĢdirirdi. 

Qafqazda yaran mıĢ beynəlxalq və daxili vəziyyətlə əlaqədar RK(b)P M K 

1920-c i  il  sentyabrın  20-21-də  keçirilmiĢ  plenumda  "Qafqazda  və  ġərqdə" 

partiyanın  siyasətini  "qaydaya  salmaq"  barədə  tapĢırıqla  Ġ.V.Stalin i  Qafqaza 

göndərmək  haqqında  qərar  çıxardı"

65

.  1920-ci  il  oktyabrın  16-da  Ġ.V.Stalin  ġima li 



Qafqaza  və  Azərbaycana  yola  düĢdü

66

.  ġimali  Qafqaza  gəldikdən  bir  həftə  sonra, 



oktyabrın  26-da  Ġ.V.Stalin  Qafqazda  vəziyyət  barədə  V.Ġ.Leninə  teleqram 

göndərdi. Teleqramda  Gürcüstan menĢevik hökumətinin Batumu Antantaya t əslim 

etməsinin  və  müdaxiləçilərin  Bakıya  yürüĢə  baĢlamaq  cəhdlərinin  mü mkünlüyü 

güman  olunurdu

67

.  Teleqramda  sovet  Azərbaycanın  müdafiəsinə  dair  tədbirlər 



görülməsinin zəruriliy indən də bəhs edilirdi. 

V.Ġ.Lenin  1920-ci  il  oktyabrın  29-da  Ġ.V.Stalinin  teleqramına  cavabında 

yazırdı:  "ġübhəsiz  hesab edirəm  ki,  Gürcüstan  Batumu  yəqin  ki  gizlicə  Antantaya 

verəcək  və  Antanta  Bakının  üzərinə  gələcək.  Qurudan  və  dənizdən  Bakının  

ətrafın ı  möhkəmlətmək  ağır  toplar  gətirmək  və sairə  üçün  təcili  surətdə  tədbirlər 

düĢünüb hazırlayın. Sizin qərarın ızı xəbər verin"

68




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə