Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə22/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   18   19   20   21   22   23   24   25   ...   223

48 

 

düzgün  xarici  siyasəti  təmin  etməyə  dair  əlavə  tədbirlər  haqqında  yol.  Çiçerinlə 



razılığa gəlsin"

77



RK(b)P  MK  Siyasi  Bürosunun  qərarında  deyilirdi:  "Azərbaycanının 

qorunması  və  bütün  Xəzər  dənizinin  möhkəm  surətdə  oldə  saxlanılması  baĢlıca 

vəzifə  sayılsın"

78

.  Bu  məqsədlə  Siyasi  Büro  Azərbaycanın  müdafiəsini 



möhkəmləndirmək  üçün bir  necə  diviziyanın oraya göndərilməsini sürətləndirməyi 

tapĢırdı  və  eyni  zamanda  Gürcüstan,  Ermənistan,  Türkiyə  barəsində  ilk  növbədə 

müharibəyə yol verməməyə yönəldilən siyasət yeritməy in zəruriliy ini təsdiq etdi.  

Sovet hakimiyyətinin ilk aylarında Azərbaycanda yeridilən daxili və xarici 

siyasətin  qısaca  xarakteristikası  belə  idi.  Bu  onu  təsdiq  edir  ki,  " müstəqil  sovet 

Azərbaycanının" elan edilməsi əslində sırf deklarativ "bəyannamə" idi, onun bütün 

daxili  və  xarici  həyatının  "hakimi"  RK(b)P-nin  rəhbərlik  etdiyi  Mərkəz 

Azərbaycan  Respublikasının  müstəqilliyi  və  rifahı  haqqında  deyil,  neft  Bakısını, 

Avropa  və  Asiyanın  qovuĢuğunda  -  Ya xın  və  Orta  ġərqin  qapısında  müstəsna 

dərəcədə  böyük  strateji  əhəmiyyəti  olan  bütün  Azərbaycanı  itirməmək  barədə 

düĢünürdü. 

 

* * * 

 

Azərbaycanın  1920-ci  il  28  aprel  və  1922-ci  il  30  dekabr  dövrü,  həm 



daxili və həm də xarici vəziyyət baxımından, ictimai  iqtisadi, siyasi münasibətlərin 

qeyri-müəyyən  və  ziddiyyətli  olması  ilə  xarakterizə  olunurdu  -  "Müstəqil  sovet 

Azərbaycanı" əhvali-ruhiyyəsi, eyforiyası yavaĢ-yavaĢ sönməkdə idi. "Azərbaycan 

Sovet  Cümhuriyyəti"nin  bayrağı,  gerbi,  pulu  və  poçt  markasının  milli  naxıĢları, 

ornamentlərlə ilk siluetləri ictimai həyatda görünürdü. 

Azərbaycan  Sovet  Respublikasının  rəhbərləri,  xalq  komissarları  RSFSR 

hökuməti  baĢçısı  V.Ġ.Leninlə,  baĢqa dövlət  xadimləri  ilə  (Çiçerin,  Dzerjinski  və 

b.)  məktubla,  teleqramla  Ģəxsən  əlaqə  saxlayırdılar.  N.Nərimanov,  Azərbaycan 

Ġcraiyyə  Ko mitəsinin  sədri  S  Ağamalıoğlu,  xarici  iĢlər  komissarı M.D.Hüseynov, 

B.ġahtaxtınski  və  b.  Leninin  qəbulunda  olmuĢ,  onunla  Azərbaycandakı  ictimai, 

siyasi və mədəni məsələlər barəsində söhbətlər aparmıĢdılar. 

Azərbaycan  SSR-in  ilk  çağlarda,  hətta  Litva,  Latviya,  Ermənistan, 

Türkmənistan, Gürcüstan, Əfqanıstan, Buxara, Dağıstan və b.  dövlət qurumları  ilə 

də "diplomatik" əlaqələri var idi. Hər iki tərəfı  maraqlandıran məsələlər barəsində 

danıĢıqlar  da  aparılırdı.  Bir  neçə  xarici  ölkələrin  Bakıda  nümayəndəlikləri, 

Azərbaycanın  da  həmin  ölkələrdə  nümayəndəlikləri,  konsulluqları  mövcud  idi. 

QonĢu  ölkələrlə  siyasi və  iqtisadi saziĢlər  razılaĢdırılır,  ticarət haqqında danıĢıqlar 

aparılırdı.  Hətta  Birinci  Ümu mazərbaycan  Sovetlər  qurultayında  M.D.Hüseynov 

respublikanın xarici siyasəti haqqında məru zə etmiĢdi. 



49 

 

Lakin  tezliklə  " müstəqil  sovet  respublikasının  keçid  dövründən", 



ələlxüsus Stalinin 1920-ci ilin noyabrında Bakıda  mötəbər partiya müĢavirəsində 

bəyan  etdiyi  "Kommunist partiyasından  müstəqil  olmaq  olmaz"  tezisindən sonra, 

tədricən "yeni sovet respublikalarının müstəqilliyi defenisiyası" məhdudlaĢdırılır və 

onlar  getdikcə  dərinləĢən  inzibati-amirlik  səviyyəsində  idarə  olunur,  birinci 

növbədə  onların  xarici  siyasəti  sovet  Rusiyası  rəsmi  Ģəxsləri  tərəfındən 

tənzimlənirdi.  RSFSR höku məti yanında akkreditə  olunmuĢ diplomatik konsulluq 

nümayəndəlikləri  və  baĢqa  diplomatik  heyətlər  bütün  sovet  respublikaları  ilə 

əlaqələri  birbaĢa  deyil,  yalnız  RSFSR  Xarici  ĠĢlər  Komissarlığı  vasitəsilə  həyata 

keçirə  bilərdilər.  Müstəqil  respublikalar  nəinki  Sovet  Rusiyasının  Ģəhərlərində, 

hətta  bir-birində  öz  konsulluqlarını  yalnız  RSFSR  Xarici  ĠĢlər  Ko missarlığın ın 

icazəsi ilə aça b ilərdilər. 

Azərbaycan 

Demokratik 

Respublikasının 

vaxtilə 

Gürcüstanda, 

Ermənistanda,  Ġranda,  Ġstanbulda,  Ukraynada,  Krımda,  Kuban  və  Donda, 

Petrovskidə,  Ġrkutskidə  və  b.  yerlərdə  açdığı  diplomatik  qurumlarının  fəaliyyəti 

dayandırıldı.  28  apreldən  sonra  Azərbaycanın  Təbrizdə,  Ənzəlidə,  Qarsda  və 

Batu mdakı  konsulluqları,  Ankara,  Tiflis  və  Moskvadakı  səlahiyyətli 

nümayəndəlikləri bağlandı və RSFSR nümayəndəliklərinə tabe edildi. 1921-ci ilin  

noyabrında isə Azərbaycanın Ġrandakı nümayəndəliyinin fəaliyy ətinə son qoyuldu. 

28  aprel  ərəfəsində  Bakıda  xarici  dövlətlərdən  Ġngiltərə,  Belçika, 

Yunanıstan,  Danimarka,  Ġtaliya,  Litva,  Ġran,  PolĢa,  A Bġ,  Ukrayna,  Finlandiya, 

Fransa,  Ġsveçrə,  Ġsveç,  Hollandiya,  Alman iya  və  Estoniyanın  konsulluqları 

iĢləyird i.  28  apreldən  sonra  da  Bakıda  Türkiyənin  d iplo matik  nü mayəndəliy i, 

Ġranın  Böyük  Milli  Məclisinin  fövqəladə  nümayəndəliyi,  Rusiyanın  BaĢ 

konsulluğu, Ġtaliyanın siyasi agentliyinin nü mayəndəsi, Ermənistanın diplo matik 

nümayəndəliyi,  Gürcüstanın  səlahiyyətli  nümayəndəliyi,  Bu xara  Sovet 

Respublikasının  nü mayəndəliy i,  RSFSR-in  Cənubi  Qafqazda  nümayəndəsi 

Leqran  fəaliyyətlərin i  davam  etdirird ilər.  A zərbaycan  hökuməti  1920-ci  il 

sentyabrın  19-da  Ġtaliya,  Gü rcüstan,  Ermən istan  diplomatik  nü mayəndəliklərini 

və  konsulluqların ı  tanıd ığını  bəyan  etmiĢdi.  Ġngiltərən in  Bakıdakı  v itsekonsulu 

isə həbs edilmiĢdi.  Bəzi  məlu matlara görə,  28 apreldən sonra ingilis dairə lərinin  

müsavatçılarla sovet hakimiyyətinə qarĢı mübarizəyə kö mək  məqs ədilə görüĢləri 

olmuĢdu.  Ġngilis  mətbuatı  A zərbaycanın  daxili  vəziyyətini  izləy ir,  üsyanlar 

haqqında ĢiĢirdilmiĢ, düzgün olmayan məlu matlar yayırdı.  

Fransanın rəsmi dairə lərində də Sovet Azərbaycanına  mənfı  münasibət 

bəsləyənlər  var  idi,  onlar  Tiflisdəki  Fransa  nümayəndəliyi  vasitəsilə  sovet 

hökumətinə  qarĢı  çıxan  üsyançılara  kö mək  göstərird ilər.  Ġ.Əbilov  1922-ci  il 

martın  1-də  M.D.Hüseynova  "bizim  əksinqilabçı‖ların  Paris  təĢkilatı  Fransa 

hökumətindən  3,3  mln  frank  pul  aldığı  barədə  məlu mat  göndərmiĢdi.  Hətta 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə