Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə21/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   17   18   19   20   21   22   23   24   ...   63

66
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
еtməsində korrupsiyaya qarşı mübarizə haqqında qanunvеrici akt-
ların və korrupsiya ilə mübarizənin təşkilinə dair xüsusi proqramın 
hazırlanması, qəbulu və implеmеntasiyası böyük əhəmiyyət kəsb 
etmişdir. 
azərbaycanın üzərinə götürdüyü dördüncü qrup öhdəliklər in-
san  hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi  ilə  bağlıdır. 
Bu  qrup  öhdəliklər  içərisində  KİV-in  ifadə  azadlığının  təmini, 
jurnalistlərin  fəaliyyəti,  inzibati  mеtodlarla  mətbuat  azadlığının 
məhdudlaşdırılmasının ləğvi, İctimai tеlеviziya kanalının yaradıl-
ması ilə əlaqədar öhdəliklər xüsusilə diqqəti cəlb edir.  Həmçinin 
nəzərdə  tutulurdu  ki,  insan  hüquqlarının  müdaifəsi  haqqında  qa-
nun qəbul еdilsin. Bu qanun məhkəmə prosеsində bu və ya digər 
səbəbdən həbsxanaya düşmüş insanların hüquqlarının müdafiəsinə 
yardım еdəcəkdi. 
Bütövlükdə  222  saylı  sənəd  azərbaycan  üçün  qısa  zamanda 
yеrinə yеtirilməsi zəruri olan fəaliyyətin «yol xəritəsi» kimi böyük 
dəyər daşıyır. Faktiki olaraq, bu proqram azərbaycanı yalnız avro-
pa ailəsinə qovuşdurmurdu, həm də azərbaycanın avropa dövləti 
kimi təşəkkülünə əsas yaradırdı. 
2001-ci ildə azərbaycan avropa Şurasına daxil olandan bu günə 
qədər  avropa  dəyərlərinin  implеmеntasiyası  davam  еtməkdədir. 
Bu, rеallıqda çox mürəkkəb, ağrılı, bəzən isə problеmli prosеsdir. 
yaxşı  məlumdur  ki,  dеmokratikləşmə  prosеsi,  müəyyən  mənada, 
tamamlana-başa çata bilməz, çünki bu prosеs – pеrmanеnt xaraktеr 
daşıyır,  cəmiyyətin  bütün  sahələrinin  inkişafını  nəzərdə  tutur. 
məhz buna görə öz çıxışları zamanı azərbaycan respublikasının 
Prezidenti İlham əliyev dəfələrlə qeyd etmişdir ki, insan hüquq və 
azadlıqları, qanunun aliliyi və demokratik inkişaf prosesi ölkənin 
iqtisadi, mədəni inkişafını və icimai həyatın bütün digər sferalarını 
qabaqlamamalıdır. Bütün bu proseslər paralel, lakin daimi əsasda 
getməlidir. 
27
 ssrİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş 
bir çox ölkələrin təcrübəsi cəmiyyətin hər hansısa bir sahəni – de-
mokratiya və insan hüquqlarının inkişafını, yaxud iqtisadi inkişafı 
prioritet kimi müəyyən edən ölkələrin sonda mürəkkəb və qeyri-
adekvat nəticə ilə üzləşmələri barədə nəticə çıxarmağa əsas verir. 
yuxarıda  qeyd  edildiyi  kimi,  yalnız  cəmiyyətin  bütün  sahələri, 
27. azərbaycan respublikasının Prezidenti İlham əliyevin andiçmə mərasimi. 
24 oktyabr 2008  // http://www.elibrary.az/docs/ialiyev/2008.pdf 


 YANVAR-MART, 2010  
  
67 
xüsusilə  demokratik  və  iqtisadi  vektorlar  paralel  inkişaf  etdikdə, 
bütün sosiumun davamlı inkişafını təmin etmək olar. məhz buna 
görə prezident İ.əliyevin siyasətində demokratik dəyərlərin inki-
şafı və implementasiyası ilə yanaşı, azərbaycanın dünya iqtisadi 
sisteminə dərin inteqrasiyası prinsipi əsas yerlərdən birini tutur. 
Bu kontekstdə azərbaycan böyük nəticələr əldə etmişdir. İqtisadi 
nöqteyi-nəzərdən müstəqilliyini təmin edən  və dünya dövlətlərinin 
islahatlarını  fəal  şəkildə  implementasiya  edən  azərbaycan  qısa 
zaman  ərzində  iqtisadi  baxımdan  Şərqi avropa  səviyyəsinə,  bəzi 
parametrlərinə görə isə qərbi avropa ölkələrinə çatmışdır.
azərbaycanı,  Gürcüstanı  və  türkiyəni  avropa  ilə  birləşdirən 
Bakı-tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin istismara verilməsi, 
Bakı-tbilisi-ərzurum  qaz  kəmərinin  işə  düşməsi  azərbaycana 
nəinki iri investisiyalar cəlb etməyə və ölkənin daxilində müxtəlif 
layihələrin inkişafı və həyata keçirilməsi üçün gəlir əldə etməyə, 
eyni zamanda iqtisadi bağlarla azərbaycan iqtisadiyyatını avropa 
və dünya sistemi ilə əlaqələndirməyə imkan verdi. Biz artıq qeyd 
etdik ki, müasir dünyada iqtisadiyyatın inkişafı, onun lider mövqeyə 
çıxması və dünyanın iqtisadi institutlarını ehtiva etməsi iqtisadiy-
yatda demokratik idarəetmə prinsiplərindən istifadə etmədən müm-
kün  deyil.  müasir  bazar  iqtisadiyyatı  qərb  cəmiyyətinin  özünün 
kök atdığı dəyərlər – qanunun aliliyi, insan hüquqları və demokra-
tik prinsiplərə riayət edilməsi üzərində qurulmuşdur. Bu dəyərləri 
öz xarici siyasətinin elementlərinə çevirən azərbaycan ölkənin in-
kişafı üçün fövqəladə dərəcədə vacib olan addımı atdı – eyni fun-
damental dəyərlər üzərində iqtisadi əlaqələrini qurdu. 
İndi  iqtisadi siyasət azərbaycanın xarici siyasətinin tərkib  hissəsi-
nə çevrilmişdir. Çünki onlar eyni demokratik əsaslara söykənir. Baş-
qa sözlə desək, iqtisadiyyat sahəsində dərin demokratik islahatlar - 
həm daxili, həm xarici istehlakçıların hüquqlarının təmin edilməsi
daxili  və  xarici  investisiyaların  müdafiəsi,  beynəlxalq  şirkətlərin 
fəaliyyəti üçün ən əlverişli şəraitin yaradılması azərbaycana nəinki 
vətəndaş  cəmiyyətinin  faydalı  demokratik  dəyərlərindən  istifadə 
edə  bilməsinə,  həm  də  iqtisadiyyatın  demokratik  islahatlardan 
maksimum fayda götürə bilən dövlətə çevrilməsinə imkan yaratdı. 
Öz tərəfdaşları ilə qarşılıqlı hörmət və qanunun aliliyi prinsipləri 
əsasında münasibətlər quraraq, beynəlxalq şirkətlərin toxunulmaz-
lığını  və  müdafiəsini  təmin  edərək azərbaycan  dünyanın  aparıcı 


68
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
dövlətlərinin  qarşısında  eti-
barlı, güclü və demokratik in-
kişaf edən tərəfdaşa çevrildi. 
məhz  bu  amil  aİ-azərbay-
can  münasibətlərinin  inki-
şafını  və  dərinləşməsini  da-
vamlı etdi.
1999-cu  ildən  etibarən 
parlamentlərarası əməkdaşlıq 
intensiv  inkişaf  etməyə  baş-
ladı. Bu sahədə münasibətlərin əsas istiqamətlərindən birini 2000-
ci  ilin  aprelində  ilk  toplantısı  keçirilən  Parlament  əməkdaşlığı 
Komitəsi  çərçivəsində  əməkdaşlıq  təşkil  edir.  Parlament  əmək-
daşlığı  Komitəsinin  ilk  iclasında  “qafqaz  ölkələrinin avropa  İt-
tifaqına  üzvlüyünə  doğru:  avropa  Parlamentindən  yeni  çağırış” 
adlı  sənədin  müzakirəsi  münasibətlərdəki  irəliləyişin  təzahürü 
idi.  Bu  proses  qarşılıqlı  münasibətlərin  xarakterində  baş  verən 
dəyişikliklərin bir meyil kimi inkişafı ilə daha da gücləndi. təs-
in qüvvəyə minməsi və azərbaycanın iqtisadi vəziyyətinin yaxşı-
laşması ilə əlaqədar, aİ-nin yardımı humanitar sahələrdən bərpa, 
ticarət  və  sərmayə  əlaqələrinin  genişləndirilməsi  istiqamətində 
dəyişmişdir.
28
 azərbaycan avropa  İttifaqının  qafqazda  ən  böyük 
ticarət  tərəfdaşına  çevrilmişdir.  2002-ci  illə  müqayisədə  2003-cü 
ildə avropa İttifaqı–azərbaycan ticarət əlaqələrinin həcmi 40% 
29
 
artmışdır.   azərbaycan  respublikasının  ümumi  idxalında aİ-nin 
payı  2000-ci  ildə  19,4%-dən  2003-cü  ildə  32%-ə,  ixracında  isə 
eyni illərdə 60,4%-dən 65,7%-ə yüksəlmişdi.
30
 eyni dövrdə aİ ilə 
azərbaycan arasında qarşılıqlı ticarət də artan dinamika üzrə inki-
şaf etmişdir.
avropa İttifaqı və azərbaycan arasındakı iqtisadi göstəricilər (min 
aBŞ dolları)
İllər
İdxal
İxrac
Xarici ticarət 
saldosu
1) 2000
227173, 3
1053665,2
826491,9
28. avropa Birliyi-azərbaycan münasibətləri avropa Birliyinin genişlənməsi 
baxımından / xİn-nin cari arxivi. Birinci qərb ərazi idarəsi.
29. “xalq qəzeti”, 29 may 2004-cü il. 
30. azərbaycanın statistik göstəriciləri. 2001-2005. 
Öz  tərəfdaşları  ilə  qarşılıqlı  hörmət 
və qanunun aliliyi prinsipləri əsasında 
münasibətlər  quraraq,  beynəlxalq 
şirkətlərin toxunulmazlığını və müda-
fiəsini təmin edərək Azərbaycan dün-
yanın aparıcı dövlətlərinin qarşısında 
etibarlı,  güclü  və  demokratik  inkişaf 
edən tərəfdaşa çevrildi.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə