Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   14   15   16   17   18   19   20   21   ...   86

çini qab tamam halva ilə dolu ki, hər birinin xammların biri üçün 
qoymuş imişlər, bu övrət  əlində içəri girib, görüb şahzadə oturubdur. 
Övrət  əlində dolu məcməyi  şahzadəyə baş endirib. Baş  əyən vaxt 
məcməyidə hər nə qab var imiş tamamən tökülüb sınıbdır. Şahzadə çox 
gülüb və buyurub neçə boşqab bazardan alıb, gətiriblər. İki manat övrətə 
əlavə pul verib yola salıb ki, bu pul da sənin peşman olmağın  əvəzi 
olsun. 
Və bir də şahzadənin bir qaydası var idi ki, məhərrəm ayında tamam 
əhli-əyalı ta qafa kənizlərə kimi və qara qullara kimi, hətta südəmər 
uşaqlar gərək tamam başdan-ayağa qara libas geyəydilər. İki ay tamam 
olunca məşğuli-təziyə olaydılar. Hərəmlər hər birisi on gün təkyə 
saxlayaydılar növbə ilə ki, ta iki ay tamam olaydı. Hər gündə üç yerdə 
mərsiyə oxunaydı. Sabah və axşam və günorta bu növ ilə  təziyədarlıq 
edərdi. Və bu təziyədarlıq qaydasın qarabağlı şahzadəlikdən götürüblər. 
Ta bundan əqdəm bu tövr ki, bu vaxtlarda adət düşübdür, belə deyilmiş. 
Əvvəl Qarabağ camaatları çox avam və naqis imişlər. Elə ki hər tərəfdən 
hər bir sənətkar və molla və sair adamlar ki, hər birisi ki, bir elm sahibi 
və  sənət sahibi imişlər, buraya gəliblər, ona görə tez tərəqqi edib və 
cəmi işlərin lizama (nizama) salıb, tərbiyət tapıblar.  İranın 
dövlətindəndir və  əlavə  şahzadəliyin bir para səliqəsin və  mərifətin 
götürdülər, ta o azğın işlər ki, bizlərin arasında var imiş yavaş-yavaş 
tərk olur. Həmin neçə nəfər nanəcib və gəda oğlanları var, onlardan bir 
para azğın işlər baş verir. Amma o adamlar ki, ata və babalarından 
həmişə özlərin sahibi-güzəran və sahibi-hörmət görüblər və adamlıq 
onlardan zahir olur. Bəli, yaxşı deyiblər: 
 
Ya rəbb, məbad an gəda mötəbər şəvəd. 
 
Belə ki şahzadənin cəmi işləri məlumdur ki, İranda nə hökumətin 
sahibi imiş  və Rusiya dövlətinin yanında nə hörmətin və ehtiramın 
sahibi imiş. Otuz altı min manat məvacib və həmişə qapısında iki nəfər 
soldat qarovul təyin olmuşdu və özü bir qayda ilə əyləşmişdi ki, padşah 
qaydası kimi. Nə  qədər ki, öz ixtiyarı  əlində idi, cəmi işlərinə rövnəq 
verirdi. Hətta öz sağlığında özü üçün Bərdə imamzadəsində  qəbir və 
məqbərə bina elədi. Neçə il bina edəndən sonra mərhum oldu. Qərəz, elə 
ki, naxoşluğu şiddət etdi və huşu olmadı, bir para ixtiyarları oğlanlarının 
məsləhətilə oldu və günbəgün bunun 
 
58


calalın pozulmağına və nökərlərin pərakəndə etməyə  və bir para xərc 
götürən işlərin bərhəm etməyə səy etdilər: Elə ki mərhum oldu tamam 
ev müxəllifatın torqa qoyub satdılar. Atların və qatırların təmamən satıb 
pul etdilər. Və o əzizlik ilə saxladığı xacələri və nökərləri və qarabaşları 
və dayələri çöllərə saldılar. Və o kənizlər ki, hər bir zada rəğbət edib 
yeməzdilər, üç günlər ilə ac qaldılar. Və o nökərlər ki, həmişə istirahət 
ilə keçirirdilər, fəhləlik və suçuluq etməyə məşğul oldular. Və o atlar ki, 
qızıl rəxt və güləbətin düzayır və əsbab və zinpuş ilə gərdən çəkərdilər, 
hər biri bir gədanın altında zəhmətli səfər etməkdən arıq düşdülər. Və o 
qatırlar ki, hər dəm bir dəfə  təxti-rəvan ilə  şahzadə xanımları  və 
möhtərəm hərəmləri yaylaq seyrinə və Nabatxan səyahətinə aparırdılar, 
bellərinə daş xərəyi və quş səbəti qoyulub bu günə işlər ilə belləri yağır 
oldu. Və o hamam ki, məxsus öz əhl və  əyah üçün idi, küçə 
hamballarının ayaqyolusu yeri oldu. Və o aşpazxana ki, hər gündə  əlli 
manat xərc olurdu və on nəfər qara kənizlər oraya mübaşir olurdular. 
Özünün naşükür və küfri-nemət olan övladının abdəsti oldu. Və o 
övrətlər ki, öz evlərin və uşaqların və sahiblərin tərkin edib, kəndlərdən 
gəlib  əmirzadələrə  və  şahzadə xanımlara dayəlik edib xanım kimi 
istirahət edirdilər, hər kəs gedib öz evlərində xırman döyməyə və saman 
daşımağa məşğul oldular. Bu dəstgahın bərhəm olmağına öz 
naşükürlükləri bais oldu.  
Belə ki, şahzadənin bir qadağanı var idi ki, heç bir nəfərdə cürət yox 
idi ki, xaric adam ilə bir kəlmə danışa və bir kimsədə də o cürət yox idi 
ki, onun əhli-əyalın mənzilinə  tərəddüd edə. Gündüzlər gözətçilər və 
gecələr darvaza qıfıllı  həmişə  tənbeh ilə qadağan edərdi ki, hər kəs öz 
oxumağında və öz şənini bilməkdə olsun. Və  şahzadənin bu əmrindən 
və bu nizam və zabitəsindən tamam övladı və əyalı incik idilər. Elə ki 
mərhum oldu bir müddət bisərü palıq ilə keçirdilər. Sonra keçən 
günlərini bir-bir yada salmaq ilə peşman olub, öz naşükürlüklərinə iqrar 
etdilər və fayda olmadı. Belə ki, atalardan məsəl qalıbdır: 
 
Keçən gün ələ düşməz, calasan günü günə. 
 
Və yenə belə deyiblər ki, insanın yaxşı günə davamı olmaz, amma 
pis günə davamı olar. Belə ki, zahir olur. Qərəz, o hərəmlər ki, həmişə 
vüqar və  təmkin ilə  əyləşib, qulluqlarında qul və qarabaş durardı, indi 
hər birisi bir kürəkən qoltuğunda qalıblar. Və o qızlar ki, hər birinin bir 
böyük adam beş min manat pul xərc edib alırdılar, 
 
59


indi öz ayaqları ilə bir rəiyyət oğlunun evinə gedirlər və o əmirzadələr 
ki, bir böyük yerdə xeyir və şər olan vaxtda lazım olurdu, oraya getmək 
və neçə nəfər xacə ilə və nökər və qulam və sair əmələ ilə ki, gedirdilər, 
indi küçələrdə bisərü pa olub, bir para gəda və filanları ilə  aşnabazlıq 
edirdilər. Və o ev ki, oraya sərdarlar və qubernatorlar görüşə gəlirdilər 
indi bir para gədaların fincan oynamaq yeri olubdur. Və o darvaza ki, 
gecə və gündüz qarovul durar idi, indi şəblim karvansarası tək ildə bir 
dəfə örtülməz. Və o bağça ki, behişt ilə bərabərlik edərdi, indi paymal 
olub və hər bir gül ağacı bir adamın həyətində gül açıbdır. Təmamən bu 
tənəzzülə və bu ad itirməyə özləri səbəb oldular və bir-birilə zidd olmaq 
və  ədalət etmək ilə paymal olub, bu tövr tənəzzül etdilər. Həmişə 
qardaş-qardaş ilə  və bacı-bacı ilə  ədavətli və bir-birinə  həqq-nahəqq 
iftiralar və  qəsd etmək fikrində olub, bir-birin biəzm və bihörmət 
olmağın istərlər. Gecə və gündüz bu fikirlərdə olarlar ki, bir-birin rüsvay 
etsinlər. 
Və bir də altı il və qırx il bundan əqdəm bu vilayətdə olan hacılar və 
dövlətli adamların yaxşı insafı  və müsəlmanlığı var imiş. Belə ki, o 
vaxtda olan adamlar bu əsərdəki kimi deyilmişlər. Onların qaydası  və 
rəftarı bu günə imiş: əvvəl elə qayda ilə dolanarmışlar ki, kasıb və fağır 
onlara baxıb həsəd aparmazmışlar. Elə libas və sair şöhrətli işlər nə 
özlərindən, nə  əyallarından zahir olmayıb. Çox ifadəlik və güzəran 
edərmişlər. Həmin fikirləri bu imiş ki, kasıba və fəqirə kömək etsinlər. 
Belə ki, üç il və 20 ay vədiyyəya pul və ya mal vermişlər ki, kasıblar 
özü üçün güzəran etsinlər. O kasıb adamlar o pulu vədə tamamınca 
murur ilə verib rədd edərmiş. Müamilə ki, haramdır o zamanın adamları 
almamış. Həmi bu fikirdə imişlər ki, kasıb da bir növ dolanıb güzəran 
keçirsin və sair işlər ki, kasıbda ittifaq düşərmiş ya xeyir, ya şər yenə 
səbəbkarlıqla kömək ilə onların işlərinə  əncam verib həmişə gözləri 
kasıbın və füqəranın və yavuq qonşularının üstə olarmış. Və bir də 
kasıbın qızın almağı  və kasıba qız verməyi özlərinə ar bilməyib çox 
dövlətli və adlı kişilər kasıbdan qız alarmış  və  qız verərmiş. Yenə 
özlərinin çox olan dövlətlərindən qızlarına o qədər cehiz verməzlərmiş 
ki, kasıbın qızları biqiymət olar və alan olmaz. Yenə özlərinin halal olan 
mallarından ilə yemək və geymək nə özləri üçün və nə əyal və övladları 
üçün rəva görməzlərmiş ki, kasıb onların o gunə  işlərinə baxanda 
qəmgin olalar. Və hər şeyi ki, özlərinə rəva görmüşlər onu qonşu və
 
ya 
sair din qardaşlarına 
  
 
60


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə