Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   11   12   13   14   15   16   17   18   ...   86

Yenə  nəql edirlər ki, bir gün yenə ova getmiş imiş. Bir neçə quş 
tutublar, qayıdıb evinə  gəlib və nökərlər quşları kabab bişirib, hazır 
ediblər. Bir neçə saat keçib, nökərlər görüblər ki, Talıbxan bəy heç 
kababın istəmir. Nökərlər yəqin ediblər ki, xanın yadından çıxıbdır. 
Götürüb özləri tamam yeyiblər. O günü övrəti evdə yox imiş. Bir neçə 
saatdan sonra yadına düşüb, çağırıb ki, mənim kababımı gətirin, yeyim. 
Nökərlər deyiblər ki, xan, bayaq yemədinmi? Bir az fikirə gedir, deyir: 
- Axı deyirəm niyə susamışam. Bir az su gətirin mənə içim. Talıbxan 
bəyin bu cürə işləri çoxdur. Həmən bu neçə nəql kifayət edər. 
Bir də bundan əqdəm olan Qarabağ  bəylərinin hər birinin bir 
dəstgahı var imiş  və  həmişə at bağışlamaq və barat göndərmək öz 
iltifatları olan adama artıq imiş və onların bərdaştəsi və xərc məsarifləri 
artıq imiş və hər birinin qapısında neçə nəfər xəz etmək və mahud çuxa 
nökərlər var imiş  və  hər birinin qapısında neçə  nəfər xəz etmək və 
mahud çuxa nökərlər var imiş və hər birinin hər gündə aşpazxanasının 
iyirmi manat xərci olurmuş. Xeyir-şərləri olan vaxtda dünya pul xərc və 
məsrəf olurmuş. Bunun ilə nə borcları olurmuş və nə kənd satarmışlar. 
Amma bu vaxtda olan bəylərin borcu həmişə olur və o qədər xərc və 
bəxşayiş heç birindən görünmür, yenə borclu olub və mülk satırlar. Bu 
günə işlərə səbəb budur ki, qumara və şəraba adət ediblər. Amma keçən 
bəylərdə bu tövr işlər yox imiş. O səbəblərə bərəkətləri artıq imiş. Əyər 
ki, xalq evlərinin qəlbi olmağına və mahud geyməklərinə  və bir para 
bərdaşşələrinə baxıb belə mülahizə edirlər ki, bu vaxtda olan adamlar 
ağıllı və mərifətli idilər, belə deyil? Bəlkə keçən adamlar cəmin-silkdən 
ya bəy və ya əsnaf bu vaxta olan adamlardan sahibi-mərifət və dindar 
imişlər. Doğrudur,  əvvəl bu qala bina olan vaxtlarda Pənah xan və 
İbrahim xan vaxtından adamlar avam imiş. Amma Mehdiqulu xanın 
əsrində olan kişilər ya bəy və ya hacı bu əsrdə yoxdur. Adam onlar imiş 
ki, keçib gediblər. Allah o kişilərin tamamına rəhmət etsin. 
Bir də bizim bu vilayətdə olan bəyzadə və xanzadə heç bir vilayətdə 
yoxdur. Bunların hər birisinin nəqlin yazmaq mümkün deyil. Həmi 
çəmən doğru olan sifətlərin məlum etdik ki, nəcib və  səxavətli və 
pakdamən bəylər varmışlar ki, çox sahibi-mərifət və sahibi elm və xoş 
xətt və  cəmi rəftarları bieyb olan kişilər var imişlər. Ya bəylər və ya 
sövdagər və ya üləmalar belə ki, mülahizə edərlər təsdiq edirlər 
 
49


ki, bu vaxtkı adamlar hara, o keçən adamlar hara. Qərəz, fəsillərə biri 
para acılar ki, bundan əqdəm var imişlər bir neçəsini dövlətindən və 
kasıbları dolandırmaqlarından məlum olacaqdır. Buralar yeri deyil. Bir 
də  mərhum Cəfərqulu xan çox hünərli və dilavər hökmran və zorlu 
adam imiş. Yenə çox əhli dimaq və eyş-işrət ilə dünyanı keçirən, həmişə 
öz ləzzətində olan adam idi. Çox artıq  şövqi var imiş  pəhləvan 
güləşdirməyə. Dəvə və qoç güləşdirməyə, kəndirbaz və ağacayaq və bir 
para tamaşalı işlərə çox meyli var imiş, çox ömür eləyibdir. Artıq calal 
sahibi imiş. Belə ki, onun bir para bazar işlərinə Hacı Qulu baş çəkmək 
ilə bir milyon dövlət cəm etdi və  hər cümə axşamı füqəralara çox pul 
paylardı. Mərhum olan vaxt Rus dövləti çox ehtiram ilə götürdülər. Çox 
hörmətli nişanlar o vaxt çıxartmışdılar ki, haman Rus dövlətindən 
verilmişdir.  Əhli-vilayətin ixlası  və rus dövlətinin hörməti həmişə 
İbrahim xanın bu iki ocağında olub: biri Cəfərqulu xan və birisi Xan 
qızı. 
Bir də Qarabağın xanlarından yadigar qalan həmin bir xan qızıdır ki, 
bu vaxta böyük adamlardan qalan bir budur. Allah səlamət etsin. Çox 
püxtə  və xalqa mehriban adamdır. Və çox sahibi-səliqədir və  həmişə 
füqəranı müraət edib cəmi xalqın dövlətli olub xoşhal istəyəndi. Həmişə 
bu fikirdə olar ki, tamam xalqa xeyir versin və kömək etsin. Belə ki, bu 
şəhər abad olmağa o səbəb olubdur. Hərgah bu su qalaya gəlməsəydi, 
yenə  gərək olacaqdı. Həmin qalanın abad olmağı ibarətdir bu sudan. 
Belə ki, o vaxt ki, bu su qalaya gəlməmişdi, xalq çox zəhmət ilə 
keçinirdilər və gedib Xəlfə Əlili çayından at və ulağ ilə su gətirirdilər. 
Bu barədə  cəmi  əhli-vilayətin boynunda Xan qızının  haqqı var. Cəmi 
cəhətdən nəinki bir tək su, Allah-təala Xurşidbanu bəyimə ömri-tulanı 
kəramət etsin və onu Qarabağ camaatma çox görməsin. 
Belə ki, bir neçə  kəlmə  İbrahim xanın övladlarından yazıldı. 
Lazımdır bir neçə kəlmə də tənbeh və divan etməyindən yazıla. 
Belə  nəql edirlər ki, İbrahim xan hər kəsin artıq günahı olan adamı 
Xəznə qayasından atdırarmış. Belə ki, o qayanın dərinliyi iki yüz 
arşından artıqdır. Adam qaya üstə durub, aşağısına baxa bilməz. Adamı 
vəhşət tutar. Yenə baş  kəsdirmək və göz çıxartmaq və  əl kəsmək, bu 
gunə tənbehlər eylədərmiş... 
Belə ki, qədim vaxtlar İran padşahlarının tənbehi bu gunə olarmış. 
Bu vaxtda belə deyirlər ki, ta o tövr deyil. Az iltifaq düşür. 
  
 
50


Amma qədim vaxtı bilinmiş ki, hər hakim öz ixtiyarında olan adamları 
bu zülmlər ilə öldürürmüşlər, nəinki bir tək padşah, vəliəhd və sərdarın 
belə  tənbeh etməyə ixtiyarları var imiş.  İbrahim xan da İran zabitəsilə 
hökumət edərmiş. 
Bir də bu gunə zülmlərə bizim familyamız binəva Mirzə Vəli giriftar 
olub. Sinninin çox vaxtında bigünah və bitəqsir. Belə ki, İbrahim xan nə 
məsləhətdən ötrü Mirzə  Vəli Baharlını  və öz əmisi oğlu  Əbdüssəməd 
bəyi  İran padşahının yanına göndərmişdi. Bir neçə ay Şiraz  şəhərində 
padşahın yanında qalıblar. O vaxt paytaxt İran Şiraz şəhəri imiş. Qərəz, 
İbrahim xan ilə İran dövlətinin arasında nə güftəgu var imiş, bilmirəm. 
Amma bu "Əhvalati-tarixi-Qarabağda" yazıblar: həmin  İran dövləti bu 
fikrə düşübdür ki, İbrahim xanın göndərdiyi elçilərin hər ikisin top 
ağzına qoydursun. Əbdüssəməd bəy belə tədbir edib ki, qaçalar. Mirzə 
Vəli razı olmayıb ki, qaçmaq nahaqdır. Səbir edək görək işin axırı  nə 
tövr olacaqdır.  Əbdüssəməd bəy qəbul etməyib, iki nəfər nökərlər ilə 
qaçıblar. Elə ki, sabah olub biçarə Mirzə  Vəli babamı top ağzına 
qoyublar və  Əbdüssəməd bəy  ələ düşməyib, qaçıbdır. Bu işi edəndən 
sonra peşman olub. 
Əbdüssəməd bəy gəlib Araz çayının o tərəfində görüb bir ovçu bir 
dağ keçisi çiynində gedir. İstəyib o keçini ovçudan alıb kabab edələr. 
Ovçu çəkilib meşəyə. Güllə atıb Əbdüssəməd bəyi öldürüb və nökərlər 
meyitin o taydan götürüblər qalaya. İbrahim xan bu əhvaldan çox 
təəssüf edib. Çünki o vaxt o qədər kamil adam yox imiş. Xana müqərrib 
olan adamlar və İbrahim xanın iltifatı olanlar bunlar imiş: 
Molla Pənah, Mirzə  Vəli və  Əbdüssəməd bəy və Batmanqılınc 
Məhəmməd bəy. 
Qərəz, İbrahim xan Əbdüssəməd bəyin övladının barəsində pənahlıq 
edibdir ki, məlumdur. Mirzə  Vəlinin də iki nəfər oğlanların götürüb 
atalarının yerində təyin edibdir. Biri Mirzə Haşım və birisi İbrahim bəy. 
Mirzə Haşım atasından artıq sahibi-kamal olmağa görə  həmişə iltifatı 
olurmuş və bu ləqəb ilə adlandırıb Mirzə Haşım Zərrinqələm demişlər. 
Bunlara güzəran etməkdən ötrü Zəngəzur uyezdində Mehri mahalında 
neçə para kəndlər vagüzar edib, hansı ki, Baharlı, Qaragözlü və Şapıklı 
və Çöpədərə neçə ildir, bədbəxtlik olub, dolaşır. Allah haqqa kömək 
etsin. 
Bir də mərhum İbrahim xanın xəzinəsi Xəznə qayası adlanan yerdə 
qalıbdır. Ələ düşməyibdir. Belə nəql edirlər: elə ki İbrahim 
 
51


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə