Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
  1   2   3   4   5   6   7   8   9   ...   86


 
 
 
 
 
AZƏRBAYCAN    DİLİ    VƏ   TARİXİ 
  
  
 
  


 
QARABAĞNAMƏLƏR 
 
MİRZƏ RƏHİM FƏNA 
TARİXİ-CƏDİDİ-QÄRABAĞ 
 
BAHARLI 
ƏHVALATİ-QARABAĞ 
 
HƏSƏN İXFA ƏLİZADƏ 
ŞUŞA ŞƏHƏRİNİN TARİXİ 
 
HƏSƏNƏLİ QARADAĞİ 
QARABAĞ VİLAYƏTİNİN QƏDİM VƏ  
CƏDİD KEYFİYYƏT VƏ ÖVZALARL... 
 
ABBASQULU AĞA BAKIXANOV 
GÜLÜSTANİ-İRƏM.
  
 
Üçüncü kitab 
 
ŞƏRQ-QƏRB 
BAKI   2006 
Bu kitab "Qarabağnamələr. II kitab" (Bakı, Yazıçı, 1991) nəşri əsasında 
 
3
 


təkrar nəşrə hazırlanmışdır 
 
 
 
 
 
Tərtib edəni:              Nazim Axundov 
Elmi redaktoru:  
Akif Fərzəliyev 
 
 
 
 
 
947.54-dc22 
AZE 
Qarabağnamələr. III kitab. Bakı, “Şərq-Qərb” 2006, 248 səh. 
 
 
“Qarabağnamələr”in üçüncü kitabında Azərbaycanın XX əsr 
salnaməçiləri Mirzə Rəhim Fənanın, Baharlının, Həsən İxfa Əlizadənin, 
Həsənəli Qaradağinin, Abbasqulu ağa Bakıxanovun Qarabağ haqqında 
tarixi, ədəbi-bədii, publisistik oçerkləri toplanmışdır. 
 
 
ISBN10        9952-34-070-2  
ISBN13 978-9952-34-070-9 
© "ŞƏRQ-QƏRB", 2006 
 
4
 


  
 
 
 
 
 
 
TƏRTİBÇİDƏN 
 
"Qarabağnamələr"in üçüncü kitabına Qarabağ tarixi haqqında Azərbaycan 
dilində yazılmış aşağıdakı salnamə və materiallar daxil edilmişdir: 
Baharlının "Əhvalati-Qarabağ", Mirzə  Rəhim Fənanın "Tarixi-cədidi-
Qarabağ", Həsən  İxfa  Əlizadənin "Şuşa  şəhərinin tarixi" əsərləri, Həsənəli 
Qaradağinin "Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları, Pənah 
xan,  İbrahim xan və Mehdiqulu xan əyyami-hökumətlərinin  əksər vəqaye və 
hekayətləri"  əsərindən iqtibas, A.Bakıxanovun "Gülüstani-İrəm"  əsərinin V 
fəsli. 
Bu əsərlər tarixi, coğrafi, etnoqrafik, onomastik məlumatlarla yanaşı, zəngin 
dil materialları verən abidələrdir. 
Kitaba daxil edilən  əsərlərin  əlyazmaları  aşağıdakı arxiv və fondlardan 
toplanılmışdır. 
Baharlının yazdığı "Əhvalati-Qarabağ" əsərinin yeganə nüsxəsi Ermənistan 
Əlyazmaları Fondu - Matenadaranda saxlanılır. Həmin  əsərin fotosurəti 
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına 
Əlyazmaları İnstitutunda FS-455 nömrəli şifrlə saxlanılır. 
Həsən  İxfa  Əlizadənin "Şuşa  şəhərinin tarixi" əsəri müəllifin Respublika 
Ədəbiyyat və İncəsənət Arxivində şəxsi fondunda saxlanan əlyazması əsasında 
çapa hazırlanmışdır. Nəzərə çatdırmaq lazımdır ki, Həsən İxfa başqa Qarabağ 
salnaməçilərindən fərqli olaraq Türkmənçay müqaviləsindən (1828) sonra 
Şuşada baş verən siyasi və mədəni hadisələri də qələmə almışdır. Həmin nəşrdə 
isə Həsən İxfanın 1828-ci ıldən sonrakı dövrə aid fikir və mülahizələri əvvəlki 
"Qarabağnamə"lərin xronolojisinə uyğun gəlmədiyindən hələlik ixtisar 
olunmuşdur. 
Tarixi mənbələr göstərir ki, Həsənəli Qaradaği də "Qarabağ tarixi" 
yazmışdır. Hələlik həmin  əlyazma  əldə yoxdur. Qaradağinin oğlu həmin 
əlyazmasını oxumuş və 1936-cı ildə oradan bəzi iqtibaslar edib əsərin 
 
 
 
 
 
  
 
5


qısa xülasəsini vermişdir. Bu iqtibas Əlyazmaları İnstitutunda B-1949 nömrəli 
şifrlə mühafizə olunur. Qaradağinin əldə olan təzkirəsi də aydın şəkildə göstərir 
ki, o, Qarabağ tarixinə yaxşı  bələd imiş. Buna görə  də  Həsənəli Qaradağinin 
"Qarabağ vilayətinin qədim və  cədid keyfiyyət və övzaları" adlandırdığı 
əsərdən iqtibası həmin kitabda vermək məqsədəuyğun sayılmışdır. 
Mirzə  Rəhim Fənanın "Tarixi-cədidi-Qarabağ"  əlyazması da Azərbaycan 
Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına  Əlyazmaları 
İnstitutunda saxlanılır. 
Əvvəllər rus, Azərbaycan və fars dillərində çap olunmuş A.Bakıxanovun 
"Gülüstani-İrəm" əsərində Qarabağ xanlığının tarixi və onun başqa Azərbaycan 
xanlıqları ilə  əlaqələrindən bəhs edən, dəyərli fakt və fikirlər olduğundan V 
fəsli əlavə şəklində bu kitaba daxil edilmişdir. 
Bir küll halında "Qarabağnamələr" yalnız adi tarixi salnamələr deyildir. Bu 
əsərlərdə etnoqrafik materiallara, tarixi-memarlıq abidələrinin təsvirinə
Qarabağın bir çox maraqlı  şəxsiyyətlərinə, adət-ənənələrinə dair zəngin 
faktlarla, vəqf mülkiyyətinin Qarabağda geniş vüsət tapmasına dair tutarlı 
sübutlarla rastlaşırıq. 
  
 
6


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MİRZƏ RƏHİM FƏNA 
 
TARİXİ-CƏDİDİ-QARABAĞ 
 
 
  
  
 
7


MİRZƏ RƏHİM FƏNA 
  
Mirzə  Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış  şairi və ictimai 
xadimlərindən biridir. Xan qızı adı ilə  məşhur olan Xurşidbanu Natəvanın 
yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə  Rəhim Fənanın təşəbbüsü ilə 
Şuşada "Məclisi-üns"  ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin 
rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri 
ikicildlik "Azərbaycan  ədəbiyyatı"  əsərində  əlavə  şəklində çap edilmişdir. 
Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyi-
nəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata 
geniş marağı olan Mirzə  Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ"  əsərindən 
yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. 
Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir. 
  
 
8


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə