Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   76   77   78   79   80   81   82   83   ...   86

İbrahimxəlil xan xanların bu arzusunu general Zubova çatdırdı. Belə bir 
şəraitdə rus qoşunları  Gəncəni, Cavadı, Salyanı,  Şamaxını tutdular. General 
Zubov Cavad yaxınlığında, Kürün sol sahilində Yekaterinakerd şəhəri salmağı 
planlaşdırdı. Eyni zamanda, Bakının liman şəhəri kimi inkişafı barədə layihə də 
hazırlanmışdı. 6 noyabr 1796-cı ildə II Yekaterinanın vəfatı general Zubovun 
planlarını alt-üst etdi. 1797-ci ilin martında yeni rus çarı I Pavel 
Azərbaycandakı rus qoşunlarını geriyə çağırdı... 
Ağa Məhəmməd şah Qacar 1794-1795-ci illərdə Qarabağı işğal edə bilmədi. 
Qarabağ xanlığı hiss etdi ki, gələcəkdə  İran istilasına qarşı mübarizədə daha 
güclü müttəfiqlər lazımdır. Bununla belə kənardan kömək almadan Qarabağın 
və onun mərkəzi  Şuşanın Ağa Məhəmməd xana sinə  gərməsi xalqın 
vətənpervərliyini və mübarizə əzmini qat-qat gücləndirdi... 
Rus qoşunları Azərbaycandan çəkilən kimi Ağa Məhəmməd Qacar daha 
güclü qüvvə ilə Qarabağı və onun sarsılmaz paytaxtı Şuşa şəhərini işğal etmək 
planını hazırladı. 
1797-ci ilin martında Ağa Məhəmməd şah Qacar Azərbaycan və Dağıstan 
hakimlərinə  fərman göndərərək onları  hədələyib itaətə çağırdı. Lovğa  şah 
yazırdı ki, guya "rus qoşunları  məndən zərbə yeyəcəklərindən qorxaraq, geri 
qayıtmağa məcbur oldular". 
Azərbaycan xanlarından heç bir cavab almayan Ağa Məhəmməd şah Qacar 
1797-ci ilin yazında yenidən Arazı keçdi. Onun əsas qüvvələri Qarabağ 
xanlığına - Şuşa qalasına doğru hərəkət edirdi. 
Şuşanı müdafiə etmək üçün lazımi, kifayət tədarükü olmadığından İbrahim 
Xəlil xan Şuşadan çıxıb müdafiə oluna-oluna Car-Balakənə doğru hərəkət etdi. 
Ağa Məhəmməd şah Qacar 1797-ci ilin yazında Qarabağa hücum edərkən 
böyük ordu hissələri toplaya bilmişdi.  Əhali isə  hələ 1795-ci ilin qarət və 
talanlarından sonra özünü düzəldə bilməmişdi. Qarabağda quraqlıq aclıqla 
nəticələnmişdi. O günlərin canlı şahidi olan "Qarabağnamə" müəllifləri təsdiq 
edirdilər ki, "hətta bir çanax buğdanı o vaxtın pulu ilə 45 manata güclə almaq 
olurdu"
1

"Belə bir vəziyyətdə  Şuşa qalasının müdafiəsini 1795-ci ildəki kimi təşkil 
etmək mümkün deyildi. İbrahim Xəlil xanın  Şuşanı  tərk edib Car-Balakən 
istiqamətində  hərəkət etməsini eşidən Ağa Məhəmməd  şah onu təqib etmək 
üçün Şahsevən atlılarının bir neçə dəstəsini götürüb Car-Balakən tərəfə yolladı. 
İbrahimxəlil xanın yanında ayrı-ayrı xanlar - şəkili Səlim xan, mişkinli Ətaulla 
xan və Qarabağın seçilmiş  və  məşhur bəylərindən bir neçəsi onunla səfər 
yoldaşı olub birgə dərə-təpəli yerlər ilə yolla hərəkət edirdilər. 
Ağa Məhəmməd xanın qoşunları Tərtər çayı sahilində köç və binadə onlarla 
rastlaşıb vuruşdular, amma bir iş edə bilmədilər. İbrahim xan öz adamlarını və 
sursatını sağ və salamət Kür çayından keçirib Car və Balakənə daxil oldu". 
                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.142. 
 
 
228


Mirzə Camal yazır: "Ağa Məhəmməd şahın öldürülməsinin təfsilatı belədir: 
"İbrahim xan qaladan çıxıb Balakənə getdikdən sonra Ağa Məhəmməd  şah 
ciddi maneəyə rast gəlmədən  Şuşa qalasına girib bir həftə orada qaldı. Xoşu 
gəlmədiyi bir işə görə  Səfərəli bəy və Abbas bəy adlı iki nəfər yaxın 
xidmətçisinə acıqlanıb dedi: "Səhər açılan kimi hər ikinizə  ağır cəza 
verəcəyəm". Onlar bilirdilər ki, şah heç vaxt öz dediyindən dönmür. Odur ki, 
canlarının qorxusundan səhər açılana qədər onu öldürməyi lazım bildilər. Sübh 
açılan zaman şah yuxuda ikən şahın otağına girib iti xəncərlə onu öldürdülər. 
Qapıları bağladılar.  şahın cəvahir bazubəndini, tacını  və  həmailini götürüb, 
Sadıq xan Şəqaqinin yanına getdilər və əhvalatı ona söylədilər"
1

Lakin Qacarın baş  sərkərdəsi Sadıq xan Şəqaqi  əvvəlcə onların sözünə 
inanmırdı. Sonra şahın ölümünün həqiqət olduğunu gözləri ilə görür. Tacı, 
bazubəndi və  həmaili götürüb guya Gəncə  və Gürcüstana şah  əmrini yerinə 
yetirmək üçün getdiyini bildirib Şuşadan çıxır... 
Canilərdən biri Səfərəli bəy qalada qaldı. Abbas bəyi isə Sadıq xan özü ilə 
İrana apardı. 
Az sonra şəhərdə  şahın ölüm xəbəri yayıldıqda  İran qoşunu dağınıq halda 
Şuşanı və Qarabağı tərk etdi. 
Mirzə Camalın bu müxtəsər məlumatını başqa müəlliflər də təsdiq edir: Ağa 
Məhəmməd  şah öldürüldükdən sonra Qızılbaş xanları bu hadisədən qorxuya 
düşüb özlərini itirdilər. Hər biri öz adamları ilə  dəstə-dəstə qaçıb dağıldılar. 
Şəhər  əhalisi tam bir hücumla Qızılbaş qoşunundan  əsir düşənləri soyun-
durdular. Bu zaman İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy imarətə daxil 
oldu.  Şahın yerdə qalan zinətlərini zəbt etdi. Ağa Məhəmməd  şahın başını da 
Məhəmməd Rəfi bəylə Balakənə göndərdi. Bir neçə gündən sonra xan igid oğlu 
və vəliəhdi cənab Mehdiqulu ağanı da Qarabağ tərəfinə göndərdi... 
Bir neçə müddətdən sonra behiştlik xan özü də Qarabağa gəldi və keçmişdə 
olduğu kimi, yenə hökumət taxtına oturdu. 
Mirzə Camalın yazdığına görə,  şahın  Şuşada öldürülməsi xəbərini 
eşidəndən sonra İbrahimxəlil xan dərhal Şuşaya qayıtmadı. Bu faktı belə izah 
etmək mümkündür; İbrahimxəlil xanın qardaşı  oğlu Məhəmməd bəy  Şuşada 
ağalıq edirdi. Birdən-birə  Şuşaya getmək qardaş  qırğını ilə  nəticələnə bilərdi. 
İbrahimxəlil xan əvvəlcə  oğlanlarını  Şuşaya yola saldı. Ağa Məhəmməd  şah 
Qacarın öldürülməsi xəbəri Azərbaycan xanlarını da sevindirmişdi: "Çünki 
qüvvətli düşmən olan padşah artıq ölmüşdü. Bütün Azərbaycanın və başqa 
yerlərin xanları  həmişə  mərhum  İbrahim xanın hökmü və itaəti altında olub, 
uzun müddət onun əzəmət və qüdrətini gördüklərindən hər  şeydən  əvvəl 
istəyirdilər ki, onun mübarək xatırını özlərindən razı salsınlar, onunla möhkəm 
əlaqə bağlasınlar. 
Məhəmməd bəy isə  mərhum  İbrahim xan gələnə  qədər Qarabağ 
vilayətindən hökumət işlərilə məşğul idi. 
                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.143.
 
229


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə