Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   72   73   74   75   76   77   78   79   ...   86

 
hakimiyyətə başladığı dövrdə Qarabağ  əhalisinin tərki-vətən olması  və 
təsərrüfatın dağılmış vəziyyəti ilə səciyyələnirdi. Pənahəli xan və İbrahimxəlil 
xanın gördüyü tədbirlər nəticəsində yaşayış yerləri çoxaldı, gözəl və qüdrətli 
Şuşa şəhəri tikildi. XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Qarabağ əhalisi 
və yaşayış yerləri nəzərə çarpacaq dərəcədə artmışdı. Həmin dövrdə Qarabağ 
xanlığında bir şəhər - Şuşa və 638 kənd olmuşdur. Əhalinin ümumi sayı 90000 
nəfər idi ki, bunlar 18563 ailədə birləşirdi. 
Qarabağın təbii-coğrafi  şəraiti burada həm  əkinçiliyin, həm də heyvan-
darlığın inkişafına  əlverişli  şərait yaradırdı. Qarabağın bir hissəsini Kiçik 
Qafqazın orta və son hissəsi ehatə edir ki, buraya Böyük və Kiçik Kirs dağ 
silsilələri, Qırx qız və Murovdağ silsilələri, Xonaşen və Ziyarət silsilələri, Ala 
qaya və başqa dağ silsilələri təşkil edir. Bu dağ silsilələrindən bir çoxu dəniz 
səviyyəsindən 1800-3000 metr hündürlüyündədir. Həmin dağların aşağı hissəsi 
meşələr, yuxarı hissəsi isə gözəl alp düzənlikləridir ki, bura köçəri heyvanların 
təbii yaylaq - otlaq yerləridir. 
Qarabağın nəinki dağlıq hissəsi, hətta ovalıqlarında sıx meşələr var idi. Bu 
meşələr qiymətli ağac növləri ilə zəngin idi. Meşələrdən daha çox yanacaq və 
tikinti məqsədilə istifadə olunurdu. Meşələrdə eyni zamanda çoxlu meyvə 
ağacları var idi. İpəkçiliyi inkişaf etdirmək məqsədilə çoxlu tut (çəkil) bağları 
salınmışdı. Xəmsə erməni məlikləri kəndlərində tut ağaclarının geniş yayılması 
ondan araq çəkilməsi məqsədi daşıyırdı. Xanlıq  ərazisindən keçən üç yol 
məşhur idi. Bu yollardan biri Gəncə ilə Şuşarn, ikincisi Şuşa ilə Şəkini, üçün-
cüsü isə  Şuşadan başlayıb Arazı keçməklə  İrana gedirdi. Bu yolla Hindistana 
qədər getmək olardı. Araz üzərindəki Xudafərin körpüləri bir neçə  dəfə  təmir 
edilmişdi. Ağa Məhəmməd xanın hücumu ərəfəsində isə dağıdılmışdı. 1805-ci 
il Kürək çayı müqaviləsinə görə  Şuşa - Gəncə yolunun təmiri nəzərdə 
tutulmuşdu. Cülfa şəhəri də xanlığın İranla əlaqə saxlaması üçün əlverişli idi. 
Bundan  əlavə  Şuşa - Gorus və Naxçıvan arasında da yol işləyirdi. Qış 
vaxtlarında bu yoldan gedib-gəlmək çətin idi. Kəndlər arasında yol bərbad idi. 
Hərəkət və qoşqu vasitələri at, öküz, kəl, eşşək, qatır idi. Aran yerlərində 
dəvələrdən daha çox istifadə olunurdu. 
Qarabağ xanlığının kend təsorrüfatı əkinçilik və heyvandarlıqdan ibarət idi. 
Əkin üçün torpaqlan hazırlamaq, onu daş  və kollardan təmizləmək böyük 
zəhmət tələb edirdi. Bu səbəbdən ümumi torpaq sahəsi təxminən 1.354.000 
hektar olan Qarabağ xanlığında yüz min hektara yaxın  əkin sahəsi var idi ki, 
bundan adambaşına 1,1 hektar düşürdü.  Ən yaxşı torpaqların çoxu suvarına 
sisteminin olmaması üzündən  əkilmirdi. Torpağın  əkilməsi, becərilməsi, 
məhsulun emah əsasən  əl  əməyi ilə  və qoşqu heyvanlardan istifadə yolu ilə 
görülürdü.  İbrahimxəlil xanın gəliri haqqındakı  məlumat da çox maraqlıdır. 
Xanın gəliri "taxıl, barama və müxtəlif  əkin məhsulundan  əlavə,  şəxsən xana 
məxsus olan kotanlardan məhsulla alınan malcəhətdən ibarət idi". "Yadımdadır, 
bir dəfə 
  
 
219


mərhum... xanın taxıl zəmilərində işləyən xüsusi cüt və kotanlarını hesabladılar. 
Məlum oldu ki, xanın cütkotanı bütün Qarabağ  əhalisinin cüt və kotanına 
bərabər, bəlkə də onlardan iki cüt artıqdır..."
1
. İcarə haqqı, peşkəşlər, zərbxana 
və vergi toplanmasından pulla və  məhsulla çox gəlir hasil olurdu. Qarabağ 
xanının nəinki Azərbaycanda, habelə Türkiyədə şöhrət qazanan 3-4 min atdan 
ibarət ilxısı var idi. Əkinçilik təsərrüfatlarında taxıl, arpa, darı, çəltik, pambıq, 
kətan, küncüd, gənəgərçək və başqa bitkilər becərilirdi. 
Qarabağ xanlığında, xüsusilə,  İbrahim Xəlil xan dövründə ipəkçilik və 
bağçılıq geniş rövnəq tapmışdı. Şəxsən İbrahim xanın hindarxı ərazisində 26 tut 
bağı var idi. İllik ipək məhsulu 1700 pud idi. Pənahəli xanın Ağdamda 7 meyvə 
bağı var idi: Güllü bağ,  Ərikli bağ, Kötən bağı, Çirayiş bağı, Bala bağ, Barlı 
bağ  və Nurlu bağ. Sonuncu iki bağın məhsulu xeyrat və ehsan məqsədilə 
işlədilirdi. Bostançılıq da Qarabağ xanlığında çox inkişaf etmişdi.  İbrahim 
xanın hindarxında olan bostanından  Şuşaya hər il 50 araba qovun və qarpız 
göndərilirdi. 
Məlumdur ki, uzun müddət feodal geriliyi şəraitində yaşayan Azərbaycan 
kəndlərində başlıca olaraq natural mal mübadiləsi yayılmışdı. Qarabağ 
xanlığında isə  sənətkarlığın inkişafı,  əhalinin peşələr üzrə "ixtisaslaşması", 
başqa amillər-pul dövriyyəsinin genişlənməsinə, bazarlara məhsul çıxarmağa 
şərait yaratmışdı. Xanlığın demək olar ki, hər bir ailəsində xırda toxucu dəzgahı 
mövcud idi. Onlar ipdən müxtəlif məmulatlar toxumağı bacarırdılar. Bu 
səbəbdən xanlıqda  ən inkişaf etmiş kustar sənaye toxuculuq idi. Xanlıq 
dövründə Qarabağ xalçaları xarici bazara da çıxarılırdı. 
Şuşada məşhur daş karxanaları ilə yanaşı, 2 kərpic zavodu olmuşdur. 
Burada 22 nəfər kərpickəsən işləyirdi. 
Şuşada həmişə barıt istehsal edən müəssisə  işləyirdi.  Şəhərin 1826-cı il 
mühasirəsində döyüşçülərə hər gün 27 girvənkədən çox barıt verilirdi. 
Şuşa zərgərləri bütün yaxın  Şərqdə  məşhur olmuşdur. Zərif incə naxışlar 
yalnız qızıl və gümüşə vurulmurdu. Şuşanın özündə olan mərmər tipli daşlar 
üzərində  rəngarəng fiqurlar nəqş edilmiş, çoxlu kitabələr yazılmışdır.  Şəhərin 
azərbaycanlı daşyonanları daşdan yüzlərlə müxtəlif ölçülü və xüsusi zövqlə 
işlənmiş  əşyalar hazrrlayır və bunlar şəhərin bina və küçələrinə  əvəzsiz 
memarlıq zənginliyi verirdi. 
İbrahimxəlil xanın hakimiyyəti dövründə Qarabağ tacirləri  Şəki,  Şirvan, 
Gəncə xanlıqlarında istehsal olunan ipəyi alıb həqiqi mənada ipək 
monopoliyası yaratmış və onu xarici bazara çıxara bilmişdir. Məşhur Qarabağ 
atları, Qarabağ xalçaları da ticarətdə mühüm rol oynayırdı.  İrana aparılan 
malların  şəhərlər üzrə gömrük xərci müəyyən edilmişdi. Türkiyə-Qarabağ 
tacirlərini özünə cəlb etmək məqsədilə onları bu xərcdən azad etmişdi... 
                                                           
1 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.282.
 
220


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə