Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası


Şəkil 2.1. Ətraf mühiti çirkləndirən tullantılar və onların təsiri



Yüklə 0,85 Mb.
səhifə2/11
tarix17.09.2017
ölçüsü0,85 Mb.
#566
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

Şəkil 2.1.
Ətraf mühiti çirkləndirən tullantılar və onların təsiri.
Dünyada hər şey qarşılıqlı əlaqədədir. Odur ki, bir şeyi istifadə etdikdə digərini zədələməmək mümkün deyil. Misal üçün ətraf mühitin qazşəkilli birləşmələri həmişə atmosferdə olmuşdur. Ancaq bu gün demək olar ki, onun ümumi miqdarının yarısı sənaye tərəfindən ixrac olunanlardır. Sənaye rayonlarının havasında sənaye mənşəli kükürdlü tulantıların həcmi onun təbiətdə olan birləşmələri həcmindən dəfələrlə çoxdur. Kömürün və bir sıra neft məhsulların yanmasından əmələ gələn kükürdlü qaz - ətraf mühitin ən çox çirkləndirəndir. Nəm havada kükürd anhidridi su ilə birləşib sulfat turşusu (kükürd turşusu) yaradır. Turşulu yağışlar yerə düşərək bütün canlıları məhv edir. Yerə düşməklə və yaxud atmosferdə duman damcıları şəklində olmaqla kükürd turşusu nəinki insanların ağ ciyərini dağıdır, həmçinin metalları, rəngləri, daşları və heykəlləri xarab edir (şəkil 2.2).



Şəkil 2.2.Ətraf mühitin çirklənmə səbəbləri. Enerji ishehlakının dinamikası.

Xüsusi ilə atmosferin karbon qazı və dəm qazı ilə çirklənməsi olduqca təhlükəlidir. Atmosferdə olan karbon qazının demək olar ki, yarısı antropogen mənşəlidir. Bu yanacağın yanmasından əmələ gəlir. Karbon qazı insan üçün ona görə təhlükəlidir ki, nəfəs vasitəsi ilə o qana keçdikdə oksigenə nəzərən qemoqlobinlə 200-300 dəfə tez birləşir və ağır, hətta ölümlə nəticələnə bilən zəhərlənməyə səbəb olur.

Tarlalardan su ilə yuyulub çıxarılan azot gübrələri su hövzələrinə tökülür, burada su bitkilərinin şiddətlə inkişafına və su təchizatının çətinləşməsinə səbəb olur. Azot insan orqanizminə düşdükdə bir sıra reaksiyalarla qanın qemoqlobiniylə birləşir və onun bədənində oksigen daşıma funksiyasını zəiflədir.

Ətraf mühitin ən təhlükəli çirklənməsi–radioaktiv çirklənmədir. Radioaktiv tullantıların basdırılmış konteynirləri tədricən dağılır və radiasiya xaricə çıxır. Radiasiya havada olduqda, o orqanizimdə sürətlə toplanır, insanın DNK- sını tədricən dəyişərək onu ölümə məhkum edir.

Əfsuz ki, bəşəriyyətin indiki inkişaf mərhələsində iqtisadiyat ekologiya üzərində dominant vəziyyətdədir. Əgər belə getsə bir neçə on illiklərdən sonra eko sistem məhv olma təhlüləsi ilə üzləşəcəkdir. Yalnız sənayeləşmə sonrası eranın başlanması, noosferanın idrakın texnosfera üzərində üstünlük əldə etməsi qaçınılmaz fəlakətin qarşısını almaq iqtidarındadır.

Bəziləri belə düşünə bilərlər ki, hazırki zamanda biz sənayeləşmədən sonrakı dövürdə yaşayırıq: təmizləyici qurğular inşa edilir, tükənməyə yaxın ehtiyatlardan məhdud həcimdə istifadə olunur, yox olması təhlükə altında olan heyvanların artırılması üzrə işlər aparılır, çirkli su hövzələri təmizlənir. Ancaq nəzərə almaq lazımdır ki, bütün bunlar hər yerdə deyil və ətraf mühitin təmizlənməsi şəkilində həyata keçirilmir, əksinə vəziyyətin çətinləşməsi baş verir.

Сəmiyyətin qlobal sivilizasiyaya qoşulması bütün sferalarda olduğu kimi, ekologiya sahəsində də yeni anlayışın – ekoloji sivilizasiyanın təşəkkül tapmasına və formalaşmasına zəmin yaratmışdır. Ekoloji sivilizasiya, yaxud mədəniyyət təbii ətraf mühitə, onun tərkib hissəsini təşkil edən amillərə neqativ və antropogen təsirlərin, onların çirklənməsinin qarşısının alınmasına yönəldilən fəaliyyətin daha da gücləndirilməsi, təbii resurslardan düzgün və məqsədəyönlü istifadə olunması, qorunub saxlanması və gələcək nəsillərə təhvil verilməsi isti-qamətlərinə yönəldilən tədbirlərin həyata keçirilməsini xarakterizə edir. Ekoloji mədəniyyətin səviyyəsi əsasən iki amildən – ölkənin demoqrafik vəziyyəti, istehsal, istehlak mədəniyətindən asılıdır. İstehsal mədəniyətinin olmaması, onun müvafiq tələbləri ödəməməsi, anti- sanitariyanın hökm sürməsi ətraf mühitin çirklənməsi ilə nəticilənir, insan sağlamlığı üçün potensial təhlükə yaradır və Davamlı İnkişafa maneçilik törədir. İstehlak mədəniyəti sağlam və uzunömürlülük prinsiplərini əsas tutduğu halda ətraf mühitin çirklənməsinə şərait yaradılması da yolverilməz hal hesab olunur. Ekoloji sivilizasiya Dİİ-nin əsas məqsədi hesab olunur.

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
kаfedrası


MÜHAZİRƏÇİ: DOSENT XƏLİLOV RAMİZ TALIB OĞLU

Mühazirə 3

MÖVZU:

DAVAMLI İNKİŞAFIN TƏRKİB HİSSƏLƏRİ-EKOLOJİ TƏRKİB

TƏBİİ ƏTRAF MÜHİT İLƏ DAVAMLI İNSAN İNKİŞAFININ ƏLAQƏSİ.

Mühazirənin planı:


  1. BİOMÜXTƏLİFLİYİN QORUNMASI.

  2. ƏTRAF MÜHİTƏ TƏSİRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ İDARƏ EDİLMƏSİ.



ƏDƏBİYYAT SİYAHISI

    1. Əsgərov Ə.A., Hüseynov E.M., Hüseynov S.Y., Davamlı insan inkişafı. - Bakı, 2009. – 494 s.

2. Əsgərov Ə.A., Hüseynov E.M., Müasir ekologiya.-Gəncə, 2004.-316s.

3. Xəlilov R.T., Zeynalov E.C., Vəliyev S.Ş. Davamlı insan inkişafı.-Gəncə, 2017.-346s.

GƏNCƏ 2017

1. Biomüxtəlifliyin qorunması.

Cəmiyyətin qlobal sivilizasiyaya qoşulması bütün sferalarda olduğu kimi, ekologiya sahəsində də yeni anlayışın-ekoloji sivilizasiyanın təşəkkül tapmasına və formalaşmasına zəmin yaratmışdır. Ekoloji sivilizasiya, yaxud mədəniyyət təbii ətraf mühitə, onun tərkib hissəsini təşkil edən amillərə neqativ və antropoqen təsirlərin, onların çirklənməsinin qarşısının alınmasına yönəldilən fəaliyyətin daha da gücləndirilməsi, təbii resurslrdan düzgün və məqsədyönlü istifadə olunması, qorunur və gələcək nəsillərə təhvil verilməsi istiqamətlərinə yönəldilən tədbirlərin həyata kecirilməsini xarakterizə edir. Ekoloji mədəniyyətin səviyyəsi əsasən iki amildən-ölkənin demoqrafik vəziyyəti, istehsal, istehlak mədəniyyətindən asılıdır, İstehsal mədəniyyətinin olmaması, onun müvafiq tələbləri ödəməməsi, anti-sanitariyanın hökm sürməsi ətraf mühitin çirklənməsi ilə nəticələnir, insan sağlamlığı üçün potensial təhlükəyaradır və Davamlı İnkişafa maneçilik törədir. İstehlak mədəniyyəti sağlam və uzunömürlülük prinsiplərini əsas tutduğu halda ətraf mühitin çirklənməsinə şərait yaradılması da yolverilməz hal hesab olunur. Ekolojı sivilizasiya Dİİ-nin əsas məqsədi hesab olunur (şəkil 1.1).





Şəkil 1.1. Ekoloji sivilizasiya və onun məzmunu.
Dİİ-ni xarakterizə edən əsas göstəricilərdən biri də ölkə üzrə enerji istehsalı ilə əlaqədar olan göstəricidir. Həmin göstəricilər ölkə əhalisinin hər nəfərinə düşən enerji istehsalı və istehlakına dair ümumi məlumatlar, ən başlıcası və əhəmiyyətlisi isə bərpa olunan, tükənməyən enerjinin (ənənəvi enerji mənbələri-odun, Günəş, külək, yeraltı termal sular, dəniz və okean sularının qabarma və çəkilməsi zamanı yaranan enerji, bioqaz, bitkilərdən alınan spirt və bitki yağları, və s.) istehsal olunan ümumi enerjinin neçə faizini təşkil etməsini xarakterizə edir. Dünyanın ayrı-ayrı ölkələrində bərpa olunan enerjidən istifadə olunması bir-birindən xeyli fərqlənir.

Bu mövzunun əsas məqsədi davamlı inkişafın planlaşdırılmasında ətraf mühitin idarə edilməsi sahəsində müasir bilik və bacarığın formalaşmasıdır. Bu, ilk növbədə təbii və sosial mühiti vahid bir sistem kimi qəbul etməkdən keçir. İnsan tarixən bütün dövrlərdə təbiəti yaradandan asılı olmuşdur. Təbii ətraf mühit insanın bir bioloji varlıq kimi formalaşmasında və insan cəmiyyətinin inkişafında mühim rol oynamışdır. İnsanı əhatə edən təbiət insanın yaşaması üçün tələb olunan bütün şəraitin təşkilində vasitəçi rol oynayır. Keçmiş dövrlərdə insan təbii mühitdən daha çox istifadə etmişdir. Daha əlverişli təbii mühitdən istifadə etmək miqrasiya proseslərini və bir çox müharibələrin səbəbi olmuşdur. Ətraf mühitin zənginliyi və bu şəraitdə insan rifahının yüksəlməsinə yönəldilmiş siyasətin aparılması inkişafın davamlı olmasına və insanların rifahının yüksəlməsinə təsir göstərən amillərdəndir. Azərbaycan Respublikasının təbii ehtiyatlarının və insan potensialı zənginliyinin vəhdət təşkil etdiyi və davamlı inkişaf üçün olduqca əlverişlidir. Ölkə gözəl torpaq- iqlim şəraitinə, zəngin flora və faunaya, əlverişli coğrafi mövqeyə və böyük həcimdə neft, qaz və digər qazıntı ehtiyatlarına malikdir. Bu təbii potensialın davamlı insan inkişafı üçün istifadəsi müstəqillik qazanmış ölkənin apardığı siyasətin vacib bir hissəsidir. Neft strategiyasının yaradılması və uğurla həyata keçirilməsi parlaq bir misaldır. Beynəlxalq iqtisadi layihələr, o cümlədən neft və qazın nəql edilməsi üçün transmirli boru xətlərinin çəkilməsi, digər nəqliyyat layihələri və ölkə regionlarının inkişafına yönəldilmiş proqramların xüsusi əhəmiyyət daşıdığı müzakirə edilir. Müzakirələr zamanı diqqət layihələrin iqtisadi artımı ilə yanaşı ölkənin davamlı inkişafı üçün vacib olan yeni bilik və texnologiyanın ölkəyə gətirilməsinə, bu sahədə insan potensialının formalaşmasına xidmət etməsinə yönəldilmişdir. Neft strategiyasının həyata keçirilməsində beynəlxalq təşkilatları, BMT-nin İnkişaf Proqramı “qara qızılı” “insan qızılına” çevirmək təşəbbüsünə cavab verir. Bu təşəbbüsə bir sıra milli və beynəlxalq hökümət və qeyri-hökümət qurumları qoşulub və buna yönəldilmiş siyasətin aparılmasında fəal iştirak edirlər. Bu siyasətin həyata keçirilməsinin bir təzahürü kimi ölkədə fəaliyyət göstərən BP və onların Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində çalışan tərəfdaşları tərəfindən Səngəçal Terminalının Genişləndirilməsi Layihəsi çərçivəsində 2002-ci ildə İnsan İnkişafı Mərkəzinin təşkilini göstərmək olar. Bu təşəbbüs dünya üçün yenidir və ilk dəfə Azərbaycan Respublikasında həyata keçirilib. Həmin təşəbbüs eyni zamanda korporativ sosial məsuliyyətli fəaliyyət baxımından yenidir və ən müasir idarəetmə texnologiyalarının vacib elementidir. Ölkədə həyata keçirilən və davamlı insan inkişafı sahəsində bu innovativ təşəbbüs və fəaliyyətlər haqqında məlumatı BMT Baş Qərərgahı üzv olan ölkələr arasında yayılmışdır (şəkil 1.2.)





Şəkil 1.2. Təbii resurslardan istifadə.
Bəzi hallarda cəmiyyətin texnolojiya yoluyla inkişafı təbii ətraf mühiti pozduğundan və müxtəlif ekoloji problemlər yaratdığından davamlı insan inkişafına mənfi təsir göstərən amil kim qələmə verilir. Bu qənaət çox zaman ondan irəli gəlir ki, elmi-texniki və texnoloji inkişaf onun mənfi fəsadları ilə eyniləşdirilir. Bu tamamilə yanlış fikirdir və hər zaman nəzərdə saxlanılmalıdır ki, məhz elmi-texniki tərəqqinin nəticəsində insan bir çox nailiyyətlər əldə etmişdir. Bu nailiyyətlər arasında yüksək keyfiyyətli təhsil almaq və elmi biliklərin toplanması və yayılması üçün imkanların yaradılmasını, rabitə və nəqliyyatın inkişafı və bunun nəticəsi kimi məlumat alınması və ötürülməsi, cəmiyyətin demokratik yolla inkişafı üçün şəraitin yaradılmasını və s. göstərmək olar. Bununla yanaşı ətraf mühitin çirklənməsi və pozulması insan sağlamlığına və müvafiq olaraq davamlı insan inkişafına mənfi təsir göstərir. Bu, həm çirklənmiş mühitin bilavasitə sağlamlığa təsiri nəticəsində, torpaqların pozulması, iqlim dəyişmələrinin fəsadları kimi k/t istehsal potensialının azalması və istehsal imkanlarının məhdudlaşması nəticəsində baş verir. Ətraf mühitin çirklənməsi və pozulması eyni zamanda biomüxtəlifliyə, yəni bitki və heyvan növlərinin qorunmasına mənfi təsir göstərir. Belə mənfi təsirlər və qloballaşma tendensiyaları xalq seleksiyası nəticəsində yaranmış və çox qiymətli xassələrə malik ənənəvi bitki çeşidlərinin heyvan cinslərinin itirilməsi təhlükəsini meydan gətirir (şəkil 1.3.).



Şəkil 1.3.Biomüxtəlifliyin qorunma ideyası.
Bu proseslərin qarşısını almaq və ətraf mühiti müasir səviyyədə idarə etmək üçün davamlı insan inkişafına təsir göstərən ətraf mühit amilləri təsirinin və mühit keyfiyyətinin qiymətlənməsi olduqca vacibdir. Azərbaycan Respublikasının qoşulduğu ətraf mühitin qiymətləndirilməsi və idarə edilməsinə yönəldilmiş beynəlxalq sazişlər, konvensiyalar haqqında məlumat, bu konvensiyaların və beynəlxalq sazişlərin yerinə yetrilməsi davamlı inkişafı təmin edən başlıca şərtlərdən biridir.

Ekoloji durum Davamlı İnsan İnkişafının təmin olunmasının ən aparıcı və öncül göstəricisi sayılır.Bu, həm də təbiət-cəmiyyət münasibətlərinin müsbət istiqamətə yönəldilməsinə və Ekaloji Cəmiyyətin formalaşmasına olduqca böyük zəmin yaradır.Təbiət vahid bir sistem, insan isə onunla həmişə dialektik vəhdətdə olan kainatın ən ali şüura və yüksək sivilizasiyaya malik olan.,böyük təkamül yo keçmiş varlıqdır. Bu dialektik vəhdətin qorunub saxlanması, insana,onun inkişafı və sağlamığına yönəldilməsi və gələcək nəsillərə xidmət etməsi XXI əsrdə bəşəriyyətin qarşısında duran ən prioritet məsələ olmalıdır. Çünki təbiət-cəmiyyət münasibətindəXIX əsrin sonu və XX əsrdə yaranan ahəngdarlığın pozulması,ekoloji disbalansın mövcud olması bu gün BMT-nin qaldırdığı Davamlı İnsan İnkişafı konsepsiyası ilə heç də uzlaşmır.


2. Ətraf mühitə təsirin qiymətləndirilməsi və idarə edilməsi
Ətraf mühitin keyfiyyətinin qiymətləndirilməsi və insan fəaliyyətinin torpaq, su, hava, və canlılara təsiri insanları hər zaman düşündürüb. Misal olaraq Nuh peyğəmbər haqqında rəvayəti göstərmək. Yer səthini su basdığı zaman Nuh(as) öz gəmisində bütün canlı növlərini toplayıb və biomüxtəlifliyi xilas edib. Nuh(as) öz gəmisində yalnız faydalı canlıları xilas etməyib. Eyni zamanda insana az fayda gətirən, hətta bitki və heyvanlar üçün zərərli kimi görünən, müxtəlif xəstəliklərin daşıyıcısı olanları da xilas etmişdir. Bu onu göstərir ki, insanlar o zamanda da ətraf mühitin qorunmasının vacibliyini dərk edirdilər. Mövcud biomüxtəlifliyi bir sistem kimi qəbul edirdilər.

Nuh peyğəmbərin hadisəsi dünyada bütün əsas dinlərin müqəddəs kitablarında, o cümlədən “Quran”da, “İncil” və “Tövrat”da təqdim olunmuşdur. Bu hadisəni əks etdirən və beş min il tarixi olan daş üstə yazı isə Yaxın Şərqdə tapılıb və hazırda Londonda Britaniya Muzeyinin ekspozisiyasında nümayiş etdirilir. Bu o deməkdir ki, insanlar min illər bundan əvvəl ətraf mühitin planlaşdırılması (ətraf mühitin vahid bir sistem kimi qəbul edilməsi) və idarə edilməsi (biomüxtəlifliyin saxlanılması üçün onun xüsusi şəraitdə qorunması) sahəsində bilik və bacarığa malik olmuşlar. Qeyd etmək lazımdır ki, hazırda da biomüxtəlifliyin qorunması üçün eyni prinsiplərdən istifadə olunur və biomüxtəliflik xüsusi mühafizə olunan ərazilərdə, milli parklarda və yaxud digər qorunma statusu olan sahələrdə mühafizə olunur. Biomüxtəlifliyin qorunmasında müşahidə olunan bir fərq texnoloji imkanların artması ilə əlaqədardır. Məsələn, hazırda bitki və heyvan toxumlarını və hüceyrələrini saxlamaq üçün xüsusi gen bankları yaradılıb və bu banklar müasir avadanlıq ilə təchiz olunub.

Digər misal kimi tələbələrə qədim mənbələrdə olan məlumatları, o cümlədən Azərbaycanda yaradılmış Milli Elmlər Akademiyasının Əlyazmalar İnstutunda və digər elmi vvə tədris təşkilatlarında, şəxsi kolleksiyalarda qorunan qədim əlyazmalarını misal kimi göstərmək olar. Bu, eyni zamanda, xalqın qədim mədəniyyətindən və davamlı inkişaf üçün xüsusi əhəmiyyət daşıyan, ətraf mühitin idarə edilməsi sahəsində ənənələrə, bilik və bacarığa malik olmasından xəbər verir. Ənənəvi bilik və bacarığın qorunması və istifadəsinə YUNESKO xüsusi əhəmiyyət verir.

Ekoloji mədəniyyətin ümumu mədəniyyətin vacib elementi olması aşağıdakı ən əsas nəticələrlə çatdırılır:



  • Ətraf mühitin qorunması bə biomüxtəlifliyin mühafizəsi, tarixən ən aktual və qlobal bəşəri problem kimi qəbul edilib. Bu problem hazırda da aktualdır və gələcəkdə də aktual olacaq.

  • Təbiət vahid bir sistemdir və onun optimal fəaliyyəti bu sistemin bütün elementlərinin qorunması üçün müvafiq şərait yaradılmasını tələb edir. Ətraf mühitin idarə edilməsi tarixən bu prinsipə əsalanıb.

Ətraf mühitin idarə edilməsi üçün keyfiyyətinin qiymətləndirilməsi vacib şərtlərdəndir. Bu, biliklərə yiyələnməsi davamlı inkişafın planlaşdırılması və idarə edilməsi üçün olduqca vacibdir. Bu, eyni zamanda,hər hansı yeni iqtisadi layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsinə və onun nəticəsindən asılı olaraq həyata keçirilməsi barədə qərar qəbul edilməsinə də aiddir.

Ətraf mühitə təsirin qiymətləndirilməsi təşəbbüsü və müvafiq qanun ilk dəfə ABŞ-da 1960-cı illərin sonunda qəbul edilmişdir. Bu qanuna görə orta və iri miqyaslı iqtisadi layihə həyata keçirmək və bunun üçün müvafiq razılaşdırılmaların təmin edilməsi üçün “Ətraf Mühitə Təsirin Qiymətləndirrilməsi” (ƏMTQ) adlı sənəd hazırlanmalıdır. Bu sənəd layihənin maliyyələşdirilməsi üçün vacibdir və onun olmadığı və ya həmin layihənin ətraf mühitə təsiri qəbul olunmaz səviyyədə olduğu hallarda banklara, yaxud digər maliyyə təşkilatları bu layihənin təsdiqindən və maliyyələşdirilməsindən imtina edirlər. Həmin qanuna görə, layihə barəsində qərarın qəbul edilməsinə ictimaiyyətin də rəyi təsir göstərir. Əgər ictimai müzakirələrin və ictimaiyyətin qənaətinə görə, ətraf mühitə mənfi təsirinin nəticələrini aradan qaldırmaq imkanları yoxdur, yaxud azdırsa, layihə təsdiq edilmir, banklar, yaxud başqa maliyyə qurumları layihənin həyata keçiriilməsi üçün vəsait ayırmırlar.

ƏMTQ ətraf mühitə təsirinin qiymətləndirilməsi üçün tədbiq edilmiş ilk sənəd idi. 20-ci əsrin 90-cı illərində ətraf mühitə təsirinin qiymətləndirilməsinə tələblər yüksəlmişdir. Bununla əlaqədar, ƏMTQ sənədi digəri ilə əvəz edilmişdir. Bu sənəd daha da təkmilləşdirilmiş, Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsidir (ƏMSSTQ). Göründüyü kimi layihənin həyata keçirilməsi üçün ətraf mühitə mənfi təsirinin olmaması kifayət deyil. Təklif edilən iqtisadi layihə məsələn, hər hansı bir müəssəsisənin yaradılması ətraf mühitə mənfi təsir göstərməməklə yanaşı sosial mühiti yaxşılaşdırmalıdır. Azərbaycanda həyata keçirilən bütün layihələr üçün belə sənədlər milli və beynəlxalq təşkilatlar tərəfindən hazırlanır. İqtisadi fəaliyyətin ətraf mühitə təsirinin qiymətləndirilməsində tələbatlar daim artmaqdadır. Beynəlxalq maliyyə təşkilatları, o cümlədən Dünya Bankı və Avropa Yenidənqurma İnkişaf Bankı hazırda yeni bir sənədin hazırlanmasına vacibliyini müzakirə edir. Beynəlxalq maliyyə təşkilatları tərəfindən təklif edilən sənəd Davamlı İnkişafa Təsirin Qiymətləndirilməsi (DİTQ) adlandırılır. ƏMTQ və ƏMSSTQ-nin bu sənədlə əvəz olunma ehtimalı böyükdür. DİTQ üçün bir sıra yeni göstıricilərin, o cümlədən insan inkişafı əmsallarının istifadəsi də müzakirə edilir. Beynəlxalq statistikada davamlı inkişafı səciyyələndirə bilən bir sıra ekoloji göstərici məlumdur. Davamlı inkişafı səciyyələndirə bilən bir sıra ekoloji göstərici məlumdur. Bu göstəricilərdən biri xüsusi mühafizə olunan mövcud təbii ərazilərin, o cümlədən qoruqların, yasaqların, milli parkların və digərlərinin ölkənin ümumi sahəsindəki payını səciyyələndirir. Ölkəmizin ərazisinin təxminən 6%-ni qoruqlar, yasaqlar, milli parklar və digər xüsusi qorunan təbii ərazilər təşkil edir. Bu orta dünya göstəricisindən 9,5% az olsa da bir sıra ölkələrin göstəricisindən çoxdur. Ən yüksək göstərici Danimarkada 31,8% xüsusi qorunan sahələr mövcuddur (şəkil 2.1).



Şəkil 2.1. Ekoloji sivilizasiyanın prinsipləri və ətraf mühitə təsirin qiymətləndirilməsi.

Davamlı inkişafın vacib şərtlərindən olan ətraf mühitin qorunması və səmərəli istifadəsi sahəsində bir sıra beynəlxalq razılaşmalar və konvensiyalar mövcuddur ki, onların hamısı eyni zamanda insan potensialının inkişafı üçün də olduqca əhəmiyyətlidir. Azərbaycan Respublikası müstəqilliyin ilk illərindən beynəlxalq cəmiyyətin üzvü kimi bir çox konvensiyalara qoşulmuşdur. Bütün konvensiyaların eyni dərəcədə əhəmiyyətli olmasına baxmayaraq, bu beynəlxalq razılaşmaların bəziləri üçün xüsusilə önəmlidir. Bunlara biomüxtəlifliyin qorunması, iqlimin qlobal dəyişmələri, ozon qatının mühafizəsi ilə əlaqədar qəbul edilmiş konvensiyala aiddir. Bu və digər konvensiyalar və beynəlxalq sazişlər həm milli, həm də regional və qlobal baxımından əhəmiyyətlidir. Regional ekoloji proqramlara misal kimi Xəzərə aid keçirilən və bu unikal su hövzəsinin qorunmasına yönəldilmiş beynəlxalq əməkdaşlığı göstərmək olar. Xəzərin flora və faunasının bir çox nümayəndələrinə dünyada təkcə bu su hövzəsində rast gəlinməsi, onların qorunmasını beynəlxalq problemə çevirir.

Ətraf mühitin idarə edilməsinə aid dünyada beynəlxalq standartlar mövcuddur. Belə standatrlardan biri və ən çox tədbiq ediləni İSO 14000 kimi məlumdur. Bu, ətraf mühitə aid, yəni tullantıların miqdarını, yaxud istifadə olunan texnologiyaları tənzim edən standart deyil. İSO 14000 idarəetmə standartıdır və onun tədbiqi davamlı insan inkişafının təmin edilməsinin vacib şərtidir. Bu standarta uyğun olaraq, hər bir iqtisadi, yaxud digər sahədə fəaliyyət göstərən təşkilat “Ətraf mühitin idarəetmə sistemi” adlı sənəd hazırlanmalı və onu tədbiq etməlidir. Bu sənəddə ətraf mühitin idarəedilməsi istiqamətində ümumi siyasət, planlaşdırma, məqsəd və məramlar, fəaliyyət və idarəetmənin təhlili öz əksini tapmalıdır. Bu standartın tədbiqi bütün müəssisələr üçün vacibdir.

Son illərdə, sivilizasiyanın yeni mərhələsi kimi ekoloji sivilizasiya, yaxud ekosivil haqqında anlayış və müvafiq konsepsiya formalaşmışdır. Ekoloji sivilizasiya davamlı inkişafın son məqsədi olmaqla iki əsas prinsip üzərində qurulur. Məlumdur ki, sənayenin, kənd təsərrüfatının nəqliyyat fəaliyyəti insanların tələbatlarının ödənilməsinə yönəldilib. Bu sahələrin istehsal həcmi, müvafiq olaraq, təbii ehtiyatların istifadəsi və ətraf mühitə təsiri iki amildən: demoqrafiq vəziyyətdən, istehsal və istehlak mədəniyyətindən asılıdır. Əhalinin sayının durmadan artması, istehlak mədəniyyətinin lazımi səviyyədə olmaması təbii ehtiyatların tükənməsinə və ətraf mühitin pozulmasına gətirib çıxarır. İstehlak mədəniiyyəti deyəndə yalnıız qənaətçilik nəzərdə tutulmur. İstehlak mədəniyyəti, eyni zamanda, sağlam və uzun ömür təmin edən həyat tərzini, o cümlədən hüceyrə və irsiyyəti mühafizə edən yeni elmi nəticələrin tədbiqini nəzərdə tutur. Ekosivil elmi konsepsiyası Azərbaycanda yaradılıb və bu ölkədə tədbiq edilə bilər.




AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
kafedrası


MÜHAZİRƏÇİ: DOSENT XƏLİLOV RAMİZ TALIB OĞLU

Mühazirə 4

MÖVZU:

DAVAMLI İNKİŞAFIN TƏRKİB HİSSƏLƏRİ –EKOLOJİ TƏRKİB.

BİOMÜXTƏLİFLİK VƏ DAVAMLI İNSAN İNKİŞAFI.

Mühazirənin planı:

  1. BİOMÜXTƏLİFLİK VƏ DAVAMLI İNSAN İNKİŞAFI.

  2. BƏRPA OLUNAN VƏ ƏNƏNƏVİ ENERJİ MƏNBƏLƏRİNİN DAVAMLI İNKİŞAF ÜÇÜN ƏHƏMİYYƏTİ.

ƏDƏBİYYAT SİYAHISI

1. Əsgərov Ə.A., Hüseynov E.M., Hüseynov S.Y., Davamlı insan inkişafı. - Bakı, 2009

2. Xəlilov R.T., Zeynalov E.C., Vəliyev S.Ş. Davamlı insan inkişafı.-Gəncə, 2017.-346s.

GƏNCƏ 2017
1. Biomüxtəliflik və davamlı insan inkişafı
Bioloji müxtəliflik (BM) çox geniş əhatəli elm sahəsi olmaqla canlı orqanizmlərdə baş verən prosesləri, mikro, makro flora və faunalı, onlarınm genetik qruplaşmalarını, landşaftları ekosistemləri, həmçinin bütün biosferi qarşılıqlı əlaqə və dialiktik vəhdət formasında xarakteirzə edir. Biomüxtəliflik genlərdən tutmuş ekosistemlərə qədər bioloji orqanizmin bütün səviyyələrindəki həyat müxtəlifliyi, və növ müxtəlifliklərinin birliyidir. Məhz BM-in müxtəlif növlərdən ibarət olması sayəsində bizim planetimiz digər planetlərdən, xüsusilə də Günəş sisteminin başqa planet-lərindən çox kəskin tərzdə fərqlənir. O, təkcə flora, faunanın müxtəlifliklərini deyil, həm də torpaqların bioloji müxtəlifliyini əhatə edir, çünki torpaqlar təbii ekosistemlərin əsas amillərindən olmaqla, həm də biosfer-litosfer qarşılıqlı əlaqələrini təmin edir,flora –fauna qruplarını, eləcə də Yer Kürrəsinin üst qabığını formalaşdırır. Göründüyü kimi, flora, fauna və torpaqların biomüxtəlifliyi qırılmaz sürətdə bir-biri ilə bağlıdır. Buna görə də onlar yalnız qarşılıqlı vəhdət formasında araşdırılmalı və öyrənilməlidir. BM həm də bəşəriyyəti ekosistemlərin canlı təbii məhsulları ilə təmin edir, cəmiyyətin rifahı və iqtisadi potensialının əsası, başlıca həyat mənbəyi kimi Davamlı İnsan İnkişafına və ərzaq təhlükəsizliyinə nail olunmasında çox böyük rol oynayir.

BMT Ətraf Muhit Proqramının hesabatına əsasən hazırda dünya üzrə 13,6 mln (YUNEP-in 1995-ci il məlumatına görə 15 mln) biolojı növ mövcud olduğu halda onların yalnız 1,75 mln növü (13%-dən azı) elmə məlumdur. Bu gün BM insanın biosferə, ekosistemlərə güclü və uzunmüddətli neqativ antropoqen təsiri və irrasional istifadəsi nəticisində həyacən təbili çalınacaq dərəcədə təhlükə altındadır. Təssüf hissi və ürək ağrısı ilə qeyd etməliyik ki, hazırda bioloji müxtəlifliyin arenadakı mövcud vəziyyəti bütün bəşəriyyət və ümumi inkişaf üçün potensial təhlükə mənbəyi hesab olunur. Belı ki, hazırda dünyada 1 dəqiqə ərzində, 50 ha məşə sahəsi məhv edilir. Son 100 il ərzində 30 min bitki növü tamamilə məhv edilərək kökü kəsilmişdir. Hər gün 3 növ flora və faunanın nəsli kəsilir. Afrikada fil dişi əldə etmək məqsədilə son 20 il ərzində 750 min fil öldü-rülmüşdür ( Eyup Zengin, 2007).

BM-in tükənməsi həm də təbii resurslardan düzgün istifadə edilməməsi, ətraf mühit amilləri-nin çirklənməsi və qlobal iqlim dəyişkənlikləri ilə əlaqədardır. 2020-ci ilə qədər flora və fauna növlərinin 20%-dən çoxunun kökünün kəsilməsi təhlükəsi gözlənilir. Bunu nəzərə alaraq 1992-ci ildə Rio-de-Janeyroda keçirilən zirvə toplantısında “Bioloji müxtəliflik haqqında” Beynəlxalq Konvensiya imzalanmış və planetimizdə mövcud olan olduqca zəngin və qiymətli BM-in xilas edilməsinin yeganə yolunun yalnız beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olması vurqulanmışdır. Bu Konvensiyanı dünyanın 175 ölkəsi imzalamışdır. Azərbaycan Respublikası BM Konvensiyası üzrə “ Birinci Milli Məruzə”nin məlumatına əsasən ölkəmizdə müəyyən edilmiş bioloji növlərin müxtəlifliyi aşağıdakı kimidir:

Mikroorqanizmlər -1250 növ; İbtidailər – 1650 növ; Göbələklər – 5050 növ; İbtidai bitkilər – 249 növ; Ali bitkilər – 4500 növ; Onurğasızlar – 20000 növ; Onurqalılar – 623 növ; Balıqlar – 97 növ; Suda- quruda yaşayanlar – 10 növ; Sürünənlər 52 – növ; Quşlar 363 növ; Məməlilər – 106 növ. Ümumiyyətlə Azərbaycanda 4200 bitki və 1800 heyvan növü mövcuddur.

BM-in mühafizəsinin ən əlverişli və səmərəli vasitəsi Xüsusi Mühafizə olunan Olunan Təbii Ərazilər – XMOTƏ sayılır. Azərbaycanda XMOTƏ-ə aşağıdakılar aiddir:


  • Dövlət təbii qoruqları;

  • Milli parklar;

  • Təbii parklar;

  • Dövlət təbii yasaqlıqları;

  • Dendroloji parklar və Botanika bağı;

  • Müalicəvi – sağlamlıq yerləri və kurortlar.

Respublika ərazisinin 6% -ə qədəri qoruqlar, yasaqlıqlar, Milli parklar və digər XMOTƏ –nin payına düşməklə , bu göstərici dünya göstəricilərindən ( 9,5 %) azdır. Bu göstərici Danimarkada 31,8 % (ən yüksək göstərici sayılır) olduğu halda Gürcüstanda 2,8, Ukraynada 1,6, Yunanıstanda isə 2,5 % təşkil edir.

BM-in Davamlı insan inkişafında çox böyük rol oynamasını nəzərə alaraq 2006-cı il martın 24-də Respublika Prezidentinin ssərəncamı ilə “Azərbaycan Respublikasında BM-in qorunması və davamlı istifadəsinə dair Milli Srategiya və Fəaliyyət Planı” təsdiq edilərək hazırda müvəffəqiyyətlə icra olunur. Onun əsas istiqamətləri aşağıdakılardan ibarətdir:

- Biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün beynəlxalq konvensiyalara və digər ölkələrarası və regional müqavilələrə qoşulmaq;

- Bioloji müxtəlifliyin əhəmiyyətli komponentlərinin müəyyənləşdirilməsi və onların qorunması üçün əlavə tədbirlərin hazırlanması və həyata keçirılməsi;

- Xüsusi mühafizə olunan ərazilərdə müxtəlif qoruma statusuna malik olan bitki və heyvanat aləminin bərpasə üçün müvafiq şəraitin yaradılması;

- Nadir və kökü kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin siyahısının dəqiqləşdirilməsi onların qenofondunun qorunmasının təmin edilməsi və və onları xüsusi qorunan təbii ərazilərdə nəbatat bağlarında, zoolojı parklarda saxlanması üçün şəraitin yaradılması;

- Azərbaycan Respublikasının Qırmızı Kitabının ikinci nəşrinin təşkili. İri şəhərlərdə yeni nəbatat bağlarının yaradılması;

- Biomüxtəliflik üçün təhlükənin və bunun nəticəsində ilk növbədə təsir altına düşə biləcək təbii bitki və heyvan növlərinin proqnozlaşdırılması;

- Zəngin BM-yə malik olan ekosistmlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;

- Kənd təsərrüfatı bitkilərinin və heyvan növlərinin vəziyətinin qiymətləndirilməsi və qorunması;

- BM-in qorunması üzrə elmi tədqiqatların aparılması;

- BM-in inkişafının təşkilinin təmin edilməsi üçün torpaqların yaxşılaşdırılması, səmərəli istifadəsi və mühafizəsi;

- Xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi;

- Meşələrin BM-nin qorunması və səmərəli istifadəsi;

- Nadir və məhv olmaq təhlükəsinə məruz qalmış bitki və heyvan növlərinin öz təbii məskənlərindən kənarda qorunması və bərpası;

- Əhalinin ekoloji maarifləndirilməsi və təhsil səviyyəsinin artırılması.

BM-in qorunması və davamlı istifadəsinə yönəldilən bu və digər tədbirlər Milli Strategiya və fəaliyyət Planında geniş şərh olunmuşdur.

BM-in Azərbaycanda ən perspektivli və səmərəli sahələrinə meşəçilik, arıçılıq və balıqçılığın inkişaf etdirilməsi aiddir.

Nəzərə alsaq ki, planetimizdə təbii ekosistemlərin ümumi saəsi hər il 1%, tropik meşələrin sahəsi 200 min hektar azalır, səhralaşma isə 60 000 km2 genişlənir, həmçinin təbii ekosistemlərin yalnız 40 %-i pozulmamış qalır, onda Xoşməramlı Səfirin “Hərəmiz bir ağac əkək” missiyası ekoloji proqnozlaşdırma üçün çox böyük zəmin yaradır. Heç şübhəsiz ki, bu aksiya meşə və yaşıllıqların sərbəst bir ekoloji sistem kimi respublikamızda təbii ətraf mühitin və onun amillərinin, bütövlüklə isə ekosistemlərin , biosferin, bioloji müxtəlifliyin flora və faunanın yaxşılaşdırılması, bərpa olunması və sürətli inkişafına güclü təminat yaradacaqdır.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə