Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası



Yüklə 0,85 Mb.
səhifə5/11
tarix17.09.2017
ölçüsü0,85 Mb.
#566
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

2. Azərbaycanda gender inkişafı.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı.

BMT-nin1995-ci ilin sentyabr ayında Pekində qadın hüquqları üzrə keçirdiyi Ümumdünya konfrasında və Rio konfransında qəbul edilmiş XXI Əsrin Gündəliyində, “Qadınlara münasibətdə ayrı seçkilkiyin bütün formalarının ləğv olunması haqqında” Beynəlxalq konvensiyasında qarşıya qoyulan müddəa və prinsiplər Dünyanın bütün ölkələri., o cümlədən Azərbaycan Respublikası üçün də əsas fəliyyət proqramı kimi qəbul edilmişdir. Ölkəmidə Davamlı insan inkişafı kontekstində qadın problemləri üzrə hazırlanan Strateji Milli Fəaliyyət Proqramının əsas prioritet istiqamətləri aşağıdakılardan ibarətdir.


Azərbaycanda Gender problemləri üzrə strateji fəaliyyət istiqamətləri aşağıdakı prioritetlər üzrə müəyyən edilmişdir:

1. Qadın hüquqları.

1.1. Qadınların hüquqlarının müdafiəsi üzrə BMT konvensiyalarının və digər benəlxalq sənədlərin məzmununun əhali arasında təbliği.

1.2. Təhsilin bütün pillələri üçün “Qadın hüquqları” mözusunda xüsusi kurs proqramlarının işlənib hazırlanması.

1.3. Cəmiyyətin bütün sahələrində qadınlara münasibətdə ayrı-seçkiliyə yol verilməməsinin təmin edilməsi.

1.4. Qadın hüquqları ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinin davamlı insan inkişafı ilə əlaqədar olan Beynəlxalq sənədlərə uyğunlaşdırılması sahəsində müvafiq tədbirlərin həyata küçirilməsi.

1.5. Qadınların hüquq bərabərliyini inkişaf etdirmək məqsədi ilə ictimai təşkilatlarla əlaqələrin genişləndirilməsi və təkmilləşdirilməsi.

1.6. Müəssisələrin özəlləşdirilməsi zamanı qadınların əmək hüquqlarının pozulmasına yol verməmək.

2. Qaçqın, məcburi köçkün qadıların sosial, məişət şəraiti-nin yaxşılaşdırılması.

2.1. BMT-nin Pekin konfransında qəbul edilmiş Fəaliyyət Platformasına əsaslanaraq “Qaçqın və məcburi köçkun qadın və uşaqlar” Proqramının hazırlanması və həyata kecirilməsi.

2.2. Qaçqın və məcburi köçkun qadın və uşaqlar haqqında məlumat bankının yaradılması.

2.3.İşğaldan azad edilmiş torpaqlarda qaçaın və məcburi köçkün qadınların məişət şəraitinin və fəaliyyətinin normal məcraya düşməsi üçün beynalxalq təşkilatlarla birgə xüsusi proqramların hazırlanması.

2.4. Qaçqın və məcburi köçkun qadınların reproduktiv sağlamlığının qorunması, tibbi,sosial, təhsil xidmətlərindən geniş istifadənin təmin edilməsi.

2.5. Qaçqın və məcburi köçkun qadın və uşaqlar üçün hüquq məsləhətlərinin təşkil edilməsi.

2.6. Qaçqın və məcburi köçkun qadınların sosial müdafiəsinin, xüsusilə onların məşğulluğunun təmin edilməsi məqsədilə qaçqınların kompakt məskunlaşdığı regionlarda milli peşələr üzrə yeni səmərəli proqramların hazırlanıb həyata keçirilməsi.

3. Qadın və silahlı münaqişələr(müharibədə girov göturulmüş qadınlar).

3.1.Müharibə nəticəsində girov götürülmüş qadın və uşaqların geri qaytarılmasına dair BMT-nin Qaçqın Statusu üzrə Kommisiyanın müvafiq qətnaməsinə əsaslanaraq erməni işğalçıları tərəfindən girov götürülən uşaqların girovluqdan azad edilməsi üçün beynəlxalq təşkilatların imkanlarından istifadə etməklə qəti tədbirlərin görülməsi.

3.2. Müharibə zamanı zorakılığa məruz qalmış qadınların və uşaqların hüquqlarının bərpası və onların sosial-psixoloji reabilitasiyası.

3.3. Dünyada sülhün qorunmasında, Ümümdünya qadnlar hərəkatında Azərbaycan qadınlarının fəal iştirakının təmin edilməsi.

3.4. Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra torpaqların minalardan təmizlənməsi və həmin ərazilərdə pozulmuş ətraf mühütin sağlamlaşdırılması barədə beynəlxalq təşkilatlar qarşısında məsələlərin qaldırılması.

4. Qadın və zorakılıq


4.1. Qadınlara (qızlara) qarşı hər cür zorakılıq hallarının- cinsi, iqri, milli, dini, sosial, regional xüsusiyyətlərlə əsaslandırılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi.

4.2. Qadın və qızlarla “alver” edilməsi hallarına qarşı ciddi hüquqi-inzibati tədbirlər gürülməklə, qadın hüquqlarının pozulmasında təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi.

4.3. Qadınlara qarşı zorakılıq və qəddarlıq təbliğ etmək, habelə parnoqrafik yazılar, şəkilləri çap etdirməyə, reklam və təbliğ etməyə görə müvafiq hüquqi tədbirlərin görülməsi.

4.4. Məişətdə zorakılığa məruz qalmış qadınlar üçün tibbi, psixoloji və hüquq məsləhət xidmətlərini əhatə edən məntəqələrin təşkil edilməsi.

4.5. Azyaşlı qızların əxlaqsız hərəkətlərə cəlb edilməsi hallarına qarşı mübarizənin gücləndirilməsi.

4.6. Azyaşlı qızların nigaha cəlb edilməsinin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi.

4.7. Əlil və kimsəsiz qız uşaqlarının sosial reabilitasiyası ilə bağlı proqramların hazırlanması.

4.8. Çətin tərbiyə olunan qızlar üçün xüsusi məktəblərin açılması.

4.9. Valideyn himayəsindən məhrum olmuş baxımsız qız uşaqları üzərində dövlət himayəsinin gücləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi üçün yeni təkliflərin hazırlanması.

5. Qadın və sağlamlıq

5.1. Ailə planlaşdırılması mərkəzinin işinin təkmilləşdirilməsinə, ailə planlaşdırılması məsələlərində sanitar-maarif işinin gücləndirilməsinə dair biliklərin kütləvi informasiya vasitələri (mətbuat, radio və televiziya) ilə təbliğ edilməsi.

5.2. İrsi patologiyaların ilkin aşkar edilməsi məqsədi ilə Genetik Müayinələr və Prental Mərkəzinin təşkil edilməsi.

5.3. Ətraf mühitin qadınların reproduktiv funksiyalarına təsirinin öyrənilməsi üçün elmi-tədqiqat işlərinin genişləndirilməsi.

5.4. Xəstə, tənha, fiziki və psixoloji cəhətdən asılı vəziyyətdə olan qadınlara səhiyyə xidmətinin yaxşılaşdırılmasına kömək edən qeyri-dövlət qadın təşkilatlarının işinin dövlət tərəfindən dəstəklənməsinin mexanizminin işlənib hazırlanması.

5.5. Qadınların əməyindən istifadə edilməsi qadağan olunmuş iş yerlərinin milli xüsusiyyətlər nəzərə alınmaqla yeni (standarta uyğun) siyahılarının hazıralnması.

5.6. Qadınların iş yerində Azərbaycan respublikası Əmək Məcəlləsinin əməyi ilə bağlı maddələrinin icrasına nəzarətin gücləndirilməsi.

5.7. Tək qadınlar və ailə başçısı olan qadınlar probleminin öyrənilməsi və onlara müvafiq köməklik göstərilməsi üçün təkliflərin hazırlanması.

5.8. Hamilə və azyaşlı uşaqları olan qadınların əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı qanunvericiliyə eyni əlavələrin və güzəştlərin daxil edilməsinə dair təkliflər hazırlanıb Milli Məclisə təqdim edilsin.

6.Qadın və təhsil

6.1.Təhsillə bağlı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş maddələrə əsaslanaraq təhsilin bütün pillələrində gender fərqlərinin aradan qaldırılması.

6.2. Təhsilin idarə olunmasında, xüsusən kənd yerlərində qadınların bərabər hüquqlarla iştirakının təmin edilməsi.

6.3. Təhsil müəssisələrində “Gender problemləri” fənninin öyrənilməsinin təşkil edilməsi barədə təkliflərin hazırlanması.

6.4. Təhsildə gender amilini araşdırmaq üçün Təhsil Nazirliyi sistemində sosioloji tədqiqatlar çərçivəsində elmi mərkəzin yaradılması.

6.5.Qadınların (qızların) peşə və ixtisaslar əldə etməsində proporsionsllığa diqqət yetirilməsi.

6.6.Bəzi ucqar kəndlərdə qızların təhsildən kənarda qalmasının alınması.

7.Qadın və iqtisadiyyat.

7.1.Qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi.

7.2. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlara banklardan və müxtəlif beynalxalq yardım fondlarından zəmanətsiz, güzəştli,uzunmüddətli mikrokreditlərin verilməsi.

7.3.Sahabkarlıqla məşğul olmaq istəyən qadınlar üçün menecment, mühasibatlıq, mühasibat uçotu və s. sahələrdə təkmilləşdirmə kurslarının təşkil edilməsi.

7.4.Qadınlar arasında işsizliyin aradan qaldırılması məqsədi ilə reqional xalçaçılıq, meyvəçilik, baramaçılıq tərəvəzçilik və s.sahalərdə fermer təsərrüfatlarının yaradılması.

7.5. Sahibkar qadınların texniki və kommersiya əlaqələrininn genişləndirilməsinə, onların milli, regional və beynalxalq səviyyələrdə müştərək müəssisələr yaradılması təşəbbüslərinə köməklik göstərilməsi.

7.6.Əmək bazasına yenicə daxil olan gənc qadınların sosial iqtisadi sahə ilə əlaqədar peşə hazırlığının və yenidən hazırlanmasının təşkil edilməsi.

7.7.Qadınların məişət şəraitinin yaxşılaşdırılması və qadın əməyinin yüngünlləşdirilməsi üçün çeşidli xidmətlər göstərən ictimai-iaşə və ticarət şəbəkələrinin genişləndirilməsi.

8.Qadın və ətraf mühit.

8.1.Qadınlar arasında ekoloji biliklərin yayılması və ekoloji maarifləndirmə məqsədi ilə kütləvi informasiya vasitələrində, radio və televiziyada verilişlərin təşkil edilməsi.

8.2.Ətraf mühitin çirkləndirilməsi zamanı qadınların sağlamlığına təsirin araşdırılması və aradan qaldırılması üçün müvafiq tədbilərin görülməsi.

9.Cəmiyyətin idarə edil-məsi və qərarların qəbul edilməsində qadınların iştirakı.

9.1. Hakimiyyət orqanlarında və qərarların qəbul edilməsi işində qadınların qəbul edilməsi işində qadınların kişilərlə bərabər təmsil olunması ilə bağlı tədbirlər görülməsi.

9.2. Siyasi sahədə qadınların fəallığını artırmaq üçün onların siyasi partiyalarda təmsil olunmasının stimullaşdırılması və seçkilərdə qadın namizədlərin irəli sürülməsinə şərait yaradılması.

9.3.Məhkəmə sistemində qadınların rolunun artırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi.

9.4. İdarəetmədə, siyasətdə, məhkəmə sistemində xüsusi xidmətləri olan qadınlar haqqinda KİV ilə məlumatların yayılması.

9.5. Qadın (gender) problemləri ilə bağlı beynalxalq tədbirlərdə Azərbaycan qadınlarının iştirakının təmin edilməsi.

9.6. qadın mütəxəssislərin diplomatiya sahəsində daha geniş təmsil olunmasının təmin edilməsi.

9.7. Sosial, iqdisadi və ekoloji problemlərlə bağlı qərarların qəbul edilməsində qadınların iştirakının genişləndirilməsi. Yuxarıda qeyd edilən problemlərin həlli üçün hər şeydən əvvəl, dünyanın bütün ölkələrində gender bərəbərliyinin təmin olunması məqsədilə BMT və digər nüfuzlu beynalxalq təşkilatların qəbul etdiyi qərar və layihələr həyyata kecirilməlidir. Bu müasir sivilizasiyalı cəmiyyətin formalaşmasına və ölkədə Davamlı İnsan İnkişafına təkan verən başlıça amillərdən biri dəyərləndirilməlidir. Unutmaq olmaz ki, gender bərəbərliyinin təmin olunmadığı ölkə və reqionda

Davamlı İnsan İnkişafının tərəqqisinə nail olmaq qeyri mümkündür. Bu problemin həllinə nail olmuş ölkələr Davamlı İnsan İnkişafında da böyük uğurlar qazanacaqdır. Azərbaycanda Gender İnkişafı əmsalı ( GİƏ) ildən-ilə dinamik inkişafa malikdir (Şəkil 2.1).




Şəkil 2.1. Azərbaycanda gender inkişafının vəziyyəti.
GİƏ-nın ən yüksək göstəricisi Norveçdədir. Yüksək göstəricilər həmçinin Şimali Avrpoanın bəzi ölkələrində, ABŞ və Kanadada müşahidə edilir. Azərbaycanda bu əmsal yuxarıda adları çəkilən ölkələrdən az olsa da, bu göstəriciyə görə vəziyyət İtaliya, İspaniya, İsrail, Yunanıstan, Portuqaliya, Çexiya, Macarıstan və başqa ölkələrdə müşahidə olunan səviyyəyə yaxındır. Lakin Azərbaycanda bu göstəricinin daha da yüksəlməsi üçün şərait var və bu sahədə müvafiq siyasət həyata keçirilməkdədir.

Gender problemini həll etmək üçün Azərbaycan Respublikasında ardıcıl olaraq bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlər arasında hökumətin tərkibində Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, sonralar bu komitənin səlahiyyətləri genişləndirilməklə onun yeni dövlət strukturunun-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrilməsini göstərmək olar. Bununla yanaşı, Azərbaycanda gender problemləri ilə məşğul olan çox saylı qeyri-hökumət təşkilatları (QHT) fəaliyyət göstərir. Bir çox beynəlxalq təşkilatlar, ilk növbədə BMT-nin müxtəlif agentlikləri ölkədə gender problemlərinin həllinə yönəldilmiş siyasətin həyata keçirilməsinə maraq göstərirlər.

Azərbaycan Respublikasında dünyada ilk “İnsan İnkişafı və Davamlı Gəlir Əldə Edilməsinə Kömək” adlanan ictimai birlik qadınlar tərəfindən yaradılıb və rəsmi qeydiyyatdan keçirilib. Bu, davamlı insan inkişafının institutlaşmasına yönəldilmiş yeni addımdır və gender problemlərinin həllinə yönəldilmişdir.

Gender bərabərliyinə aid konvensiyalar və digər beynəlxalq sənədlər və burada Azərbaycanın iştirakının əsas beynəlxalq hüquqi sənədlər arasında BMT və Beynəlxalq Əmək Təşkilatının “eyni əməyə görə eyni ödəniş” prinsipinə əsaslanan Konvensiyasını (1951-ci il) göstərmək olar. Bu prinsip bir çox ölkələrin milli qanunlarında, o cümlədən Azərbaycan respublikasının qanunlarında da əksini tapmışdır. Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən gender bərabərliyinə yönəldilmiş beynəlxalq tədbirlərə qoşulub və bir çox saziş və təşəbbüslərin iştirakçısıdır. Azərbaycanın nümayəndə heyətləri gender inkişafına həsr olunmuş beynəlxalq tədbirlərdə mütəmade olaraq iştirak edirlər.

Beynəlxalq təşkilatlar gender inkişafına və bu sahədə mövcud olan qeyri-bərabərliyin aradan götürülməsinə daim diqqət yetirirlər. BMT-nin 2000-ci ilin iyununda keçirilən baş assambleyasının sessiyası məhz gender problemlərinə həsr edilmişdir. Toplantının əsas şüarı “Gender bərabərliyi: 21-ci əsar üçün inkişaf və sülh” olmuşdur. Sessiya, gender bərabərliyinin təmini üçün qadınlar və kişilər arasında mövcud olan bərabərsizliyin aradan qaldırılması istiqamətində əsas məqsədləri müəyyən etmişdir. Sessiiyada qəbul edilmiş qərara əsasən bu məqsədlərə aşağıdakılar aiddir:


  • Yoxsulluqla mübarizə. Bu sahədə bir sıra nailiyyətlər əldə edilməsinə baxmayaraq yoxsulluq sahəsində gender qeyri-bərabərliyi mövcuddur və yoxsulların 70%-ni qadınlar təşkil edir. Yoxsulluğun ümumiyyətlə və xüsusi ilə qadınlar arasında azaldılması davamlı insan inkişafı sahəsində ən mühüm problemlərdəndir;

  • Qadınların təhsil və təlimi. Bəzi ölkələrdə təhsil sahəsində gender qeyri-bərabərliyi mövcuddur və aradan qaldırılmalıdır. Qeyd etməliyik ki, Azərbaycan Respublikasında təhsil və təlimdə gender qeyri-bərabərliyi mövcud deyil;

  • Qadınların sağlamlığı. Bu sahədə bir sıra ölkələrdə gender bərabərsizliyi müşahidə olunmağına baxmayaraq qadınların orta ömür uzunluğu kişilərin ömür uzunluğundan, bir qayda olaraq çoxdur. Lakin buna baxmayaraq qadınların sağlamlıq problemləri mövcuddur və aradan qaldırılmalıdır.

BMT-nin baş asambleyasının sessiyası eyni zamanda bir sıra digər məsələləri müzakirə etmışdir. Bunların arasında qadınlara qarşı zorakılıq, qadınlar və hərbi münaqişələr, qadınlar və iqtisadi inkişaf və digər məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir. Habelə qadınlar və təbii mühit, qadın və mətbuat məsələlərinə dair təkliflər qəbul edilmişdir.

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
kafedrası


MÜHAZİRƏÇİ: DOSENT XƏLİLOV RAMİZ TALIB OĞLU
Mühazirə 8
MÖVZU:
DAVAMLI İNKİŞAFIN TƏRKİB HİSSƏLƏRİ-SOSİAL –İQTİSADİ TƏRKİBİ.
İNSAN İNKİŞAFINDA MANE OLAN AMİLLƏR: YOXSULLUQ.


Mühazirənin planı:



  1. YOXSULLUĞUN MAHİYYƏTİ.

  2. YOXSULLUQ GÖSTƏRİCİSİ, YOXSULLUQLA MÜBARİZƏDƏ BEYNƏLXALQ TƏŞKİLATLARIN ROLU.

ƏDƏBİYYAT SİYAHISI

    1. Əsgərov Ə.A., Hüseynov E.M., Hüseynov S.Y., Davamlı insan inkişafı. - Bakı, 2009. – 494 s.

2. Ələkbərov U.K. Davamlı insan inkişafı: Ali məktəblər üçün proqram və kursun qısa məzmunu.- Bakı: Təhsil, 2006-87s.

3. Xəlilov R.T., Zeynalov E.C., Vəliyev S.Ş. Davamlı insan inkişafı.-Gəncə, 2017.-346s.

GƏNCƏ 2017


  1. İnsan inkişafında mane olan amillər; yoxsulluq. Yoxsulluğun mahiyyəti.

Cəmiyyətdə gəlirlərin yüksəlməsi onun üzvlərinin imkanlarını genişləndirir. Bu isə insan inkişafı prosesinin davamlı olması üçün şərait yaradan ən vacib amillərdən biridir. Gəlirin yüksək olması istehlakın artması üçün şərait yaradır. İstehlakın artması isə istehsalın artmasına, yeni iş yerlərinin açılmasına təkan verir. Gəlirlərin aşağı səviyyədə olması isə əksinə, müxtəlif məhdudiyyətlər yaradır. Bu isə yoxsulluq əlaməti olsa da, onun yeganə təzahürü deyil.

Bir çox hallarda insanlar yoxsulluğu yaşayışın təmin edilməsi üçün maddi vəsaitin olmaması kimi qəbul edirlər, yəni yoxsulluq yalnız iqtisadi məhrumiyyət baxımından qiymətləndirilir. Maddi vəsaitin olmaması və yaxud çatışmaması həqiqətən yoxsulluğun səbəblərindən biridir. Lakin davamlı insan inkişafı baxımından maddi vəsaitin çatışmaması yoxsulluğun yalnız bir səbəbi və bir təzahürüdür. Əgər davamlı insan inkişafı onun imkanlarının, seçiminin genişləndirilməsi deməkdirsə, müasir anlama görə və beynəlxalq təşkilatların təklif etdiyi təriflərə əsasən, yoxsulluq, eyni zamanda, uzun, sağlam, yaradıcı və ləyaqətli həyat sürməkdən, həyat şəraitindən bəhrələnməkdən, sərbəstlik və azadlıqlardan və s. məhrum olmaq deməkdir. Yoxsulluğun xüsusiyyətlərinə aid biliklərə yiyələnməsi və səbəblərinin təhlili əsasında bu halla mübarizə etmək bacarığının artmasıdır. İlk növbədə yoxsulluğun səbəblərini bilməli və bu sahədə tarixən toplanmış təcrübə və müasir biliklərlə tanış olmalıdırlar. Məqsəd yoxsulluğun müxtəlif təzahürlərinin təhlili əsasında bu prosesin qarşısının alınması yollarına aid bilik və bacarığa yiyələndirməkdir.

Cəmiyyət tarixən yoxsulluqla mübarizə və əsasən iqtisadi yoxsulluğun səviyyəsinin azaldılması üçün müxtəlif tədbirlər təklif olunub. Buna misal olaraq müxtəlif dinlərdə yoxsulluq ilə mübarizə üçün təklilər olunmuşdur. İslam dinində bunların təzahürü kimi zəkat, fitrə və s. göstərmək olar. Yəhudi, xristian və digər dinlərdə də yoxsullara köməyin müxtəlif yolları təbliğ olunur.

Müasir anlamda iqtisadi yoxsulluqla mübarizənin əsası Şimali Amerika və Avropada 19-cu əsrdə qoyulmuşdur. Bu mübarizə çərçivəsində iqtisadi və sosial təminatlar sahəsində müxtəlif islahatlar həyata keçirilmişdir. Aparılan islahat və tədbirlər nəticəsində həmin ölkələrdə yoxsulluğun səviyyəsi kəskin surətdə azalmışdır. Son 50 ildə yoxsulluq ilə mübarizə və onun azalma surəti əvvəlki 500 illə müqayisədə daha səmərəli olmuşdur. Bunu yoxsulluğun bir təzahürü olan uşaq ölümünün azalması misalında göstərmək olar. Məsələn, son 25 ildə uşaq ölümü Omanda 91%, Çində 86%, Səudiyyə Ərəbistanda 82%, Kubada 81% azalmışdır. Eyni zamanda məktəbə getməyən məktəb-yaşlı uşaqların sayı da həmin dövrdə 2 dəfə azalmışdır. Bizim ölkədə də uşaq ölümü kəskin surətdə azalmışdır. Yoxsulluğun vəziyyəti və azaldılma strategiyasının əsas prinsipləri şəkil 1.1.-də verilmişdir.



Şəkil 1.1. Yoxsulluğun vəziyyəti, qiymətləndirmə əmsalları və azaldılma strategiyasının əsas prinsipləri.
Yoxsulluq ilə mübarizədə nailiyyətlərin olmasına baxmayaraq, mövcud olan məlumatlara görə bir çox ölkələrdə əhalinin ən azı 25%-i yoxsulluq şəraitində yaşayır. Yoxsulluq ən çox Asiya və Afrika qitələrinin müəyyən ərazilərində müşahidə olunur. Burada yoxsulların sayı 1.5 milyarda yaxındır. Ölkəmizdə yoxsulluq ilə mübarizə xüsusi dövlət proqramı əsasında həyata keçirilir. Görülən tədbirlər nəticəsində yoxsulluq ölkədə nəzərə çarpan dərəcədə azalmışdır.

Yoxsulluğun bəzi xüsusiyyətləri məlumdur. Birincisi, yoxsulluqdan xüsusi ilə əziyyət çəkən qrupların mövcudluğu. Bu qruplara uşaqlar da aiddir. Yoxsulluq uşaqları böyümək və inkişaf etmək, qidalanmaq imkanından məhrum edir. Nəticə olaraq bir sıra xəstəliklər meydana gəlir, sağlamlıq göstəriciləri aşağı düşür. Kəmiyyət və keyfiyyət baxımandan qeyri-qənaətbəxş qidalanma uşaqların təhsil alma qabiliyyətinə mənfi təsir göstərir. İkincisi, yoxsulluqdan əziyyət çəkən yaşlılar qrupudur. Bəzi ölkələrdə yaşlılar ömürlərinin son illərini yoxsulluq səbəbindən gərgin keçirirlər.

Yoxsulluğun bu təzahürünə mütləq yoxsulluq da deyirlər. Yoxsulluq təkcə yaşamaq üçün vəsaitin yetərsizliyi deyil. Yoxsulluq təkcə məişət yoxsulluğu və ya mütləq yoxsulluq demək də deyil. Mütləq yoxsulluqla yanaşı digər məhrumiyyətlərlə bağlı yoxsulluqda mövcuddur. Yoxsulluq ilk növbədə hər bir şəxsin iqtisadiyyat, səhiyyə, təhsil, vətəndaş və siyasi hüquqlarını həyata keçirmək imkanlarından tam və ya qismən məhrum olması deməkdir. Yoxsulluq insanın imkanlarının məhdudlaşdırılması deməkdir. Bəzi ölkələrdə internetdən və peyk antenasından istifadə edilməsinə qoyulan qadağanlar və məhdudiyyətlər buna misal ola bilər. Bu o deməkdir ki, ölkə vətəndaşı müvafiq məlumat almaqdan məhrumdur və həmin səbəbdən də yoxsul hesab edilir.
Yoxsulluğu yaradan səbələr.

Yoxsulluq qarşılıqlı əlaqədə olan müxtəlif səbəblər nəticəsində yaranır. Bu səbəblər aşağıdakı kimi qruplaşdırılır:



  • Iqtisadi (işsizliklə, sosial qeyri bərabərlik, o cümlədən aşağı əmək haqqının olması, əmək məhsuldarlığının aşağı olması, sahənin rəqabət gücünün olmaması);

  • Sosial –tibbi (ələllik, qocalıq, xəstələnmə səviyyəsinin yüksək olması;

  • Demoqrafik (tam olmayan ailələr, ailədə himayədə olanların çox olması, əhali çox artması);

  • Təhsil-ixtisas (təhsil səviyyəsinin aşağı olması, peşakar hazırlığın kifayət etməməsi);

  • Siyasi (hərbi münaqişələr, məcburi köçmələr);

  • Regional –coğrafi (regionların qeyri-bərabər inkişafı);

  • Dini –fəlsəfi və psixoloji (zahidliyin həyat tərzi okması, düşgünlük);

Beynəlxalq humanitar təşkilat olan “Oksfam” ekspertlərinin fikrincə 2010-cu ildən yoxsulluğun artmasına aşağıdakılar səbəbdir:

  • Varlıların vergidən yayınması;

  • Fəhlələrin əmək haqqının azadılması;

  • Minimal və maksimal əmək haqları arasındakı fərqin artması;

FAO-nun məlumatına görə 2010 -2014 cü illərdə aclıq çəkənlərin sayı 805 mln olmuşdur. Hər 9 nəfərdən biri aclıq çəkir gündə 1000 khal qəbul edir.

2 mld insan xroniki aclıq çəkir-1000...1800khal qəbul edir. Norma 2400...2500 khal-dir.

Bir çox ölkələrin istehlak etdiyi ərzaq öz ölkələrinin ehtiyatlarından dəfələrlə artıqdır: BƏƏ- 12 dəfə, Yaponya -7 dəfə, Çin – 22 dəfə, 2.5-3 mld insan yoxsuldur. (Gəliri gundə 2$-dan az ) 1-1.2mld insan ən yoxsul (Gəliri 1$-dan az). Dünya əhalisinin 40...48%-i yoxsul

16...19%-i ən yoxsul.

Çində və Hindistanda ən yoxsulların sayı azalmağa Afrikada artmağa meyl edir.

Yoxsulluq artır və ya azalır aşağıdakı şərtlərə görə:

Ölkə hansı sosial- iqtisadi sistemi seçib. 5səbəb sosial vəziyyətə görə düşür:

1. Siyasi determinizm –SSRİ- dağılması düzgün dövlət siyasətinin olmaması.

2. Kriminallılıq- cinayətkarlıqıa (oğurluq, zor tətbiqi, rüşvət, banditlik və s.)

3. Bəxti gətirməmək ( Fatal) – xəstəlik əlillik, ailədə pis tərbiyə alması, tale .

4. Şəxsi günahı üzündən –sərxoşluq, narkomaniya, toksikomaniya, pozğunluq.

5. Sosial təcrid olma- sosial normalara tabe olmamaq, avaralıq, cəmiyyətdən qopma, ailə və yaxınları ilə əlaqəni kəsmə, işsizlik, imansızlıq.

Qruplar;

1. Mütləq kasıblar- Xroniki doymamazlıq (aclıq)

2. Orta kasıblar- Yeməyi var. Paltar və ayaqqabısı təzələnmir. Müalicəyə istirahətə pulu çatmır.

3. Təminatsızlar- mötədil yoxsullar minimum var. Kifayət qədər deyil. Dolanışıq minimumu adam başına illik gəlir.

1mld insan etibarlı su mənbəsindən istifadə imkanı yoxdur.

20 l su hər gün 1 insana lazımdır.

1981-1990 beynəlxalq içməli su təminatı bu müddətdə 1.3 mlrd insanın su mənbəindən istifadəyə imkan yaranmışdır.

Səbəb sudan səmərəli istifadə edilməməsi onun çirklənməsi.

BMT Baş Assambleyası 2003-cü ili Beynəlxalq içməli su ili elan etmişdi. 2005-2015 ci ili “Su həyat üçün”onilliyi elan olunmuşdur.


SANİTARİYA

2006-cı il məruzəsində qeyd olunur ki, 2.6 mlrd insan sanitariya xidmətindən kənarda qalmışdır.

2002 Yohannesburq samitində 2025-ci ilə bütün kənd yerlərində əhalinin sanitar- gigiyena tədbirləri ilə əhatə olunması nəzərdə tutulmuşdur. 2008-ci il isə Beynəlxalq Sanitariya ili olmuşdur.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə