Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası


Cədvəl 1.4 Eyni iqtisadi göstəricilər müxtəlif İnsan İnkişafı



Yüklə 0,85 Mb.
səhifə11/11
tarix17.09.2017
ölçüsü0,85 Mb.
#566
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

Cədvəl 1.4

Eyni iqtisadi göstəricilər müxtəlif İnsan İnkişafı


Ölkə

Adambaşına düşən Milli

gəlir (ABŞ dolları ilə)



İnsan İnkişafı üzrə

dünyada tutduğu yer



Əhalinin təhsil səviyyəsi,%

Norveç

29620

1

98, 0

Birləşmiş Ərəb Əmirlikləri

20530

48

76, 7

İsrail

19790

22

95, 1

Qətər

19844

44

81, 0

Bolqarıstan

6890

57

98, 5

Botsvana

7820

125

78, 1

Azərbaycan

3090

89

98, 0

Mərakeş

3600

126

49, 8

Türkiyə

5890

96

70, 1

Özbəkistan

2460

101

99, 2

Moldova

2150

108

99, 0



Cədvəl 1.5

İnsan İnkişafının göstəriciləri


Qruplar

İnsan İnkişafı göstəriciləri

İnsan İnkişafının inteqral qiymətləndirilməsi üçün göstəricilər

- İnsan İnkişafı Əmsalı- İİƏ

- Gender amili nəzərə alınmaqla inkişaf əmsalı indeksi – GİƏ



-Qadınların imkanlarının genişləndirilməsi göstəricisi – QİGG

- Əhalinin yoxsulluq əmsalı indeksi – ƏYƏ-1, ƏYƏ - 2

İnsan İnkişafının əsas -inteqral qiymətləndiril-məsini xarakterizə edən göstəricilər

- Doğum zamanı gözlənilən ömür müddəti, əhalinin ölümü;

- Əhalinin sağlamlığını və səhiyyə sistemini xarakterizə edən göstərici;

- Əhalinin təhsil səviyyəsini və təhsil sistemini xarakterizə edən göstərici;

- Məhz bir nəfər üçün gəlirlərin istehsalı, paylanması və istifadəsi,

gəlirlərin qeyri-bərabərliyi, gəlirlərə görə yoxsulluq.


İnsan İnkişafının digər aspektlərini xarakterizə edən göstəricilər

- Demoqrafik inkişaf;

- Əmək resursları, məşğulluq, işsizlik, sosial yardım, sosial infrastrukturlar

- Mənzil və kommunukasiya göstəriciləri;

- İctimai azadlıq: söz, təsirlər, siyasi prosesdə iştirak etmə;

- Urbanizasiya prosesi, təbii resurslardan isyifadə, enerji məsrəfi;

- Ətraf mühitdən istifadə, ona təsirin vəziyyəti və qorunması;

- Sosial sferaya qoyulan investisiyalar, kömök axını, resursların kənara

çıxarılması, disporporsiya( qeyri- mütanasiblik);

- İnsan inkişafı baxımından milli hesablar




2.Təhsil, sağlamlıq və iqtisadi göstəricilər
İnkişafın nə dərəcədə uğurlu olması, onun davamlı xarakter daşıması və insanın rifahının yaxşılaşdırılmasına yönəldilməsi xüsusi göstəricilər əsasında müvafiq düsturlarla hesablanmış əmsallarla qiymətləndirilir. Bütün bu əmsalların hesablanması sağlamlıq, savadlılıq, təhsil səviyyəsi və iqtisadi imkanları əks etdirən göstəricilərin istifadəsini nəzərdə tutur. Belə yanaşma tamamıilə əsaslıdır. Əgər ölkənin iqtisadi imkanları varsa və aparılan siyasət gəlirlərin ədalətlə bölünməsinə və sosial proqramların həyata keçirilməsinə xidmət edirsə, bu halda həmin ölkənin vətəndaşları sağlam və savadlı olmalıdırlar.

Davamlı insan inkişafını qiymətləndirmək üçün bir neçə əmsal qəbul edilmişdir. Onlardan ən ümumiləşdirilmişi İnsan İnkişaf Əmsalıdır (İİƏ).

İnsan İnkişaf Əmsalı ölkə, onun ayrıca bölgələri və yaxud bir qrup ölkələr üçün hesablanır. İnsan İnkişaf Əmsalı ölkə əhalisinin bir hissəsi üçün, məsələn, qaçqın və köçkünlər, ayrıca etnik, yaxud irqi və dini qruplar üçün də hesablana bilər. Əmsalın hesablanması zamanı sağlamlıq, təhsil və iqtisadi göstəricilər nəzərə alınır. Sağlamlıq göstəricisi kimi uzunömürlülük və bir yaşına qədər olan körpələr arasında ölüm halları nəzərə alınır. İqtisadi imkanları olan və bu imkanları insan rifahının yaxşılaşdırılma-sına yönəldilmiş siyasəti həyata keçirən ölkələrdə ömür uzun, uşaq ölümü isə aşağı səviyyədə olmalıdır. Dərc edilmiş məlumatlara əsasən orta ömür bəzi Afrika və Asiya ölkələrində 40 ildən bir qədər çox olduğu halda, bir çox inkişaf etmiş ölkələrdə bu rəqəm 2 dəfəyə qədər artıq ola bilir. Belə ölkələrə Yaponiya, Şimali Avropa ölkəələri, ABŞ, Kanada aiddir. Azərbaycan Respublikasında orta ömür müddəti 71,9 ildir və bu göstərici kifayət dərəcədə yüksəkdir. Lakin Azərbaycanda mövcud olan ənənəvi uzunömürlülük, aparılan iqtisadi və sosial islahatlar bu göstəricinin artması üçün şərait yaradır. Uşaq ölümünə gəldikdə isə dünyada hər 1000 doğulmuş uşaqdan ölənlərin sayı 4-dən (Norveç)- 190 arasında (bəzi Afrika ölkələri) dəyişə bilər.

Davamlı insan inkişafını qiymətləndirəndə digər sağlamlıq göstəriciləri də nəzərə alınır ki, onlar əsas etibarı ilə insan inkişafını məhdudlaşdıran yoxsulluğun səviyyəsini müəyyən edərkən istifadə olunur. Bu göstəricilər arasında təmiz içməli suya əli çatmayan əhalinin faizi də mövcuddur. Sağlamlıq göstəricisi olmasa da içməli suyun keyfiyyəti sağlamlığa təsir göstərən və uzunömürlülük ilə əlaqəsi olan bir amildir. Göstərilən səbəbdən təmiz su ilə təmin edilmə məsələsi tibbi təhlükəsizlik kateqoriyasına aid edilir. Digər sağlamlıq göstəriciləri kimi 5 yaşına qədər olan uşaqlarda çəkidə və boyda geriləmələr təqdim edilə bilər. Bu göstəricilər də yoxsulluğun səviyyəsini müəyyən edərkən istifadə olunur. Aşağı çəki və boy, tibbi baxımdan, qidalanmanın kəmiyyəti və keyfiyyətinin kifayət qədər olmaması ilə səciyyələndirilir. Bu isə insan potensialının formalaşmasına, davamlı insan inkişafına mənfi təsir göstərir.

Davamlı insan inkişafını səciyyələndirən sağlamlıq ilə əlaqədə olan digər göstərici ilkin tibbi xidmətlərə əli çatmayan əhalidir. Təəssüf ki, dünyada bu kateqoriyaya aid olan əhaliyə bəzi ölkələrdə rast gəlinir. Bu göstərici adətən inkişafda olan ölkələrdə yoxsulluğun səviyyəsinin müəyyən edilməsi zamanı nəzərə alınır.

Davamlı və insana yönəldilmiş inkişafın qiymətləndirilməsində və idarə edilməsində istifadə olunan təhsil göstəriciləri biliyə əsaslanan tərəqqinin ən vacib amilləriindən biri kimi İnsan İnkişafı Əmsalının hesablanmasında 2 təhsil göstəricisi nəzərə alınır. Birincisi ölkə vətəndaşlarının orta hesabla neçə illik təhsilə malik olmasıdır. İkincisi isə 6-23 yaşlı əhalinin neçə faizinin təhsil aldığını bildirir. Bu iki göstəricinin əsasında xüsusi düsturla təhsil əmsalı hesablanır. Bilik və onun əsasını təşkil edən təhsilin davamlı inkişafın vacib amilləri olması tələbələrin diqqətinə çatdırılır. Bilik və bacarığın şəxsi kariyera qurmaqda mühüm əhəmiyyət kəsb etdiyi tələbələrlə müzakirə edilir və bu yolla onların yeni bilik almaq üçün motivasiyası artırılır.

Davamlı inkişafın daimi yeniləşən biliklərlə əlaqəsini və asılığını nəzərə alaraq, son illərdə fasiləsiz təhsilin əhəmiyyəti artmaqdadır. Lakin hazırda fasilə-siz təhsili səciyyələndirən kəmiyyət vahidi təklif edilməyib. Bu səbəbdən bu göstərici İnsan İnkişafı Əmsalının hesablanmasında istifadə olunmasa da, bu prosesin qiymətləndirilməsində istifadə oluna bilər.

Təhsil ilə əlaqədar davamlı insan inkişafının qiymətləndirilməsində savadsızlıq göstəriciləri də vardır ki, onlar əsasən yoxsulluğun səviyyəsini müəyyən edərkən nəzərə alınır. Müasir təsnifata görə 2 növ savadsızlıq var. Birincisi ümumi savadsızlıqdır ki, hər hansı fərdin yazıb-oxuya bilməməsini səciyyələndirir. Qəbul olunmuş təsnifata görə ümumi savadsızlıqla yanaşı funksional savadsızlıq anlayışı da mövcuddur. Bu zaman funksional savadı olmayan fərdlər müəyyən yazılı mətnləri oxuya bilsələr də bəzi hallarda onun mahiyyətini dərk etməkdə çətinlik çəkir və yazılı təlimatlardan istifadə edə bilmirlər. Funksional savadın olub-olmaması xüsusi beynəlxalq səviyyədə qəbul edilmiş testlər vasitəsi ilə müəyyən edilir. Təhsil alan dövrdə tədris edilən fənlərə diqqət yetirilmədiyi halda ali təhsil alması barəsində sənədi olanlar arasında da funksional savadı aşağı olanlara rast gəlmək olur. Bunlara peşə mətnlərini tam dərk etməyən və tədris aldığı sahədə düzgün mütəxəssis qərarı qəbul edə bilməyənlər aiddir. Belə şəxslərin ciddi layihələrdən və müvafiq peşəkarlıq tələb edən fəaliyyətdən kənarlaşdırılması adətən attestasiya vasitəsi ilə həyata keçirilir.

İnsan İnkişafı Əmsalının hesablanması zamanı istifadə olunan ən əsas iqtisadi göstərici ölkədə adam başına düşən gəlirin miqdarıdır. Bu, adətən, adambaşına ümumdaxili məhsul (ÜDM) kimi göstərilir. Ölkələr arasında müqayisə aparmaq və olan fərqləri mmüəyyən etmək üçün beynəlxalq təcrübədə bu gəlirlərin bütün ölkələr üçün ABŞ dollarında göstərilməsi qəbul olunub. Lakin, məlum olduğu kimi, müxtəlif ölkələrdə dolların alıcılıq qabiliyyəti müxtəlifdir. Məsələn, orta hesabla bəzi Afrika və və Asiya ölkələrində bir ABŞ dollarına başa gələn hansısa mal və ya xidmət Şərqi Avropada təxminən 4 dollara, ABŞ-da 15 dollara, Qərbi Avropada isə 20 dollara başa gəlir. Şübhəsiz ki, belə bir şəraitdə müxtəlif ölkələrdə mövcud olan adambaşına düşən gəlirlər müqayisə edilə bilməz. Bu ziddiyəti aradan qaldırmaq üçün Dünya Bankı tərəfindən dünya üzrə xüsusi tədqiqatlar aparılır. Belə tədqiqatlar zamanı müxtəlif ölkələrdə 300-dən çox ərzaq və sənaye malların, xidmətlərin qiymətləri müqayisə edilir. Belə müqayisələr hər il və yaxud 2-3 ildən bir aparılır. Tədqiqatlar nəticəsində hər ölkə üçün alıcılıq qabiliyyətini nəzərə alan xüsusi əmsal müəyyən edilir. Bu əmsal alıcılıq qabiliyyətini əks etdirir və Alıcılıq Qabiliyyəti Pariteti (AQP) adlandırılır. Bu əmsalın istifadəsi ilə hər ölkə üçün real adambaşına gəlir müəyyən edilir. Müvafiq informasiya mənbələrində bu məlumat “adambaşına gəlir ABŞ dolları və AQP nəzərə almaqla” kimi verilir. Bundan sonra ölkələr arasında müqayisələr aparmaq üçün real imkanlar yaranır. İnsan inkişafına aid hər hansı əmsalın hesablanması zamanı gəlirlərin səviyyəsi ancaq AQP nəzərə alınmaqla aparılır. İkinci geniş istifadə olunan iqtisadi göstərici yoxsulluq həddindən aşağı yaşayan əhalinin faizidir. Bu göstərici adətən yoxsulluğun səviyyəsini müəyyən edərkən istifadə olunur.

Beləliklə, sadalanan sağlamlıq, təhsil və gəlir göstəriciləri əsasında insan inkişafını səciyyələndirən müxtəlif əmsallar hesablanır. Bu göstəricilər inkişaf prosesinin planlaşdırılması və davamlı idarə edilməsi üçün vacib amildir. İnsan İnkişafı Əmsalı ilə yanaşı davamlı inkişafı səciyyələndirən bir sıra digər əmsallar da müəyyən edilir. Onların hesablanması müxtəlif yollarla həyata keçirilsə də, vəziyyəti qiymətləndirmək hər zaman təhsil, savad və gəlirin göstəricilərinə əsaslanır.





  1. Davamlı insan inkişafı göstəricisi

Hər hansı bir ölkənin davamlı inkişaf sahəsində əldə etdiyi nailiyyətlər təkcə onun iqtisadi vəziyyətindən asılı deyil. Bu proses, eyni zamanda, insan potensialının formalaşmasına yönəldilmiş siyasətin aparılmasından da asılıdır. Məsələn, insan inkişafı üzrə dünyada ən yüksək nailiyyətlər əldə etmiş biri olan İslandiyada adambaşına düşən ümumdaxili məhsul digər bir ölkə: Lüksenburqdan iki dəfə azdır. Buna baxmayaraq, ümumdünya reytinqində İslandiyanın tutduğu yer daha yüksəkdir. İslandiya ilə Avstriyanın adambaşına düşən ümumi daxili məhsulu təxminən eyni həcmdədir. Buna baxmayaraq, dünya reytinqində İslandiya 2-ci, Avstriya isə 17-cidir. Bu o deməkdir ki, onların iqtisadi imkanları təxminən eyni olduğuna baxmayaraq, İslandiyada milli gəlir əhali arasında daha ədalətli bölünür və bütün cəmiyyətə daha səmərəli xidmət edir. Davamlı insan inkişafı göstəricilərinə görə dünyada birinci yeri isə Norveç tutur.

Yuxarıda müqayisə edilən hər iki ölkə iqtisadi baxımda yüksək inkişaf etmiş və yüksək ümumdaxili məhsula malikdir. Lakin bu qanuna uyğunluq gəlir səviyyəsi müxtəlif olan ölkələr arasında da müşahidə olunur. Məsələn, Ekvatorial Qvineyada adambaşına düşən orta gəlir 20 min ABŞ dollarına yaxındır. Lakin bu gəlirin Qeyri-bərabər paylanması və sosial məsələlərə kifayət qədər diqqət olmaması üzündən bu ölkə 177 ölkə arasında 121-ci yerdədir. Təxminən eyni həcimdə milli gəlirə malik olan Sloveniya və Katar isə ümumdünya reytinqində, müvafiq olaraq, 26-cı və 40-cı yerləri tutur. Bu onu göstərir ki, bu iki ölkə davamlı inkişafın təmin edilməsi sahəsindəki siyasəti Ekvatorial Qvineyaya nisbətən daha uğurla həyata keçirir. Azərbaycan da bir sıra eyni iqtisadi imkanlara malik olan ölkələri davamlı insan inkişafı göstəricilərinə görə qabaqlayır. Ölkələrdə son illərdə müşahidə olunan iqtisadi artım davamlı insan inkişafı göstəricilərinin daha da yüksəlməsi üçün şərait yaradır.

İqtisadi imkanlar, adambaşına düşən yüksək gəlir davamlı insan inkişafını təmin edən vacib şərtlərdən biridir. Bu amil insan potensialının inkişafı üçün vacib olsa da, bu prosesi həyata keçirmək üçün kifayət deyil. Yüksək inkişafa nail olmaq və vətəndaşların rifahını təmin etmək üçün həmin gəlirlərin səmərəli istifadəsi, ədalətli bölünməsi vacib şərtlərdəndir. Həmçinin buna nail olmaq üçün davamlı insan inkişafını mərkəzə qoyan siyasətin həyata keçirilməsi təmin edilməlidir. Belə siyasətin aparılması “gələcəksiz inkişafın” və “bərabərsizliklə müşahidə olunan inkişafın” qarşısının alınmasını təmin edir.




  1. Göstəricilərin hesabat metodikası

İnsan İnkişafının göstəriciləri BMT tərəfindən qəbul edilmiş müvafiq düsturlarla hesablanır. İnsan İnkişafı Əmsalı (İİƏ) orta arifmetik göstərici kimi 3 digər indeksin - Doğum zamanı orta gözlənilən ömür müddəti, təhsil səviyyəsi və əhalinin hər bir nəfərinə düşən gəlir əsasında hesablanır. Əmsalların hesablanmasında nəzərə alınan 4 əsas göstərici aşağıdakı tərəddüd həddində olmalıdır (cədvəl 4.1).



Cədvəl 4.1

İİƏ hesablanmasında nəzərə alınan 4 əsas göstərici

Gцstəricilər

Minimum

Maksimum

Doğum zamanı orta ömür müddəti (il)

25

85

Yaşlı əhalinin savadlılıq səviyyəsi (%-lə)

0

100

5-24 yaşda cəmi oxuyanların payı(%-lə)

0

100

Əhalinin hər bir nəfəri üçün cari daxili məhsul

( alıcılıq pariteti üzrə), ABŞ dolları



100

400

Həmin göstəricilər əsasında aşağıdakı düsturla əmsallar hesablanır:

Ə

BMT İnkişaf proqramının 1993 –cü il geçen hesabatında gəlir Əmsalının hesablanması üçün aşağıdakı düsturdan istifadə olunması qəbul edilmişdir:



Ə

Tutaq ki, cədvəldəki 4 əsas göstəricilər aşağıdaki kimidir:



Göstəricilər

Miqdar (kəmiyyət)

Doğum zamanı orta ömür müddəti (il)

65,7

Yaşlı əhalinin savadlılıq səviyyəsi (%-lə)

99,5

5-24 yaşda cəmi oxuyanların payı(%-lə)

82,5

Əhalinin hər bir nəfəri üçün cari daxili məhsul

( alıcılıq pariteti üzrə), ABŞ dolları



6780

Onda yuxarıdakı düstura əsasən 1-ci göstəricinin (orta ömür müddəti) əmsalı aşağıdaki kimi olacaqdır:

Ə =


2-ci göstəricinin əmsalı (yaşlı əhalinin savadlılıq göstəricisi) O,995 təşkil edir.

Ə =


3-cü göstərici (5-24 yaşında cəmi oxuyanların sayı) 2-ci göstəricinin əmsalı nəzərə alınmaqla hesablanır:

Ə =


Buradakı 2 və 3 rəqəmləri müvafiq olaraq 5 (2-ci pillə) və 24 (3-cü pillə) yaşında olanların sayını, 0,995 rəqəmi isə 2-ci göstəricini (yaşlı əhalinin savadlılılıq səviyyəsini) göstərir.

Əhalinin hər bir nəfərinə düşən ümumdaxıli məhsul - ÜDM (alıcılıq pariteti üzrə) əmsalı aşağıdakı kimi olacaqdır:

ÜDMƏ=

Sonra yuxarıdakı 3 əsas göstəricinin (orta ömür



müddəti, əhalinin savadlılılıq dərəcəsi və hər bir nəfər

üçün daxılı məhsul) əsasında İİƏ təyin olunur:

İİƏ=

Burada göstərilən İİƏ BMT tərəfindən Qazaxstan Respublikası üzrə hesablanmışdır. Lakin İİƏ-nin təyin olunması üçün Dünyanın bütün ölkələrində yuxarıdakı düsturlardan istifadə olunur. Düsturlar isə yalnız BMT tərəfindən qəbul və tövsiyə edilmişdir.



Gender amili nəzərə alınmaqla İİƏ-nin hesablanması. Ölkədə insanların müxtəlif qrupları ( şəhər, kənd, qəsəbə, region, insanların müxtəlif sosial sinif, etnik qrup və cins) arasında İİ səviyyəsi müxtəlif ola bilər. Gender əmsalı nəzərə alınmaqla İİƏ-nin hesablanması zamanı bu yuxarıdakı düsturlardan istifadə olunur. Lakin onların əsas fərqi bir ölkə üçün əhalinin orta ömür müddəti, təhsil səviyyəsi və gəliri üzrə əmsallar qadın və kişilər arasında mövcud olan fərqlər əsasında hesablanır. Bu baxımdan həmin fərqləri təyin etmək məqsədilə orta majorrantlıq qaydasına əsasən orta dərəcə göstəricisindən istifadə edilir. Gənder amili nəzərə alınmaqla İİ-ni hesablamaq üçün S.Anand və V.Senom aşağıdakı ümumi düsturdan istifadə etməyi təklif etmişlər:

İ= dj x İj1-E + dm x İm1-E/ (1-E)

Burada:

dj və dm - əhalinin ümumi sayında qadın və kişilərin payı;



İj və İm1 - qadın və kişilər üçün müvafiq əmsallar;

( 1- E ) - orta dərəcə göstəricidir.

Ayri-ayrı hesablamalarda ( orta dərəcə göstəricisi 1 – E ) müxtəıif növlü orta böyüklük alınır:

E = 0 – orta riyazi;

E-1 - orta həndəsi;

E =2 – orta harmonik əmsadır.

Insan İnkişafı haqqındakı beynəlxalq məruzələrdə E- nin ölçülmə parametri 2 ( “qeyri-bərabərliyə kəskin münasibət”) qəbul edilir. Müəyyən olunmuşdur ki, qadınlar kişilərə nisbətən çox yaşayır. Belə ki, Qadınlarda maksimal ümür müddəti 87,5, minimal isə 27,5 il, kişilərdə bu göstərici müvafiq olaraq 82,5 və 22,% il qəbul edilmişdir.

Orta ümür müddətinin bərabər paylanan əmsalı ( E=2 ölçü parametrinin tətbiqi ilə) aşağıdakı düsturla təyin olunur:

İ =

Burada : dj və dm - əhalinin ümumi sayında qadın və kişilərin payını, İnjj və İnjm – müvafiq olaraq qadın və kişinin uzunömürlülük əmsalılnı göstərir.



Qadınların payına düşən əmək haqqı ödənişi ( Sj) bu düsturla təyin olunur:

Sj =

Burada dэаj dэам – müvafiq olaraq qadın və kişilərin iqtisadi fəal əhalinin ümumi miqdarında payını;

Iλnj – qadınların orta əmək haqqı əmsalının kişilərin orta əmək haqqına olan nisbətini göstərir.

Əhalinin cinsi – yaş strukturunu nəzərə alaraq bir nəfər qadına və bir nəfər kişiyə düşən ümumdaxili məhsulu ( ÜDM) təyin etmək ola:

;

,



Burada ÜDM, ÜDMj, ÜDMm – müvafiq olaraq əhalinin hər nəfərinə, bir nəfər qadına və bir nəfər kişiyə düşən ÜDM-in həcmini göstərir.Qadınların imkanlarının genişləndirilməsi göstəricisi (QİGG) – təyin edilərkənqadın və kişilərin ölkənin siyasi və iqtisadi sferalarında fəaliyyətinin nisbətinə istinad edilməklə, əsasən 3 göstərici hesabanır:

1. İnzibati və idarəetmə iələrində vəzifədə olanlar

2. Mütəxəssis vəzifəsində işləyən və texniki əməkdaşların arasında qadın və kişilərin faizlə payı.

3. Ölkədə siyasi qərarların qəbulunda iştirak etmək məqsədilə parlamentdə təmsil olunan və vəzifə tutan qadın və kişilərin payı.

Bu kateqoriyadan olan işçilərin əhalinin ümumi sayındakı nisbəti müxtəlif olduğuna görə əvvəl-cə bütün kateqoriyalar üzrə hesablama aparılır, sonra isə onlar toplanaraq yekun rəqəm əldə edilir.
Əvvəlcə hər iki cins üçün bərabər paylanma zamanı ekvivalent faiz ( BPEF ) təyin olunur.

Burada : dj və dm – müvafiq olaraq qadın və kişilərin əhalinin ümumi saylndakı payı;

Dij və dim – hər üç göstərici üzrə müevafiq olaraq qadın və kişilərin gəlir payıdır. Sonra hər bir göstərici üçün BREF 50%-ə bölünməklə indeksasiya aparılır. Hər bir qrup gpstərici üçün ( qadın və kişilərin iqtisadi fəaliyyətdə iştirakı və iqtisadi qərarların qəbul edilməsində imkanları, siyasi həyatda iştirakı və qərarların qəbulunda imkanları və iqtisadi resurslar üzrə göstərişvermə bacarığı) hesablan-mış əmsallar toplanmaqla QİÇÇ- təyin olunur.

Əhalinin yoxsulluq əmsalı (ƏYƏ-1, ƏYƏ-2) 1997-ci ildə BMT İnsan İnkişafına dair Məruzə-sində qəbul edilmişdir. İnkişaf etməkdə olan ölkələr üçün ƏYƏ-1, inkişaf etmiş ölkələr ücün isə ƏYƏ-2 nin hesablanması qərara alınmışdır. Həmin əmsal 3 əsas göstərici üzrə hesablanır:

- uzunömürlük:

- bilik


- həyatın adekvat səviyyəsi.

ƏYƏ-1 aşağıdakı düsturla hesablanır:

ƏYƏ-1 = P(d) =

Burada: P (d) – indekslərin məcmusu (diqər 3 indeksin orta hesabı): a (alfa)-göstəricilərin sıfır dəykənliyinə,yəni sonsuzluğa bərabər olduğu qiyməti

P1-60 Yaşına çatmağa imkanı olmayan əhalinin faizi:

P2-yaşlı funksional savadsız əhalinin faizlərinin nisbəti;

P3-Əhalinin ölkədə hər bir nəfərə düşən orta gəlirdən 50% az gəlirə malik olan hissəsinin %-lə miqdarıdır.

ƏYƏ-1 hesablanarkən a=3 giyməti nəzərə alınır. Sxem 6



İnkişaf etməkdə olan ölkələr üçün əhalinin yoxsulluq əmsalının hesablanma sxemi

(Əhalinin yoxsulluq əmsalı-ƏYƏ-1)

Aspekt

Uzun və sağlam həyat

Bilik

Həyat səviyyəsi

Göstərici

40 yaşına gədər yaşama imkanı olmayan əhalinin faizi

Yaşlı savad-sız əhalinin faizi

Təmiz içməli suya tələbatı ödənilməyən əhalinin faizi

Tibbi xidmət tələbatı ödə-nilməyən əhalinin faizi

5 yaşına qədər boy, çəki və inkişafdan qalan uşaqların faizi

İnkişaf etməkdə olan ölkələr üçün əhalinin yoxsulluq əmsalı (ƏYƏ -1)





Sxem 4.1.



İnkişaf etməkdə olan ölkələr üçün əhalinin yoxsulluq əmsalının hesablanma sxemi

(Əhalinin yoxsulluq əmsalı-ƏYƏ-1)

Aspekt

Uzun və sağlam həyat

Bilik

Layiqli həyat səviyyəsi

Göstərici

60 yaşına gədər yaşama imkan olmayan əhalinin faizi

Yaşlı funksional savadsız əhalinin faizi

Ölkə üzrə hər nəfərə düşən orta gəlirdən 50% az gəlirə malik olan əhalinin faizi

12il ondan yuxarı müddətdə işsiz olan iqtisadi fəal əhalinin faizi



İnkişaf etməkdə olan ölkələr üçün əhalinin yoxsulluq əmsalı (ƏYƏ -2 )

1999-cu il üçün İnsan İnkişafının BMTİP qlobal Məruzəsində inkişaf etmiş sənaye (industria) ölkələrində fərqlənən sosial-iqtisadi şəraitin mövcud olmasını nəzərə alaraq həmin ölkələr üçün əhalinin yoxsulluq –2 əmsalının (ƏYƏ -2) hesablanmasını qərara almışdır.Bu zaman aşağıdaki göstəricilər nəzərə alınır:

- 60 yaşına ( ƏYƏ-1-dən 40 yaşa ) qədər olan əhalinin ölüm faizi;

- Yaşlı funksional savadsızlığa malik olan əhalinin faizi;

- Əhalinin hər nəfərə düşən orta gəlirdən 50%-dən aşağı gəlirə malik olan hissəsinin faizlə miqdarı;

- Əhalinin 12 ay və ondan artıq işsiz qalan iqtisadi cəhətdən fəal olan hissəsinin faizlə miqdarı.

ƏYƏ -2 bu düsturla hesablanır:

ƏYƏ -2 =

Burada: P1- 60 yaşa qədər olan əhalinin ölüm faizi;

P2 -yaşlı funksional savadsızlığa malik olan əhalinin faizi;

P3 - Əhalinin hər nəfərə düşən orta gəlirdən 50%-dən aşağı gəlirə malik olan hissəsinin faizi;

P4 - Əhalinin 12 ay və ondan artıq işsiz qalan iqtisadi cəhətdən fəal olan hissəsinin faizlə miqdarı

4 - əmsalı isə - hesablamada nəzərə alınan göstəricilərin sayənə göstərir.

Gəlirlərə görə qeyri bərabərliyin səviyyəsi. Dünyanın müxtəlif ölkələri arasında sosial bəra-bərsizlik mövcud olduğu kimi, ölkələr daxilində də gəlirlər əhalinin müxtəlif qrupları arasında qeyri-bərabər bölünür. Ölkə daxilində də gəlirlərin bərabər bölünməsi Cini Əmsalı ilə hesablanır və qiymətləndirilir. Cini Əmsalı ( Cini index) - ölkə daxilində də gəlirlərin əhalinin bütün təbəqələrinə məxsus ayrı-ayrı şəxslər, yaxud ev təsərrüfatları ortasında bərabər və ədalətli bölünməsi xarakterizə etməklə, onun qiyməti sıfr ( tam bərabərlik) – 100 (kəskin qeyri-bərabərlik) arasında tərəddüd edir. əslində bu əmsal nəzəri cəhəətdən mümkün olan ədalətli, bərabərlik və fəlirlərin faktiki olaraq paylanmasının səviyyəsi əsasında hesablanır.

Gəlirlərə görə qeyri-bərabərliyin səviyyəsi bu düsturla hasablanır.

Н= ( 1 –С )х уr

Burada : Ç-Cini əmsalı – koefissenti;

Yr - əhalinin hər bir nəfəri üçün real gəlirdir.

Cini, yaxud gəlirlərin konsentrasiyası əmsalı bu düsturla hesablanır:

Cini əmsalı- CƏ

Burada: n - əhalinin ümumi miqdarı; ai-əhalinin kvintil qrupunun- aşağı təbəqəsinin( ümumi əhalinin 20%-i), yaxud detsil qrupu (yuxarı təbəqəsinin) - (ümumi əhalinin 10%-i gəlirlərdə kumulyativ payıdır. Gəlirlərin bərabər paylanması zamanı bu göstərici sıfra, mütləq bərabərsizlikdə isə vahidə bərabərdir.



İşsizlik və məşğulluq. İşsizlik – sosial-iqtisadi məsələ olub, iqtisadi fəal əhali qrupunun əmək qabiliyyətinə malik və işləmək arzusunda olan, lakin müvafiq iş tapmayan müəyyən hissənin əmək bazarında işlə təmin olunmamasından ibarətdir. İqtisadi fəal ahali qrupu öz əməyi ilə mal əmtəə və xidmət yarada müvafiq yaşda olan əhalinin sayı və faizidir.

İşsizliyin ümumi rəsmi, qizli, (latent) və xroniki növləri mövcuddur.

Ümumi işsizliyə aşağıdakı 3 əsas tələbi ödəyən inasanların işsiz olması aiddir.

1. İşi və gəlir məşğulluğu olmayan əmək qabiliyyətli adamlar.

2. İş tapmaq üçün fəallıq göstərənlər.

3. Müəyyən vaxt ərzində ( ədatən 2 həftə müddətində) işə başlamaq işləyənlər.



Rəsmi işsizlik – qeydə alınmış işsiz adamların ümumi sayından ibarət olmaqla, bu zaman qizli qalan işsizlərin sayı öz əksini tapmır. Örtülü qizli (latent) işsizlik – adamların işləmək arzusunda olmağına baxmayaraq, onlar qeydiyyata durmurlar.

Xroniki işsizlik – 12 aydan artıq işsiz olan əhali hissəsinin ümumi sayını və faizini göstərir.

İşsizliyin səviyyəsi aşağıdakı düsturla müəyyən edilir.

İS=


Burada: İS – işsizloiyin səviyyəsi;

İa – iqtisadi fəal əhalinin sayı;

M – məşğuliyyətlərin sayıdır.

Həyat səviyyəsini müəyyənləşdirmək məqsədilə real gəlir indeksi aşağıdakı düsturla hesablanır:



İppD=

Burada: İpD – nomonal gəlir əmsalı,



İp – alıcılıq qabiliyyətinin əksinə olan qiymətlərdir.
Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə