Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası


Davamlı insan inkişafının tərəqqidə rolu. İnsan təkamülünün və fərdi inkişafının əsas mərhələləri



Yüklə 0,85 Mb.
səhifə4/11
tarix17.09.2017
ölçüsü0,85 Mb.
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

3.Davamlı insan inkişafının tərəqqidə rolu. İnsan təkamülünün və fərdi inkişafının əsas mərhələləri.
İnkişaf əsasən dialektik proses olmaqla sadədən mürəkkəbə və müasirləşməyə yönəldilmişdir. İnsana aid inkişafı təhlil edərkən bu prosesin bir neçə ənənəvi meyarı və istiqaməti nəzərə alınmalıdır. Onlardan birincisi insanın bir canlı varlıq kimi tarixi inkişafıdır və yaxud insan təkamülüdür. İnsanın inkişaf tarixi təxminən 4 milyon ili əhatə edir. Onlardan 3 milyon il insanabənzər bir varlığın əmələ gəlməsi dövrünə aiddir. Bu varlıqların qalıqları qazıntılar zamanı Afrikada aşkar edilmişdir və onlar avstralopitek, yəni cənub meymunu kimi məlumdurlar. 1,5 milyon il bundan əvvəl isə müasir insanın əcdadları yaranmışdır. İlk mərhələlərdə onlar ən qədim insanlar kimi məlumdurlar. 35-40 min il bundan əvvəl isə müasir insan əmələ gəlmişdir.



Şəkil 3.1. İnsan təkamülünün mərhələləri.
Azərbaycan ərazisi də qədim insan məskənlərindən biridir. Azıx mağarasında 1968-ci ildə qədim insanın qalıqlarının aşkar edilməsi XX əsrin son illərində məşhur Norveç alimi və səyyahı Tur Heyerdal Qobustanın qədim qaya rəsmlərini tədqiq edərkən bir daha təsdiq etmişdir ki, Azərbaycanın ərazisi insanın tarixi inkişafında mühüm rol oynamışdır. Bu ərazidə yaşayan tayfalar digər yerlərə köçməklə yeni xalqların formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişlər. Tur Heyerdal qaya rəsmləri ilə yanaşı qədim folklor nümunələrinin müqayisəsi əsasında da bu qənaətə gəlmişdir.

Tarixi inkişaf və yaxud təkamül insanın canlıların bir növü kimi inkişafını təzahür edir. Tarixi inkişafla yanaşı insanın fərdi inkişafı prosesi də məlumdur. Hər bir insanın fərdi inkişafı rüşeym dövründən tutmuş ölənə kimi bütün mərhələləri əhatə edir. Başqa sözlə, fərdi inkişaf rüşeym və körpəlik dövrlərindən, uşaqlıq,gənclik, cavanlıq, yetkinlik və qocalıq dövrlərindən ibarətdir.

Beləliklə, insana aid inkişafdan bəhs edərkən ənənəvi olaraq insanın bir növ kimi tarixi inkişafı və yaxud hər bir şəxsin fərdi inkişafı anlama gəlir. Lakin bunların hər ikisi insanın bir bioloji növ və canlı bir varlıq kimi inkişafına aiddir. Onlar insan inkişafı üçün mühüm rol oynasalar da, bu, prosesin davamlı olmasını və hər bir fərdin şəxsi qabiliyyətini tam həcmdə həyata keçirməsi üçün kifayət deyil.

İnsan cəmiyyətinin tarixi inkişafına nəzər yetirsək görərik ki, insan cəmiyyəti ibtidai icma dövründən müasir, yüksək dərəcədə inkişaf etmiş cəmiyyət səviyyəsinə çatmışdır. İnsan cəmiyyətinin inkişafını xarakterizə edən amillər kimi iqtisadi inkişaf, texnoloji inkişaf, elmi inkişaf, mədəni inkişaf, sosial inkişaf və s. göstərmək olar.

Qlobal ekoloji problemlər antropogen mənşəli fəlakətlər sivilizasiyanın gələcək inkişaf yoluna yenidən baxılma vacibliyi doğurmuşdur – Dİİ-da.

Üç mümkün yolun olduğu qəbul olunmuşdur:

1.Antroposentrizm

2.Biosentrizm

3.Davamlı inkişaf

Antroposentrizm – insanın inkişaf yoludur. İstehlak fəlsəfəsi. Öz artan tələbatını ödəməklə ətraf mühitin imkanlarını nəzərə almır. Bu, nəzəri cəhətdən resursların tükənməsinə, məhvə aparır.

Biosentrizm təkamül nəticəsində biogeokimyəvi dövrlərin yaratdığı optimal strukturu nəzəri olaraq inkar edir. Bu yol utopik yoldur.

Davamlı inkişaf – istehsal potensialının uzun dövr ərzində geniş surətdə bərpasının dəstəklənməsinə əsaslanmış yoldur. Burada sistemin üç sıx əlaqədə olan elementləri arasında tarazlıq təmin olunur: iqtisadi, sosial sfera, ətraf mühit.

Davamlı inkişafda məqsəd texnogen təbiət dağıdıcı inkişaf tipindən davamlı inkişaf tipinə keçmək kənd təsərrüfatında:


  • əkinlərin zəifləməsi (deqradasiyası), itirilməsi, duzlaşması, bataqlaşması, səhralaşması, torpağın texnika ilə yüklənməsi, su ehtiyatlarının kimyəvi məhsullarla çirklənməsi, heyvandarlıq tullantıları ilə çirklənməsi – bunların qarşısının alınması.

  • sosial sferada isə: inkişaf etmiş və kasıb ölkələr, kasıb-varlı, ərzaq böhranı, enerji resurslarının defisiti, etnik konfliktlərin aradan qaldırılması.

Bu günki sosio-ekoloqo-iqtisadi sistem qeyri stabildir.

Dİ-nin nəzəri-metodoloji əsasıandırılması kifayət səviyyədə deyildir.

Metodlar:


  • iqtisadi inkişafın neoklassik nəzəriyyəsi;

  • tükənən ehtiyatlar nəzəriyyəsi;

  • ekstremal nəzəriyyəsi;

  • sistemli təhlil;

  • müqayisəli təhlil.

Neoklassik nəzəriyyə C.Xarvik (1977) tərəfindən aşağıdakı kimi izah edilir: bərpa olunmayan resurslardan gəlirli sahəyə sərmayə qoyub bərpa olunan kapital əldə etməklə real istehlakı dəstəkləmək

S (t) – Δk(t) ≥ 0 mənfi olmamalı

Burada: k – cəmi kapital (sərmayə);

kc – süni kapital (insanın yaratdığı kapital);

kH – insan kapitalı (bilik, peşə);

kR – təbii kapital (təbiət);

S(t) – kompensasiya fonduna qoyulan investisiya;

Δk(t) – cəmi kapital ehtiyatlarının azalması.

Qlobal sistem “təbiət – cəmiyyət – insan”-ə yanaşma artım həddi məhdudiyyət qoyur. Resurslara qənaət, resursların əhali arasında paylanmasına məhdudiyyət, əhali artımına məhdudiyyət – bu genosid siyasətinə aparır.

Yeni baxış noosfer düşüncəsi insanın kosmofiziki missiyasını həyata keçirmə şəraitində artım həddi olmamalıdır. Bu isə antigenosid siyasət hesab olunur.

Yeni dünya görüşü obyektiv qanunlara əsaslanmalıdır. Buna 2002-də Yohannensburqda diqqət yönəldildi:

- dünya iqtisadiyyatı tempinin azalmasına;

- zorakılıqsız dünya.

Kuznetsovun əldə etdiyi üç nəticə isə:

1.Termodinamika istiliyin soyuması yerin sonunun olması baxış tərzinə zidd fıkır irəli sürür gücdən – səyyarlığa keçmək.

2.Asudə vaxt qanunu. Sərbəst enerji tempinin sönməyən inkişafı.

3.Gələcək dünyanın lahiyələndirilməsinin tenzo metodu.

Zorakılıqsız dünya üçün tədrisdə yeni baxış tərzi formalaşdırmaq:

1.İnsan haqqında mövcud təsəvvürü dəyişmək. İnsan yaradılanların tacıdır hər nə istəyir edə bilər yanlışdır.

2.Kainatda insanın yeganə şuurlu olması fikrindən imtina etmək. Kainatda digər sivilizasiyalar var.

3.Yer ölü materiyadır fikrindən imtina etmək. Yer canlı varlıqdır.

Davamlı inkişaf konsepsiyasının formalaşması ilk növbədə iqtisadi və sosial tərəqqini ətraf mühitin qorunması və təbii ehtiyatların səmərəli idarə edilməsi ilə balanslaşdırılmış şəkildə aparılması zəruriyyətindən əmələ gəlmişdir. Bu səbəbdən davamlı inkişaf 21-ci əsrin əsas prioritetlərinə aiddir. BMT və YUNESKO tərəfindən 2005-2014-cü illər davamlı inkişaf səviyyəsində tədris onilliyi elan edilmişdir. Bu sənədin 1 mart 2005-ci ildə BMT-nin Baş Qərargahında-Nyu-Yorkda BMT-nin Baş Katibi Kofi Annan və YUNESKO-nun Baş Direktoru Koişiro Matsuura tərəfindən imzalanması məsələnin əhəmiyyətindən xəbər verir.

Təhsilin müasirləşdirilməsi istiqamətində Azərbaycanın qabaqcıl mövqedə bu proqramın həyata keçirilməsində 2005-ci ilin avqust ayında Bakıda Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın sədrliyi ilə keçirilən “YUNESKO-Azərbaycan: gələcəyə körpü” beynəlxalq konfransı xüsusi yer tutur.Davamlı inkişaf çağdaş nəsillərin rifahının yaxşılaşdırılmasının təmin edilməsini və eyni zamanda bütün gələcək nəsillərin inkişaf imkanlarının məhdudlaşdırilmamasını nəzərdə tutur. Davamlı inkişafın əsasını bilik və onun daşıyıcısı insan təşkil edir. Bu səbəbdən insan potensialının inkişafı davamlı inkişaf prosesinin ayrılmaz bir hissəsidir və çox zaman bu prosesi davamlı insan inkişafı kimi səciyyələndirirlər.

Davamlı insan inkişafı sahəsində müasir bilik və bacarıqlar təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Bu zaman əsas məqsəd “gələcəksiz inkişafın” və “bərabərsizliklə müşahidə olunan inkişafın” qarşısını almaqdan ibarətdir. Ətraf mühitin keyfiyyəti onun necə qorunmasından və təbii sərvətlərdən səmərəli istifadədən asılıdır. Bu prosesdə müasir biliklərin əhəmiyyəti olduqca böyükdür. Ümimi inkişafda və əhalinin rifahının yüksəlməsində insan potensialının formalaşması həlledici rol oynayır. Gələcəksiz inkişafın alternativi davamlı inkişaf, bərabərsizliklə müşahidə olunan inkişafın alternativi isə cəmiyyətin hər bir üzvünün inkişafı üçün imkan yaradılmasıdır.



AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
kafedrası


MÜHAZİRƏÇİ: DOSENT XƏLİLOV RAMİZ TALIB OĞLU

Mühazirə 6

MÖVZU:

DAVAMLI İNKİŞAFIN TƏRKİB HİSSƏLƏRİ-SOSİAL –İQTİSADİ TƏRKİBİ.

ISTEHLAK TƏHLÜKƏSİZLİYİ.

Mühazirə planı:

  1. İSTEHLAK TƏHLÜKƏSİZLİYİ İNSAN İNKİŞAFI AMİLİ KİMİ.

  2. QLOBAL İNFORMASİYA CƏMİYƏYYƏTİNİN FORMALAŞMASI. NANOTEXNOLOGİYA-XXI ƏSRİN ELMİ-TEXNİKİ TƏRƏQQİSİDİR.

ƏDƏBİYYAT SİYAHISI

    1. Əsgərov Ə.A., Hüseynov E.M., Hüseynov S.Y., Davamlı insan inkişafı. - Bakı, 2009. – 494 s.

2. Ələkbərov U.K. Davamlı insan inkişafı: Ali məktəblər üçün proqram və kursun qısa məzmunu.- Bakı: Təhsil, 2006-87s.

  1. Xəlilov R.T., Zeynalov E.C., Vəliyev S.Ş. Davamlı insan inkişafı.-Gəncə, 2017.-346s.

GƏNCƏ 2017

  1. İstehlak təhlükəsizliyi insan inkişafı amili kimi

Davamlı insan inkişafının təmin edilməsi, eyni zamanda, istehlakın həcm və strukturundan, istehsal olunan nemətlərin ölkələr arsında və ölkə daxilində ədalətli paylanmasından asılıdır. XX əsr və XXI əsrin ilk illəri istehlakın sürətlə artması ilə səciyyələnir. Beynəlxalq təşkilatların dərc etdiyi məlumatlara əsasən XX əsrin sonunda adambaşı istehlakın səviyyəsi 1975-ci ilin səviyyəsindən iki dəfə, 1950-ci il səviyyəsindən isə beş dəfə çox olmuşdur. Belə artım bir çox insanın həyat səviyyəsinin yüksəlməsini təmin etmişdir. Yüz milyonlarla adam rahat həyat şəraiti əldə etmişdir, nəqliyyat və rabitə xidmətlərinin köklü surətdə yaxşılaşdırılmasından bəhrələnmişdir. İstehlakın artması yeni iş yerlərinin açılmasına da təsir göstərmişdir. Belə şəraitdə bir çox ölkələrdə yüksək səviyyədə fəaliyyət göstərən təhsil, səhiyyə və sosial müdafiə sistemləri surətlə inkişaf etmişdir.

Lakin belə müsbət irəliləyişlə yanaşı dünyada istehlakın qeyri-bərabərliyi insanların davamlı insan inkişafına mənfi təsir göstərir. Məsələn, BMT-nin dərc etdiyi məlumatlara görə ən yüksək gəlirə malik olan ölkələrin sakinləri dünya əhalisinin təxminən 20 %-ni təşkil etdiyi halda, onlar dünyada istehsal olunan nemətlərin 80 %-dən çoxunu istehlak edirlər. Dünya əhalisinin qalan 80 %-i isə nemətlərin ancaq 20%-ni istehlak edir. Qeyri-bərabər istehlaka misal olaraq göstərmək olar ki, yüksək inkişaf etmiş ölkələrdə yaşayan əhali dünya əhalisinin 20 %-ni təşkil etdiyi halda, istehsal olunan ümumi enerjinin 60 %-ni, minik avtomobillərinin 85 %-dən çoxunu və s. istehlak edir. Ölkə daxilində gəlirlərin ədalətli bölünməsi bir neçə üsul ilə, o cümlədən Cini əmsalının hesablanması ilə müəyyən edilir.

Aydındır ki, istehlakda müşahidə olunan belə qeyri-bərabərlik insanların çoxunun maraqlarına uyğun deyil. Şübhəsiz ki, bütün insanların istehlak səviyyəsi eyni ola bilməz. Bu səbəbdən istehlakda qeyri-bərabərliyin aradan qaldırılmasından söz gedərkən, ilk növbədə insanların əsas tələbatlarının tam şəkildə təmin olunması nəzərdə tutulur. Bununla əlaqədar davamlı insan inkişafını ən səmərəli səviyyədə təmin etmək və istehlakdakı qeyri-bərabərliyi aradan qaldırmaq məqsədi ilə BMT və digər beynəlxalq təşkilatlar aşğıdakı prinsiplərin və həmin prinsiplərə əsaslanan tədbirlərin həyata keşirilməsini zəruri hesab edir:



  • Bütün insanların əsas tələbatları tam şəkildə təmin edilməlidir;

  • Istehlak insan sağlamlığını və təhsil səviyyəsini təmin etməlidir;

  • Bir qrup insanların istehlakı digərlərin istehlakına mənfi təsir göstərməməlidir;

  • Istehlak gələcək nəsillərin imkanlarını məhdudlaşdırmamalıdır.

Bu şərtlərin həyata keçirilməsi insan potensialının təkmilləşdirilməsi və davamlı inkişaf üçün ən vacib amillərdəndir. Təbii ehtiyatlardan nə dərəcə səmərəli istifadə edilməsi biliyə və müasir texnologiyalara əsaslanır. Son illərdə əldə edilmiş elmi nailiyyətlər və texnoloji imkanlar təbii ehtiyatlardan daha səmərəli istifadə etmək üçün müvafiq şərait yaradır. Belə imkanların mövcudluğu enrjinin nə dərəcədə səmərəli istifadəsi misalından aydın ola bilər.

İstehlak mədəniyyəti cəmiyyətin ümumi mədəniyyətin tərkib hissəsi olmaqla, onun səviyyəsi istehsal edilən maddi nemətlərin, sənaye mallarının, əmtəələrin, xüsusilə ərzaq və yeyinti məhsulları-nın həm kəmiyyət-keyfiyyət göstəriciləri, həm də onların idxal –ixracı mexanizminin düzgün təşkili və müasir ekolojı-sanitariya-gigiyena tələblərinə,beynəkxalq standartlara uyğun olması ilə müəyyən edilir. Bu göstəricilər həm də hər hansı bir ölkədə istehsal olunan maddi nemətlərin Dünya bazarına inteqrasiyası və beynəlxalq arenaya çıxması, beləliklə də istehlakın qeyri bərabər paylanmasının qarşısının alınmasına yönəldilən vacib amillər sayılar.

İstehlak mədəniyyəti və onun elm və texnologiya səviyyəsindən asılılığı belə bir misal ilə izah edilə bilər. Dəyəri 100 ABŞ dolları olan məhsulun istehsalı üçün Yaponiya 14, Almanya isə 17 kq neftin verdiyi qədər enerji sərf edir. Bu, olduqca yüksək nəticədir. Eyni iqtisadi göstəricini əldə etmək, yəni 100 ABŞ dolları dəyərində olan məhsulun istehsalı üçün bəzi Asiya, Afrika və Cənubi Amerika ölkələrində 90-100 kq neftdən alınan enerji qədər enerji sərf edilir. Belə ölkələrə misal olaraq Venesuellanı, Zimbabveni və s. göstərmək olar. Bu misal müxtəlif ölkələrdə təbii ehtiyatların istifadəsində mövcud olan fərqləri göstərir. Fərqlənməyən iqtisadi nəticə almaq üçün daha çox enerjidən istifadə edilməsi, eyni zamanda, ətraf mühitə daha çox mənfi təsir etmək, hava, su və torpağı çirkləndirmək deməkdir.

Davamlı insan inkişafının əsas prinsipləri ondan ibarətdir ki, insan həyatda ən böyük prioritetdir və hər bir şəxsin həyatı eyni dərəcədə qiymətlidir. Bu prinsiplərə əsasən heç bir fərd öz milli, dini, cinsi, sinfi və ərazi mənsubiyyətinə görə uzun, dolğun və ləyaqətli həyat sürmək imkanlarından məhrum edilə bilməz. İnsan inkişafı konsepsiyasına görə hər bir şəxs üçün onun fərdi qabiliyyətlərini maksimum şəkildə inkişaf etdirmək şəraiti yaradılmalıdır. Bu şərait onun müxtəlif istiqamətlərdə: iqtisadiyyatda, sosial sahədə, mədəniyyətdə, siyasətdə inkişafı üçün ən əlverişli mühitin yaradılmasına xidmət etməlidir.

İnsan inkişafının bir xüsusiyyəti də ondan ibarətdir ki, insanın təhlükəsizliyi onun inkişafının əsas şərti kimi qəbul edilir. Bu zaman təhlükəsizliyin bütün istiqamətləri, o cümlədən iqtisadi, ərzaq, ekoloji, ictimai təhlükəsizlik və s. nəzərdə tutulur.

Azərbaycan Respublikasında davamlı inkişaf və insan potensialının formalaşması istiqamətində və bu məqsədlə müxtəlif sahələrdə təhlükəsizliyin təmini üçün ardıcıl tədbirlər həyata keçirilir.


2. Qlobal informasiya cəmiyyətinin formalaşması. Nanotexnologiya-XXI əsrin elmi-texniki tərqqisidir.
Qlobal informasiya cəmiyyətinin formalaşması da istehlak mədəniyyətinin yüksəlməsinə və ümumi inkişafa təsir edən prioritet amillərdən sayılır. XX əsrin sonunda qloballaşma prosesinin geniş vüsat alması nəticəsində məhz informasiya şəbəkəsi formalaşmağa başlamışdır. Beləliklə də informasiya cəmiyyətinə keçidin başlanğıcı qoyulmuş və hər bir insana informasiya toplamaq imkanı yaratmışdır. Son məlumatlara əsasən 2000-ci ildə Dünya iqtisadi informasiya sektorunun həcmi 4 trilyon ABŞ dollarından artıq olmuş, informasiya texnikası və texnologiyalarının strukturunda daha radikal dəyişiklər və tərəqqi yaranmışdır. Belə ki, hazırda informasiya kommunikasiyası növlərinin (radio, televiziya, stasionar və mobil telefonlar, kompyuter, internet, robot və s.) sayı dünya üzrə artıq 4 milyardı keçməklə hər il 100 milyondan çox təkrar istehsal olunur. 1910-cu ildə bütün dünya ölkələri üzrə cəmi 7 min telefon işlədiyi halda, 1950-ci ildə 5 min, 1990-ci ildə 520 min, 2001-ci ildə isə 1 mlrd 750 milyon telefondan istifadə olunmuşdur. Sidney yay olimpiya oyunlarına (sentyabr, 2000) dünyanın müxtəlif ölkələrindən 3,7 mlrd əhali tamaşa etmişdir. Hazırda qlobal informasiya texnologiyasının daha da inkişaf etməsi üçün peyk rabitə əlaqəsindən də geniş istifadə olunur. Bu məqsədlə bir neçə ton çəkisi olan 2-mindən cox retranslyator 80 min kanala malik olmaqla, eyni vaxtda 200 televiziya verilişi proqramına və 1 min telefon danışıqlarına xidmət etmək imkanına malikdir. Müxtəlif qitələr arası telefon danışıqlarının 45 dən coxuna xidmət edən “İNTENSAT” şirkəti dünyanın 120 ölkəsini təmin edir. Ümumdünya Kompyüter, telekommunikasiya və internet şəbəkəsi (Word-Wide-Wed yaxud www sistemi) qlobal informasiya məkanın formalaşmasında böyük rol oynayır.

Nanotexnologiya – XXI əsrin ən mütərəqqi elmi –texniki tərəqqisi olmaqla, informasiya cəmiyyətin formalaşması üçün zəmin yaradan müasir elmi nailiyyətlərdən və texnologiyalardan istifadə olunması nəticəsində daha sadə, kiçik ölçülü və yüksək dəqiqliyэ malik olan cihaz və telekommunikasiya vasitələrinin yaradılmasından ibarətdir. Nanometr (nm-1/1000.000.000 m) – mahiyətcə ən kiçik ölçü vahidi mənasını verməklə, əsasən virusların - materiyanın qeyri-hüceyrəvi canlı aləminin ölçülməsində istifadə olunur. Nanotexnologiyada da məhz ən kiçik ölçülü və partativ (geniş və asan istifadə olunan) İnformasiya–Kommunikasiya Texnologiyalarının (İKT) tətbiginə əsaslanan elm sahəsidir. İKT-nın təsir dairələri hazırda vətandaş cəmiyyəti institutlarının, dövlət strukturlarının, sosial-iqtisadi, ailə-məişət, elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət və bütövlükdə bütün cəmiyyəti əhatə etməklə davamlı insan inkişafına təkan verən əsas stimullaşdırıcı amildir, İKT-nın bütün sahələrdə kütləvi istifadəsi və qlobal informasiya mühitinin yaradılması cəmiyyətin və Davamlı inkişafın ən başlıca atributudur.

Azərbaycan Respublikasında da İKT-nin tədbiqi sahəsində mühüm dövlət tədbirləri uğurla həyata keçirilir. BMT-nin İnkişaf Proqramı ilə birlikdə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya(2003-2012-ci illər)” hazırlanmaqla 17 fevral 2003-cü ildə təsdiq edilmişdir. Bu strategiyanın qarşıdakı 10 illik fəaliyyətinin prioritet istiqamətləri aşağıdaklardan ibarətdir.

- İnformasiya strukturlarının gücləndirilməsi və dövlət standartlarının qəbulu ilə əlaqədar müvafiq hüquqi bazanın yaradılması və inkişaf etdirilməsi;

- İKT sahəsində elmin daha geniş istifadə olunmasına yardım göstərmək;

- Beynəlxalq səviyyədə rəqabətə davamlı məhsullar və xidmətlər təklif edən kiçik və orta müəssisələr şəbəkəsinin təşkili üçün əlverişli mühit yaratmaq;

- Təhsil, onun monitorinqi və uzaq məsfədən təhsillə bağlı informasiya infrastrukturunın genişləndirilməsi;

- İnternet və informasiya xidmətlərinin genişləndirilməsi;

- Azərbaycan dilindən və əlifbasından daha geniş istifadəni təmin etmək və milli informasiya ehtiyatını yaratmaq;

- Regional və yerli informasiya mərkəzləri yaratmaq və inkişaf etdirmək;

Milli strategiyada İKT sektorunun inkişafı məqsədilə birinci növbədə kabel rabitə xətlərinin müasirləşdirilməsi, beynəlxalq əlaqə kanalları üçün fiber optik və peyk rabitəsindən istifadəyə keçid, selluar rabitə əlaqəsinin, benəlxalq televiziya şəbəkəsinin genişləndirilməsi ön plana çəkilməlidir.

İnformasiya Cəmiyyətinin formalaşması üçün ən vacib və əlverişli sahələrdən biri də elektron-biznes hesab edilir. Çünki elektron-biznes qlobal informasiya prosesində çox böyük rol oynayır. Dünya praktikasından istifadə etməklə bu sahədə inkişafa nail olmaq 3 əsas qanunvericilik aktının- elektron imza, elektron-biznes-kommersiya və elektron-sənəd hazırlanması və icra olunması ən əsas prioritet sayılır. Milli Məclis artıq bunlardan birini elektron imzanı təsdiq etmişdir. İnkişaf etmiş ölkələrdə elektron bizneslə güclü gəlir əldə olunur. Respublikamızda da informasiya cəmiyyətinə keçidi sürətləndirmək üçün İKT-ni əhali ilə “dostlaşdırmaq” onlara internetlə pul qazanmaq şəraiti yaratmaq çox vacib şərtdir. 2008-ci il sentyabrin 2-də Bakıda keçirilən “Azərbaycan 2008” Milli sərgisində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində yaradılmış və yüksək texnologiyaya malik “Kür” MMC-nin istehsal etdiyi müasir beynəlxalq standartlara uyğun olan kompüterlərin nümayiş etdirilməsi bir daha təsdiq etmişdir ki, ölkəmizdə elmi-texniki tərəqqinin inkişafı üçün olduqca əlverişli şərait yaradılmışdır.



AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
kafedrası


MÜHAZİRƏÇİ: DOSENT XƏLİLOV RAMİZ TALIB OĞLU

Mühazirə 7

MÖVZU:

DAVAMLI İNKİŞAFIN TƏRKİB HİSSƏLƏRİ-SOSİAL –İQTİSADİ TƏRKİBİ.

DAVAMLI İNSAN İNKİŞAFINDA GENDER PROBLEMİ.

MÜHAZİRƏNİN PLANI:

  1. GENDER HAQQINDA ANLAYIŞ. GENDER İNKİŞAF ƏMSALI.

  2. AZƏRBAYCANDA GENDER İNKİŞAFI.

ƏDƏBİYYAT SİYAHISI

  1. Əsgərov Ə.A., Hüseynov E.M., Hüseynov S.Y., Davamlı insan inkişafı. - Bakı, 2009. – 494 s.

  2. Ələkbərov U.K. Davamlı insan inkişafı: Ali məktəblər üçün proqram və kursun qısa məzmunu.- Bakı: Təhsil, 2006-87s.

  3. Xəlilov R.T., Zeynalov E.C., Vəliyev S.Ş. Davamlı insan inkişafı.-Gəncə, 2017.-346s.

GƏNCƏ 2017

  1. Davamlı insan inkişafında gender problemi, gender haqqında anlayış, gender inkişaf əmsalı.

Davamlı insan inkişafı konsepsiyasına görə irqindən, cinsindən, milliyətindən, dini mənsubiyyətindən və yaxud coğrafi mövqeyindən asılı olmayaraq insan inkişafı üçün mövcud olan və ya ola biləcək bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Əlillər və müdafiəyə ehtiyacı olan qruplar üçün də mövcud ola biləcək və onların durumu ilə əlaqədar bütün məhdudiyətlər qaldırılmalıdır. Bu o deməkdir ki, cəmiyyətdə təmsil olunan bütün qruplar öz imkanlarının genişləndirilməsi və fərqli potensialının həyata keçirilməsi üçün eyni hüquqlara malikdir və bu hüquqlar təmin edilməlidir.

Cinslər arasında bioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu o demək deyil ki, kişi və qadın cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi bizim ölkədə bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik surətdə dəyişməsindən xəbər verir. Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həm də istehsalatda oynadığı rolu dəyişdirmişdir. 20-ci əsrin sonunda “gender” anlayışı formalaşmışdır ki, bunu da “sosial cins” kimi xarakterizə etmək olar. Qadın və kişi arasında bərabərlik gender bərabərliyi kimi qəbul edilir (Şəkil 1.1).









Şəkil 1.1.Gender bərabərliyi ideyasının yaranmasında rolu olan faktorlar.
Qadınların cəmiyyətdə vəziyyətinin dəyişməsi təkcə tarixi qanunauyğunluq kimi qəbul edilməməlidir. Eyni zamanda hər hansı bir ölkədə və ya bölgədə mövcud olan iqtisadi, sosial və mədəni mühitdən, gender bərabərliyi sahəsində həyata keçirilən siyasətdən asılı olmuşdur. Elmi-texniki tərəqqi bəşəriyyətə bir sıra yeni texnoloji nailiyyətlər bəxş edib ki, bu da müxtəlif proseslərin həyata keçirilməsində qadın və kişilərin fiziki imkanları arasında mövcud olan təbii fərqlərin aradan qaldırılmasına şərait yaradır. Gender inkişafının qiymətləndirilməsi 2 əsas əmsalın hesablanması ilə həyata keçirilir. Birincisi, gender faktorunu nəzərə almaqla insan inkişafı əmsalıdır. Bu göstərici Gender İnkişafı Əmsalıdır (GİƏ). Əmsalı hesablayarkən insan inkişafının ümumi əmsalının hesablama göstəricilərindən istifadə olunur. Fərq ondadır ki, bu göstəricilər qadınlar üçün ayrı hesablanır. Bundan sonra ümumi İnsan İnkişafı Əmsalı və qadınlar üçün alınmış Gender İnkişafı Əmsalı müqayisə olunur. Fərqin olmaması və ya az olması gender problemlərinin olmamasından və ya onların uğurlu həllindən xəbər verir. Bu o deməkdir ki, belə göstəricilərə malik ölkədə qadın və kişi eyni hüquqa malikdirlər və onların inkişafı üçün tələb olunan yaradılıbdır.

GİƏ ilə yanaşı qadınların inkişafına xidmət edə bilən imkanların mövcudluğunu qiymətləndirmək üçün digər bir əmsal hesablanır. Bu xüsusi bir əmsaldır və qadınların imkanlarının genişlənməsini əks etdirir. Bu əmsalın hesablanmasında qadınların qanunvericilik qurumlarında təmsil edilməsi, rəhbər vəzifələr tutmaları da nəzərə alınır. Rəhbər vəzifə dedikdə qadınların nazir, xarici ölkələrdə səfir vəzifələrində çalışmaları və ya şəhər ya digər yaşayış məntəqələrinin rəhbəri seçilməsi də nəzərə alınır. Dünya parlamentlərində qadınlar, ortalama bu qurum üzvlərinin 11,8 %-ni təşkil edir. Azərbaycanda bu rəqəm 12 %-dən çoxdur. Maksimal göstərici-42,7% İsveç parlamentində minimal isə qadınların qanunvericilik qurumlarında tamamıilə təmsil edilməməsi yalnız bəzi Asiya və Afrika ölkələrində müşahidə olunur. Rəhbər vəzifələrdə təmsil olunmağa gəldikdə isə, bu sahədə gender qeyri-bərabərliyi bir çox ölkələrdə, o cümlədən yüksək inkişaf etmiş ölkələrdə də mövcuddur. Müşahidə olunan qeyri-bərabərliyi aradan qaldırmaq üçün milli və beynəlxalq səviyyələrdə müvafiq tədbirlər həyata keçirilir




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə