Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 457,99 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix05.03.2018
ölçüsü457,99 Kb.
#30408
1   2   3   4   5   6   7   8   9   ...   16

 

8

yatağının  –  “Azəri”,  “Günəşli”  və  “Çıraq”ın  işlənilməsinə  dair  hasilatın  pay 



bölgüsünə əsaslanan  “Əsrin müqaviləsi”ni göstərmək olar.  

Sözü gedən müqaviləyə görə bütün texniki və iqtisadi məsələləri əhatə edən 

sazişin  fəaliyyət  müddəti  30  ildir.  Müqaviləyə  görə  30  il  ərzində  511  milyon  ton 

neft  çıxarılacaqdır  ki,  bu  layihənin  də  həyata  keçirilməsinə  də  8  milyard  dollar 

vəsait  sərf  ediləcəkdir.  Müqavilənin  əsas  vəzifəsi  Azəri”,  “Günəşli”  və  “Çıraq” 

yataqlarında neft və qazın hasil edilməsi, həmçinin neftin daxili və xarici bazarlara 

çatdırılmasından ibarətdir. 

Azərbaycan  təbii  sərvətlərin  həm  sahibi  həm  də  layihənin  iştirakçısı  kimi 

10%  pay,  mənfəətdən  vergi  kimi  25%  gəlir,  müqavilə  şərtlərinə  görə  habelə  300 

milyon  dollar  bonus  almalıdır.  Bütün  bunlarla  əlaqədar  Azərbaycan  həmin 

müqavilələrə  görə  neft  hasilatının  ümumi  mənfəətindən  80%,  yaxud  34  milyard 

dollar gəlir götürəcəkdir. 

Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  sözü  gedən  üç  neft  yatağının  tam 

miqyaslı  işlənilməsi  proqramı,  başqa  sözlə  Xəzər  neftinin  dünya  bazarına  nəql 

edilməsi əsas neft ixracı kəmərinin – “Bakı-Tbilisi-Ceyhan” fəaliyyətindən aslıdır. 

“Bakı-Tbilisi-Ceyhan”  neft  boru  kəməri  iqtisadi  həm  də  siyasi  cəhətdən  strateji 

əhəmiyyət  kəsb  edir.  Adı  çəkilən  bu  ixrac  boru  kəmərinin  Bakı-Tbilisi-Ceyhan 

marşurutu  istiqamətində  çəkilməsi  Azərbaycanla  Qərb  dövlətləri  və  digər  ölkələr 

arasında  iqtisadi  və  siyasi  əlaqələrin  güclənməsinə  əlverişli  şərait  yaratmaqla 

regional əməkdaşlığı genişlənməsinə geniş təkan verəcəkdir. 

 

 

 



 

 

 



 

 

 

 


 

9

1.2. Neft xammalının əsas tərkibi və emal üsullarının xarakteristikası  

 

Neftin  yer  üzünə  təmiz  halda  deyil,  su,  mexaniki  qarışıqlar  və  bir  sıra 



duzlarla  birlikdə  çıxır.  Neftin  tərkibində  müxtəlif  miqdarda  həll  olmuş  qazlar  da 

vardır.  Neftdə  olan  mexaniki  qarışıqlar  əsasən  qum,  gil,  duzlar  və  lehimdən 

ibarətdir.  Neftin  tərkibində  olan  su  və  onda  həll  olmuş  müxtəlif  duzlar,  həmçinin 

kükürdlü  birləşmələr,  naften  turşuları,  qum,  gil  və  s.  onun  emalını  çətinləşdirir. 

Neftə qarışmış sulardakı müxtəlif xlorlu duzlar boru kəmərlərinə, rezervuarlara və 

neft  emalı  zavodlarının  bir  sıra  aparatlarına  korroziyaedici  təsir  göstərir.  Bundan 

başqa, sulu neftin emalında borulu sobada buxar tıxacı əmələ gəlir. Bu isə qurğuda 

texnoloji prosesi pozur. Ona görə də nefti neft emalı zavodlarına verməzdən əvvəl 

onu mədənlərdə sudan və mexaniki qarışıqlardan ayırmaq lazımdır. 

Yerdən  çıxan  neftin  tərkibində  müxtəlif  miqdarda  həll  olmuş  halda  qaz 

vardır ki, bu da həm qiymətli yanacaq və həm də neft-kimyəvi sintez üçün dəyərli 

xammaldır.  Bu  qaz,  əsasən  mədənlərdə  neftin  stabilləşdirilməsi  prosesində 

qazseparatoru  adlanan  qurğularda  ayrılır.  Ayrılmış  qazlar  xüsusi  qaz  kəmərləri 

vasitəsilə qazolin zavodlarına nəql edilir. 

Yerdən  çıxan  qazlar  əksər  hallarda  özləri  ilə  bərabər  aşağı  temperaturda 

qaynayan  maye  karbohidrogenlər  gətirir  ki,  onları  qazın  tərkibindən  ayırmaq 

lazımdır. Bu məqsədlə həmin qazları qazolin zavodlarında xüsusi kalonlarda sıxıb, 

müəyyən  təzyiq  altında  soyudurlar.  Bu  halda  ağır  karbohidrogenlər  kondensləşib 

qazlardan ayırılr. Ayrılmış kondensat qaz benzini adlanır.  

Qazlardan  azad  edilmiş  nefti  mexaniki  qarışıqlardan  ayırmaq  üçün  xüsusi 

çənlərdə müəyyən müddət saxlayırlar. Bu şəraitdə həmin qarışıqlar çənlərin dibinə 

çökür  və  neftdən  ayrılır.  Bu  zaman  xam  neftdəki  suyun  çox  hissəsi  də  öz-özünə 

tədricən  ayrılır.  Lakin  çox  vaxt  neftin  tərkibində  müəyyən  miqdar  kiçik 

mikroskopik su damcıları qalır ki, bunları  da ayırmaq böyük çətinlik törədir. Belə 

qarışıq  neftin  e muls iyas ı  adlanır.  Su  ilə  neft  emulsiya  şəklində  olduqda  onları 

bir-birindən  ayırmaq  nisbətən  çətin  olur.  Bu  halda  qızdırmaq  və  ya  sakit  halda 




 

10

saxlamaqla  suyu  neftdən  ayırmaq  mümkün  olmur.  Su,  neftin  daxilində  xırda 



damcılar şəklində asılı halda qalır. 

Emulsiyanın  möhkəmliyi  neftdəki  su  damcılarının  iri  və  xırda  olmasından 

bilavasitə  asılıdır.  Əgər  neftə  qarışmış  su  iri  damcılar  halında  isə  həmin  emulsiya 

davamsız  olub,  asanlıqla  dağılır.  Əksinə,  neftdəki  su  damcıları  çox  xırda  isə 

emulsiyanı  dağıtmaq  nisbətən  çətinləşir.  Emulsiyanı  dağıtmaq  üçün  işlədilən 

maddələrə  dee mulqator  deyilir.  Deemulqatorlar  təbiətlərinə  görə  bir  neçə  qrupa 

bölünür. 

Ele ktr olitlər.  Emulsiyanı  dağıtmaq  üçün  işlədilən  elektrolitlərdən  HCl, 

H

2



SO

4

,  naften  turşuları,  NaCl,  NaOH,  FeCl



3

  və  s.  göstərmək  olar.  Göstərilən 

maddələrin bəziləri emulsiyanın tərkibindəki duzlarla bilavasitə reaksiyaya girərək 

həll  olmayan  çöküntülər  əmələ  gətirdiklərinə  görə,  bəziləri  isə  suda  həll 

olmadıqlarına görə emulsiyanı parçalayır. 

Qeyri-elektrolitlər.  Emulsiyanı  qeyri-elektrolitlərlə  dağıtmaq  üçün  bir  sıra 

üzvi maddələrdən istifadə edilir. Məsələn, benzol, benzin, karbon-4-xlorid, spirt və 

s.  Bütün  bunlar  fiziki-kimyəvi  üsullardır  ki,  onlardan  emulsiyanı  dağıtmaqda 

istifadə edilir. 

Neft  emulsiyasını  dağıtmaq  üçün  əsasən  fiziki-kimyəvi  üsullardır  ki, 

onlardan emulsiyanı dağıtmaqda istifadə edilir. 

Neft  emulsiyasını  dağıtmaq  üçün  əsasən  fiziki-mexaniki  üsullardan  istifadə 

edilir.  Bu  üsulda,  emulsiya  kimyəvi  maddələrin  iştirakı  olmadan  dağıdılır.  Bu 

məqsədlə qızdırılma, sentrifuqa, elektrik və s. vasitələrdən istifadə edilir. 

Hazırda neft emulsiyalarını üç üsulla parçalayırlar: 

1)  qızdırılma  üsulu.  Emulsiyalı  nefti  xüsusi  çənlərdə  50-60

0

C  temperaturda 



qızdırıb, 24 saat müddətində saxlayırlar. Bu halda emulsiya suya və neftə ayrılır; 

2)  elektrik  üsulu.  Bu  halda  emulsiyalı  nefti  yüksək  gərginlikli  elektrodlar 

arasından keçirirlər, nəticədə emulsiya dağılır; 

3)  parçalanma  üsulu.  Emulsiyalı  nefti  deemulqatorlar  vasitəsilə  parça-

layırlar. 



Yüklə 457,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə