Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   11   12   13   14   15   16   17   18   ...   50

münasibət. 
Ətraf  mühitin  qorunması  müxtəlif  üsullarla  -  bioloji, 
kimyəvi,  fiziki,  mexaniki,  sanitar  və  gigiyenik  və  s.  təmin 
edilir.  Ətraf  mühitin  hüquqi  qorunması  -  təbiəti  mühafizə 
fəaliyyətinin  üsullarından  biridir  və  bu  dövlətin  ekoloji 
funksiyasıdır [96,99].  
Ətraf  mühitin  qorunmasının  hüquqi  üsulları 
aşağıdakıları özündə birləşdirir: 
-
 
qorunmalı təbiət obyektləri; 
-
 
təbiəti  qorumanın  təhkim  edilən,  məhdudlaşdırıcı, 
icazə verilən tədbirləri
-
 
təbiəti  qorumaya  əməl  edilməsi  və  onun  yerinə 
yetirilməsinə nəzarət; 
-
 
dəyən zərərə görə məsuliyyət tədbirləri. 
Təbiəti  qoruma  tədbirləri  iki  qrup  normativ  hüquqi 
baza əsasında həyata keçirilir. 
Birinci  qrupa  hüquqi normalar  aiddir  ki,  onlar  təbiəti 
qoruma 
qanunlarına 
daxildirlər. 
Bunlar 
qanunlar, 
sərəncamlardırlar  ki,  torpağın,  havanın,  suyun,  meşələrin, 
heyvan  və  bitki  aləminin  qorunmasına  ümumi  ekoloji 
tələbi 
özündə  birləşdirir.  Belə  tələblər  təsərrüfat 
münasibətlərinə  ekologiyanı  nəzərə  almaqla  təsərrüfat 
qanunları tərəfindən təsir edirlər. 
İkinci qrupa təsərrüfat qanunlarının hüquqi normaları, 
ekoloji tələbləri nəzərə alan sahə qanunları daxildir. 


Ekoloji-təsərrüfat 
normaları 
əsasında 
texniki 
normalar  və  standartlar  hazırlanır  ki,  bundan  da  təbiəti 
mühafizə  orqanları  istifadə  edirlər.  Göstərilən  norma  və 
standartlara  uyğun  olaraq  istehsal  və  digər  obyektlərin 
planlaşdırılması,  layihələşdirilməsi,  tikintisi  və  istismarı 
aparılır.  Bu  qrup  normalar  ətraf  mühitin  hüquqi 
mexanizminin  bir  tərəfini,  onun  digər  tərəfi    isə  təminat 
sistemidir.  Onun  tərkibinə  iqtisadi  təminat  (planlaşdırma, 
maddi  stimullaşdırma),  təşkilati  (idarəetmə,  nəzarət) 
hüquqi (məsuliyyət), ideoloji (tərbiyə) daxildir. 
Ekoloji  hüququn  predmeti  müəssisələr  və  təbiət 
arasında ekoloji münasibətlərdir. Bu münasibətlər iki növə 
bölünür:  resurs  (torpaq,  su,  meşə)  təbii  sərvətlərdən 
istifadə və təbiəti mühafizə. 
Münasibətlərin  bu  iki  növü  qarşılıqlı  əlaqədə  vəhdət 
halında həyata keçir. Lakin bu vəhdət ziddiyyətlidir. Təbii 
ehtiyatlardan  istifadə  eyni  zamanda  onun  mühafizəsini 
tələb  edir.  Resurs  və  təbiəti  mühafizə  münasibətlərinin 
vəhdəti  və  qarşılıqlı  əlaqəsi  ekoloji  münasibətlərin  hüquqi 
tənzimlənməsinin  əsasını  təşkil  edir.  Belə  tənzimləmənin 
üç  mərhələsi  var.  Birinci  mərhələdə  (resurs)  əsas  diqqət 
xalq 
təsərrüfatının 
tələbatını 
ödəmək  üçün  təbii 
resurslardan  istifadəsinə  yönəldilir.  Hüquqi  tənzimləmə 
torpaq  hüququ  əsasında  qurulur.  Torpaq  hüququ  əsasında 
tədricən su, dağ-mədən və meşə münasibətləri tənzimləyən 


normaların xüsusi çəkisi artır. 
İkinci  mərhələdə  (təbiətin  qorunması)  ekoloji 
münasibətlərin  hüquqi  tənzimlənməsinin  əsas  məsələsi 
özünü ətraf mühitin qorunması kimi göstərir. Ətraf mühitin 
qorunmasının  çoxsaylı  formaları  (konservasiya,  səmərəli 
istifadə, 
sağlamlaşdırma) 
bu 
sistemin 
hüquqi 
tənzimlənməsinə səbəb oldu. 
Üçüncü  mərhələdə    ekoloji  əsasda  bu  iki  müstəqil 
sistemin daha qarşılıqlı birləşməsini tələb edir. 
Beləliklə,  müasir  mərhələdə  cəmiyyət  və  təbiətin 
qarşılıqlı  əlaqə  formalarının  inkişafı  resurs  və  təbiəti 
qoruma  münasibətlərini  tənzimləyən  ekoloji  hüququn 
yaranmasına gətirib çıxartmışdır. 
Prinsip  etibarı  ilə  təbii  ehtiyatlara  müdaxilə  ilə 
əlaqədar  hər  hansı  təsərrüfat  fəaliyyəti  ekoloji  sistemi 
pozur,  ona  zərər  verir,  nəticədə  zərərli  istehsal  tullantıları 
ətrafı korlayır. 
Ekoloji  zərər  ətraf  mühitin  çirklənməsi,  dağıdılması, 
ehtiyatların 
tükənməsi 
şəklində  büruzə  verir.  Onun 
xüsusiyyətləri  iki  əlamətdə  ifadə  olunur:  ətraf  mühitin 
korlanması, zərərin qarşısının alınmasının mümkün olmaması. 
Təbiətə  vurulan  zərər  öz  təbiətinə  görə  iqtisadi  və 
ekoloji  ola  bilər.  İqtisadi  zərər  əmlakın,  nəzərdə  tutulan 
gəlirlərin  itkisi  formasında  büruzə  verir.  O  təbiətdən 
istifadə edənlərə şamil edilir. 


Ekoloji  zərər  təbiətin çirklənməsi,  dağıdılması,  məhv 
edilməsi ilə əlaqədar itkilər formasında büruzə verir. Onun 
xüsusiyyətləri  iki  əlamətdə  birləşir.  Dəyən  zərərin  real 
həqiqətdən  ayrılması,  zərərin  yerinin  doldurula  bilməməsi 
–  bu  insan  həyatına,  onun  sağlamlığına,  canlılar  aləminə 
dəyən zərərlə əlaqədardır [106]. 
Bu 
xüsusiyyətlər 
dəyən 
zərərlərin 
forma 
və 
xüsusiyyətlərində  təzahür  edir.  Ekoloji  zərər  əmlak 
məsuliyyəti ya natural, yaxud pul konpensasiyası verməklə 
ödənilir.  Natural  və  pul  kompensasiyaları  ekoloji  zərəri 
ödəyərkən tətbiq olunur. Lakin natural kompensasiya nadir 
hallarda,  təbii  ehtiyatlara  dəyən  zərəri  bərpa  etmək  üçün 
imkanlar  olduqda  tətbiq  olunur.  Pul  kompensasiyası  təbii 
ehtiyatların 
bərpası, 
sağlamlaşdırılması, 
onun 
keyfiyyətinin yaxşılaşdırılması vaxtı tətbiq olunur. 
İqtisadi və ekoloji zərərlər qarşılıqlı əlaqədardır. Belə 
ki,  iqtisadi  zərər  öz  növbəsində  ekoloji  zərəri  yaradır  və 
əksinə  ekoloji  vəziyyətin  pisləşməsi  iqtisadiyyatda  itkilər 
yaradır. 
Təbiətə  dəyən  zərəri  ödəmək  üçün  ən  mühüm  cəhət 
bu  zərərin    qanunauyğun  və  ya  hüquqa  zidd  olmasını 
müəyyən  etməkdir.  Hüquqi  zərər  təsərrüfat  fəaliyyətinin 
məcburi  olduğu  halda  qanunla  icazə  verilir.  Düzgün 
olmayan  və  hüquqa  zidd  zərər  təsərrüfat  fəaliyyətində 
təbiəti mühafizə qanunlarına əməl etmədikdə baş verir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə