Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   14   15   16   17   18   19   20   21   ...   50

miqdarında  investisiya  qoyulacaq.  Xarici  neft  şirkətləri  ilə 
əməkdaşlığın  dərinləşməsi  və  genişlənməsi  ARDNŞ-ə  qısa 
müddət ərzində Xəzərin Azərbaycan sektorunda perspektivli 
strukturların kəşfiyyatı  və istismarı barədə yeni müqavilələr 
bağlamağa imkan verdi. Bu sənədlərin dünyanın 15 ölkəsini 
təmsil  edən    26  nüfuzlu  neft  şirkətləri  tərəfindən  
imzalanması,  ölkəmizin    bütün    neft  sənayesinin  daha  da 
inkişafını təmin etməyə imkan verir.  
1995-1997-ci 
illərdə  respublikamızda  xam  neft 
hasilatının  həcmi  təxminən  dəyişkən  olmadan  9  mln.  ton 
təşkil  etmişdir  ki,  onun  da  7,5  mln.  tonu  və  yaxud  82  %  -ə 
qədəri  dənizdəki  NQCİ  –lərin  payına  düşür.  1999-ci  ildə 
hasil edilən 11,4 mln. ton neftin 99,05 mln. tonu, 1998-ci ildə 
13,  8  mln.  ton  neftin  8,99  mln.  tonu,  2000-ci  ildə  isə  15,7 
mln. ton neftin 9, 01 mln. tonu Dövlət Neft Şirkətinin qalan 
hissəsi isə uyğun olaraq   2,35 mln. ton;  4,81 mln. ton; 4,90 
mln.  ton  və  6,66  mln.  tonu  isə  ABƏŞ  sistemində 
çıxarılmışdır.  Göründüyü  kimi    Dövlət  Neft  Şirkətindəki 
köhnə  yataqlarda  yaxın  perspektivdə  hasilat  artımının 
gerçəkləşməsi ehtimalı məhduddur. Dövlət Neft Şirkəti üzrə 
aparılan araşdırmalar göstərir ki, orada əsas fondların dəyəri 
2002-ci  ilin  əvvəlinə  16191,  5  mlrd.  manat  işçilərin  orta 
siyahı sayı 65 min nəfər; neft hasilatının həcmi 9,0 mln. ton; 
qaz  hasilatı  5546,  5  mln.  ton  m

;  neft  quyularının  istismar 
fondu  10,4  min  ədəd,  o  cümlədən  işlək  fond  6,8  min  ədəd 


neft  quyularının  orta  günlük  hasilatı  3,8  ton,  o  cümlədən 
köhnə quyularda 3,8 ton yeni quyularda 10, 4 ton təşkil edir. 
1995-1999-cu  illər  ərzində    Dövlət  Neft  Şirkətinin  
neftqazçıxarma  müəssisələrində  neft  hasilatının  həcmi 
azalmışdır.  Neft  hasilatının  aşağı  düşməsi  əsasən 
«Binəqədineft»,  «Suraxanıneft»,  «Siyəzənneft»  və  H.C. 
Tağıyev  adına  NQCİ-lərdə  hasilatın  həcmi  «Neft-Daşları», 
«Qum adası», N.Nərimanov adına, «Bulladəniz» NQCİ-lərdə 
daha  çox  müşahidə  edilir.  2000-2001-ci  illərdə  neft  hasilatı  
əsasən  dəyişməz  qalmışdır.  Ümumi  çıxarılan  neftin  82,3% 
dənizdə neftqazçıxarma idarələrinin, 17,7%-i isə qurudakı 14 
NQCİ-lərin  payına  düşür.  İl  ərzində  dənizdə  fəaliyyət 
göstərən  143  quyu  hidrotexniki  qurğuların  olmasına  görə, 
534 quyu – vurucuların, 201 quyu nəzarətedici, 130 quyu isə 
yuyucu  sistemlərin  olmaması  səbəbindən  fəaliyyətlərini 
dayandırmışdır.  Həmin  dövrdə  23524  quyu  istismardan  
sonra uyğun olaraq 3735 quyu və 3139 quyu qazmadan ləğv 
olunmuşlar.  Təkcə  2001-ci  il  ərzində  laylara  süni  təsir 
metodlarının  tətbiqi  nəticəsində  hasil  olunan  neftin  miqdarı 
835, 4 min ton təşkil etmişdir ki, onun da 75 min tonu fiziki 
–  kimyəvi  və  termik  metodların  təsiri  nəticəsində 
çıxarılmışdır. 
Texniki 
çatışmamazılqlar 
və 
boru 
sistemlərində  mövcud  olan  nöqsanlar  üzündən  2000-ci  ildə 
şirkət üzrə  atmosferə atılan tullantıların miqdarı 211, 6 min 
ton,  2001-ci  ildə  isə  189,2  min  ton,  dənizə  atılan  çirkab 


suların miqdarı isə uyğun olaraq 28, 6  və  28, 3 mln m

təşkil 
etmişdir. [41. s. 46-50]  
1995-2001-ci illər ərzində «Neft Daşları» NQCİ-də neft 
quyularının orta günlük hasilatı 4,7 ton/gündən 5,5 ton/günə, 
«Qum  adası»  NQCİ-də  3,8  ton/gündən  –  8,1  ton/  günə 
çatdığı  halda;  «28  may»  NQCİ-də  gündəlik  hasilat  102,9 
ton/gündən-  92,9  ton/günə;  «Bulla  dəniz»  NQCİ-də  20,6 
ton/gündən 10,2 ton/günədək azalmışdır. 
Digər  dəniz  neft  yataqlarında  da  maddi  texniki 
təchizatın  səviyyəsinin  aşağı  olması,  avadanlıqların  həddən 
artıq  köhnəlməsi,    onların  təmiri  üçün  lazım  olan  ehtiyat 
hissələrinin  çatışmaması,  qazıma  avadanlıqlarının  olmaması 
son  illərdə  neft  hasilatı  tempini  sabit  saxlamağa  imkan 
verməmişdir.  Bunu  demək  kifayətdir  ki,  hazırda  qurğuların 
qəza vəziyyətində olması üzündən  1999-cu il üzrə 13 quyu 
ləğv  edilmişdir  ki,  bunların  da  11-i  geoloji    səbəbə  görə;  2 
quyu  isə  hidrotexniki  qurğuların  qəzalı  olduğu  üçün  texniki 
səbəbə görə ləğv olunmuşdur.  
 
Hazırda  ARDNŞ  üzrə  71  neft-qaz  yatağından 
karbohidrogen hasil edilir ki, onlardan da 43-ü Azərbaycanın 
quru  və 28-i  isə dəniz ərazisindədir. İşlənmənin əvvəlindən 
01.01.2007-ci  il  tarixinə  kimi  istismarda  olmuş  yataqlardan 
1520,0 mln. ton neft (qaz kondensatı  ilə birlikdə) və  500,2  
mlrd    m
3
  qaz  çıxarılmışdır.  2005-ci    il    ərzində    ARDNŞ  
üzrə    istismara  verilən  yeni  quyuların  sayı    109  ədəd  plana 


qarşı  114 ədəd,  o cümlədən  MM və  ƏŞ-lər  üzrə  49 quyuya 
qarşı 38 quyu olmuşdur. 
Son  illər    aparılmış    istismar  qazması  nəticələrinin  
təhlili    yeni    quyuların    qazılaraq  istismara  verilməsinin 
yataqlar  üzrə  hasilatın  sabitləşməsi  və    artırılması        üçün  
əsas  şərtlərdən  biri  olduğunu  təsdiq  edir.  İstismar  qazması 
hesabına  işlənmədə  olan  obyektlərdə  quyu  şəbəkəsi  qismən 
bərpa  edilir, texniki səbəbdən  sıradan çıxmış köhnə  quyular 
yeniləri  ilə  əvəz  olunur  və  yatağın  lazımi  texnoloji  rejimdə 
istismarı  üçün  şərait  yaranır.  Odur  ki,  gələcəkdə  əsas 
tədbirlərdən  biri  kimi  istismar  qazmasının  həcminin 
artırılmasına  böyük  diqqət  yetirilməlidir.  2006-cı  il  ərzində 
Şirkət  üzrə  su  vurulan  obyektlərdən  437,3  min  ton,  o 
cümlədən dəniz üzrə - 121,1 min ton, quru üzrə - 316,2 min 
ton  əlavə  neft  hasil  edilmişdir.  "Azneft"  İB-nin  NQÇİ-ləri 
üzrə  yataqların  lay  təzyiqlərinin  düşməsinin  qarşısının 
alınması  üçün  laylara  nəzərdə  tutulmuş  4628,9  min  m
3
 
əvəzinə 4139,7 min m
3
 su vurulmuş və 190,5 min ton plana 
qarşı  198,4  min  ton  əlavə  neft  hasil  edilmişdir.  Dəniz 
yataqlarında  laylara  süni  təsir  məqsədilə  1728,9  min  m
3
-ə 
qarşı  1167,0  min  m
3
  su  vurulmuş,  nəticədə  qeyd  edildiyi 
kimi 121,1 min ton əlavə neft hasil edilmişdir. 
Layların  neft  veriminin  artırılmasının  digər  üsulları 
vasitəsilə  (III  üsullar)  "Azneft"  İB  üzrə  23,6  min  ton  plana 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə