Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   18   19   20   21   22   23   24   25   ...   50

prinsiplərinə  uyğun  səhmləşmə  prosesi,  əsaslı  struktur 
islahatları  reallığa  çevrilməmişdir.  Elektrik  enerjisi 
istehsalında, 
qaz 
emalında 
transformasiya 
prosesi 
ləngiməkdə,  enerji  və  qaz  şəbəkəsinin  reabilitasiyasında 
optimal  ritm  təmin  olunmamışdır.  YEK-in  digər  mühüm 
sahələri  hesab  edilən  neft  və  qaz  emalı  zavodları  istehsal 
gücünün  1/3-dən  istifadə  edirlər.  Onların  tənzimləyici 
qurğuları  və  istehsal  sahələri  də  texnoloji  cəhətdən 
köhnəlmiş,  uzun  illər  malik  olduqları  bazarlar  da 
mövqelərini  itirmişlər.  Sovet  rejimindən  miras  qalan 
funksional idarəetmə strukturları və mexanizmi YEK kimi 
strateji  kompleksdə  hələ  də  saxlanılır.  Kompleksdə  əsaslı 
struktur islahatları aparılmalıdır [4]. 
Bu  istiqamətdə  artıq  müəyyən  işlər  görülür.  Belə  ki, 
2001-ci  ildə  ölkə  Prezidentinin  fərmanı  ilə  Yanacaq  və 
Enerji  Nazirliyi  yaradılmış  və  YEK  müəssisələrinin 
özəlləşdirilməsi 
haqqında 
müvafiq 
sərəncam 
imzalanmışdır. 
Lakin Nazirliyin  yaradılmasından keçən dövr ərzində 
onun  DNŞ  ilə  funksional  vəzifə  bölgüsü  aparılmamış 
əksinə, YEK-də  dörd pilləli  idarə  sistemi  yaranmışdır. Bu 
isə  öz  növbəsində  tədqiq  edilən  kompleksdə  onsuz  da  çox 
olan texniki və texnoloji problemlərin həllini ləngidir. Neft 
sənayesində  idarəetmə  sisteminin  təkmilləşdirilməsi  üzrə 
T.N.Əliyevin son illər həmkarları ilə birlikdə nəşr etdirdiyi 


monoqrafiyada  aralıq  orqan  kimi  istehsalat  birliklərinin 
ləğv  edilməsi,  qurudakı  neftqazçıxarma  idarələrinin 
bazasında 
ərazi  idarəetmə  orqanının 
yaradılması, 
gələcəkdə 
neftqazçıxarma 
idarələrinin 
səhmdar 
cəmiyyətlərinə  çevrilməsi  haqqında  tövsiyələri,  fikrimizcə 
çox  qiymətlidir  və  mövcud  idarəetmə  sisteminin 
təkmilləşdirilməsinə  şərait  yaradacaqdır.  Yeni  idarəçilik 
şəraitində ekoloji problemlər də həll olunacaqdır. 
Lakin  bu  fakt  da  danılmazdır  ki,  yanacaq-enerji 
kompleksi  təbii  ehtiyatların  ən  çox  istehlakçısı  olduğu 
üçün ətraf mühitin çirklənməsində payı yüksəkdir. 
Aparılan tədqiqatlar göstərir ki, YEK-in müəssisələri 
zərərli  tullantıların  30%-i  atmosferə,  30%-i   su  hövzəsinə, 
25%-i    isə  torpaq  sahələrinə    buraxırlar.  İstilik  elektrik 
stansiyaları  və  kiçik  istilik  qurğuları  da  hava  hövzəsini 
daha  çox  çirkləndirirlər.  Bunu  ayrı-ayrı  müəssisələrin 
timsalında 
nəzərdən 
keçirək. 
Məlumdur 
ki, 
respublikamızda  bir  neçə  iri  sənaye  şəhərlərində  çoxsaylı 
və müxtəlif təyinatlı müəssisələr vardır. 
Onlardan  biri  də  Mingəçevir  şəhəridir.  Orada  enerji 
sənayesinin  flaqmanı  Azərbaycan  Dövlət  Rayon  Elektrik 
Stansiyasıdır  (Azərb.  DRES).  Həmin  stansiyada  istehsal 
prosesində  hava  mühitinin  çirklənməsinin  qarşısını  almaq 
məqsədilə  təbii  qaz  yanacağından  geniş  istifadə  edilməsi 
mümkün  olmadıqda  az  kükürdlü  mazutdan  istifadə 


edilməsi təklif edilmişdir. 1991-ci ildə bu təkliflə əlaqədar 
stansiyada  təbii  qazdan  istifadə  2-3  dəfə  artsa  da,  az 
kükürdlü  mazutdan  da  istifadə  edilmişdir.  1992-ci  ildən 
«Azərb.  DRES»də  istismarda  olan  TQMP-344  ASO 
markalı qazan qurğularında yanacaq məqsədilə təbii qaz və 
mazutdan  istifadə  edilir.  Stansiyada  8    qazan  qurğuların 
hər  birinin  nominal  məhsuldarlığı  saatda  1000    tondur.  
Yanma    zamanı    alınan    zərərli    maddələrin    havaya  
atılması,    stansiyada  quraşdırılmış  hər  birinin  hündürlüyü 
330 m olan 2 ədəd tüstü borusu vasitəsilə aparılır. Həmin il 
təbii  qaz  və  mazut  yanacağının  sərfi  -  təbii  qaz  -  480018 
min. m
3
; mazut - 2139442,0 ton olmuşdur [29]. 
Cari  ildə  havaya  (ətraf  mühitə)  atılmış  zərərli  maddələrin 
faktiki miqdarı 2 TP - hava-statistik hesabatına görə aparılmışdır. 
Havaya  atılıb  cəmi  -  30591,0  ton-il,  o  cümlədən  bərk  halda 
hissəciklər  -1130,0  ton-il;  qaza  oxşar  maddələr  -  29460,0  ton-il; 
kükürd  anhidridi  -  257447,0  ton-il;  vanadium  5  oksid  -  5112258 
ton-il; karbohidrogenlər - 29,0 ton-il. 2000-ci ldə bərk hissəciklər 
cəmi  1407,5,  2001-ci  ildə  653,6,  2002-ci  ildə  2001-ci  illə 
müqaisədə  (+)  artıq,  (-)  azalmış-10,5  olmuşdur.  Qaz  və  mayelər 
2000-ci  ildə  cəmi  49304,  2,    2001-ci  ildə  32908,6,    2002-ci  ildə 
isə  2604,1  olmuşdur.  Kükürd  anhidridi  2000-ci  ildə  32307,1,  
2001-ci  ildə  13239,  0,    2002-ci  ildə  1881,0  ton  olmuşdur. 
Vannadium oksid 2000-ci ildə 321,9,  2001-ci ildə 171,2, 
2002-ci 
ildə isə 27,3 ton olmuşdur.  


İl  ərzində  Mingəçevir  şəhəri  üzrə  atmosferə  atılan 
zərərli  maddələrin  80%-i  Azərbaycan  DRES-in  payına 
düşür.  Ayrı-ayrı  illərdə  Azərbaycan  DRES-in  atmosferin 
çirklənməsi  haqqında  məlumatları  aşağıdakı  kimi 
xarakterizə etmək olar. 
Azərbaycan  DRES-də  1995-ci  ildə  sərf  edilmiş  təbii 
qaz  və  mazutun  miqdarı  -  müvafiq  olaraq  216284,4  min 
m
3
, 1910114,4 ton  olmuşdur. 
Atmosferə  atılmış  zərərli  tullantıların  miqdarı  2  TP 
statistik  hava  hesabına  görə  aparılmışdır.  Havaya  - 
24877,287 ton  zərərli tullantılar; o cümlədən: 573,029 ton 
bərk  halda  hissəciklər;  21471,643    ton  kükürd  anhidridi;   
168,454  ton    vanadium  5-oksid;  2624,161  ton  -  azot 
oksidləri; 0,048 ton benzopren atılmışdır. 
1996-cı  ildə  isə  atmosferə  stansiya  üzrə  cəmi 
25357,270  ton  zərərli  maddə,  o  cümlədən;  2568,424  ton 
azot  oksidləri;  21918,674  ton  kükürd  anhidridi;  170,086 
ton  vanadium  5-oksidi;  700,372  ton  bərk  zərrəciklər 
atılmışdır. 
1997-ci 
ildə 
su 
obyektlərini 
çirkab 
sularla 
çirkləndirdiyinə  görə  Azərb.  DRES  390  mln.  man.  cərimə 
ödəmişdir.  Onun  enerji  bloklarında  1308,8  mln.  kub  m.  su 
işlədilir.  Təbii  ki,  həmin  sular  sonradan  ətraf  mühiti 
çirkləndirirlər.  Mingəçevir  su  elektrik  stansiyasında  həmin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə