Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

 
 
 
təkliflər  universal  xarakter  daşıdığı  üçün  başqa  sahələrdə, 
eləcə neft-qaz sənayesində istifadə edilə bilər.  
 
3.3. Ətraf  mühitin mühafizəsinin təkmilləşdirilməsi 
yolları 
 
Təsərrüfat fəaliyyətinin və eləcə də təbiətin istifadəsinin 
səmərəliliyinin  yeganə  meyarı  müəyyən  obyektin  (obyektlər 
kompleksinin) fəaliyyəti nəticəsində  milli gəlirin və  ya xalis 
məhsulun artımı olmalıdır. 
Təbiətin  istifadəsinin  elə  spesifık  xüsusiyyətləri  vardır 
ki,  bunlar  da  ümumi  meyarların  dəyişdirilməsinə  gətirib 
çıxarır,  ancaq  bu  dəyişiklik  bir  meyarı  digərinə  qarşı 
qoymamalıdır. 
Bu  mərhələdə  təbiətin  istifadəsinin  səmərəliliyin 
qiymətləndirilməsi  sisteminin  aşağıdakı  əsas  konturları 
müzakirə üçün təklif olunur. 
Birinci-olaraq  təbiətin  istifadəsi  prosesini  funksional 
əlamətlərə görə iki əsas qrupa bölmək lazımdır: 
1.
 
Təbiətin mühafizəsi insanların yaşayış şərti kimi
2.
 
Təbii  ehtiyatların,  istehsalın,  xalq  təsərrüfatının 
əsas istehsal fəaliyyəti kimi (meşə, su, balıq təsərrüfatı, təbii 
ehtiyatların  təkrar  emalı,  faydalı  qazıntıların  geoloji 
kəşfiyyatı və s.). 
Bazar  münasibətlərinə  keçid və özünü  maliyyələşdirmə 
şəraitində  işləyən  təşkilat  və  müəssisələr  ətraf  mühitin 


 
 
 
qorunmasının iqtisadi üsullarının daha geniş tətbiq sahələrinə 
malikdirlər.  Təcrübə  göstərir  ki,  iqtisadi  cəhətdən  zəif  olan 
təşkilat və müəssisələr təbiətin mühafizəsi tədbirlərinin aktiv 
həyata  keçirilməsinə  daha  çox  maraqlı  olurlar.  Belə  ki, 
onların  inkişafının  əsas  göstəriciləri  keyfiyyətli  məhsul 
istehsalından,  yüksək  əmək  məhsuldarlığından  və  maya 
dəyərin aşağı olmasından asılıdır. 
Təbii  ehtiyatlardan  istifadənin  qiymətləndirilməsinin 
tam mümkün olmaması onunla xarakterizə olunur ki, bir çox 
təbii  ehtiyatlar  təkcə  əmək  predmeti  yox,  həm  də  onun 
nəticəsidir.  Təbii  ehtiyatlar  əmək  predmeti  kimi  bir  çox 
faydalı  keyfiyyətlərə  malikdirlər.  Buna  görə  təbii 
ehtiyatlardan  istifadənin  iqtisadi  cəhətdən  hərtərəfli 
qiymətləndirmək  zəruriliyi  mövcuddur.  Bu  baxımdan 
qiymətləndirmə  təkcə  təbii  ehtiyatın  istifadəsi  xərclərini 
deyil,  həm  də  onun  xalq  təsərrüfatı  üçün  vacibliyini  də 
özündə əks etdirməlidir. Lakin, təbii ehtiyatlardan istifadənin 
qiymətləndirilməsi təkcə xərclər elementi olsa da, bu anlayışa 
birmənalı  şəkildə  baxmaq  düzgün  deyil.  Məsələn,  təbii 
ehtiyatları,  YEK  qiymətləndirilərkən,  bir  çox  amillər 
(iqtisadi,  texniki,  coğrafi,  geoloji  və  s.)  nəzərə  alınmalıdır. 
Müxtəlif  təbii  ehtiyatlar  müxtəlif  formada,  daha  doğrusu 
qiymətləndirmənin ekoloji, coğrafi, iqtisadi, geoloji və  digər 
növləri bir-birindən fərqləndirilməlidir. 


 
 
 
Təbii  ehtiyatların  iqtisadi  qiymətləndirilməsi  yalnız 
istehsal  prosesində,  ekoloji  qiymətləndirmə  isə  insanların 
təbiətə münasibətində təyin oluna bilər. Bununla belə iqtisadi 
və  ekoloji  qiymətləndirmə  istehsalın  xarakteri  ilə  təyin 
olunur. 
Hal-hazırda  energetika,  yanacaq  ehtiyatlarının  iqtisadi 
qiymətləndirilməsini  iki  aparıcı  istiqamətə  ayırmaq  olar: 
«gəlirsiz»  və  «gəlirli».  İqtisadi  qiymətləndirmə  əsasında  bu 
və  ya  digər  mineral  ehtiyatların  qiyməti  təyin  olunur.  Bu 
qiymət  hər  hansı  növ  yanacaq-energetika  ehtiyatlarına  olan 
tələbatı  xarakterizə  etməlidir,  yəni  bu  qiymət  iqtisadi 
cəhətdən əsaslandırılmalıdır. 
Qiymətin  iqtisadi  əsaslandırılması  dedikdə,  istehsal 
sferasında  bütün  qiymətləri  təşkil  edən  amillərin  uçotu 
nəzərdə  tutulur.  Bu  zaman  milli  gəlirin  maksimum  meyarı, 
gəlir  norması  ilə  tamamlanmalıdır.  Qiymətlərin,  xərclər  və 
nəticələrin  səmərəliliyinin  ölçülməsi  funksiyasının  yerinə 
yetirilməsi üçün, onlar özündə zəruri ictimai  xərcləri düzgün 
əks  etdirməlidirlər.  Belə  ki,  ictimai  istehsalın  quruluşunun 
təkmilləşməsi, texnika və texnologiyanın inkişafı nəticəsində 
zəruri  ictimai  xərclər  də  dəyişir  və  bu  zaman  qiymətlər 
sisteminin  də  təkmilləşdirilməsi  zəruriyyəti  meydana  çıxır. 
Bu baxımdan qiymətlər sisteminin təkmilləşdirilməsi prosesi 
prinsipcə iki məsələni həll etməlidir: 


 
 
 
1.
 
İstehsaldaxili  məhsulların  müxtəlif  növlərinin 
qiymətləri arasında nisbətlərin təkmilləşdirilməsi
2.
 
Zəruri  ictimai  xərclərin  təyin  olunması  yolu  ilə 
qiymətlərin  əsaslandırılması  (istehsalatlararası  balansın 
köməyi ilə). 
Təbii  ehtiyatlar  qiymətləndirilərkən  iki  cəhətə  fikir 
vermək lazımdır: 
1.
 
təbii ehtiyatların bir hissəsi təbii mövcuddur
2.
 
digər  hissəsi  isə  bilavasitə  insanın  iştirakı  ilə 
yaradılmışdır. 
Lakin  hər  ikisini  bir  əlamət  birləşdirir.  İnsanın, 
cəmiyyətin  tələbatının  ödəmə  imkanı.  Qeyd  edildiyi  kimi, 
təbii  ehtiyatların  qiymətləndirilməsinə  iqtisadi  amillərlə 
yanaşı texniki, geoloji, coğrafi və ekoloji amillər də təsir edir. 
Ona  görə  də,  müxtəlif  təbii  ehtiyatlar,  müxtəlif  cür 
qiymətləndirilir. 
Təbiətin  istifadəsinin  aktual  istiqamətlərindən  biri 
iqtisadi-ekoloji  sistemin  proqnozlaşdırılması  ilə  əlaqədardır. 
İqtisadi artımın maksimum tempini ətraf mühitin çirklənməsi, 
buraxıla bilən ekoloji səviyyə ilə uyğunlaşdırılmasıdır [19]. 
Hal-hazırda yerli və xarici tədqiqatçıların atmosferin, su 
ehtiyatlarının,  torpaq  və  meşə  ehtiyatlarının  qorunması  və 
istifadəsi 
tədbirlərinin 
proqnozlaşdırılması 
üçün 
modelləşdirməyə aid müəyyən təcrübələr toplanmışdır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə