Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   20   21   22   23   24   25   26   27   28

 

79 


aşkardır:  inhisarçı  təklifin  bütün  həcmini  özü  buraxır  və  deməli,  bu  həcmə  özü 

nəzarət edir. 

Müasir  şəraitdə  qərb  ölkələrində  olduğu  kimi  Rusiyanın  bank  bazarları  da 

diferensiasiya  edilmiş  oliqopoliya  modelinə  daha  çox  meyl  edirlər.  Əlamətdar 

haldır  ki,  əcnəbi  mütəxəssislərin  fikrincə,  bu  cür  bazar  strukturu  sağlam  rəqabət 

baxımından ən yaxşı strukturdur. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

80 


3.3. Azərbaycanın bank xidmətləri bazarının  

müasir vəziyyəti və  inkiĢaf istiqamətləri 

 

Azərbaycan Respublikasının bank sistemi Milli Bankdan və Respublikanın 



kredit  təşkilatlarından  ibarətdir.  Bank  sisteminin  ən  mühüm  tərkib  hissəsi  isə, 

Azərbaycan Respublikası Milli Bankıdır. Milli Bank respublikanın mərkəzi bankı 

statusundadır. O, mərkəzi bankın vəzifələrini yerinə yetirir. 

Azərbaycan  Respublikası  Milli  Bankı  bütövlükdə  dövlət  mülkiyyətindədir. 

O,  hüquqi  şəxsdir,  möhürü  var.  Milli  Bank  fəaliyyətində  mənfəət  güdmür,  bütün 

vergidən  azaddır.  Lakin  xərcləri  öz  gəlirləri  hesabına  ödəyir.  Milli  Bank 

beynəlxalq  maliyyə  və  kxedit  təşkilatlarında  Azərbaycan  Respublikasının 

mənafeyini təmsil edir. 

Ümumiyyətlə  götürsək,  Milli  Bankın  Azərbaycan  iqtisadiyyatının 

inkişafmda  çox  böyük  rolu  vardır.  Belə  ki,  Milli  Bank  iqtisadiyyatın  inkişafının 

əsasını  təşkil  edən  milli  valyutanın  sabitliyini  təmin  edir  və  onun  alıcılıq 

qabiliyyətini tənzimləyir. Milli Bank normal pul-kredit siyasəti həyata keçirməklə 

istehsalın  inkişafına  təkan  verə,  infılasiyanın  səviyyəsini  aşağı  sala,  işsizliyi 

nisbətən  aradan  qaldıra  bilər.  Bundan  başqa  Milli  Bank  respublikada  pul 

dövriyyəsini tənzimləyir, dövriyyədəki pulların banklara cəlb edilməsini təşkil edir. 

Milli  Bank,  o  cümlədən  Azərbaycan  Respublikası  ərazisində  nəğd  pul 

emissiyasını həyata keçirən yeganə kredit təşkilatıdır. 

MilIİ  Bank  kommersiya  banklarının  işinə  nəzarət  edir,  onların  fəaliyyətini 

tənzimləyir. 

Bazar  iqtisadiyyatı  şəraitində  yaşayan  ölkələrdə  olduğu  kimi  Azərbaycanda 

da kommersiya bankları ikipilləli bank sisteminin ikinci pilləsini təşkil edir. 



 

81 


Azərbaycanda  bank  qanunvericiliyi  ölkədə  xarici  kapitalın  iştirakı  ilə  olan 

bankların inkişafına xüsusi şərait yaratmışdır. Buna görə də, Azərbaycan respubli-

kasının bank sistemində xarici kapitalın iştirakı ilə olan banklar artmaqdadır. 

Kommersiya bankları bir sıra əməliyyatlar aparırlar ki, bunlardan ən əsası da 

əhalinin pul vəsaitlərinin banklara cəlb edilməsi və yerləşdirilməsidir. Banklar pul 

vəsaitlərinə  olan  ehtiyacın  90%-nə  qədərini  cəlb  olunmuş  vəsaitlər  hesabına 

ödəyir. Bir çox ölkələrdə sərbəst vəsaitlərin 90-95-i əmanətlər formasında banklara 

cəlb  olunur.  Əmanətlərin  həcmi  ümumi  məhsulun  20-30%-ə  qədərİni  təşkil  edir. 

Lakin Azərbaycan şəraitində əmanət işi olduqca zəif qurulmuşdur. 

Əmanətlərin  cəlb  olunmamasının  bir  sıra  mühüm  səbəbləri  vardır.  Banklar 

vəsaitləri  onlara  haqq  ödəməklə  səfərbərliyə  alırlar.  Əgər  bu  vəsaitlər  istifadəsiz 

qalarsa,  bank tezliklə  iflasa  uğrayır  və heç  topladığı  vəsaitlərin  də haqqını  ödəyə 

bilməz.  Məhz  buna  görə,  də  banklar  aldığı  pulları  gərək  satsın.  Buna  görə  də, 

Azərbaycan Respublikasında bankların işində kredit xidmətləri əsas yer tutur. 

Banklar  əsasən  kredit  vermək  və  kassa-hesablaşma  xidmətləri  göstərilməsi 

ilə  məşğuldur.  Onlar  pul  alveri  ilə  məşğuldur.  Banklar  öz  vəsaitlərini  həm 

müştərilərə, həm də digər banklara satırlar. 

Hal-hazırda Azərbaycan Respublikasında kommersiya bankları çoxsaylı bank 

xidməti  həyata  keçirirlər.  Bank  bazannda  44  bank  fəaliyyət  göstərir.Bunlardan 

Beynalxalq Bank, Kapital Bank, Ata Bank, Bank Respublika, Bank of Baku, Bank 

of  Azeribaijan,  Bank  Standard,  Muğan  Bank  Texnika  Bank,  Və  s  bankları  misal 

göstərmək olar. 

Kommersiya bankları aşağıdakı bank xidmətləri göstərirlər.  

Fiziki ġəxslərə xidmətlər 

 



Hesablaşma-kassa xidməti 

 



Valyuta-mübadilə əməliyyatları 

 



Kreditlər 

 



Əmanətlər 


 

82 


 

Plastik kartlar 



 

Təcili Pul Köçürmələri 



 

Azercell və Bakccll abunəçiləri üçün 



 

American Express çekləri 



Korporativ müĢtərilər 

 



Hesablaşma-kassa xidməti 

 



Valyuta-mübadilə əməliyyatları 

 



İnkasassiya 

 



Kreditlər 

 



Depozitlər 

 



Məvacib plastik kartları 

 



Sənədli əməliyyatlar 

 



Bank- Müştəri 

 



İnternet bankinq 

 



Hesablaşma-kassa xidməti 

Dünya miqyasında isə kredit xidmətlərinin 200-ə yaxın bank xidmətləri gös-

tərirlər.  Azərbaycanda  da  bank  sisteminin  xidmət  səviyyəsindən  dünya  bank  sis-

teminin xidmət səviyyəsinə çatdırılması vacibdir. Bunun üçün bank sferasında olan 

böhran aradan qaldırılmalı, onun işi sağlamlaşdırılmalı və təkmilləşdirilməlidir. 

Bazar iqtisadiyyatına keçidlə əlaqədar Azərbaycanda yaranmış bank böhranı 

və onun səbəbləri. Bank bazannı yaxın bir neçə il ərzindəki fəaliyyətini hətta üzdən 

təhlil etdikdə belə, çox ziddiyyətli görünür. 

Ümumiyyətlə, bu. dövrdə respublikanın bank sistemində yaranmış problem-

ləri  ayrılıqda  yox,  mövcud  sosial-iqtisadi  vəziyyəti,  yəni  istehsalın  həcminin 

azalması, infılyasiyanın dərinləşməsi, milli valyutanın məzənnəsinin aşağı düşməsi, 

tədiyyə  balansının  Bank  kəsrinin  artması,  investisiya  böhranı,  respublikalar 

arasında  formalaşmış  iqtisadi  əlaqələrin  pozulması,  ənənəvi  əmtəə  bazarlarının 

itirilnıəsi və s . məsələləri nəzərə almaqla səciyyələndirmək lazımdır. 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə