Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə21/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   17   18   19   20   21   22   23   24   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

45 


 

SOME STUDIES ON AZERBAIJAN TURKISH LANGUAGE IN IRAN 

 

Summary 

 

Various languages have come into existence and begun to live together with people 



since the beginning of the world. Nations have penned many works about their languages in 

lexicology, grammar, mythology, folklore, culture, literature, art, religion and similar fields 

sothat their languages will survive and be transferred from generation to generation without 

getting lost.  Such efforts have continued for thousands of years without losing their 

importance.  Social,  political,  cultural,  scientific,  economic,  commercial and technological 

developments today and efforts aimed at globalisation have further emphasised the 

importance of activities in this field, especially local and regional activities.  

Azerbaijani Turkish is spoken in countries and neighbouring regions where Azeri 

Turks live and publications are made in Azeri Turkish at least in three different alphabets.  

Academic studies that are conducted in modern Iran about Azerbaijani Turkish are 

important for the Azeri dialect of Turkish and these studies are generally carried out by 

using the Persian alphabet.  

The present study will investigate the work entitled Contemporary Literary Azeri 

Language 

Muasır Edebî Azerî Dili”, which was written by Muhammed Taki Zehtabi in the 

Azeri dialect of Turkish using the Persian alphabet,  a dictionary entitled Azeri Turkish-



Persian “Ferheng-i Azerbaycânî- Farsî” and Grammar of Azerbaijani Language Destur-e 

Zebân-e Azerbaycanî,  both of which were written by Behzad Behzadi.  During the 

investigation of these works,  explanations will be provided about why these works were 

written, the way they were arranged and the topics they cover.  

Key  words: Azerbaijan Turkish,  Azerbaijan Turkish-Persian dictionary, 

Azerbaijan Turkish Language in Iran 



 

 


AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

46 


 

XX ƏSR KLASSIK ÖZBƏK ƏDƏBIYYATINDA “AZƏRBAYCAN” 

MÖVZUSU 

 

Almaz ÜLVİ (Binnətova), f.e.d. 

(AMEA/Az

ərbaycan) 

 

Az



ərbaycan mövzusu tarix boyu özbək poeziyasının baş mövzularından biri 

olmuşdur.  Bu  ənənə  klassiklərdən tutmuş  ta XX  əsrin görkəmli  yaradıcılarının – 

Çol

panın,  Niyazinin,  Həmid  Alimcanın,  Qafur  Qulamın,  Zülfiyyənin...,  eləcə  də 



müasir dövr g

ənclərinin yaradıcılığından əsas xətt kimi keçmişdir və davam edir.  

H

əmid Qulam özbək xalq şairidir, onun "Azərbaycan gözəli" (1, s. 60) adlı 



könül duy

ğularındakı poetika insanı riqqətə gətirir (tərcümə ed. M.Dilbazi). Şairin- 

 

İki eşq, iki yurd olub çıraqban,  



Dostluq m

əşəlimiz gur yansın hər an.  

S

ən bir qızılgülsən, mən sənə heyran,  



Ba

şı dağlar kimi vüqarlı duran,  

Ey sözü, söhb

əti şirin, məzəli,  

Az

ərbaycan gözəli!  



 

– 

misraları sanki türk obalarına eşq dastanının çılğın bir parçasıdır. Onun İ. 



Solta

nın tərcüməsində "Məktub", "Tarlamıza gəl", "Ana", "Qardaşlar", X. Rza tər-

cüm

əsində "Yuxu" və s. şeirləri də Azərbaycan oxucularına tanışdır.  



Xalq şairi Həmid Alimcan xalq şairi Zülfiyyənin əri olmuşdur.O, çox gənc–

35 ya


şında dünyadan köçmüşdür. Zülfiyyə bütün şeirlərində ona olan eşqini, ona 

h

əsrət qəlbini oxucusu ilə bölüşdürür.Zeynal Cabbarzadənin, Rəsul Rzanın...tərcü-



m

ələrində onun şeirləri dilimizə nəşr olunmuşdur.Çox şöhrətli, şərəfli ömür yaşa-

mışdır.Özbəkistan EA müxbir üzvü seçilmişdir.Qısa ömründən 10 cildlik bədii ya-

ra

dıcılıq nümunələri özbək ədəbi tarixinəərmağandır. 



Uy

ğunun "Qızıl torpaq", Camal Kamalın "Günəş çeşməsi", Həmid Alimca-

nın  "Sən doğulan günü", Abdulla Aripovun "Bir cüt qara göz",  Əqsəd Muxtarın 

"H

ər kəsin öz vətəni var"... şeirlər və poemalar kitabları kütləvi tirajla Azərbaycan-



da n

əşr olunmuş və ədəbi tənqidin diqqətini cəlb etmişdir.  

Özb

ək xalq şairi Şöhrətin "Yenə gəldim" (tərcümə ed. Əhəd Muxtar) şeirin-



d

əki (1, s. 62) məhəbbət duyğuları, daxili estetik baxışlar insanı duyğulandırır –  

Daşkənd, Bakı – ikisi də gözümdə birdi,  

Cüt anaya övlad olmaq böyük hün

ərdi!  

İntizarla gözləyirdi Daşkənddə anam!  



S

əndə isə, gözəl Bakı, qaragöz sonam!  

 

Ba

kıda doğulub Daşkənddə, Daşkənddə də doğulub Bakıda bəxtini, taleyini, 



h

əyatını, yaradıcılıq dünyasını yaşadan, arayan yazarlar azmıdır? Bəlkə də bu xətt 

bütün 

ədiblərimizin həyatında  bir  çınqı  qədər parlayır,  bəzən günəş  boyunacan 



yüks

əlibdir.  

Xalq şairi Pulat Fazil "Ürəyimin bir parçası"(1,s.71) deyə Bakını bağrına ba-

sır – 


 


AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

47 


 

"Qar


daş" sözü dinlə burda,  

 "Dost" k

əlməsi eşit burda.  

 Müslüm burda, R

əşid burda,  

 N

əğməsilə salamlayır  



 Qar

şılayır qonaqları... 

 

Öt

ən  əsrin 40-50-ci illərində  Səməd Vurğunun  poeziya  şöhrətinin sorağı 



dünyanın əksər ölkələrinə yayılmışdı. Ədəbiyyata gəldiyi ilk vaxtlardan, daha çox 

is

ə 30-cu illərin yarısından bu gün də dillər əzbəri olan əsərlər yazsa da, 1937- ci 



ilin qara-qorxula

rından nə  şöhrətin  şirinliyini,  nə  də  şairə  olan xalq məhəbbətini 

sevincl

ə könülə doldurmaq, dilə gətirmək mümkün deyildi. Çox güman ki, o xoflu 



zamanlarda bu duy

ğuları – nəşəli anları yaşamaq adamın yadına da düşmürdü. Son-

ra müharib

ənin odu-alovu hər kəsin arzularını,  istəyini,  sevən qəlbini qarsaladı. 

Amma bir h

əqiqəti də deyək ki, 37-nin xofu, dəhşəti müharibədən də ağır, işgəncəli 

idi. Bu ill

ərdə ən gözəl əsəri, şeiri-sənəti, sənətkarlığı tərif etməyə qorxurdular. Bir-

d

ən nə isə, hansısa ifadədə sətiraltı məna "tapılardı". Onunla da hər şey bitmiş olar-



dı. Amma müharibə illərində yaxşı, gözəl əsər tərifləndi, şairə də, oxuyana da, eşi-

d

ənə də ruh gətirdi, ağrılardan yorulan ruhu bir hovur dincəltdi.  



Ey

ni ağrıları Səməd Vurğun da yaşayıb. 37-nin hər qara gecəsinin işıqlı sa-

bah

la açılmasına sevinib, sonra yenə qorxulu gecələr gəlirdi. Nəhayət, "bu div hey-



b

ətli" illər başa çatdı və sən demə, artıq Səməd Vurğun poeziyasının səsi-sədası dü-

zü-dünya

nı başına alıbmış. Hamı Səməd Vurğun kimi yazmağa can atırdı. Gənclər 

bu t

əsiri öz yaradıcılıqlarında daha tez hiss etdilər. Hətta o dövrün 50-60-cı illərin 



möt

əbər ziyalıları, ədəbiyyatşünasları, tənqidçiləri az qala "üsyan etdilər" ki, hamı 

S

əməd Vurğun olmayacaq ki?! Klassiklərdən bəhrələnmək, öyrənmək lazımdır. Sə-



m

əd Vurğundan o yana – ötən illərə, əsrlərə, bəşər ünvanlı sənətkarlara nəzər yetir-

m

ək, onların məktəblərindən faydalanmaq lazımdır. Belə tərzdə yazılmış ədəbi-tən-



qidi m

əqalələr hələ şairin sağlığındakən yayılır, dərc olunurdu. Səməd Vurğun isə 

öz şair dünyasında idi. Azərbaycan ədəbi mühitində bu təsir az qala kütləviləşmiş-

di. Eyni v

əziyyəti özbək poeziyası ilə yaxından tanış olarkən orada da gördük. San-

ki özb


ək şairləri də Səməd Vurğun kimi yazmaq - yaratmaq bəhsində imişlər. Tək-

c

ə özbəklər yox, bütün Orta Asiya türkləri və s. Ruh eyni, qan eyni, Allah bir, qəh-



r

əmanlıq, şücaət, cəsarət eyni-bunlar təbii hisslərdən doğan milli-ruhi yaxınlıq, ya-

şantılar idi. Həm də təkcə Orta Asiyanı yox, keçmiş SSRİ-nin bütün respublikaları, 

Avropa–Asiya ölk

ələri Səməd istedadına,  vurğunluğuna,  şeiriyyətinə  heyran qal-

mışdılar.  Hamı  onun  kimi təbiətə,  şeirə  vurğun  olmaq istəyirdi.  Hamı  "Azərbay-

can" kimi yazmaq ist

əyirdi və hamı, az qala bütün dünya "Azərbaycan"ı öz dilinə 

t

ərcümə  etdi.  Bu haqda professor Vaqif Arzumanlının  tədqiqatlarında,  xüsusən, 



«Əbədiyyata qovuşan sənət» («Səməd Vurğun və SSRİ xalqları ədəbiyyatı») kita-

bında  ğeniş  ədəbi faktlar tədqiq  olunmuşdur...  (2).Özbəkistanda «Azərbaycan» 

şeirinin ayrı-ayrı müəlliflər tərəfindən beş məşhur tərcüməsi vardır: Maqsud Şeyx-

zad


ə, Turab Tölə, İlyas Müslim, Məmərəsul Babayev və Abdulla Arif. Görkəmli 

özb


ək  şairi  Qafur Qulam yazırdı: "Səməd  başdan-başa istedad idi.  O, yalnız  şeir 

üçün doğulmuşdur» (3). Vurğuna şeirlər, poemalar həsr olunurdu.  

Qafur Qulam "Qarda

şım Səməd Vurğuna" şeirini ölməz şairin 50 illiyi mü-

nasib

ətilə yazmışdır. Həmin şeir ilk dəfə şairin yubileyi günlərində səslənmiş və 12 



may 1956-

cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdur. Şeiri ilk də-




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə