Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə28/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   24   25   26   27   28   29   30   31   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

60 


 

dakı  çoxmətnliliyi bugünümüzə  daşıyaraq  postmodernizminŞərq  ədəbiyyatındakı 

kökl

ərini göstərməyə  çalışmışdır.  Məsələyə  daha  geniş  aspektdən baxsaq,  Orxan 



Pamuk n

əsri bir az da “dünyaya pəncərə” xarakteri daşıyır. Belə ki, romanları həm 

yaşadığı şəhəri, həm də İslam dünyasını, Şərq ədəbi aləminin dahiliyini bir daha 

dünyaya nümayiş etdirir. (Nəzərə almalıyıq ki, onun romanları dünyanın 46 dilinə 

t

ərcümə olunmuşdur).  



Orxan  Pamuk  sayca  altıncı  romanı  “Mənim  adım  qırmızı”nı  1990-cı  ildə 

yazmağa başlamış, 1998 ildə nəşr etdirmişdir. Şərq və Qərb mədəniyyətlərinin üz-

üz

ə qəldiyi mistik XVI əsr İstanbulunun bitib-tükənmək bilməyən əsrarlarından söz 



açan “M

ənim  adım  qırmızı”  romanı  ilə  o,  həm də  rəssamlıq  sənətinə  və  milli 

m

ədəniyyətə olan sevgisini də ifadə etmişdir. Bu haqda müəllif özü belə yazmışdır: 



“...

7  yaşından  22  yaşınacan  rəssam olacağımı  söyləyirdilər...Amma  22  yaşında 

memarlığı  atdım  və  romanlar  yazmağa  başladım.  Sonra  onları  çap  eləməyə 

başladılar. Yalnız otuz yaşım tamam olanda qərara gəldim ki, rəssam olmaq qismət 

olmadısa,  heç olmasa,  bu  mövzuda  roman  yazım.  Çağdaş  türk  rəssamı  haqqında 

roman. 


Amma kitabı düşünəndə qət elədim ki, baş qəhrəman XVI yüzillik Osmanlı 

imperiyasının çiçəkləndiyi çağların rəssamı olacaq. Kitab mənə bədii monoqrafiya 

kimi, (

bu personaj haqqında) amma roman formasında görünürdü. Amma yenə də 



material toplama prosesind

ə  anladım  ki,  romanı  bircə  baş  qəhrəmanla məhdud-

laşdırmaq düzgünolmayacaq. Heç olmasa, ona görə ki, o çağın islam incəsənətində 

d

ə,  Avropa incəsənətində  də  tək-tək rəssamlar  olmayıb.  Bu dövr kollektivlər 



çağlayırdı.  Mən də  rəssamlar qrupu, belə  demək mümkünsə,  artel  haqqında  yaz-

mağı qərara aldım. Bu mənə romanı polifonik eləməyə imkan verirdi. ” (3) 

“M

ənim adım qırmızı”da Qurani-kərim ayələrindən, Firdovsinin “Şahnamə”, 



“Yusif v

ə Züleyxa”, Nizaminin “Xosrov və Şirin”, “Leyli və Məcnun” əsərlərindən 

g

ətirilən nümunələr  əsasında  qəhrəmanların  əhval-ruhiyyəsi  daha  aydın  əks 



olunmuşdur. Romanda Nizami Gəncəvinin «Xəmsə»sinə çəkilmiş miniatürlərlə və 

görk


əmli Azərbaycan miniatür-rəssamı Kəmaləddin Behzadın taleyi və əsərləri ilə 

bağlı çox maraqlı epizodlar da var.  

əllifə  görə,  “Hər rəsi bir hekayə  danışır.  Rəsm hekayənin rənglərlə 



çiç

əklən  məsidir.  Kimsə  hekayəsi olmayan rəsm fikirləşə  bilməz”  (4)  Əsrlərlə 

v

əhdətdə inkişaf edən söz və rəsm sənətini bir-birindən ayırmayan müəllif maraqlı 



kompozisiya yaratmışdır. Belə ki, romandaiki süjet xətti özünü büruzə verir. Bəzən 

birinin, b

əzən də digərinin irəli keçməsinə baxmayaraq mövzuya zərər gətirmədən 

onlarbir-biri il

ə tamamlamışlar.  

Birinci  - 

Şəkurə  iləQaranın  eşq  macərasıəsərinromantik qolunu təşkil 

ed

ərəkoxucuda“məhəbbət romanı” hissini yaradır. Onların duyğu və düşüncələrini 



is

ə Nizaminin “Xosrov və Şirin” əsərinə çəkilən miniatürlərifadə edir. “Mən Şəku-

r

əyəm” hekayəsində  oxuyuruq:  “Hamının  bildiyi  “Xosrov  və  Şirin”  hekayəsində 



bir an var. Qarayla m

ən bunu çox danışmışdıq. Şapur Xosrola Şirini bir-birinə aşiq 

el

əmək niyyətindədir. Bir gün Şirin kənizləri ilə birlikdə göl gəzintisinə çıxandaal-



tında  oturub  dincəldikləri ağaclardan  birinin  budağınaŞapur  gizlicə Xosrovunrəs-

mi

ni asır. Şirin yaraşıqlı Xosrovun o gözəl bağçanın bir ağacından asılan rəsmini 



gör

ən kimi, ona aşiq olur. Bu anı, nəqqaşların dediyi kimi, bu məclisi, Şirinin Xos-

ro

vun budaqdan asılı rəsminə heyranlıq və çaşqınlıqla baxmasını göstərən çox rə-



sim ç

əkilib. Qara atamla çalışanda dəfələrlə görüb, bir-iki kərə də baxa-baxa düz 

eynisi kimi, 

üzünü köçürmüşdü. Sonra mənə aşiq olanda birdəfə də özü üçün ye-




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

61 


 

nid


ən çəkib. Amma rəsimdəki Xosrovla Şirinin yerinə özüylə məni- Qarayla Şə-

kur


əni rəsm eləyib (5).  

İkinci - münaqişələrlə dolu saray həyatı, başları bədəndən ayrılan cəsədlər, 

gözl

əri çıxarılan insanlar və qan iyi gələn daha necə hadisələr - ölüm, düşmanlıq, 



qatil arayışı isə oxucuda“dedektiv romanı” hissini yaradır.  

“Qatil dey

əcəklər mənə” hekayəsində qatilin əhval-ruhiyyəsini əks etdirmək 

üçünn


əqşin piri  Behzadın bir rəsmindən bəhs edilir:“Cinayət rəsmi  olduğu  üçün

m

ənim vəziyyətimlə də yaxşı uyan bu misilsiz şeyə, rəhmsiz taxt davasında öldü-



rülmüş bir Əcəm şahzadəsinin kitabxanasından çıxmış Herat işi olan doxsan illik 

quüsursuz  kitabın  Xosrov  və  Şirin  hekayəsini səhifələrində  nəql elədiyilə 

rastlamışdım. Xosrov və Şirinin sonunu bilirsiniz: Firdovsinin yox, Nizaminin nəql 

el

ədiyini deyirəm:  İki  aşiq  nə  macəralar və  fırtınalardan  sonra  evlənir,  amma 



Xosrovun 

əvvəlki  arvadından  olan  oğlu  gənc  Şiruyə  şeytan  kimidi,  onları  rahar 

buraxmır.  Bu  şahzadənin  atasının  taxtında  və  gənc  arvadı  Şirində  gözü var. 

Nizaminin “Ağzı şırlər kimi pis qoxuyardı” dediyi Şiruyə bir yol tapıb, atasını əsir 

alır və taxtında oturur. Bir gecə atasının Şirinlə yatdığı otağa qiri, qaranlıqda toxu-

na-


toxunaonları  yataqda  tapıb  xəncəriylə  atasını  ciyərindənbıcaqlayır.  Atasının 

qanı səhərə qədər axacaq və yanında rahatca uyuyan gözəlŞirinlə yatdıqları yataqda 

öl

əcək.  Böyük  ustad  Behzadın  rəsmi  bu hekayə  qədər illərdən bəri içimdəki  əsl 



qorxunu da üz

ə çıxarırdı: gecə yarısı qaranlıqda oyanıb, göz-gözü görməyənotaqda 

taqqıltılar salan başqa adamların olduğunu bilməyin dəhşəti. ” (6).  

Amma mü


əllif,  “əsl olan hekayədir”,  “gözəl rəsim hekayəni zərifliklə  ta-

mam


layır” (7)  deyərəközünün də sahib  olduğu  söz  sənətini daha yüksək zirvələr 

qaldırır.  

Orxan PamukQara obrazını da Xosrovu nümunə alaraq yaratmışdır. Xosrov 

kimi Qara da eşqinin böyüklüyündənbaş götürüb yaşadığı yeri tərk edir və illər bo-

yu se

vgilisinin üzünü düşünür. Şəkurənin Qaraya eşq məktubu ilə birlikdə yolladığı 



r

əsim də“ əfsanədəki gözəl Şirinin yaraşıqlı Xosrovun rəsminə baxıb, aşiq olma-

sından danışır” (8). “Mənim adım qırmızı”nın ilk adı N. Gəncəvinin “Xosrov və Şi-

rin”  poemasının  motivlərindən  alınaraq“İlk  rəsmdə  eşq”  (9)  olmuş,  daha sonra 

d

əyişdirilmişdir.  



Bilindiyi kimi, “X

əmsə”nin qəhrəmanlarının kökləri şifahi xalq ədəbiyyatına 

q

ədər  uzanır.  Şübhəsiz ki,  Nizami də  Leyli,  Məcnun,  Xosrov,  Şirin  obrazlarını 



yaradark

ən, illərlə ağızlarda dolaşan bu dastanlardan bir məxəz kimi istifadə etmiş, 

bununla b

ərabər öz zəngin təxəyyülünü də qataraq, onlara yeni həyat, yeni məzmun 

qazandırmışdır.  

Öz növb


əsindəOrxan Pamuk “Mənim  adım  qırmızı”nı  yazdığı  zaman  qay-

nağı  şifahi xalq  ədəbiyyatından  alınan,  Nizami v.  s.  dahilərin  əsərlərində işlənən 

“Xosrov v

ə Şirin”, “Leyli və Məcnun” hekayələrinə nəzər salmışdır. Bunu yazıçı 

bel

ə etiraf etmişdir: “İslam aləmində ən çox nəqledilən və ən çox bilinən hekəyə 



olduğundan  kitabımdakı  bəzi səhnələrə,  məclislərə,  vəziyyətlərə  nümunə  oldu. 

Bunu da qeyd etm

ək istərdim ki, hər birimizin bir mədəniyyətin münayəndəsiyik. 

Xosrov v


ə Şırın isə mənim aid olduğummədəni irsin əsas hekayəsidir” (10) 

Bütün yaradıcılığı boyu zülm və istibdada qarşı çıxan, insanları bəşəri ruhda 

t

ərbiyə etməyə çalışan, onları ümumi səadətin uğrunda mübarizəyə səsləyən, insan-



lıq şərəfinin ülviyyəti haqqında nəcib fikirlər təlqin edən Nizaminin müdrik, həra-


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə