Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə25/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   21   22   23   24   25   26   27   28   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

54 


 

 

Şair Abdulla Aripov yazır ki, “Bakı mənim üçün ana beşiyim olan Daşkən-



dim ki

mi doğmadır. Çünki özbək ədəbiyyatı kimi, Azərbaycan ədəbiyyatı da məni 

öz iste

dad çeşməsindən süzülüb gələn şeirlərlə qidalandırmışdır. Bizim ədəbiyyat-



la

rımızı  qardaş  adlandırırlar.  Doğrudan da,  onlar nəhəng  bir  ağacın  budaqlarıdır. 

Bir kök üz

ərində boy atmış Azərbaycan və özbək klassik ədəbiyyatı həmişə eyni 

probleml

ərin, eyni idealların tərənnümçüsü olmuşdur. Özbəkistanda şeiri sevən hər 

bir şəxs üçün şair Səməd Vurğunun adı unudulmazdır, müqəddəsdir. Bu ad özbək 

oxucusu üçün Qafur Qulam q

ədər əzizdir, əzəmətlidir. Mən gözəl Azərbaycan şei-

rinin p


ərəstişkarlarından biriyəm” (19).  

Turab Töl

ənin "Dilimdəsən hər bir zaman" şeirində (tərcümə edəni S. Sər-

xan


lı) bu hissi, bu təsiri, bu yaşantını duymamaq çətindir. Ən əvvəl o, Azərbaycana 

h

əsr etdiyi bu şeirinə ölməz Səməd Vurğunun – 



El bilir ki, s

ən mənimsən, 

Yurdum, yuvam m

əskənimsən… 

misralarını epiqraf seçmişdir. 



Çox dolandım bu dünyanı, 

Ell


ər gördüm ulduz sanı. 

Seyr etdikc

ə kəhkəşanı, 

Yeri, göyü, 

asimanı, 

Çulğalayan nursan, inan – 

Az

ərbaycan, Azərbaycan. (1, s. 68) 



 

10 b


əndlik (hər bənddə altı misra) bu şeirində "lirik mən" gəzdiyi ulduz sanı 

ölk


ələr içində Azərbaycan qədər misilsiz gözəl görmədiyini nəzmə çəkib. "Durna 

gözlü bulaqlardan", d

ərələrdən, qayalardan, hər açılan laləsindən, ay baxışlı, od na-

xışlı, nur yağışlı, məhəbbətli gözəllərindən, cənnətmisal əfsanəyə bənzər təbiətindən

bol nem

ətlərindən, mavi Xəzərindən, Xəzərindən göylərə ucalan buruqlarından, bar-



lı-bəhərli bağlarından, nəğməli-sözlü sənətkarlarından saf incilər misralayıb.  

Ay baxışlı qızlar gördüm,  

Od baxışlı gözlər gördüm.  

Nur yağışlı üzlər gördüm,  

H

ər nə gördüm gözəl gördüm: 



M

əhəbbətlə güldü cahan – 

Az

ərbaycan, Azərbaycan.  



 

S

əməd Vurğunun ağır xəstə yatdığı aylar idi. Dünyanın, o cümlədən, Özbə-



kista

nın  bütün yazıçı  və  şairləri böyük sənətkardan hal-əhval tutur,  qəlbdən ona 

can

sağlığı diləyirdilər. 1956-cı ilin ilk aprel günləri idi. Sanki dünya ədəbiyyatının 



görk

əmli nümayəndələri Bakıya axışmışdı. Azərbaycanda Səməd bayramı – Vur-

ğun şairin 50 illiyi qeyd olunurdu. Səməd Vurğun özü bu tədbirə qatıla bilmədi. 

G

ələn qonaqlara qardaşı Mehdixan Vəkilov şairin təşəkkür məktubunu oxudu. Ra-



zılığını, sevgisini, məhəbbətini bildirirdi.  

 Könüld


ən-könülə yollar görünür  

- dey


ə hər kəsi bağrına basırdı. O günlərdə Özbəkistandan Qafur Qulam, Ay-

b

ək, Zülfiyyə xanım Bakıya gəlmişdilər. Hamı Səməd Vurğuna həsr etdiyi şeirləri-



ni oxuyur, m

ətbuatda dərc etdirirdi. Sonra–bir aydan az ötmüşdü ki, Səməd Vurğun 

dünya

sını dəyişdi. Yenidən Bakı ziyarətçilər dənizinə döndü. Bu dəfə hamı kədərli, 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

55 


 

d

ərdli idi. Qafur Qulam, Zülfiyyə, Aybək...Qafur Qulam "Molodyoj Azerbaydjana" 



q

əzetinin 11 may 1956-cı il sayında bu kədər müna-sibətilə "O, bizə yaxındır" adlı 

m

əqalə dərc etdirmişdir.  



Aradan 20 il

ə yaxın vaxt ötdü. Bakıda Səməd Vurğunun ev-muzeyi açıldı. Hə-

min günl

ər-1975-ci ilin oktyabrı idi. Azərbaycanda Sovet ədəbiyyatı günləri keçiri-

lirdi. Özb

əkistandan da böyük bir qrup qonaq gəlmişdi. Həmin ərəfədə-Azərbaycan-

da sovet 

ədəbiyyatı günləri açılan günün səhəri Səməd Vurğunun evmuzeyinin açılış 

m

ərasimi təşkil olunmuşdu. Bayram iştirakçıları bütünlüklə bu təntənəli tədbirin işti-



rak

çı nümayəndələrinə çevrildilər.Həmin günün səhəri özbək xalq şairi Zülfiyyənin 

unudulmaz hadis

ənin təsiri ilə yazdığı yeni şeiri hər kəsi kövrəltmişdi –  

Bu gün bütün ölk

ə 

Vurğunun qonağıdır.  



O hamıya lazımdır! 

Öz oğullarına və dostlarına… 

 

Zülfiyy


ə xanım bu hadisədən aldığı təəssüratını "Şairin evində" silsilə şeirlə-

r

ə çevirmişdi. "Bir dənə papiros" (tərc. ed. Məmməd Aslan) şeiri ağır təəssüratdan 



yaran

mışdı. Burada şairin son dəfə çəkdiyi papirosun yarısını görən şairə Zülfiy-

y

ənin qəlbi göynəmişdi –  



Q

əlbində intizar, gözündə maraq,  

Onunla öpü

şüb ömrün sonunda.  

Papirosda olan etibara bax,  

Ya

rımçıq qalıbdı ömrü onun da.  



Yarımçıq papiros gör nələr deyir,  

T

əkcə od sönməyib onun qorunda.  



Ey sözün xaqanı, sərrafı şair,  

Neç


ə nəğmə sönüb dodaqlarında?! (1, s. 66) 

 

S



əkkiz bəndlik bu şeiri həyəcansız oxumaq çətindir. Muzeyin rəy kitabında 

özb


ək elçiləri xeyli ürək sözləri yazmışdılar. Zülfiyyə belə yazmışdı: "Böyük Sə-

m

əd Vurğun əsrlər boyu milyonların qəlbində əbədi yaşayacaqdır. Həmçinin onu 



çox sev

ən özbək xalqının qəlbində".  

S.  Vur

ğunun ev-muzeyində  nümayiş  etdirilən milli özbək  çuxasını  Səməd 



Vur

ğuna Qafur Qulam bağışlamışdı. Muzeydə özbək yazarlarının avtoqrafı iləki-

tablar da vard

ır.  


Özb

ək şair - dramaturqu Əshəd Muxtar yazır: "Özbək xalqı arasında Qafur 

Qula

mın "Qardaşım Səməd Vurğuna", "Azərbaycanın zəhmət adamlarına" şeirləri, 



el

əcə də Səməd Vurğundan tərcümələri dildən-dilə gəzir". Bəlkə də yüzlərlə ayrı-

ay

rı mətbuat orqanlarında yazılıb ki, Səməd Vurğun və Qafur Qulam uzun illər ya-



ra

dıcılıq dostluğu çərçivəsində yaşayıblar. O, qeyd edir ki, özbəklər Nizamini və 

Füzulini, S

əməd Vurğunu və Rəsul Rzanı haqlı olaraq öz şairləri hesab edirlər. On-

la

rın əsərləri respublikamızın geniş oxucu kütləsinə yaxşı məlumdur. Azərbaycanın 



şair və yazıçılarının əsərləri də respublikmızda böyük tirajlarla nəşr olunur. Gənc, 

istedad


lı şair və yazıçılarımız unudulmaz Səməd Vurğunun öz qəlbinin hərarəti ilə 

yan


dırdığı estafet məşəlini şərəflə irəli aparırlar. Bu gəncləri cəsarətlə böyük Vur-

ğunun işinin ardıcılları adlandırmaq olar (20).  




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə