Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə107/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   103   104   105   106   107   108   109   110   ...   189

dövlət  kəndlilərinin  ümumi  pay  torpağı  fondunun  25,8%-i  varh  kəndlilərin 

təxminən 11 min təsərrüfatının istifadəsində idi. 

Şimali  Azərbaycanda  sahibkar  kəndlilərinin  sayı  425  min  nəfərdən  çox 

idi.  Onlarınh  əsas  hissəsi  Yelizavetpol  quberniyasında  yaşayırdı.  Bu  kəndlilərin 

pay  torpaqlarınm  sahəsi  489267  desyatinə  bərabər  idi.  Bu  sahənin  310  min 

desyatini əkin, 130 min desyatini otlaq və örüş, 50 min desyatini isə bar və yararsız 

torpaqlar idi. 

Bütün  sahibkar  kəndliləri  91,5%  və  yaxud  389711  nəfərinin  hər  hirinə  2 

desyatindən az pay torpağı düşürdü. Adambaşına düşən pay torpağını sahəsi 0,69 

desyatindən 0,8 desyatinədək tərəddüd edirdi 

Adambaşına  2  des-dən  5  des.-dək  pay  torpağı  düşən  orta  qrupun  sayı  30  min 

nəfərə (bütün sahibkar kəndlilərin 7%) bərabər idi. 

Sahibkar  kəndlilər  içərisində  varlı  kəndlilərin  xüsusi  çəkisi  çox  az  idi:  onlar 

5.811  nəfər  olub,  bütün  sahibkar  kəndlilərin  5%-ni  təşkil  edirdilər.  Say  azlığına 

baxmayaraq,  onlar  bütün  əkin  sahələrinin  5  və  ümumpay  torpaqlarının  11  %-ni  öz 

əllərində cəmləşdirmişdilər. Varlı kəndlilər içərisində adambaşına düşən pay torpağının 

sahəsi  5,6-10  des.  arasında  tərəddüd  edirdi.  Burada  isə  əkin  sahəsinin  xüsusi  çəkisi 

böyük idi. 

Ümumiyyətlə,  islahatdan  sonrakı  dövrdə  Şimali  Azərbaycan  kəndliləri  üçün 

aztorpaqlılıq səciyyəvi hal idi. Kəndlilərin demək olar ki, 65%-nin hər bir nəfərinə orta 

hesabla 0,63 des. əkin torpağı düşürdü. Bu qrup öz təsərrüfatını atan, pay torpağını icarəyə 

verən, əmək alətlərindən məhrum olub kəsbkarlığa gedən kəndlilərin ən böyük hissəsini 

təşkil edirdi. 

Kəndlilərin  bir  hissəsi  torpağa  kəskin  ehtiyac  hiss  edərək,  onu  ağır  şərtlərlə 

xəzinədən  və  bəylərdən  icarəyə  götürməyə  məcbur  idi.  XIX  yüzilliyin  90-cı  illərində 

kəndlilər Bakı quberniyasında xəzinədən 550 min des. Yelizavetpol quberniyasında isə 

xəzinə  və  bəylərdən  600  min  des.-dən  çox  torpaq  icarəyə  götürmüşdülər.  İcarəyə 

götürülmüş torpaqların çox hissəsini otlaq və örüşlər təşkil edirdi. 

Xəzinə kəndlilərinin istifadəsində olan dövlət torpaqları, alman kolonistləri və rus 

köçkünlərinin  məskunlaşdırılmasına aid olan kiçik  istisnalar  nəzərə alınmaqla,  heç  vaxt 

torpaq münasibətlərinin nizamlayacaq heç bir qanunvericilik aktının predmeti olmamışdı. 

Bundan əlavə, Şimali Azərbaycanda kəndlilərin torpaqla təmin olunması və onların pay 

torpaqlarının normalaşdırılması üzrə heç bir addım atılmamışdı. 

Pay  torpağı  sahələrinin  ölçüləri  və  sərhədləri  barəsində  heç  bir  məlumatın 

olmaması, başlıcası isə təkcə ayrı-ayrı mülklər deyil, həm də ayrı-ayrı kəndlər arasında 

dəqiq sərhədlərin yoxluğu ən böyük bəla idi. Dəqiq sərhədlərin-mərzləmənin yoxluğu 

qonşu kəndlər arasında və onların içərisində ziddiyyətlər yaradırdı. Bir tərəfdən, öz pay 

torpaqlarının  dəqiq  sərhədlərini  bilməmək,  digər  tərəfdən  isə  bu  torpaqları 

genişləndirmək və yeni torpaq sahəsi ələ keçirmək cəhdləri qanh toqquşmalara gətirib 

çıxarırdı. 




Dövlət  kəndlilərinin  istifadəsində  olan  xəzinə  torpaqları  kənd  cəmiyyətləri 

adlanan  kəndlərin  ümumi  istifadəsində  idi.  Təsadüfi  deyildir  ki,  bölgü  zamanı  dövlət 

vergiləri ayrı-ayrı kəndli həyətləri arasında deyil, kənd cəmiyyətləri arasında bölünürdü. 

Digər  tərəfdən,  vergiləri  kənd  cəmiyyətləri  arasında  bölüşdürmək  üçün  onların 

istifadəsində  olan  torpaqların  sahəsini  müəyyənləşdirmək,  yəni  mərzləmə  aparmaq 

lazım idi. 

―Cənubi  Qafqaz  diyarının  mərzlənməsi  haqqında  Əsasnamə‖  1861-ci  il 

iyunun 29-da təsdiq olundu. Bu Əsasnaməyə görə, ―həm kənd cəmiyyətlərinin ixtiyarında 

olan,  həm  də  onların  bilavasitə  ixtiyarrıda  olan  dövlət  torpaqlarının  sərhədlərinin 

ayrılması qaydaları müəyyənləşdirilmişdi

‖ 

[5]. 


Daha  sonra  bu  Əsasnamədə  hər  bir  kənd  cəmiyyətinin  həqiqi  istifadəsində 

olan  torpaqların  mərzlənməsi  qaydası  göstərilir,  habelə  mübahisələrin  həlli  qaydası 

müəyyənləşdirilirdi.  Göstərilən  Əsasnamə  ilə  yanaşı,  Cənubi  Qafqazdakı  bütün  xəzinə 

torpaqlarının  sahəsini  və  sərhədlərini  mümkün  qədər  dolğunluqla  müəyyənləşdirmək 

nəzərdə tutulurdu. 

Lakin ayrı-ayrı kənd cəmiyyətlərinə öz kəndlərinə  məxsus  olan torpaqları 

mərzləmək hüququ verən bu ―Əsasnamə‖nin dərc olunmasına baxmayaraq, torpaqların 

mərzlənməsi  -  hər  bir  kənd  cəmiyyətinin  sərhədlərinin  müəyyənləşdirilməsi  üzrə, 

demək olar ki, heç bir iş aparılmırdı. 

1887-ci il iyunun 2-də  Cənubi Qafqazın  mərzlənməsi haqqında yeni qanun 

verildi.  Lakin  1887-ci  il  qanunu  mərzləmənin  gedişini  sürətləndirmədi,  əksinə  onu 

ləngitdi. Bu qanun Cənubi Qafqaz dövlət kəndlilərinin torpaq quruculuğu  məsələsinin 

tezliklə həllinə nəinki kömək göstərmədi, əksinə sonuncu vəzifənin yerinə yetirilməsini 

qeyri-müəyyən müddətə arxa plana itələdi [6]. 

Mövcud  ənənələrə  görə,  dövlət  kəndliləri  torpaqdan  icmalıqla  istifadə 

edirdilər və hər dörd ildən bir vaxtaşırı bölgüsü həyata keçirilməli idi. Lakin vaxtaşırı 

bölgülər,  demək  olar  ki,  aparılmır,  aparıldıqda  isə  bu  bölgünün  zəif  cəhəti  də  aşkara 

çıxırdı, yəni onlar kəndin pay torpağında qüvvətli adda-buddalıq yaradırdı. İş burasında 

idi ki, torpaqların yeni bölgüsü zamanı hər bir kəs əvvəlcə istifadə etdiyi əkinlərin sahibi 

olaraq  qalırdı.  Çoxtorpaqlı  həyətdən  torpağın  bir  hissəsi  aztorpaqlı  həyətə  verilmək 

üçün  kəsib  götürülürdü.  Əlavə  torpaq  alan  kəndli  bu  torpaqları  kiçik-kiçik  sahələr 

halında,  bir-birindən  və  əsas  pay  torpağından  xeyli  aralı  şəkildə  alırdı.  Bu  cür 

səpələnmiş torpaqlardan istifadə çox əlverişsiz idi və elə olurdu ki, istifadə etməyin 

qeyri-mümkünlüyü üzündən yeni torpaq alanlar onlardan imtina edirdilər. 

Yeni  torpaq  bölgülərinin  keçirilməməsi  üzündən  kəndli  pay  torpaqları 

icma  torpaqlarından  həyət-malikanə  torpaqlarına  çevrilir,  dövlət  kəndliləri  yuxarı 

təbəqələrinin  ictimai  torpaqlarını  qəti  surətdə  bölüşdürmək  cəhdi  güclənirdi. 

Suvarılan torpaqların qəti bölgüsünə  hələ  XIX  yüzilliyin 80-ci  illərində  başlamaq 

niyyətində olan Baş Göynük kəndi (Nuxa qəzası) bu baxımdan nümunə ola bi-lər. 

Bu  bölgüyə  başlıca  olaraq  varlı  kəndlilər  can  atırdılar.  Çünki  onlar  torpaqlardan 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə