Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə110/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   106   107   108   109   110   111   112   113   ...   189

Şimali  Azərbaycanda  çar  müstəmləkəçiləri  qəsbkar  aqrar  siyasəti  həyata 

keçirir,  bunun  da  nəticəsində  yerli  əhali  irsi  torpaqlarından  qovulur,  aztorpaqlılıqdan 

kəskin əziyyət çəkirdi. Tarixi qaynaqlar sübut edir ki, çar mütləqiyyətinin Azərbaycandakı 

ağalığının  bütün  tarixi  həm  də  yerli,  vilayət,  milli  torpaqların  tamamilə  qarət  edilməsi 

tarixindən ibarətdir. 

Çar Rusiyası Azərbaycandakı ağalığının ilk günlərindən burada özünə xristian 

dayağı yaratmağa, müxtəlif xristian kütlələrini Azərbaycan torpaqlarında yerləşdirməyə 

can atırdı. 

XIX  əsrdə  Şimali  Azərbaycan  ərazisinə  ilk  xristian  köçkün  almanlar  olmuşlar. 

Onlar 1818-ci ildə Qafqaz Baş Komandanlığının təhriki və köməyi ilə Yelenendorf və 

Annefeld koloniyalarının əsasını qoymuş və tezliklə rus təbəəliyini qəbul etmişlər [22]. 

Çar hökuməti alman kolonistlərinə ən yaxşı yerlərdə 13 min desyatin pay torpaqlan ayırdı və 

yeni  yerdə  təsərrüfat  yaratmaq  üçün  maddi  yardım  göstərdi.  Köçkünlərin  iqtisadi 

vəziyyətlərinin  yaxşılaşması  Azərbaycan  kəndlilərinin  öz  torpaqlarından  sıxışdırılması 

hesabına baş verirdi. 

Şimali  Azərbaycan  ərazisində  rusların  məskunlaşmasının  əsas  1830-cu 

illərdə,  xidmət  müddətləri  başa  çatdıqdan  sonra  əvvəlki  yaşayış  yerlərinə  qayıtmaq 

istəməyən, tərxis olunan əsgərlərin ailələrindən ibarət ilk rus  yaşayış  məntəqələrinin 

yarandığı dövrdə  qoyulmuşdur. İlk belə yaşayış məntəqəsi Bakı quberniyasının Quba 

qəzasındakı Qusar kəndi olmuşdu. Şirvan alayının tərxis olunmus əsgərləri və onların 

ailələri  onun  ilk  sakinləri  oldular  [23].  Sonralar  tərxis  olunmuş  əsgərlərin  digər 

yaşayış  məntəqələri  də  Şamaxı  qəzasında  Dmitrovka  və  Altıağac,  Şuşa  qəzasında 

Xankəndi və Lənkəran qəzasında Pravoslavnoye  meydana çıxdı [24]. 

Lakin bütün Cənubi Qafqazda olduğu kimi, Şimali Azərbaycan ərazisində də 

rus yaşayış məskənlərinin əsas hissəsini 1830-cu illərin əvvəllərində verilmiş xüsusi 

sərəncama  əsasən  Rusiyanın  daxili  quberniyalarından  köçürülmə  siyasətinə  məruz 

qalanlar təşkil edirdi. 

Otuzuncu  və  qırxıncı  illər  ərzində  rus  təriqətçilərinin  güclü  köçürülməsi 

həyata  keçirilirdi.  Rusların  məskunlaşdığı  əsas  rayonlar  Şamaxı,  Lənkəran, 

Yelizavetpol  və  Qazax  qəzaları  idi.  Köçürmənin  başlanmasından  sonrakı  ilk  onillik 

ərzində  Şamaxı  qəzasında  8  -  Cabanı,  İvanovka,  Qaraməryəm,  Gülüllü,  Mərəzə, 

Maryevka,  Hilmilli,  Çuxuryurd;  Lənkəran  qəzasında  6  -  Andreyevka,  Astraxanka, 

Nikolayevka,  Novoqolovka,  Prişib,  Privolnoye;  Qazax  qəzasında  3  -  Qolovino,  Yeni 

Dilican,  Mixaylovka  vo  Yelizavetpol  qəzasında  2  -  Borisı  və  Slavyanka  kimi  rus 

kəndləri  yarandı.  Köçkünlər  əsasən  Tavriya,  Stavropol,  Tambov,  Voronej,  Saratov, 

Orenburq, Bessarabiya və hətta Yenisey quberniyalarından idilər. 

XIX 

yüzilliyin 



50-70-ci  illərində  Rusiyanın  bilavasitə  daxili 

quberniyalarından Şimali Azərbaycana köçürmə dayandırıldı. Bu otuz il ərzində yeni 

rus  məskənləri  yalnız  Şuşa  qəzasında  (Ballıqaya  kəndi),  Yelizavetpol  qəzasında 

(Mixaylovka  kəndləri)  və  Quba  qəzasında  (həmçinin  Mixaylovka  kəndi)  meydana 

gəldi. 



XIX  yüzilliyin  son  20  ilində  Muğanda  rus  köçkünlərinin  daha  üç  yaşayış 

məntəqəsi yarandı. 1887-ci ildə gələcəkdə Cavad şəhəri yaratmaq üçün nəzərdə tutulan 

yerdə  Petropavlovskoye,  1898-ci  ildə  isə  Yeni  Araz  rayonunda  Novo-Nikolayevka 

(Para-Nuru),  Novo-Aleksandrovka  (Bayramqulu)  və  Kaqerman  kəndlərinin  əsası 

qoyuldu [25]. 

Bu  dövrün  səciyyəvi  xüsusiyyəti  Şimali  Azərbaycan  və  Cənubi  Qafqaz 

ərazisində rusların daha çox yerləşdirilməsi idi. Nəinki ayrı-ayrı ailələr, hətta bütöv 

kəndlər ilk yaşayış yerlərini tərk edir, məskunlaşmamış yeni məntəqələrdə və yaxud 

artıq ruslar tərəfindən məskunlaşmış yerlərdə məskən salırdılar. 

50-70-ci  illərdə  daxili  yerdəyişmə  hesabına  Şimali  Azərbaycanda  yeni  rus 

yaşayış məntəqələri - Yelizavetpol qəzasında Novo-Saratovka, Cavad qəzasında Novo-

İvanovka,  Lənkəran  qəzasında  Veb  və  Naxçıvan  qəzasında  Kormalinovka  (Biçənok) 

meydana gəldi. 

Hələ  1846-cı  ildə  yeni  yaşayış  məntəqələrini  təşkil  etmək  üçün  yaradılmış 

komissiya  həm  artıq  məskunlaşmış,  həm  də  gələn  köçkünlərin  daha  yaxşı 

yerləşdirilməsi  sistemini  işləyib  hazırlamalı  idi.  Lakin  80-cı  illərə  qədər  rus  yaşayış 

məntəqələrinin  sakinləri  ilə  yerli  icmalar  və  yaxud  sahibkarlar  arasında  torpaq 

sahələrinin yeni məntəqələrə verilməsi üstündə  mübahisələr baş verirdi. 

1900-cü  ilə  yaxın  Şimali  Azərbaycan  ərazisində  41  rus  kəndi  yaranmışdı. 

Onlardan  25-i  Bakı  quberniyasında,  15-i  Yelizavetpol  quberniyasında,  1-i  isə 

Naxçıvan  qəzasında  idi.  Rus  kəndlilərinin  sayı  Şamaxı,  Lənkəran  və  Yelizavetpol 

qəzalarında  daha  çox  idi.  Onların  hər  birində  8  kənd,  Cavad  qəzasında  4  kənd, 

Göyçay  və  Qazax qəzalarının hərəsində  3, Quba  qəzasında 2, Cəbrayıl,  Cavanşir, 

Zəngəzur, Şuşa və Naxçıvan qəzalarının hər birində isə 1 kənd var idi. 

1885-ci  ildə  Şimali  Azərbaycandakı  38  rus  kəndində  4633  ailə  yaşayırdı. 

Onlardan da 3232-si Bakı quberniyasında, 1380-i Yelizavetpol quberniyasında və 21-

i Naxçıvan qəzasında idi. 1885-ci ildə Şimali Azərbaycanın rus əhalisinin ümumi sayı 

26285 nəfərə çatırdı. 

Şimali Azərbaycanda rus köçkünlərinin torpaqla təminatı köçürülmə işindəki 

plansızlıq şəraitində lap əvvəldən qeyri-bərabər idi. Məsələn, bütün rus köçkünlərinin 

ixtiyarında  44795  desyatin  əkinə  yararlı  və  yararsız  torpaq  olan  Yelizavetpol 

quberniyasında  hər  bir  həyətə  düşən  torpağın  sahəsi  orta  hesabla  36  desyatin  idi. 

Lakin müxtəlif kəndlərdə bu, 19 desyatinlə 76 desyatin arasında tərəddüd edirdi. Bakı 

quberniyasında rus köçkünlərinin ixtiyarında olan bütün torpaq payının miqdarı 76870 

desyatin  idi.  Orta  hesabla  isə  hər  həyətə  23  desyatin  düşürdü.  Rus  köçkünlərinin 

torpaqla ən yaxşı təmin edilmiş kənd icmalarında hər ailəyə orta hesabla 52 desyatin 

düşürdü, bu isə torpaqla ən yaxşı təmin olunmuş yerli varlı kəndlinin torpaq payından 

xeyli çox idi [26]. 

Rus  köçkünlərinin  Şimali  Azərbaycanda  torpaqla  belə  təminatı  çarizmin 

müstəmləkəçilik siyasətini əyani şəkildə ifadə edirdi. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə